Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-190/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Yevlax şəhər şöbəsi) qarşı “xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon X8 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-63/2020 nömrəli qərarından DSMF-in Yevlax şəhər şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1955-ci ildə Yevlax rayonu Ərəş kəndində anadan olmuşdur. Hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. xx xxxxxxxx 1972-ci ildə əmək fəaliyyətinə başlamış, bu illərdə həm X1, həm də Yevlax Rayon Qaz İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin həmin dövrdə hərbi xidmətdə də olmuşdur. Sonuncu dəfə xx xxxx 1993-cü ildə X14 usta vəzifəsindən 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. Bu da əmək kitabçasında öz əksini tapmışdır. Lakin bundan sonra işdən nə vaxt azad olunmağı barədə əmək kitabçasında göstəriş yoxdur. Çünki o, xx xxxxxx 1998-ci ilə kimi həmin idarədə işləmişdir və xx.xx.1998-ci il tarixli 01 saylı əmrlə uzun müddətli öz hesabına məzuniyyətə buraxılmışdır. Bu da Tərtər Regional X6 xx xxxxxxxx 2018-ci il tarixli 161 saylı məktubu ilə təsdiq edilir. Göründüyü kimi o, xx xxxx 1993-cü ildən xx xxxxxx 1998-ci ilə kimi X14 işləsə də bu hal əmək kitabçasında əks olunmamışdır. O, hazırda pensiyaya çıxmaq istəsə də həmin illərin təsdiq edilməməsi, buna mane olur. O, bununla bağlı DSMF-in Yevlax şəhər şöbəsinə müraciət etsə də, şöbənin xx xxxxxx 2019cu il tarixli **********4 saylı məktubu ilə bundan imtina edilmişdir. Bundan sonra o, Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq onun xx xxxx 1993cü ildən xx xxxxxx 1998-ci ilə kimi Yevlax Rayon X8 işləməsi faktının müəyyən edilməsi və həmin illərin onun əmək stajı kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 2(039)- 1010/2019 saylı qərardadı ilə ərizə üzrə icraata xitam verilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, «xx xxxx 1993-cü ii tarixli əmrlə İddiaçı Yevlax şəhər X9 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx xxxxxx 1998-ci il tarixli 01 saylı əmrlə uzun müddətli öz hesabına məzuniyyətə buraxılmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin müəyyən olunmasını tələb etdiyi fakt təsdiqi məhkəmədə baxıla bilməz. Belə ki, həmin faktı təsdiq edən lazımı sənədlər iş materialları ilə müəyyən olunur. Məhkəmə burada «iş materialları ilə müəyyən olunur» deyərkən «Azəriqaz İB-nin Yevlax X12 xx xxx 2013-cü il tarixli 90 saylı arayışını nəzərdə tutmuşdur. Həmin arayışda göstərilir ki, İddiaçı xx xxxxxx 1978-ci il tarixli əmrlə Yevlax şəhər X10 işə qəbul edilmişdir, xx xxxxxx 1998-ci il tarixli 01 saylı əmrlə uzun müddətli öz hesabına məzuniyyətə buraxılmışdır. Göründüyü kimi, məhkəmə artıq həmin faktın bu arayış ilə sübut olduğu üçün, həmin faktın yenidən müəyyən olunmasına zərurət görməmişdir. Deməli onun 1998-ci ilin yanvar ayının 5-nə kimi işləməsi faktı mübahisəsizdir. Lakin o, xx xxx 2019-cu il tarixli ərizə ilə DSMF-in Yevlax şəhər şöbəsinə müraciət edərək onun xx xxxx 1993-cü ildən xx xxxxxx 1998-ci ilə kimi X14 işləməsi faktını da nəzərə almaqla, ona yaşa görə əmək pensiyasının verilməsini xahiş etsə də, şöbənin müvafiq məktubu ilə bundan imtina edilmişdir. İddiaçının xx xxxx 1993-cü ildən yanvar 1998-ci ilə kimi Yevlax Rayon X8 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin DSMF-in Yevlax şəhər şöbəsinin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyası hüququ olduğu üçün DSMF-in Yevlax şəhər şöbəsinə müraciət etmişdir. Əmək kitabçasına əsasən onun işə girdiyi tarixdən hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla (1972.xx.xx-1974.05.17, 1974.xx.xx-1976.05.17, 1976.xx.xx-1978.10.02, 1978.11.01- 1998.01.05) cəmi 25 il 12 gün sosial sığorta stajı toplanır. Lakin iddiaçının işdən azad olunması (xx.xx.1998-ci il) və əmək haqqı cədvəlləri haqqında işlədiyi X16 (hazırkı adı X15 İstismar idarəsi) idarəsində heç bir məlumat (əmək haqqı cədvəlləri və həmin illərə aid əmr kitabları) yoxdur. Ona görə də onun Yevlax X8 nə vaxtdan nə vaxta kimi işləməsinin müəyyən edilməsi çətinliyi yarandığından əmək haqqı cədvəllərinin və əmr kitablarının Dövlət Arxivində saxlanılmaması səbəbindən xx.xx.1993-cü ildən xx.xx.1998-ci il tarixə kimi olan dövrlər sosial sığorta stajına qəbul edilməsi məhkəmə qaydasında olması zəruriyyəti ilə iddiaçıya imtina məktubu verilmişdir. İddiaçının işlədiyi illərə aid heç bir haqq hesab cədvəlləri əldə edilməsi mümkün olmamış, xx.xx.2019-cu il tarixdə pensiya hüququ yaranmış və bu günə kimi pensiya kapitalı yoxdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçın iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-63/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Yevlax şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon X8 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsiqərara alınmışdır. DSMF-in Yevlax şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, müəyyən olunan qərar qanuni baxımdan ədalətli deyildir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. Belə ki, məhkəmə şəxsin iddiasını təmin edərkən sübutlara qiymət verməmiş, əhəmiyyətli dərəcədə əsas olmadan tələbi təmin etmişdir. X15 İdarəsinin heç bir təsdiqedici sənədi olmadan hətta işdən çıxma haqqında real sənədlərin mövcud olmadığı, həmçinin, əmək haqqı cədvəli və əmək kitabçası olmamasına baxmayaraq məhkəmə real həqiqətdən kənar bir qərar qəbul etməklə haqlı olmamışdır Bu səbəbdən də aydın deyildir ki, məhkəmə hansı sənəd çərçivəsində iddianı təmin etmiş, real həqiqəti əks etdirməyən qərar qəbul etmişdir. Bu baxımdan da hesab etmişlər ki, məhkəmə işə birtərəfli yanaşmış, qərar qəbul edərkən digər mötəbər halları nəzərə almamışdır. Şəxsin işləməsi qeyd edildiyi kimi, müəssisənin aidiyyatı sənədlərində əks olunur. Bütün bunlar obyektiv olaraq nizama salınmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-63/2020nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-63/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1974-cü il tarixli əmək kitabçası, DSMF-in Yevlax şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubu, “Azəriqaz” X5 Regional X6 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı, xx.xx.1998-ci il tarixli əmrin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” istehsalat Birliyi Yevlax X12 90 nömrəli xx.xx.2013-cü il tarixli arayışın surəti, X15 İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-63/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Yevlax şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon X8 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon X8 işləməsi “Azəriqaz” X2 X12 xx.xx.2013-cü il tarixli 90 nömrəli arayışı və “Azəriqaz” X5 Regional X6 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon X8 işləməsi “Azəriqaz” X2 X12 xx.xx.2013-cü il tarixli 90 nömrəli arayışı və “Azəriqaz” X5 Regional X6 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. DSMF-in Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli məhkəmə kollegiyasının sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1972-ci ildən hərbi xidmət dövrü ilə birlikdə xx.xx.1998-ci il tarixədək cəmi 25 il 12 gün sosial sığorta stajı toplanır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon X8 işləməsi “Azəriqaz” X2 X12 xx.xx.2013-cü il tarixli 90 nömrəli arayışı və “Azəriqaz” X5 Regional X6 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-63/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-190/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-190/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver