Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-192/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10 və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-300/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla hazırda 56 yaşı var. Mövcud iş stajı və yaşı ona yaşa görə əmək pensiyasına çıxmağa imkan verir. Lakin, onun xx.xx.1979-cu ildən xx.xx.1998-ci ilədək İsmayıllı rayon X5 müəssisəsində xalça toxucusu kimi işlədiyi müddət əmək kitabçasında əks olunmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iş stajı kimi qəbul olunmur. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh imtinası tamamilə əsasızdır və onun təqdim etdiyi arayışlar üzrə sosial sığorta stajı yaşa görə əmək pensiyasının təyini üçün əsas verir. Odur ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2, 33,35, 46 və 73cü maddələrinə əsaslanaraq məhkəmədən Azərbaycan Respublikası İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində xalça toxucusu kimi işlədiyim xx.xx.1979-cu ildən xx.xx.1998-ci ilədək olan müddətin sosial sığorta stajına daxil olunmasının və yaşa görə əmək pensiyası təyin edilərək pensiyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 21.10.20-ci il tarixli **********6 nömrəli imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı əmək kitabçasına əsasən təsdiq olunmadığı üçün sizə yaşa görə əmək pensiyası təyin olunması barədəki müraciətiniz, pensiya təyin edən komissiyanın 664 nömrəli qərarı ilə mümkün hesab edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və yaşa görə əmək pensiyası təyin edilərək pensiya hüququnun yarandığı vaxtdan hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “Əmək pensiları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensilarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 bəndinə tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli X2 surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********4 nömrəli etirazı, xx.xx.2019-cu il tarixli **********9 nömrəli və xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, xx.xx.1987ci il tarixli İV ЖГ 263361 seriya nömrəli notariusda təstiq olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surəti, xx.xx.2019-cu il tarixli 01/230 nömrəli arayış, Milli Arxiv İdarəsi Dövlət Arxivinin İsmayıllı filialının xx.xx.2019-cu il tarixli, 209 nömrəli arxiv arayışı, xx.xx.2020-ci il tarixli aktların surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-300/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1979-cuiltarixdən xx.xx.1998ciilədək İsmayıllı rayon X5 müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhduduşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyinedilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında CavabdehŞəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 300/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 28 fevral tarixli 2-l(84)-300/2020 nömrəli qərarı ilə X3 ərizəsi qismən təmin edilmiş və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə onun xx.xx.1979-cü il tarixdən xx.xx.1998-ci il tarixədək İsmayıllı rayon X5 müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyyə etmiş ana kimi hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin olunması öhdəliyi qoyulmuşdur, (qərar xx.xx.2020-ci il tarixdə şöbəyə daxil olmuşdur). Aşağıdakı səbəblərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Şəki İnzibati Məhkəməsinin 2020-ci il 28 fevral tarixli 2-1(116)-300/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir. Belə ki, xx xxxxxx 2006-cı il tarixdən Respublika ərazisində vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində; qanununvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4. bəndinə əsasən Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqaladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır.Yuxanda qeyd olunanlara baxmayaraq Şəki İnzibati Məhkəməsi X1 ərizəsini təmin edərək və cavabdehin üzərinə xx.xx.1979-cü il tarixdən xx.xx.1998-ci il tarixədək İsmayıllı rayon X5 müəssisəsində işlədiyi illərin onun sosial sığorta stajına daxi! olunması və sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyyə etmiş ana kimi hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin olunması öhdəliyi qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638nömrəli qərarıilə təsdiq edilmiş “Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə əsasnaməyə əsaslanmışdır ki, həmin əsasnamənin “Əmək pesiyaları haqqında” .Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsi ilə bağlı xx xxxxxx 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşməsini nəzərə almamışdır. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, 638 nömrəli qərarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyündən və hüquq münasibətlərinin xx xxx 2019-cu il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normaları tətbiq olunmamalıdır.Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 28 fevral tarixli 2- 1(116)-300/2020 nömrəli qərarını ləğv edilməsini və iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X6pelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-300/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9pelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-300/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, iddiaçı 1979-1998-ci illərdə İsmayıllı rayon Lahıç xalça istehsalat müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu İsmayıllı rayon Dövlət Arxivinin 209 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışı və X5 müəssisəsinin xx.xx.1998-ci il tarixli 21 nömrəli arayışı ilə öz təsdiqini tapır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi xx.xx.2019-cu il tarixindən pensiya almaq hüququnun yaranmasından ibarətdir. (Cavabdehin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məlumatı və xx.xx.2020-ci il tarixli 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə akt). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1979-1998-ci illərdə İsmayıllı rayon Lahıç xalça istehsalat müəssisəsində işləməsi İsmayıllı rayon Dövlət Arxivinin 209 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışı və X5 müəssisəsinin xx.xx.1998-ci il tarixli 21 nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-300/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-192/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-192/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver