Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-194/2025 23.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X6 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi İddiaçı və müdafiəçisi Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ona aid olan hissəsinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2553/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Vüsal Cəfərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024 -cü il tarixli 2-1(112)-8252/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmrinin ona aid olan hissəsinin ləğv edilməsi, onun N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa olunması və işə bərpa olunanadək itirilmiş əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 4 İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdən etibarən baş gizir kimi xidmətə başlamışdır. 06 mart 2024-cü il tarixdə xidmətdə olduğu zaman həmin hərbi hissənin qərargahına çağırılmış və Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, № 06gm əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bildirilmişdir. Əmrin surəti ona indiyə qədər təqdim edilməmiş, yalnız şifahi olaraq xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən xaric olunduğu bildirilmişdir. Halbuki o, hərbi xidmətdə olduğu müddətdə gizir kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Xidmətə başladığı gündən barəsində hərbi intizamın pozulmasına görə İntizam Nizamnaməsində nəzərdə tutulmuş hər hansı cəza tədbiri tətbiq edilməmişdir, əksinə Tovuz döyüşlərinin və 2020-ci ildə başlanan Vətən müharibəsinin (44 günlük müharibənin) və 24 saatlıq Antiterror əməliyyatlarının iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0111 t xx.xx.2022-ci il tarixli əmrinə əsasən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamı ilə "Qubadlının azad olunmasına görə medalı" ilə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 noyabr tarixli, 671s nömrəli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0177 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) "Yubiley medalı ilə təltif olunmuşdur. Ona aid "Xidmət vərəqəsi"ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. İddiaçı, Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 1, 2, 156, 168-ci bəndlərinə istinad edərək xx.xx.2024-cü il tarixli, № 06gm əmri qanunsuz və əsassız hesab etdiyini bildirmişdir Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun. Bununla bağlı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbinin onun üzərində narkotik gəzdirməsinin olduğu lakin iş üzrə sənədlərdən bu halın təsdiqlənmədiyi və bununla da, iddiaçının ehtiyata buraxılması üçün əsas olmadığı nəticəsinə gəlinməlidir. Belə ki, əmrin verilməsinə, yəni onu xidməti uyğunsuzluğa görə ordudan tərxis edilməsinin əsası kimi, iddiaçının barəsində Sumqayıt şəhər 3-cü polis bölməsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərək narkotik vasitə aşkar olunması ilə bağlı olmuşdur. Polis bölməsində həmin materiallar toplanaraq N saylı hərbi hissəyə göndərilmişdir. Cavabdehin mövqeyinə görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi üzərində narkotik vasitənin aşkarlanması olmuşdur. Lakin, iddia ərizəsinə əlavə edilmiş araşdırma materiallarından görünür ki, iddiaçının narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir. Yəni, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi ücün səbəb kimi göstərilən halla bağlı təqsiri müəyyən edilməmiş və günahı öz təsdiqini tapmamışdır. Beləki, başqa, N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi təhqiqatçı ədliyyə kapitanı Elnur Məmmədov tərəfindən Sumqayıt şəhər 3-cü polis bölməsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərək narkotik vasitə aşkar olunması ilə bağlı, İddiaçı barədə toplanmış 11m/t-24 saylı materiala baxılaraq, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibatət əməllərində AR CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və əməllərində cinayət tərkibi olmadığından AR CPMnin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi iddiaçının üzərindən narkotik vasitənin aşkar edilməsinə görə xidməti uyğunsuzluğu barədə təqdimat vermiş N saylı hərbi hissə komandirinin köməkçisitəhqiqatçısı, onun narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində AR CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını müəyyən edərək, əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasını rədd etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2—ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Barəsində cinayət təqibi bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, N nömrəli hərbi hissənin şərəf məhkəməsi tərəfindən qərəzli olaraq haqqında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluqla ehtiyata buraxılmağına dair təqdimat vermişdir. Eyni zamanda yuxarıda göstərilən qərarla baş gizir İddiaçı əməlində inzibati xətanın olub-olunmaması baxılması üçün materiallar Lənkəran hərbi prokurorluğuna təqdim edilmişdir. Lənkəran hərbi prokurorluğunun 19 mart 2024-cii il tarixli qərarı ilə isə Müdafiə Nazirliyinin N saylı həbi hissəsinin sabiq hərbi qulluqçusu, baş gizir İddiaçı içərisində təmiz çəkisi 0,52 qram olan narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı Salyan rayonu, ərazisində aşkar etməsi və üzərində gəzdirməsi əməlində AR İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Həmçinin, İddiaçı tutulan gün 25 yanvar 2024-cü il tarixdə tibbi müayinədən keçmiş və sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə əsasən onda narkotik vasitənin qəbulu faktı aşkar edilməmişsdir. Eyni zamanda N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 136 saylı təliqəsinə əsasən N saylı hərbi hissəsinin hərbi qulluqçularından götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə və psixitrop maddələrin olub-olmamasını müəyyən etmək üçün Məhkəmə Tibbi-Ekspertiza və Anatomiya Mərkəzinə verilmişdir. İddiaçıdan götürülmüş analiz nümunələri neqativ cavablandırılmış, yəni hər hansı narkotik mənşəli təsir edici vasitələrdən istifadə olunma müəyyən edilməmişdir. Bununla da, iddiaçının ümumiyyətlə nakotik vasitədən istifadə etməsi öz təsdiqini tapmamışdır. İddiaçının barəsində şərəf məhkəməsi keçirilmiş və ona ictimai töhmət verilməsi bildirilmişdir. Şərəf məhkəməsində qəbul edilən qərar ona ictimai töhmətin verilməsi barədə olsa da, hərbi hissə komandiri sonradan həmin qərarın dəyişdirilməsinə nail olmuş və onun ordu sıralarından ehtiyata xidməti uyğunsuzluqla çıxarılmağı barədə yeni bir qərar çıxarmışdır. Lakin, iddiaçının barəsində aparılan araşdırmaların nəticəsi gözlənilmədən, onun barəsində əsassız səbəblərlə xidməti uyğunsuzluğa görə əmr verilmişdir. Bundan əlavə 2-ci Qarabağ müharibəsinin başlanılması ilə əlaqədar olaraq iddiaçı nəinki sıravi xidmət etmiş, eyni zamanda gizir kimi döyüş tapşırığını uğurla yerinə yetirmiş, qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmiş və bu səbəblə də ölkə başçısı tərəfindən təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair xx.xx.2024-cü il tarixli, № 06gm əmrin qeyri-qanuniliyinə dəlalət edir və həmin əmrin ləğv edilməsini qaçılmaz edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanun: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. AR İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Belə ki, hazırki iş üzrə iddiaçı ehtiyata buraxılması barədə əmri mübahisələndirir. Həmin əmri cavabdeh malik olduğu diskresion səlahiyyətlərin icrası qaydasında qəbul etmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biri-digəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Belə ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi üzərində narkotik vasitənin aşkar edilməsi olmuşdur. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, göstərilən fakt Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığına, nizam-intizamına mənfi təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxs ordu sıralarında xidmət edə bilməz. İddiaçının əməllərində onun narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibarət əməllərində cinayət və inzibati xətanın tərkibi müəyyən edilməmişdir ki, sonuncunun xidmətə uyğun olmayan gizir kimi ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi ilə uzlaşmır. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü həqiqi hərbi xidmətdən ehtiyata buraxılma (xidməti uyğunsuzluğa görə) üçün yetərli əsas ola bilər. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması halları qeyd olunmuşdur. Həmin maddənin 41.0.6-cı bəndində xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) olan hal ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas kimi göstərilmişdir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda hərbi qulluqçunun xidmətdən kənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün "xidməti uyğunsuzluğuga görə"həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.
5. Cavabdeh orqan məhkəməyə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. İddiaçı, N nömrəli hərbi hissədə xidmətdə olduğu müddət ərzində özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və əsaslı şübhələr olduğundan hal şahidlərinin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən baş gizir İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 1 fevral 2024-cü il tarixdə "Gizirlərin şərəf məhkəməsi”nə çıxarılmışır. Şərəf məhkəməsinin qərarına əsasən "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsadət qaldırılmışdır. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmri Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. . . . Azərbaycan Respublikası Silahlı X1 98-cı maddəsinə (intizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel 2020-ci il 9 nömrəli əmri ilə təsdiqlənmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərinə əsasən Hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmçinin hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Təbidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzəra alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək İddiaçı xidmətə bərpası mümkün deyil.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli, qərar, İnzibati xəta haqqında iş üzrə icraatı başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardad, Məhkəmə Tibbi Ekspertiza və X5 514/k-517/k nömrəli Rəyi, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2024-cü il tarixli tibbi müayinə sənədi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illlliyi X9, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalın Vəsiqəsi, Azərbaycan Respublikası 82604 nömrəli Medalının Vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Təyinat Vərəqəsi, İddiaçı Xidmət Vərəqəsi, N nömrəli hərbi hissə komandirinin N nömrəli Əmrindən çıxarış və Təqdimat, N nömrəli hərbi hissəsinin gizir şərəf məhkəməsinin xx.xx.2024-cü il tarixli protokolundan çıxarış.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 noyabr 2025-ci il tarixli 2- 1(116)-2553/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının xx.xx.2024-cü il tarixli, №06 gm nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı N saylı hərbi hissənin pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin “Şimşək” manqasının baş texniki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, aşkar edilmiş faktla bağlı iddiaçıya qarşı başlanılan cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş, həmçinin əməldə inzibati xəta tərkibinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan hal hüquqi baxımdan narkotik maddələrdən istifadə və ya saxlanılmasına görə iddiaçının məsuliyyət daşımadığını göstərir. Belə olan halda yalnız narkotik vasitənin aşkarlanması faktı, hər hansı digər əsaslandırma olmadan, xidməti uyğunsuzluğa dəlalət edə bilməz.
9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)- 2553/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, baş gizir İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. Təqdimatında Baş gizir İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olduğu müddət ərzində özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və əsaslı şübhələr olduğundan hal şahidlərinin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Faktla bağlı olaraq bölmə komandiri mayor Vüsal Vəliyevin raportuna əsasən baş gizir İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə 1 fevral 2024-cü il tarixdə “Gizirlərin şərəf məhkəməsinə” çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsadət qaldırılmışdır. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 13 fevral 2024-ci il tarixli 06 gm nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. 1)Azərbaycan Respublikasi Müdafiə Nazirinin 06 aprel 2020-ci il 9 nömrəli əmri ilə təsdiqlənmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydalarının tələblərinə əsasən Hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmçinin hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. 2)Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzəra alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək iddiaçı baş- gizir İddiaçı xidmətə bərpası mümkün deyil . 3)Azərbaycan Republikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrinin siyahısı və məhdudiyyət müddətinə” əsasən müdafiə, təhlükəsizlik məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə xidmət etməsinə yol verilmir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlar əlaqəli şəkildə araşdırmamış, hərbi hissə tərəfindən irəli sürülmüş sübutlara heç bir hüquqi qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8 bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Qərar qəbul edilərkən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 06 aprel 2020-ci il tarixli, 9 nömrəli əmri ilə təqsdiqlənmiş “Azərbaycan Ordusunun hərbi qulluçularının etik davranış Qaydaları”nın, Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarının tələbləri nəzərə alınmamışdır. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində İddiaçı üzərindən narkotik vasitə aşkar olunmuşdur. İddiaçı hərbi xidmət müddətində məsul vəzifədə çalışıb. Öhdəliyin də şəxsi heyət və bahalı aparatlar olub. İşin əsil məğzi ondan ibarətdir ki, iddiaçı və üç nəfər iş yoldaşı Sumqayıt şəhərinə istirahətə gediblər. Bu hal iş materiallarında göstərilməyib. İddiaçı telefonla bir xanımla danışıb və iş yoldaşlarını da Sumqayıt şəhərinə aparıb. Marketdən “Çipsi” və “Red Bull” alıblar. Bu şəxslər barəsində də əməliyyat məlumatı olub və əmliyyat çəkilişi olub. Müdafiəçinin və hal şahidlərinin iştirakı ilə iddiaçı üzərindən aşkar olunan narkotik vasitəni etiraf edib. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı Hərbi Hava Qüvvələrinin tərkibində “pilotsuz uçuş aparatları” dəstəsinin baş texniki vəzifəsində qulluq etmişdir. İddiaçı barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ləğv olunub və iddiaçı inzibati məsuliyyətə də cəlb olunmayıb. Sumqayıt Şəhər Polis İdarəsi istintaq materiallarını onlara göndərmişdir. Onlar da istintaq materiallarını Lənkəran Hərbi Prokurorluğuna göndərmişlər. Narkotik vasitənin iddiaçının üzərindən aşkar olunması ilə bağlı əməliyyat çəkilişi var. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar CPM-nin 39.1-ci maddəsinə əsasən qəbul edilib. İddiaçı törətdiyi əmələ görə “Gizirlərin şərəf məhkəməsində” dinlənib. “Gizirlərin şərəf məhkəməsi”nin qərarını hərbi hissə komandiri ləğv edib. Hərbi hissə komandirinin belə bir səlahiyyəti var. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla tanış olmuşdur. İddiaçı xidmət etdiyi dövrdə narkoloji müayinələrdən keçirilib. İddiaçı hadisədən sonra da narkoloji müayinədən keçib, lakin heç nə aşakar olunmayıb. İddiaçı sonuncu dəfə 2023-cü ilin dekabr ayında narkoloji müayinədən keçib. Hərbi qulluqçular Müdafiə Nazirliyinin hərbi hospitalında müayinədən keçirlər. İddiaçının üzərindən narkotik vasitəni aşkar olunması ilə bağlı komandana məruzə olunub, komandan da cənab nazirə məruzə edib. Hərbi hissə komandirinin belə bir səlahiyyəti var. İddiaçının narkotik vasitə istifadəçisi olmadığı məlumdur. Lakin üzərindən narkotik vasitə aşkar olunduğu üçün hərbi qulluqdan xaric edilib. İddiaçının xidməti ilə bağlı narazılıqları olmayıb. İddiaçı 11 il hərbi xidmətdə olub. İddiaçının xidməti ilə bağlı problemi olmayıb. Onlar müddət ötürdükləri üçün hərbi prokurorluğun “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarını mübahisələndirməmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirmişdir ki, hərbi şəhərciyin həyətində telefonla danışan vaxt yerdə büküm görmüşdür. Həmin büküm ona maraqlı olduğu üçün götürüb cibinə qoymuşdur. Həmin gün də onlar Sumqayıt şəhərinə getməli imiş. Bir müddət sonra iş yoldaşları gəlmiş və onlar Sumqayıt şəhərinə getmişlər. Tapdığı bükümü cibinə qoymağı yadından çıxmışdır. Sumqayıt şəhərində marketdə olanda onları saxlamışlar. Üstlərinə baxış keçirmişlər. Onun üzərindəki bükümdən narkotik vasitə aşkar olunmuşdur. Odur ki, apellyasiya şikayıətinin təmin edilməməsini, iddia tələbinin təmin edilməsini və onun işə bərpa olunmağını xahiş edir. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, O Salyan şəhərində N saylı hərbi hissədə qulluq edirmiş. Rütbəsi baş gizir olub. O 2012-ci il tarixdən gizir rütbəsində hərbi xidmətdə olmuşdur. Türkiyə Respublikasında 45 gün müddətində hərbi təlimlərdə olmuşdur. 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir və təltifləri də var. Narkotik vasitə istifadəçisi deyil. Yerdən tapdığı bükümün içində narkotik vasitə olduğunu bilməmişdir. Səhv etmişdir ki, tapdığı bükümü cibinə qoymuşdur. Onunla birlikdə Sumqayıt şəhərinə gedən yoldaşları da hərbi qulluqçular imiş. O onunla birlikdə olan zabitin “güdazına getmişdir”. Həmin şəxs zabit olduğu üçün onu işdə saxlamışlar, onu gizir olduğu üçün işdən azad etmişlər. Polis İdarəsində onun qabağına silah qoymuşlar ki, ya narkotik vasitəni etiraf etməlisən, ya da səni “silahla basacağıq gedəcəksən”. O narkotik vasitəni tapmışdır, heç kimdən almamışdır. Ona bildirmişlər ki, narkotik vasitə etiraf et, sənə heç nə olmayacaq. Əsil reallığı izahatında bildirmişdir. Polis idarəsində ona nə deyiblərsə, onu da yazmışdır. Narkotik vasitəni polis əməkdaşları Sumqayıt şəhərində yerdən tapıblar. Hərbi hissə komandirinin belə bir səlahiyyəti var. O saxlandığı gün də narkoloji müayinədən keçmişdir. Heç nə aşkar olunmayıb. Onlar iş vaxtından sonra Sumqayıt şəhərinə getmişlər. Onunla birlikdə olan zabitlərini ikisi Sumqayıt şəhərində ezamiyyətdə olublar.O telefonla heç bir xanımla danışmamışdır. Xanımla onlarla birlikdə olan zabitlərdən biri danışıb. O üç nəfərə zabitin günahını üzərinə götürmüşdür. Çəkilişdən sonra üç nəfər zabit buraxmış, onu saxlamışlar. Onları polis idarəsindən buraxmaq üçün 20 min manat pul istəmişlər. O 12 il 2 ay xidmət etmişdir. Üzərindən narkotik vasitə aşkar olunub. Onun hərbi hissə komandanlığı ilə heç bir problemi olmayıb. Cinayət işi ilə bağlı araşdırmanı hərbi hissənin təhqiqatçısı aparıb. Onun 25 yanvar 2023-cü il tarixdə saxlayıblar. Cinayət işinin materiallarını ilk öncə araşdırılması üçün göndəriblər. Hərbi Prokurorluğa, oradan da materialları araşdırmaq üçün göndəriblər xidmət etdiyi hərbi hissəyə. Əməliyyatı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları keçiriblər. Narkotik vasitə tək ondan aşkar edilib. Narkotik vasitə ona yox, yanında olan zabitə məxsus olub. Fikirləşmişdir ki, “məsələni yerində həll edə bilərik”, buna görə də narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş, həm də istəmirmiş ki, hərbi hissə komandanlığı bilsin. Həmin zabitlər cəza almışlar, o isə xidmətdən xaric edilmişdir. Törətdiyi əməl ilə hərbi qulluqçuya aid etik normalarının pozduğunu bilir. Məhkəmə kollegiyasının iclasında iddiaçının müdafiəçisi Vəkil bildirmişdir ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2553/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (.) 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X4”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: (-) 42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;
15. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 26.1. dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Maddə 26.2. onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Maddə 26.3. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
18. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır.
19. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixində verilmiş və həmin əmr əsasında N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 69 saylı əmri verilməklə iddiaçı, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçıya verilmiş təyinat vərəqəsi (əsas olaraq Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2024cü il tarixli, №06 gm nömrəli əmri göstərilib) xx.xx.2024-cü il tarixə aid olduğundan və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edildiyindən mübahisləndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinə əməl olunmuşdur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasi Müdafiə Nazirinin 06 aprel 2020-ci il 9 nömrəli əmri ilə təsdiqlənmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydalarının tələblərinə əsasən Hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmçinin hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, aşkar edilmiş faktla bağlı iddiaçıya qarşı başlanılan cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş, həmçinin əməldə inzibati xəta tərkibinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan hal hüquqi baxımdan narkotik maddələrdən istifadə və ya saxlanılmasına görə iddiaçının məsuliyyət daşımadığını göstərir. Belə olan halda yalnız narkotik vasitənin aşkarlanması faktı, hər hansı digər əsaslandırma olmadan, xidməti uyğunsuzluğa dəlalət edə bilməz. Hərbi qulluqçunun üzərindən narkotik vasitə tapılması, lakin bu faktın cinayət və ya inzibati xəta tərkibinə çevrilməməsi hüquqi baxımdan onu günahlandırmağa imkan vermir. Bu halda yalnız narkotik vasitənin mövcudluğu, istifadə və ya yayılma ilə bağlı digər sübutlar olmadan, hərbi qulluqçunun nüfuzuna ciddi xələl gətirilməsi qənaətini yarada bilməz. İddiaçının üzərindən narkotik vasitə tapılmasının hərbi kollektivdə mənfi nümunə yarada biləcəyi və cəmiyyətin hərbi qulluqçulara olan hörmət hissinə təsir göstərə biləcəyi yalnız potensial təsir ehtimalı kimi nəzərdən keçirilə bilər. Yəni, hərbi qulluqçunun üzərindən narkotik vasitənin aşkarlanmasının etik davranış Qaydalarına əsasən nümunəvi davranış kimi qəbul edilməməsi ilə məhkəmə kollegiyası razılaşır. Lakin, cinayət və inzibati məsuliyyətə səbəb olmayan bir faktın xidmətə ciddi xələl gətirdiyini əsaslandırmaq və hərbi qulluqçunu xidməti uyğunsuzluqla ehtiyata buraxmaq üçün yetərli deyil. Bu baxımdan, iddiaçının üzərindən narkotik vasitənin tapılması ilə bağlı yaranmış vəziyyət etik qaydalara zidd davranış kimi qiymətləndirilsə belə, həmin faktın xidməti uyğunsuzluq əsası ilə ehtiyata buraxılması kimi qəbul edilməsi yolverilməzdir.
27. Cavabdeh orqan qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütun göstərilənləri nəzərə alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək iddiaçı baş-gizir İddiaçı xidmətə bərpası mümkün deyil.
28. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər-qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
29. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
30. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 əsasən (İİİ fəsil. Hərbi intizamın pozulmasına görə cəzalar) Gizirlərə verilən intizam cəzaları aşağıdakılar müəyyən edilmişdir: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər.
31. İstinad olunan “Nizamnamənin” 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
32. İş materiallarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0111 t xx.xx.2022-ci il tarixli əmrinə əsasən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli, 2715 nömrəli sərəncamı ilə "Qubadlının azad olunmasına görə medalı" ilə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 05 noyabr tarixli, 671s nömrəli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0177 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) "Yubiley medalı ilə təltif olunmuşdur.
33. İddiaçının əldə etdiyi medallar və təltiflər (xüsusilə bu təltiflərin ölkə Prezidentinin sərəncamları ilə təsis edildiyini və onların yüksək dövlət səviyyəsində qiymətləndirildiyini nəzərə alınmaqla) onun xidmətinin ümumi xarakteristikasının müsbət olduğunu təsdiq edir. Bu müsbət göstəricilər iddiaçının xidməti fəaliyyətində uzunmüddətli uğurlara malik olduğunu sübut edir. Narkotik vasitə ilə bağlı ortaya çıxan bir dəfəlik hadisənin belə bir xidmət keçmiş şəxsin peşəkar karyerasını və şərəfini ciddi şəkildə zədələyən tədbirlə sonlandırması ədalət və mütənasiblik prinsiplərinə ziddir.
34. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi verilən intizam tənbehi pozuntuya uyğun olmalı və hərbi qulluqçunun gələcək davranışını islah etməyə, digər hərbi qulluqçular üçün nümunə olmağa xidmət etməlidir. Hazırkı iş üzrə aşkar edilmiş fakta münasibətdə xidməti uyğunsuzluqla ehtiyata buraxılma olduqca ciddi intizam tənbehi hesab olunmalıdır. Belə ki, bu zaman hərbi qulluqçu həm xidməti nüfuzunu, həm də gələcəkdə hərbi sahədə karyerasını itirir. Tənbeh verilərkən pozuntunun xarakteri, hərbi qulluqçunun əvvəlki xidməti fəaliyyəti və bu pozuntunun real nəticələri nəzərə alınmalıdır. Əgər yalnız etik qaydaların pozulması sübut edilibsə, amma ciddi nəticələr təsdiqlənməyibsə, ehtiyata buraxılma həddən artıq sərt qərar hesab olunmaqla aşkar edilmiş fakta adekvat olmayacaqdır.
35. İnzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri güdülən qanuni məqsədə mütənasib olmalı, eləcə də, həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur.
36. Yararlılıq tədbirin qoyulmuş məqsədə çatmaq üçün effektiv vasitə olub-olmadığını nəzərdə tutur.
37. Zərurilik, tədbirin yalnız və yalnız məqsədə çatmaq üçün qaçınılmaz olduğu hallarda tətbiq edilməsi ilə bağlıdır. Daha yüngül və az təsir edən alternativlər varsa, daha sərt tədbir zəruri hesab edilmir. Tədbir yalnız zəruri olan hallarda və ölçüdə tətbiq edilməlidir. Eyni nəticəni verə biləcək daha yumşaq tədbirlər varsa, sərt tədbirlərin seçilməsi zərurət prinsipini pozar.
38. Uyğunluq, tədbirin ağırlığı ilə məqsədə çatma arasındakı balansın qorunması deməkdir. Tədbirin tətbiqi məqsədi aşmamalıdır. Yəni, iddiaçının üzərindən narkotik vasitə tapıldığı üçün ehtiyata buraxılması, onun şəxsi və peşəkar həyatına ağır təsir göstərir. Bu tədbirin məqsədi, yəni etik qaydaların qorunması bu nəticəyə haqq qazandıra bilməz.
39. Beləliklə şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, mübahisələndirilən əmrin qəbul edilməsində məqsəd hərbi intizamın qorunması və etik davranış qaydalarının pozulmasının qarşısını almaqdır. Lakin iş materialları göstərir ki, iddiaçının üzərindən narkotik vasitə tapılması cinayət təqibinə və inzibati məsuliyyətə səbəb olmayıb. Bu isə həmin faktın iddiaçının xidməti uyğunluğuna birbaşa təsirinin olmaması qənaətini yaradır. Hazırkı situasiyada daha yüngül tədbirlər də, eyni məqsədə xidmət edə bilərdi. Odur ki, görülən tədbir güdülən məqsədə uyğun olmamış, daha yüngül vasitələr mövcud olduğu halda sərt tədbirin tətbiq olunması yararlılıq əlamətinin pozulmasına səbəb olmuşdur.
40. Yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçu ilə bağlı daha az müdaxilə edən intizam tədbirləri qanunvericilikdə mövcuddur. İddiaçının konkret hərəkəti üçün ehtiyata buraxılma qərarı ən sərt tədbir sayılır və onun tətbiq olunması yalnız daha yüngül tədbirlərin qeyri-effektiv olduğu halda əsaslı ola bilərdi. Narkotik maddə faktı ilə bağlı cinayət təqibinin və inzibati məsuliyyətin olmaması, bu pozuntunun iddiaçının xidmətə tam yararsız olduğunu sübut etmədiyini göstərir. Bu halda daha yüngül intizam tənbehlərindən birini tətbiq etmək kifayət edə bilərdi (daha az müdaxilə edən alternativlərin mövcudluğu zərurilik prinsipinin pozulduğunu göstərir).
41. Göründüyü kimi cavabdeh orqan iddiaçının onun üzərindən 1 ədəd bükümdə təmiz çəkisi 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsinə görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qənaətinə gəlmişdir.
42. İşdə olan N saylı hərbi hissənin iddiaçı barəsində toplanmış 11m/t-24 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı narkotik vasitə çətənə (kannabis) əldə etməsindən, tapmağından, saxlamasından və daşımasından ibatət əməllərində AR CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və əməllərində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
43. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2—ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.
44. Eyni zamanda yuxarıda göstərilən qərarla baş gizir İddiaçı əməlində inzibati xətanın olub-olunmamasına baxılması üçün materiallar Lənkəran hərbi prokurorluğuna təqdim edilmişdir. Lənkəran hərbi prokurorluğunun 19 mart 2024-cü il tarixli qərarı ilə iddiaçının əməlində AR İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir.
45. "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156 "e" bəndi xidməti uyğunsuzluqla bağlı tədbirlərin ciddi əsaslarla tətbiqini nəzərdə tutur. İddiaçının davranışı ağır intizam pozuntusu və ya təkrarlanan etik qayda pozuntusu olmadığından, ehtiyata buraxılma kimi sərt tədbirin tətbiqi qanunvericiliyin məqsədlərinə uyğun deyil.
46. Buna görə də, məhkəmə kollegiyası iddiaçının müsbət səciyyələnən hərbi xidmətini nəzərə almaqla hesab edir ki, ehtiyata buraxılma tədbiri məqsədə çatmaq üçün ən effektiv vasitə olmamış, daha az müdaxilə edən tədbirlər mövcud olduğu halda bu qərarın tətbiqi zərurilik prinsipini təmin etməmiş, iddiaçı barəsində intizam tədbiri tətbiq edilərkən qanunvericiliyin ədalət və proporsionallıq prinsipləri pozulmuşdur. Nəticədə, tətbiq edilmiş intizam tənbehi aşkar edilmiş intizam pozuntusuna mütənasib olmamışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçını Əsasnamənin 156 “e” bəndinə uyğun ehtiyata buraxmasında haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2553/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.