Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-190/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(116)- 1259/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2016-cı il tarixdə təkrar müayinə zamanı müddətsiz olaraq təyin edilmiş birinci dərəcəli əlillik qrupunun ləğvi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, xx.xx.2016-cı ildə təkrar müayinə zamanı müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi, əlilliyin kəsildiyi gündən bərpası və kəsildiyi tarixdən hazırki vaxtadək ödənilməmiş əlillik pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsasladırılmışdır ki, iddiaçıya 17 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci ildən ümumi xəstəlikdən birinci dərəcəli əlillik təyin edilmiş, təkrar müayinələr zamanı səhhətində düzəlmə olmadığından xx.xx.2016-cı ildə təkrar müayinə zamanı ümumi xəstəlikdən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. TSEK diaqnozu: tez-tez kəskinləşən XR Qlomerulonefrit, Qarışıq forma, XR b.çİİ dərəcə proqramlı hemodializ. Kənar qulluğa ehtiyacı var. Bununla əlaqədar iddiaçıya ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən 029663 nömrəli vəsiqə verilmişdir. Lakin iddiaçıya müddətsiz olaraq təyin edilən əlillik dərəcəsi 2021-ci ildən ona məlum olmayan səbəbdən kəsilmişdir. İddiaçı həmin vaxt ərinin vəfatı ilə əlaqədar ağır sarsıntı keçirdiyindən və xəstəliyinin ağırlaşması səbəbindən əlilliyinin kəsilməsinin səbəbləri barədə maraqlana bilməmiş, daha sonra isə ona vəsiqə verən DSMF-nun Şəki şəhər şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, əlillik dərəcəsi cavabdeh tərəfindən kəsilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 446 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “TibbiSosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik laborator rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı effektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. Cavabdeh orqan iddiaçının xəbəri olmadan iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsini kəsməklə qanunsuzluq etmiş və adı çəkilən Əsasnamənin tələblərini həmçinin Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının iştirakı və məlumatı olmadan ona tanınmış hüququnun əlindən alınması əsassız və qanunsuzdur.
3. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsində “müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi” xahiş edilsə də, belə bir qərarın mövcud olması iddia ərizəsinə əlavə edilmiş sənədlərdə müəyyə edilmir. Odur ki, cavabdehin hansı qərarının mübahisələndirilməsi aydın deyil. İddia ərizəsində “əlillik dərəcəsinin kəsilməsi barədə iddiaçıda hər hansı qərarın olmadığı qeyd edilsə də, ümumiyyətlə belə bir qərarın qəbul edilib-edilməməsi ilə bağlı cavabdeh orqana edilmiş müraciət iş materiallarında yoxdur.
4. İddiaçı birinci instansiya məhkəməsinin hüquqi yardım məktubuna münasibət bildirərək, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi əlavə etməmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 iyul 2023-cü il tarixli 21(116)-1259/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
9. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərardadı qismən, “iddiaçının əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, əlilliyinin kəsilməsi barədə qərarı cavabdeh orqanın portalından əldə edə bilməmişdir. Cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin elektron saytında ona aid bölmədə əlilliyinin nə səbəbə kəsildiyi və hansı qərarla kəsildiyi göstərilməmişdir. Dəfələrlə elektron qaydada cavabdehin saytına daxil olaraq cəhd etsə də mübahisələndirdiyi qərarı əldə edə bilmədiyindən həmin qərarı iddia ərizəsinə əlavə edə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(116)- 1259/2023 nömrəli qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etmirlər. İddiaçı ərizə göndərərək xəstəliyi səbəbi ilə məhkəmə iclasında iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin ediləcəkdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
17. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, cavabdehin hər hansı inzibati akt qəbul etmədən əlillik dərəcəsini “Əlillik” altsistemində ləğv etməsi cavabdeh orqanın faktiki xarakterli hərəkətlər hesab olunur və həmin hərəkətlərin mübahisələndirilməsi ilə bağlı iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Sözügedən iddia növünün xüsusi mümkünlük şərti isə cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabının (və ya müraciəti cavabsız saxlaması barədə sübutun) iddia ərizəsinə əlavə edilməsidir. Yəni, iddiaçı ilk öncə analoji tələblə cavabdeh orqana müraciət etməli müraciəti təmin olunmadıqda isə məhkəmədə iddia qaldırılmalıdır.
18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
19. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
20. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək, inzibati iş “iddiaçının əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi” hissədə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadını qismən ləğv edərək iddiaçının əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi hissəsində təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərar cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv olunduğundan, hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən ona müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsidir. Bu növ iddianın həllində məhkəmə əlilliyin dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinə, yəni inzibati orqanın əlilliyin təyin edilməsi qərarının ləğv edilməsi ilə bağlı qəbul etdiyi qərara hüquqi qiymət verəcəkdir. İşin hallarından göründüyü kimi, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə müddətsiz 1-ci qrup əlillik təyin edilmiş, daha sonra cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və bundan sonra pensiya ödənişi dayandırılmışdır. İddiaçı arzuladığı hüquqi nəticəyə çatması, yəni əlillik dərəcəsinin bərpa edilməsi üçün cavabdeh inzibati orqanın xx.xx.2020ci il tarixli qərarı ləğv edilməlidir. Bu növ iddia isə inzibati aktın mübahisələndirilməsi haqqında iddia növüdür ki, bu növ iddia üçün cavabdeh inzibati orqana ilkin müraciət tələb olunmur.
22. Kollegiya hesab edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə mümkünlük məsələsi ilə bağlı kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.
23. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı qismən iddiaçının əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı hissədə ləğv edilərək işin həmin hissədə baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
24. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı iddiaçının əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi hissədə ləğv edilsin. İnzibati iş həmin hissədə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.