Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-193/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaiə Fondunun İsmayıllı rayon şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-in İsmayıllı rayon şöbəsi) qarşı “xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-308/2020 nömrəli qərarından DSMF-in İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1969-cu il tarixində H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü il tarixində həmin təhsil müəssisəsini riyaziyyat üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1973-cü il tarixli qərarı ilə ona orta məktəbdə riyaziyyat müəllimi ixtisası verilmiş və Ю seriyalı 294068 nömrəli diplom almışdır. İddiaçı xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçı həmin təhsil müddətinin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanıb verilməsi barədə ərizə ilə barədə DSMF-in İsmayıllı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla əyani təhsil illərinin sosial sığorta stajına qəbul edilməklə pensiyanın yenidən hesablanmasının mümkün olmamasını bildirmişdir. Bununla razılaşmayan iddiaçı birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.1969cu il tarixdən xx.xx.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, əyani təhsil dövrünün ümumi iş stajına əlavə edilməklə pensiyanın yenidən haqq hesab edilməsi barədəki iddiaçının xx.xx.2019-cu il tarixli **********0 saylı müraciəti şöbənin pensiya təyin edən komissiyasının xx xxxxxxxx 2019-cu il tarixdə keçirilən iclasında araşdırılmışdır. Araşdırma zamanı məlum oldu ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçıya, xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyaları təyinatı zamanı sığorta stajı hesablanarkən qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajları tərkibinə daxil edilmişdir. Həmin maddədə əyani təhsil dövrünün sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığı üçün iddiaçının 1969-1973-cü illərdə əyani təhsil aldığı dövr sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən komissiyanın qərarı ilə əyani təhsil dövrünün sığorta stajına daxil edilməklə pensiyanın yenidən haqq hesab edilməsi barədəki tələbi mümkün sayılmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddia tələbinə qarşı etirazla birinci instansiya məhkəməsinə müraciət etmiş və etirazını iddiaçının müraciətinin təmin edilməsindən imtinanın məzmununa uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 308/2020 nömrəli qərarı ilə iddia təmin edilərək DSMF-in İsmayıllı rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2015-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in İsmayıllı rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində; qanununvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılmasıqaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqaladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanlann (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır.xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32-ci maddəyə yeni 32.1-1-cimaddə əlavə edilmişdir k, həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Yuxarıda qeyd olunanlara baxmayaraq İddiaçı ərizəsi təmin edilmiş və Şəki İnzibati Məhkəməsi cavabdehin üzərinə iddiaçının xx xxxxxxxx 1969-cu il tarixdən xx xxxx 1973-cüil tarixədək H.Zərdabi adına Kirovabad(Gəncə) Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar qəbul etmişdir.Məhkəmə qərar qəbul edərkən xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsaslanmışdır ki, həmin Qanunun pensiya təminatı sahəsində yeni Qanunvericiliyin qüvvəyə minməsi ilə əlaqədar olaraq qüvvədən düşməsini nəzərə almamışdır.Hesab etmişlər ki, Şəki İnzibati Məhkəməsinin gəldiyi nəticə səhvdir. Ona görə ki, “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun xx.xx.1992-ci il tarixdən qüvvədən düşdüyü, əmək pensiyalarının xx.xx.2006-cı il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən təyin olunması və hüquq münasibətləri xx.xx.2015-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normaları tətbiq olunmamalıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-308/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-308/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-308/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Ю seriyalı 294068 nömrəli diplomun təsdiqlənmiş surəti, DSMF-in İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********6 nömrəli etirazı və məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-308/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək DSMF-in İsmayıllı rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2015-ci il tarixdən pensiyasının yenidən hesablanması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilir ki, iddiaçı xx.xx.1969-cu il tarixində H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü il tarixində həmin təhsil müəssisəsini riyaziyyat üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1973-cü il tarixli qərarı ilə ona orta məktəbdə riyaziyyat müəllimi ixtisası verilmiş və Ю seriyalı 294068 nömrəli diplom almışdır. İddiaçı xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçı həmin təhsil müddətinin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanıb verilməsi barədə ərizə ilə barədə DSMF-in İsmayıllı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla əyani təhsil illərinin sosial sığorta stajına qəbul edilməklə pensiyanın yenidən hesablanmasının mümkün olmamasını bildirmişdir. Bununla razılaşmayan iddiaçı birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.1969cu il tarixdən xx.xx.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedeqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Apelyasiya şikayətinin xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1969-1973-cü illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan yuxarıda qeyd olunan maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Odur ki, apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Birinci instansiya məhkəməsinin sərəncamına cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubla bildirmişdir ki, İddiaçı xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyaçısı olmaqla 205,59 manat pensiya alırdı. Azərbaycan Respublikası Prezidentinin növbəti Fərman və Sərəncamlarına uyğun olaraq pensiya məbləği ardıcıl olaraq artırılmaqla, xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 269,97 manat çatdırılmışdır. 1969-1973-cü illər əyani təhsil dövrü ümumi iş stajının tərkibinə daxil ediləcəyi halda pensiya xx.xx.2016-cı il tarixdən yenidən haqq-hesab edilərək artırılmaqla xx.xx.2019-cu il tarixdən aylıq artım məbləği 10,48 manat təşkil edəcəkdir. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilərsə, iddiaçının pensiyasında artım ola bilər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir kiDSMF-in İsmayıllı rayon şöbəsinin iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1973-cü il tarixinə qədər H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2015-ci il tarixdən pensiyasının yenidən hesablanmasından imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-308/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-308/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-193/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-193/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver