Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-19/2021 02.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Zarağan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-745/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıya Qəbələ rayon Zarağan Bələdiyyəsinin xx xxxxx 2004-cü il tarixli 31 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alqı-satqısına dair xx xxxxx 2004-cü il tarixində akt tərtib edilmişdir. Ayrılmış torpaq sahəsinin planı tərtip edilmiş, torpaq naturdan ayrılaraq tanıdılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı ərizədə Zarağan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respubilikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi xx xxxxxx 2020-ci il tarixli **********221 saylı məktubla onun ərizəsinə cavab vermişdir. Cavab məktubunda təqdim etdiyi sənədlər əsasında qeyd olunan 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının mümkün olmadığı göstərilmişdir. Əmlakının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığı onunla izah edilmişdir ki, Zarağan Bələdiyyəsi tərəfindən xx xxxxx 2004-cü ildə ona satılan Torpaq sahəsinə dair ləğv edilmiş DT və XK Qəbələ rayon şöbəsinin rəyi təqdim olunmamışdır və təqdim etdiyi torpaq sahəsinin yerqurluşu planı torpaq sahəsinin faktiki vəziyyətini əks etdirmir, Zarağan Bələdiyyəsinin torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxem və Bələdiyyə qərarının qüvvədə olması barədə məktub təqdim edilməyib. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdərəsinin bu qərarı ilə razı deyil. Belə ki, Daşınmaz Əmlak Dövlət Resestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdərəsinin ondan istədiyi, təqdim etməli olduğu sənədlər yəni, ləğv edilmiş DT və XK Qəbələ rayon şöbəsinin rəyi və Zarağan Bələdiyyəsinin torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxem və Bələdiyyə qərarının qüvvədə olması barədə məktub, tam əsassız və qanunsuzdur. İddiaçı tərəfindən xx xxxxx 2004-cü ildə Zarağan Bələdiyyəsindən alınmış 0.12 ha torpaq sahəsinə 222324 saylı xx xxxxx 2004-cü il tarixli qəbzlə 432 (dörd yüz otuz iki) manat dövlət rüsumu ödənilmişdir. Zarağan Bələdiyyəsi tərəfindən xx xxxxx 2004-cü idə torpaq alqı-satqısına dair akt tərtib edilmiş və yerqurluşunun planı çıxarılmışdır. Zarağan Bələdiyyəsi tərəfindən ona verilmiş alqı-satqı Aktında və torpaq sahəsinin vəziyyətini əks etdirən sxemdə ləğv edilmiş DT və XK Qəbələ rayon şöbəsinin məsul işçilərinin imzası və möhürlə təsdiqi vardır. Onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim etdiyi sənədlərdə bütün bunlar olduğu halda, 16 il sonra, yəni 2004-cü ildə alınmış torpaq sahəsinin 2020-ci ildə ləğv edilmiş DT və XK Qəbələ rayon şöbəsinin rəyi təqdim olunmamışdır və təqdim etdiyi torpaq sahəsinin yerqurluşu planı və Zarağan Bələdiyyəsinin torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən sxem və Bələdiyyə qərarının qüvvədə olması barədə məktub istənilməsi qanunsuzdur və heç bir əsası yoxdur. Bundan başqa Zarağan Bələdiyyəsi tərəfindən 2004-cü ildə ona satılmış torpaq sahəsinə qonşu torpaqları, ona və ailə üzvülərinə xx xxxxxx 1997-ci il tarixli qərarla mülkiyyətinə verilmiş torpaq sahələridir. 2004-cü ildə aldığı torpaq sahəsi faktiki olaraq 1997-ci ildən 2020-ci ilədək, onun və ailəsinin istifadəsindədir. 1997-ci ildə dövlət tərəfindən ona və ailəsinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən sonra onların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə birlikdə 2004-cü ildə Zarağan Bələdiyyəsindən aldığı 0.12 ha torpaq sahəsinində kənarları hasarla bağlı olmuşdur. Bundan başqa, Zarağan Bələdiyyəsindən aldığı və mülkiyyətlərinə verilmiş torpaq sahəsi 1970-ci ildən bu günədək onların istifadəsində olmuşdur. Cavabdehin etirazının dəlilləri: İddiaçı Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair bələdiyyədən alğı-satqı sənədlərini təqdim etsədə təqdim edilmiş Ləğv edilmiş DT və XKnin Qəbələ rayon şöbəsinin rəyi, müvafiq memarlıq şöbəsinin rəyi, torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən yerquruluşu planı təqdim edilməmişdir. Eyni zamanda Qəbələ rayonu Zarağan Bələdiyyəsinin xx xxxxx 2004-cü il tarixli, 31 saylı qərarının qüvvədə olması ilə bağlı müvafiq məktub təqdim etməmişdir. Eyni zamanda bildirmək istəyirik ki, torpaq sahəsi sənəd üzrə və faktiki 0.12 hektardır. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinə aid torpağıdır. Torpaq sahəsinin 0.04 ha hissəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən yol yerinə düşür. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafıq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasanı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Qəbələ rayon Zarağan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Qərarının təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon Zarağan kənd sakini İddiaçı fərdi yaşayış evi tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 222324 nömrəli Qəbzin təsdiqlənmiş surətindən və xx.xx.2004-cü il tarixli 98 nömrəli Torpaqların alqı-satqısına dair Aktın təsdiqlənmiş surətindən görünür ki, 432 (dörd yüz otuz iki) manat Qəbələ rayon Zarağan Bələdiyyəsinə ödənmişdir. İş materiallarında olan **********42 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və AA seriyalı 509165 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adına Qəbələ rayonu Zarağan kəndi ərazisində 0.0611 ha torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********21 nömrəli və xx.xx.2020-ci il tarixli **********42 nömrəli məktublarından görünür ki, İddiaçı Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair bələdiyyədən alğı-satqı sənədlərini təqdim etsədə DT və XK- nin Qəbələ rayon şöbəsinin rəyi, müvafiq memarlıq şöbəsinin rəyi, torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən yerquruluşu planı təqdim edilməmişdir. Eyni zamanda Qəbələ rayonu Zarağan Bələdiyyəsinin xx xxxxx 2004-cü il tarixli, 31 saylı qərarının qüvvədə olması ilə bağlı müvafiq məktub təqdim etməmişdir. Həmçinin torpaq sahəsi sənəd üzrə və faktiki 0.12 hektardır. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinə aid torpağıdır. Torpaq sahəsinin 0.04 ha hissəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən yol yerinə düşür. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-745/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Zarağan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-745/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 2-1(116)-745/2020 saylı inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azarbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 9 saylı Qəbələ ərazi idarasinə qarşı "Zarağan bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 31 saylı qərarı ila satılmış 0,12 ha torpaq sahasinin daşınmaz amlakın dövlat reyesterində qeydiyyata alınması öhdaliyinin cavabdehin üzərinə qoyulmasına dair" iddiası təmin edilməmişdir. Həmin qərar qanunsuz va asassız olduğundan ləğv edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməlidir. İddia ərizəsində göstərdiyi kimi Zarağan bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 31 saylı qərarı ila ona 0,12 ha torpaq sahəsi satılmışdır. Azarbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlat Reyesteri Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsi Zarağan bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 31 saylı qərarı ila ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edərkən onu əsas tutmuşdur ki, satılmış tarpaq sahasi barədə lağv edilmiş Azarbaycan Respublikası Dövlat Torpaq va XK Qəbələ rayon Şöbəsinin rəyi təqdim olunmamışdır. Təqdim edilmiş torpaq sahasinin yerquruluşu planı torpaq sahasinin faktiki vəziyyətini əks etdirmir. Zarağan bələdiyyəsinin torpaq sahəsinin faktiki vəziyyətini əks etdiran sxem va bələdiyyə qərarının qüvvədə olması baradə maktub taqdim edilmayib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsi "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə görə imtinanın bütün əsas və sahələrini şadalamağa borclu idi. Lakin iş mareriallarından və barəsində şikayət verilən məhkəmə aktından da göründüyü kimi cavabdeh imtinanın bütün əsas və sahələrini sadlamamış, yalnız məhkəmədə bildirmişdir ki, Zarağan bələdiyyəsinin xx.xx.2002-cü il tarixli, 31 saylı qərarı ilə mənə satılmış 0,12 ha torpaq sahəsinin təyinat üzrə yaşayış məntəqəsinin torpaqlarına aiddir, həmin torpaq sahəsinin 0,04 ha hissəsinin Ərazi İdarəsində olan elektron baza məlumatlarında yol yerinə. düşür. Beləliklə cavabdeh həmin əsaslara məhkəməyə qədər etirazımı mümkünsüz edərək məni əlverişsiz qoymuş, məhkəmə də səhvən həmin əsasla razılaşmışdır. Zarağan bələdiyyəsinin xx.xx.2002-cü il tarixli, 31 saylı qərarı heç bir orqan və vəzifəli şəxs tərəfindən mübahisələndirilməmiş, ləğv edilməmişdir. Mən Zarağan bələdiyyəsinin xx.xx.2002-cü il tarixli, 31 saylı qərarı əsasında tələb olunan pulu ödəmişəm. Məhkəməyə, eləcə də inzibati orqana heç bir saxta sənəd təqdim etməmişəm. Belə vəziyyətdə ödədiyim pulu Zarağan bələdiyyəsinin hansı şəkildə rəsmləşdirməsi mənim problemim deyil. Eləcə də "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tələbinə görə satılmış bələdiyyə torpaqlarının ilkin yerqurulıışu sənədlərinin hazırlanması vəzifəsi alıcınıən deyil, mülkiyyət sahibinin, konkret halda Zarağan bələdiyyəsinin üzərinə düşür. Satılmış torpaq sahəsinin sahəsinin 0,04 ha hissəsinin Ərazi İdarəsində olan elektron baza məlumatlarında yol yerinə düşməsə barədə də məhkəmənin gəldiyi qənaət əsaslı sayıla bilməz. Belə ki, faktiki olaraq Zarağan bələdiyyəsinin xx.xx.2002-cü il tarixli, 31 saylı qərarı ilə mənə satılmış torpaq sahəsi satıldığı gündən mənim faktiki mülkiyyətimə verilib və oradan hər hansı yol keçmir. Məhkəmə bu xüsusatı nəzərə almamış, mülkiyyət hüquqlarımı pozan məhkəmə aktını qəbul etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası"nın 6-cı maddəsi ilə təminat veilən ədalətli məhkəmə araşdırılması hüququm, eləcə də mülkiyyət hüquqlarım pozulmuşdur.Azəbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kovensiyaya dair Protokolun" (Paris, x xxxx 1952-ci il) l-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-745/2020 saylı qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-745/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi vəfiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, həmin qəbz Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il tarixli 22 dekabr tarixli əmri illə təsdiq edilmiş Forma KO-İ əsasında tərtib olunmuşdur. Yəni qeyd olunan qəbz 2005-ci illərə aid qəbz olduğu halda, xx.xx.2004-cü il tarixində Bələdiyyəyə ödəniş edilməsi həmin qəbzin sonradan keçmiş tarixə tərtib olunması, həmçinin, bələdiyyə qərarı, alqı-satqı aktı və qəbzdə qeyd olunan tarixdə, yəni xx.xx.2004-cü il tarixində Azərbaycan Respublikasında ödəniş vasitəsi olaraq köhnə manatın işlənməsi və həmin dövrdə 0.12 ha torpaq sahəsinin indiki məzənnə ilə 8 qəpiyə satılması da alqı-saqtı aktının sonradan rəsmiləşdirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın -manatın denominasiyası həyata keçirilmiş, yeni manata keçid zamanı 1 yeni manatın 5000 köhnə manata bərabər tutulması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının qeydiyyata alınması tələb olunan torpaq sahəsi ilə yol üst-üstə düşmür. Bundan başqa Qəbələ rayon Zarağan bələdiyyəsinin göndərdiyi məktubda qeyd edilmişdir ki, Zarağan bələdiyyəsində 2004-cü ilə aid heç bir sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, Zarağan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 31 saylı qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-745/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-745/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə keçirilmiş mütəxəsis rəyinin dəyəri olan 59,15 (əli doqquz manat 15 qəpik) xərc İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-19/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-19/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver