Məhkəmə qərarları › İş №2-1(107)-194/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-194/2020

13.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-194/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Hacımurad oğlu və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun İsmayıllı rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Hacımurad oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun İsmayıllı rayon şöbəsinə qarşı “1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının xx.xx.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-479/2020 qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Təsviri hissə: İddiaçıya 2012-ci ilin iyun ayının 10 da yaşa görə pensiya təyin olunmuşdur. O, xx xxxxxx 2019-cu il tarixdə DSMF-nin İsmayıllı rayon şöbəsinə ərizə ilə müraciət edərək 1994-1997-ci illərdə İsmayıllı rayonu Mican kənd C.Məmmədov adına kolxozdakı iş stajına görə pensiyanın yenidən haqq-hesab edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat müraciətinə pensiya təyin edən kommissiyanın xx xxxxxx 2019cu il tarixdə keçirilən iclasda baxaraq arxiv arayışına əsasən 1994-1997-ci illərin iş stajının ümumi stajına daxil etməyərək pensiyasının yenidən haqq-hesab olunmasından imtina edilmişdir. Cavabdeh imtinanın səbəbini onunla əsaslandırmışdır ki, həmin dövrlər əmək kitabçasında qeyd olunmayıb. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun C.Məmmədov adına kolxoza işə daxil olmağı barədə əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Həmin qeydin aparılması C.Məmmədov adına kolxozda işləməyinin sübutudur. Ona görə də hesab edir ki, arxiv arayışında qeyd olunmuş illər ümumi stajına daxil edilməklə pensiyası yenidən haqq-hesab edilməlidir. Eyni zamanda Şəki İnzibatiİqtisadi məhkəməsinin 2-1(84)-616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə təhsil aldığı dövrlər ümumi stajına əlavə edilsə də pensiyaya çıxdığı tarixdən deyil xx xxxxxx 2019-cu il tarixdən haqq-hesab edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)- 616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının xx.xx.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli birininci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının xx.xx.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin tarixdə keçirilən iclasının protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4 bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda. Sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Təqdim etdiyi 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd “C.Məmmədov” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün, yaşa görə təyin olunmuş pensiyanın yenidən haqq-hesab olunması barədəki tələbi şöbənin pensiya təyin edən komissyasının 485 nömrəli qərarı ilə mümkün hesab edilməmişdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı xx.xx.2012-ci il tarixdən yaşa görə 123,76 manat məbləğində pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin növbəti Fərman və Sərəncamlarına uyğun olaraq pensiya məbləği ardıcıl olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 200 manata çatdırılmışdır. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək C.Məmmədov adına kolxozda işləməklə 3 il 8 ay 24 gün sosial sığorta stajı vardır ki, həmin dövr ümumi iş stajının tərkibinə daxil ediləcəyi təqdirdə ümumi iş stajı 29 il 4 ay 1 gün olmaqla pensiya xx.xx.2016-cı il tarixdən yenidən haqq-hesab edilərək artırılacaqdır. xx.xx.2019-cu il tarixdən pensiyanın aylıq məbləği 201,80 manat olmaqla, xx.xx.2019-cu il tarixdən aylıq pensiya məbləğində 1,80 manat artıma səbəb olacaqdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 00****** nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət X1 251 nömrəli xx.xx.2019-ci il tarixli arxiv arayışının əsli, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli iddia tələbini dəqiqləşdirmə barəsində ərizə aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-479/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı1994-1997ci illərdə İsmayıllı rayon Micankənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2- 1(84)-616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının xx.xx.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqinbirdəfəyə ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun İsmayıllı rayon şöbəsiŞəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-479/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Şəki İnzibati Məhkəməsinin 2020-ci il 05 mart tarixli 2-1(116)- 479/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir.Belə ki, xx xxxxxx 2006-cı il tarixdən Respublika ərazisində vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində; qanununvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi , sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4. bəndinə əsasən Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqaladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanlarm (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır.xx xxxx 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32-ci maddəyə yeni 32.1-1-ci maddə əlavə edilmişdir ki həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayna bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.Yuxarıda qeyd olunanlara baxmayaraq Şəki İnzibati Məhkəməsi İddiaçı ərizəsini təmin edərək və cavabdehin üzərinə onun 1994-1997-ci illərdə İsmayıllı rayon C.Məmmədov adma kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil olunması və Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (84)-616/2019 nömrəlil3.06.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının xx.xx.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi qoyulması barədə qərar qəbul etmişdir.Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası” barədə əsasnaməyə əsaslanmışdır ki, həmin əsasnamənin “Əmək pesiyaları haqqında” Azərbaycan Respublikasının qanununun qüvvəyə minməsi ilə bağlı xx xxxxxx 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşməsini və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 32.1-1-ci maddəsinin tələblərini nəzərə almamışdır.Hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin gəldiyi bu nəticə səhvdir. Ona görə ki, 638 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyündən və hüquq münasibətlərinin xx xxx 2019-cu il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normaları tətbiq olunmamalıdır və qərarın pensiyanın xx.xx.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi hissəsində gəldiyi nəticə isə Qanunun 32.1-1-cimaddəsinin tələbinə ziddir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386-cı və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci, 87-ci maddələrini rəhbər tutaraq, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 05 mart tarixli 2-1(116)-479/2020 nömrəli qərarınıləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun İsmayıllı rayon şöbəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 479/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Hacımurad oğlu apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-479/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat almaq hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyət etibarı ilə əsaslıdır. İddiaçının 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işləməsi 251 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışı ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. İddiaçı iddia ərizəsində qeyd olunan hala görə iddiasını dəqiqləşdirmiş və “19941997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının xx.xx.2012-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisad Məhkəməsinin 2-1(84)-616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının təhsil aldığı illər sosial sığorta stajına daxil edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, təhsil illəri sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının pensiya məbləği artacaqdır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, pensiyasının artmasından ibarətdir. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollügiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, birinci istansiya məhkəməsi iddia tələbini təmin edilməklə, cavabdehin üzərinə iddiaçının 1994-1997-ci illərdə İsmayıllı rayon Mican kənd C.Məmmədov adına kolxozda işlədiyi 3 il 8 ay 24 gün müddətin sosial sığorta stajına daxil edilməsi və Şəki İnzibati-İqtisad Məhkəməsinin 21(84)-616/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə sosial sığorta stajına daxil edilmiş təhsil dövrüdə nəzərə alınmaqla pensiyasının xx.xx.2012-ci il tarixdən yenidən hesablanmaqda və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi qoymaqda qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-479/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar