Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-194/2021 16.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-309/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən təsərrüfat ləğv edilənədək, yəni xx.xx.1997-ci ilədək İsmayıllı rayon Keçmiş Əzizbəyov adına sovxozda sürücü və fəhlə işləmişdir. Həmin təsərrüfatdan xx.xx.1983-cü ildə öz ərizəsi ilə işdən çıxmış, xx.xx.1983-cü ildə yenidən işə qəbul olunmuş və 2 ay 2 gün fasiləsi olmuşdur. Beləliklə, onun ümumi sosial sığorta stajı 22 il 10 ay təşkil etmişdir. Hesablanmış iş stajı və xx.xx.2019 cu ildə sosial sığorta hesabına ödədiyi 811 manat ona minimum əmək pensiyası almaq üçün tələb olunan ümumi sosial sığorta kapitalını təmin etmişdir. Bununla da ona xx.xx.2019-cu ildə yaşa görə minimum əmək pensiyası hesablanmışdır. Lakin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin direktorunun xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialında yoxlama işi aparılmış və onun əmək fəaliyyətinə dair İsmayıllı dövlət arxivində saxlanılan əmək haqqı sənədlərində 1996-cı ildə bütün il boyu 1997-ci ilin 1-2 və 6-9-cu aylarında sovxoz tərəfindən əmək haqqı hesablanmaması əsas tutularaq həmin müddətlər onun ümumi sosial sığorta stajından çıxılmaqla və bununla da onun əmək pensiyası almaq üçün tələb olunan ümumi sosial sığorta kapitalının çatmadığı əsası ilə İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən ona təyin olunmuş yaşa görə əmək pensiyasının verilməsi dayandırılmışdır. 1996-cı ildə sovxozda ailə podrat üsulu tətbiq edilmiş, ilin sonunda ailə podratı tərəfindən istehsal olunmuş üzümün miqdarına görə hesablanmış pul məbləği ailənin başçısı olan atasının adına yazılmaqla ailəyə verilmişdir. 1997-ci ildə isə ümumilikdə müxtəlif vaxtlarda 5 ayda əmək haqqının yazılmaması təsərrüfatda həmin aylarda işin olmamsı ilə əlaqədardır. Cavabdehin etirazı: İddiaçı qeyd edir ki, o, 1974-1976-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-ci ildən təsərrüfat ləğv edilənədək, yəni xx.xx.1997-ci ilədək İsmayıllı rayon keçmiş Əzizbəyov adına sovxozda sürücü və fəhlə işləmişdir. xx.xx.2019-cu il tarixində isə cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Nəzərinizə çatdırırıq ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası qanuni əsaslarla dayandırılmışdır. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun yaşa görə əmək pensiyası hüququnun yaranması üşün tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmadığı müəyyən edilmişdir. "Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı 1993, 1995, 1996, 1997-ci illərdə ( ümumilikdə 23 ay ) əmək haqqı hesablanmadığına görə, ona yaşa görə əmək pensiyası hüququ olmadan yaşa görə əmək pensiyası təyin edilmiş və nəticədə 3589,94 manat artıq ödəmə yaranmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonu Ruşan kəndində doğulmuşdur. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1976-1997-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1974-1976-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək İsmayıllı rayonu Ruşan kənd Əzizbəyov adına sovxozundakı iş stajı müəssisənin əmək haqqı kitablarına əsasən yoxlandıqda müəssisə tərəfindən 1993-cü ilin sentyabr, oktyabr, noyabr, 1995-ci ilin avqust, oktyabr, noyabr, dekabr, 1996-cı ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1997-ci ilin yanvar, fevral, iyun, iyul, avqust aylarında ona hər hansı qaydada əmək haqqı hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Araşdırma qurupu tərəfindən əmək haqqı hesablanmayan ayların sosial sığorta stajına daxil edilməsi məqbul hesab edilməmişdir. Pensiya işi Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-309/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə İddiaçı təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)- 309/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı (14 saylı regional ərazi filialı) qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və təyin edilmiş yaşa görə əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsini ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin (14 saylı regional ərazi filialı) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-309/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, hazırkı iş üzrə olan birinci instansiya məhkəməsinin qərarının apellyasiya icraatı qaydasında ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası qanuni əsaslarla dayandırılmışdır. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun yaşa görə əmək pensiyası hüququnun yaranması üşün tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmadığı müəyyən edilmişdir. ’’Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı 1993, 1995, 1996, 1997-ci illərdə ( ümumilikdə 23 ay) əmək haqqı hesablanmadığına görə, ona yaşa görə əmək pensiyası hüququ olmadan yaşa görə əmək pensiyası təyin edilmiş və nəticədə 3589,94 manat artıq ödəmə yaranmışdır. Hesab edirik ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, Şəki inzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)- 309/2021 nömrəli qərarı ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-309/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)- 309/2021nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkündür və əsaslıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “X1 haqqında” Qanunun 67-ci maddəsinin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Cavabdehin “İddiaçı 1993, 1995, 1996, 1997-ci illərdə ( ümumilikdə 23 ay ) əmək haqqı hesablanmadığına görə, onun yaşa görə əmək pensiyası hüququnun yaranmaması” dəlili yuxarıda göstərilən normaların tələbləri baxımından əsassızdır. Cavabdeh dolayı olaraq həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə istinad edir ki, qeyd olunan normadan hərəkətlə iddiaçının fasiləsiz olaraq eyni savxozda 1993- 1997-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, haqlı olaraq iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-309/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-194/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-194/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver