Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-191/2022 05.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizə-bəyannamə" ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı arvadı Məmmədova Aysel Bəxtiyar qızı ailənin təmsilçisi kimi ilk dəfə xx.xx.2021-ci ildə "ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətindən istifadə etməklə "Ərizəbəyannamə"ni dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) müraciət etmişdir.
2. Sosial yardımın alınması üçün VEMTAS tərəfindən "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatlar "Elektron hökumət" portalı üzərindən araşdırılmış, lakin müraciətdə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından imtina edilmişdir.
3. Bundan sonra, Məmmədova Aysel Bəxtiyar qızı ikinci dəfə xx.xx.2021-ci ildə yenidən müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizəbəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) Məmmədova Aysel Bəxtiyar qızına sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, "Ərizəbəyannamə"də 5 nəfər ailə üzvü göstərildiyi halda, maddiməişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçinin qayınanası və qayınatası göstərilən ünvanda onunla birlikdə yaşayırlar.
4. Bundan başqa, Məmmədova Aysel Bəxtiyar qızı növbəti dəfə xx.xx.2021-ci ildə yenidən müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (başqa şəxsə aid abonent kodunun bəyan edilməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir.
5. Daha sonra, Məmmədova Aysel Bəxtiyar qızı xx.xx.2021-ci ildə yenidən müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir.
6. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional Ərazi Filialına qarşı "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizə-bəyannamə" ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin Nazirliyin tərkibində yaradılmış DSMF-in 17 saylı Regional Ərazi Filialının üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtina məktubu tam əsassızdır.
8. Bundan sonra birinci instansiya məhkəməsinin yardım məktubuna uyğun olaraq, İddiaçı məhkəməyə yeni iddia ərizəsi göndərərək, iddiasını dəyişdirmiş, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş, iddia tələbini isə "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizə-bəyannamə" ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması" kimi ifadə etmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
10. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubunda bildirmişdir ki, Məmmədova Aysel Bəxtiyar qızının müraciətində İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından əsaslı olaraq imtina edilmişdir. Eyni zamanda, sonuncu tərəfindən edilmiş növbəti müraciətlərdə isə ailə tərkibi 5 nəfər kimi göstərilsə də, ailənin maddi-məişət şəraitinin müayinələrində ailə tərkibinin düzgün qeyd edilmədiyi müəyyən edilmiş, müayinə aktı, foto və video çəkilişlərlə rəsmiləşdirilmişdir. İddiaçı ona sosial yardımın təyin olunması üçün yenidən müraciət etməli və ailə tərkibini, ailə üzvlərinin gəlirləri barədə düzgün məlumat verməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 11 may 2022-ci il tarixli 2- 1(116)-597/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair f53c**********d49f0bf6a3de57b55d nömrəli bildirişdən görünür ki, müraciətdə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından imtina edilmişdir. - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 2c03edbb517a434c99e68a1750f3f6ca nömrəli bildirişdən görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) Məmmədova Aysel Bəxtiyar qızına sosial yardım təyin olunmasından imtina edilmişdir. - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 6478e401394744bca03e1d54a96a3b4e nömrəli bildirişdən görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (başqa şəxsə aid abonent kodunun bəyan edilməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 7561173d56b94c248ecd75aa1582eaa4 nömrəli bildirişdən görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (ailə tərkibinin düzgün göstərilməməsi) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli etiraz məktubundan görünür ki, Məmmədova Aysel Bəxtiyar qızının müraciətində İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatlar Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmadığına görə sosial yardım təyin olunmasından əsaslı olaraq imtina edilmişdir. Eyni zamanda, sonuncu tərəfindən edilmiş növbəti müraciətlərdə isə ailə tərkibi 5 nəfər kimi göstərilsə də, ailənin maddi-məişət şəraitinin müayinələrində ailə tərkibinin düzgün qeyd edilmədiyi müəyyən edilmiş, müayinə aktı, foto və video çəkilişlərlə rəsmiləşdirilmişdir. İddiaçı ona sosial yardımın təyin olunması üçün yenidən müraciət etməli və ailə tərkibini, ailə üzvlərinin gəlirləri barədə düzgün məlumat verməlidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci və 6.3-cü maddələrinə görə, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.
19. ""Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 312 nömrəli Fərmanının 2.3-cü bəndinə görə, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Fərmanın 2.4-cü bəndinə görə, həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
20. "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir.
21. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, ailəni təmsil edən şəxs Məmmədova Aysel Bəxtiyar qızı ünvanlı dövlət sosial yardımı təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin həmin müraciətlə bağlı iddiaçının ailəsinin maddi-məişət şəraitinin yoxlanılması zamanı "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən xx.xx.2021-ci ildə (onun yaşayış yerində ailə tərkibinin səhv olması) ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, "Ərizə-bəyannamə"də ərizəçinin 5 nəfərdən ibarət ailəsi göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı məlum olmuşdur ki, iddiaçının atası və anası da həmin ünvanda yaşayır.
28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Bu isə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.1-ci bəndinə görə, ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsasdır. Belə olan halda, cavabdehin imtinası əsaslıdır.
29. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçının sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizəbəyannamə" ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-597/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.