Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-190/2025 20.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2024-cü ildən hesablanmaqla güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2515/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ümumi iş stajı, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyini nəzərə alaraq xx.xx.2024-cü ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci il tarixdən etibarən bu günə kimi əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında da müvafiq qeydlər aparılmışdır. Belə ki, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə kimi, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi, 1983-cü ildən 1985-ci ilə kimi həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1985-xx.xx.1987-ci illər üzrə Şəki meliosu tikintinin 29 nömrəli tikinti montaj idarəsində, xx.xx.1987-xx.xx.1988-ci illər üzrə 175 nömrəli təsərrüfatlararası mexanikiləşdirmə səyyar dəstədə, xx.xx.1989-xx.xx.1989-cu illər üzrə yemçilik müəssisəsi nəzdində irəli donuzçuluq kooperativində, xx.xx.1990-xx.xx.1991-ci illər üzrə volform kooperativində, xx.xx.1991-xx.xx.2006-cı illər üzrə Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021-ci il tarixdən bu günədək isə X8 idarəsində elektik qaynaqçısı, qaynaqedici və qaynaqçı peşələrində işləməyi qeyd edilmişdir. Qaynaqçı kimi o, uzun müddət işləmişdir. Həmin vəzifə ağır iş sayıldığı üçün güzəştli müddətlərə daxildir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısında 35-ci bəndində əl ilə qaynaq aparan elektrik qaynaqçıları, qaz qaynaqçılar vəzifəsində çalışınlar güzəştli vəzifələr siyahısındadır. Göründüyü kimi onun işlədiyi sahələr qanunvericiliyin tələbinə əsasən güzəştli müddət sayılır. Buna görədə 60 yaşı bitdikdən sonra güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlərini Azərbaycan Respublikası ƏƏSM yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də sözü gedən qurum 21 may 2024-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericilik baxımından mümkün hesab edilməməsinə görə imtina edilmişdir. Cavabdeh imtina səbəbi kimi xx.xx.1985-xx.xx.1987, xx.xx.1987xx.xx.1988, xx.xx.1989-xx.xx.1989 və xx.xx.1990-xx.xx.1991-ci illər arasındakı dövlər ərzində güzəştli əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışının mərkəzi filiala təqdim edilməməsi, məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı və xx.xx.1991-ci ildən xx.xx.2005-ci illər arasındakı dövr üzrə işləyib-işləməməyinə dair əsaslı şübhələrin mövcud olması qeyd edilmişdir. Cavabdehin yuxarıda qeyd edilən imtinasını tamamilə qanunsuz və əasssız hesab edir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. - Belə ki, ona məxsus olan əmək kitabçasının surətindən və müvafiq arayışlardan göründüyü kimi onun faktiki işlədiyi illər qeyd edilən sənəddə öz təsdiqini tapmışdır. Qaynaq işləri məlum olduğu kimi ya elektriklə ya da qaz ilə (loru dildə desək avtogenlə) aparılır. Bunun başqa formada aparılma üsulu yoxdur. Onun işlədiyi müəssisələr təmirtikinti işəri aparan şirkətlərdir. Orda elektrik qaynağı ilə işlər həyata keçirilir. Yəni o zaman vəzifə olaraq qaynaqçı gedir. Cavabdeh tərəf əsassız imtina vermişdir. Bütün növ qaynaqçı vəzifələri güzəştli vəzifələr sayılır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısında 35-ci bəndində əl ilə qaynaq aparan elektrik qaynaqçıları, qaz qaynaqçılar vəzifəsində çalışınlar güzəştli vəzifələr siyahısındadır. Bundan başqa növ qaynaq növü olmur. Bildiyiniz kimi, əmək şəraiti incəsənətin xüsusi sahələrində zərərli və ağır olan işlərdə çalışan kişilər 25 il sığorta stajına malik olduqda və bu müddətin yarısını həmin işlərdə çalışmışlarsa güzəştli şərtlərə yaşa görə pensiyaya çıxa bilər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işləı də çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır:
1. tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 58.5);
2. azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli;
3. stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. - Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yuxanda qeyd edilən bütün şərtlər ödənilməlidir. İkinci şərtə münasibətdə qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. - İş materiallarına əlavə edilmiş əmək kitabçasında qeyd edilən məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az (10 il 3 ay 13 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci iİ, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2021-2024-cü illər üzrə 2 il 5 ay)) təşkil etmiş, iddiaçının xx.xx.1991ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və {və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlardan göründüyü kimi, qanunvericilikdə əmək pensiyası təyin edilərkən məcburi dövlət sosial sığorta haqqlarının ödənilmədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. - İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006- cı il tarixədək işlədiyi dövrlər ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. Qeyd olunan hal iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsinə dair əsaslı şübhələr yaratmış və bu səbəbdən müvafiq dövrlər iddiaçının ümumi iş stajına daxil edilməmişdir. Üçüncü şərtə münasibətdə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısımın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilən "xxxx" ASC X8 idarəsinin 24 aprel 2024-cü il tarixli 89 nömrəli arayışına əsasən iddiaçı, xx.xx.1985xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Şəki Meliosutikintinin 29 nömrəli Tikinti- Montaj idarəsində, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində 175 nömrəli təsərrüfatlararası mexanikləşdirmə səyyar dəstədə, xx.xx.1989- xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Yemçilik müəssisəsi nəzdində ‘İrəli’’ donuzçuluq kooperativində, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Volfrom" kooperativində, xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021 -ci il tarixindən bugünədək isə X8 İdarəsində elektrik qaynaqçısı, qaynaqedici, qaynaqçı peşələrində işləmişdir. Lakin, müvafiq arayışda iddiaçının xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989cu il və xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli əmək pensiyası hüququ verən işlərdə işləməyinə dair arayış cavabdehə təqdim edilməmiş, həmçinin sözügedən arayışda xx.xx.2021 -ci il tarixdən bugünədək qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamadığı barəsində hər-hansı məlumat qeyd olunmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20 ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavədə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləsdirməkdir Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. - Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayış cavabdehə təqdim edilməmişdir. 4.Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10678,04 manat təşkil etmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il ümumi is stajı və 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, -AZE № ********-li şəxsiyyət vəsiqəsi, - Г № 599030 nömrəli Diplom, -НЗ ******* nömrəli hərbi bilet, -ИT-İ 1379713№-li əmək kitabçası, -Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 24 aprel 2024-cü il tarixli 89 nömrəli Arayışı, -Sığortaolunanın hesabından çıxarış, -777 nömrəli Əmək müqaviləsi, -Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Suvarma İdarəsi üzrə 15 noyabr 2021-ci il 71-5 saylı, 12 sentyabr 2024-cü il tarixli 107-K saylı əmrlərindən Çıxarış, X9 Filialının 18 noyabr 2024-cü il tarixli məktubu.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli 2- 1(116)-2515/2024 nömrəli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Г № 599030 nömrəli Diplom və НЗ ******* nömrəli hərbi biletlə idiaçının təhsil aldığı müddət 2 il, 10 ay, 15 gün, hərbi xidmət müddəti 2 il 17 gün müəyyən edilir. ИT-İ 1379713№-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.2006-cı il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.2021-xx.xx.2024-cü il. Sadalanan sənədlərlə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajının 26 il 7 ay olması müəyyən edilir. xx.xx.2006-cı ildən sonrakı müddətdə isə iddiaçının 2 il 6 ay 1 gün sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajının cəmi 29 il 10 günə bərabər olur. Cavabdeh orqan iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsinə dair əsaslı şübhələrin olmasını bildirir və müvafiq dövrləri iddiaçının ümumi iş stajına daxil etmir. Belə ki, müvafiq şübhə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006cı il tarixədək işlədiyi dövrlər ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə əsaslandırılır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, sözügedən əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.2002-ci ilədək işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.2002-ci ildən sonra işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)- 622/2021 №-li qərarında əks olunmuş hüquqi mövqe). Hazırkı işdə cavabdeh orqan iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sosial sığorta stajını qəbul etməmiş, lakin bunu iddiaçının sözügedən müddət ərzində faktiki əmək fəaliyyətinin olmaması ilə əsaslandırmamışdır (o cümlədən müvafiq sübutlar təqdim etməmişdir). Yuxarıda qeyd edildiyi kimi əmək kitabçasında göstərilən qeydlərin həqiqətə uyğun olmadığı barədə şübhələr yalnız cavabdeh orqan tərəfindən təqdim edilən sübutlarla təsdiqlənə bilər. İddiaçının xx.xx.2006-xx.xx.2006-cı il tarixlərdə əmək fəaliyyəti üzrə sosial sığorta ödənişlərinin mövcud olmaması, yalnız həmin dövrün sosial sığorta stajına daxil olubolmaması məsələsində ayrıca qiymətləndirilməlidir. Lakin, bu vəziyyət əmək kitabçasındakı xx.xx.1991-xx.xx.2005-ci illərin ümumilikdə mötəbərliyini şübhə altına alması üçün yetərli deyil. Hər bir dövr üzrə sosial sığorta ödənişlərinin olub-olmaması, həmin dövr üçün qüvvədə olan qanunvericilik normalarına münasibətdə konkret hüquqi nəticəyə səbəb olur. Belə olan halda məhkəmə yalnız xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə sosial sığorta ödənişlərinin mövcud olmaması əsasından çıxış etməklə iddiaçının xx.xx.1991-xx.xx.2005-ci illər üzrə əmək fəaliyyəti dövrünün şübhə altına alınmasını əsaslı hesab etmir. Əmək kitabçasındakı qeydlərin həqiqətə uyğunluğuna dair şübhələr yalnız konkret sübutlarla təsdiqlənə bilər ki, hazırkı iş üzrə bu müəyyən edilmir. Buna görə də, iddiaçının həmin dövr üzrə sosial sığorta stajı etibarlı hesab edilməli və qanunvericiliyə uyğun olaraq pensiya təyin olunması üçün nəzərə alınmalıdır. Qeyd olunan hal iddiaçının ümumi iş stajının 25 ildən artıq olması qənaətini yaradır. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, iddiaçı, xx.xx.1985- xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Şəki Meliosutikintinin 29 nömrəli TikintiMontaj idarəsində, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində 175 nömrəli təsərrüfatlararası mexanikləşdirmə səyyar dəstədə, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Yemçilik müəssisəsi nəzdində “İrəli’’ donuzçuluq kooperativində, xx.xx.1990xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Volfrom" kooperativində, xx.xx.1991xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021 ci il tarixindən xx.xx.2024- cü il tarixədək isə X8 İdarəsində elektrik qaynaqçısı, qaynaqedici, qaynaqçı peşələrində işləmişdir. Göründüyü kimi xx.xx.2006-xx.xx.2006-cı il tarixlər üzrə əmək fəaliyyəti müddəti nəzərə alınmadan iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıqdır. Cavabdeh orqan bildirir ki, xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il və xx.xx.1990xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli əmək pensiyası hüququ verən işlərdə işləməyinə dair arayış cavabdehə təqdim edilməmiş, həmçinin sözügedən arayışda xx.xx.2021-ci il tarixdən bugünədək qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamadığı barəsində hərhansı məlumat qeyd olunmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Məhkəmə xüsusi iş stajına münasibətdə də, cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının əmək kitabçasında qəbul olunduğu iş üzrə vəzifəsini nəzərə alınmaqla onun zərərli peşələrə aid olan “qaynaqçı” kimi işləməsi müəyyən edilir. Odur ki, həmin peşə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir. Nəzərə alınmalıdır ki, 2 nömrəli Siyahıda nəzərdə tutulan (23200000 - XXXİİİ. Ümumi peşələr) - 23200000-19906 kodunda qeyd edilmiş - əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 23200000—11620 kodunda qeyd edilmiş - qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısındadır. Belə olan halda hər bir halda iddiaçının əmək kitabçasında qaynaqçı vəzifəsinin qeyd edilməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müəssisələr artıq mövcud olmadığından iddiaçının güzəştli arayış təqdim etməsi faktiki olaraq mümkün deyil. Qeyd olunan halın iddiaçının ziyanına şərh edilməsi və onun sosial təminat hüququnun məhdudlaşdırılması yolverilməzdir.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2- 1(116)-2515/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 58.5); 2. azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimumməbləğindən az olmayan pensiya təminatına imkan verməli; 3. stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. - Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yuxarıda qeyd edilən bütün şərtlər ödənilməlidir. İkinci şərtə münasibətdə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraqməcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. İş materiallarına əlavə edilmiş əmək kitabçasında qeyd edilən məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az (10 il 3 ay 13 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2021- 2024-cü illər üzrə 2 il 5 ay)) təşkil etmiş, iddiaçının xx.xx.1991ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildi. - Qeyd olunanlardan göründüyü kimi, qanunvericilikdə əmək pensiyası təyin edilərkən məcburi dövlət sosial sığorta haqqlarının ödənilmədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırmaq istərdik ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. Qeyd olunan hal iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsinə dair əsaslı şübhələr yaratmış və bu səbəbdən müvafiq dövrlər iddiaçının ümumi iş stajına daxil edilməmişdir. Üçüncü şərtə münasibətdə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilən "xxxx" ASC X8 İdarəsinin 24 aprel 2024-cü il tarixli 89 nömrəli arayışına əsasən iddiaçı, xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Şəki Meliosutikintinin 29 nömrəli TikintiMontaj idarəsində, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində 175 nömrəli təsərrüfatlararası mexanikləşdirmə səyyar dəstədə, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Yemçilik müəssisəsi nəzdində “İrəli” donuzçuluq kooperativində, xx.xx.1990xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Volfrom” kooperativində, xx.xx.1991xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021-ci il tarixindən bugünədək isə X8 İdarəsində elektrik qaynaqçısı, qaynaqedici, qaynaqçı peşələrində işləmişdir. Lakin, müvafiq arayışda iddiaçının xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il , xx.xx.1989-xx.xx.1989cu il və xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli əmək pensiyası hüququ verən işlərdə işləməyinə dair arayış cavabdehə təqdim edilməmiş, həmçinin sözügedən arayışda xx.xx.2021-ci il tarixdən bugünədək qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıbaparmamadığı barəsində hər-hansı məlumat qeyd olunmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20 ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavədə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. MəhkəməAzərbaycan Respublikası İPM-in 58.6- cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayış cavabdehə təqdimedilməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-2515/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2515/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2515/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
16. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
18. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
19. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
20. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
21. “İnzibati icraat haqqında” Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 35. Ümumi peşələr Qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (23200000 - XXXİİİ. Ümumi peşələr) - 23200000-19906 kodunda qeyd edilmiş - əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 23200000—11620 kodunda qeyd edilmiş - qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısındadır.
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
Apellyasiya şikayətinin mümkünlüyü
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
34. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
35. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayış təqdim edilməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı və 12 il 6 aygüzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi ilə əsaslandırmışdır.
36. İddiaçı xx.xx.1964-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
37. İş materiallarından müəyyən edilir ki, Г № 599030 nömrəli Diplom və НЗ ******* nömrəli hərbi biletlə idiaçının təhsil aldığı müddət 2 il, 10 ay, 15 gün, hərbi xidmət müddəti 2 il 17 gün müəyyən edilir. ИT-İ 1379713№-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1991-xx.xx.2006-cı il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.2021-xx.xx.2024-cü il.
38. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan sənədlərlə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajının 26 il 7 ay olması müəyyən edilir. xx.xx.2006-cı ildən sonrakı müddətdə isə iddiaçının 2 il 6 ay 1 gün sığorta stajı toplandıqda iddiaçının ümumi sosial sığorta stajının cəmi 29 il 10 günə bərabər olur. Cavabdeh orqan iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsinə dair əsaslı şübhələrin olmasını bildirir və müvafiq dövrləri iddiaçının ümumi iş stajına daxil etmir. Belə ki, müvafiq şübhə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə əsaslandırılır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli Qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.
40. Odur ki, sözügedən əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır.
41. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.2002-ci ilədək işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002- 2006-cı illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.2002-ci ildən sonra işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2-1(102)- 622/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
43. Hazırkı işdə cavabdeh orqan iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sosial sığorta stajını qəbul etməmiş, lakin bunu iddiaçının sözügedən müddət ərzində faktiki əmək fəaliyyətinin olmaması ilə əsaslandırmamışdır (o cümlədən müvafiq sübutlar təqdim etməmişdir). Yuxarıda qeyd edildiyi kimi əmək kitabçasında göstərilən qeydlərin həqiqətə uyğun olmadığı barədə şübhələr yalnız cavabdeh orqan tərəfindən təqdim edilən sübutlarla təsdiqlənə bilər.
44. İddiaçının xx.xx.2006-xx.xx.2006-cı il tarixlərdə əmək fəaliyyəti üzrə sosial sığorta ödənişlərinin mövcud olmaması, yalnız həmin dövrün sosial sığorta stajına daxil olubolmaması məsələsini də ayrıca qiymətləndirilməlidir. Lakin, bu vəziyyət əmək kitabçasındakı xx.xx.1991-xx.xx.2005-ci illərin ümumilikdə mötəbərliyini şübhə altına alması üçün yetərli deyil. Hər bir dövr üzrə sosial sığorta ödənişlərinin olub-olmaması, həmin dövr üçün qüvvədə olan qanunvericilik normalarına münasibətdə konkret hüquqi nəticəyə səbəb olur.
45. Belə olan halda məhkəmə yalnız xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə sosial sığorta ödənişlərinin mövcud olmaması əsasından çıxış etməklə iddiaçının xx.xx.1991-xx.xx.2005-ci illər üzrə əmək fəaliyyəti dövrünün şübhə altına alınmasını əsaslı hesab etmir. Əmək kitabçasındakı qeydlərin həqiqətə uyğunluğuna dair şübhələr yalnız konkret sübutlarla təsdiqlənə bilər ki, hazırkı iş üzrə bu müəyyən edilmir. Buna görə də, iddiaçının həmin dövr üzrə sosial sığorta stajı etibarlı hesab edilməli və qanunvericiliyə uyğun olaraq pensiya təyin olunması üçün nəzərə alınmalıdır. Qeyd olunan hal iddiaçının ümumi iş stajının 25 ildən artıq olması qənaətini yaradır.
46. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, iddiaçı xx.xx.1985xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Şəki Meliosutikintinin 29 nömrəli Tikinti Montaj idarəsində, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində 175 nömrəli təsərrüfatlararası mexanikləşdirmə səyyar dəstədə, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Yemçilik müəssisəsi nəzdində ‘İrəli’’ donuzçuluq kooperativində, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Volfrom" kooperativində, xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Şəki 18 saylı təsərrüfat hesablı ixtisas quraşdırma sahəsində və xx.xx.2021 ci il tarixindən xx.xx.2024cü il tarixədək isə X8 İdarəsində elektrik qaynaqçısı, qaynaqedici, qaynaqçı peşələrində işləmişdir.
47. Göründüyü kimi xx.xx.2006-xx.xx.2006-cı il tarixlər üzrə əmək fəaliyyəti müddəti nəzərə alınmadan iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıqdır.
48. Cavabdeh orqan bildirir ki, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il və xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində güzəştli əmək pensiyası hüququ verən işlərdə işləməyinə dair arayış cavabdehə təqdim edilməmiş, həmçinin sözügedən arayışda xx.xx.2021-ci il tarixdən bugünədək qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamadığı barəsində hərhansı məlumat qeyd olunmamış, bu səbəbdən iddiaçının güzəştli iş stajının olmadığı müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası xüsusi iş stajına münasibətdə də, cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının əmək kitabçasında qəbul olunduğu iş üzrə vəzifəsini nəzərə alınmaqla onun zərərli peşələrə aid olan “qaynaqçı” kimi işləməsi müəyyən edilir. Odur ki, həmin peşə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir. Nəzərə alınmalıdır ki, 2 nömrəli Siyahıda nəzərdə tutulan (23200000 - XXXİİİ. Ümumi peşələr) 23200000-19906 kodunda qeyd edilmiş - əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 23200000—11620 kodunda qeyd edilmiş - qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısındadır. Belə olan halda hər bir halda iddiaçının əmək kitabçasında qaynaqçı vəzifəsinin qeyd edilməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müəssisələr artıq mövcud olmadığından iddiaçının güzəştli arayış təqdim etməsi faktiki olaraq mümkün deyil. Qeyd olunan halın iddiaçının ziyanına şərh edilməsi və onun sosial təminat hüququnun məhdudlaşdırılması yolverilməzdir.
50. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
52. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
53. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
54. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2515/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.