Məhkəmə qərarları › İş №2-1(107)-195/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-195/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-195/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-208/2020nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1985-ci ildən 2000-ci ilə qədər Mingəçevir şəhərində fəaliyyət göstərən “Lalə” və “Nərgiz” uşaq bağçalarında müəllim-tərbiyəçi, tibb bacısı-patronaj vəzifələrində çalışmış, xx.xx.2000-ci il tarixində məlum səbəblərdən iş yerlərin ixtisarı, bağlanması və .s səbəblərdən ixtisara düşmüşdür. Həmin ildən sonra yaşının çoxluğu səbəbindən ixtisasına (tibb bacısı) uyğun iş tapa bilməmişdir. Əmək fəaliyyəti isə bir müddət iaşə xidmət sahələrində əmək müqaviləsi bağlamamaq şərti tələbi ilə formada çalışıb ailəsini dolanışığına qismən köməklik göstərə bilmişdir. Hal-hazırda yaş həddi və sağlamlığı bu formada fəaliyyət göstərməyinə imkan vermir. İddiaçı 2019-cu ilin iyun ayında yaşa görə Əmək Pensiyası almaq hühuqu (61) yaşı yarandığı üçün xx.xx.2019-cu il tarixdən “Asan Xidmət” mərkəzi vasitəsilə əmək pensiyası təyin olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə olan müraciətinə isə müraciətindən bir gün sonra xx.xx.2019-cu il tarixdə baxılmış və əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbini irəli sürərək iddiasını təmin edilməsini xahiş etmişdir. Cavabdehin imtina məktubundan görünür ki, Əmək kitabçasında 15 il 03 ay 02 gün sosial sığorta stajı vardır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli 1219 nömrəli qərarı ilə sadalanan səbəbdən yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə tələb olunan 25 il sosial sığorta stajının və ya bu qanunun 21.1.1 maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığorta olunan əmək pensiyası avtomatlışdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalının olmadığını görə. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. İcraat materialları birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. DSMF-nin xx.xx.2019-cu il tarixli **********2 nömrəli və xx.xx.2019-cu il tarixli **********35 nömrəli imtina məktubları, AZE seriyalı 0******* nömrəli ş/v təsdiqlənmiş və AZE seriyalı 03428384 nömrəli ş/v surətləri , ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, AR-İ seriyalı 878608 nömrəli etibarnamə, İİ-ЖГ seriyalı 381364 nömrəli şəhadətnamənin təstidlənmiş surəti, DSMF-nin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-208/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsiqərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-208/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, cavabdeh DSMF-nin Mingəçevir şəhər şöbəsinə qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiasına işə baxan məhkəmə xx.xx.2020-ci il tarixli məhkəmə qərarı qəbul etməklə onun konstitusion hüququnu pozmuşdur. Bundan sonra Şəki inzibati Məhkəməsinin xx.xx.2020 qərarından o, narazı qaldığı üçün apelyasiya şikayəti vermişdir. Şəki inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə aldığına görə müddəti ötürməmiş. Hesab edir ki, işə baxan Şəki İnzibati məhkəməsi AR MPM-nin 8,9,10,11-14 -cü, həmin məcəllənin 385,386 habelə AR İPM-nin 33,34,37 ci maddələrinin elecə də, X4 Konvensiyasının 2,6-cı maddəsinin tələblərinə həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə riayət etmədən qanunsuz,qeyri-obyektiv və əsassız qərar qəbul etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il məhkəmə qərarı qanunsuz,qeyri-obyektiv və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, işə baxan Şəki İnzibatı Məhkəməsi bu halı aydınlaşdırmamışdır ki, o, 1977- ci ilin sentyabr ayından x xxxx 1980 -ci il tarixədək Sumqayıt Tibb məktəbinin əyani şöbəsində 3 il təhsil almış. Həmin məktəbin gündüz şöbəsini bitirdiyinə görə 3 ildə onunəmək stajıma daxil edilməlidir.X7 Məhkəməsi qərar qəbul edərkən onun məhkəməyə təqdim etdiyi diplomu əsas kimi qəbul etməməklə bu iş üzrə onun staj vaxtını da müəyyən etmədən qanunsuz və əsassız qətnamə qəbul etməklə onunəmək,pensiya hüqüqunu pozmaqla habelə əsas Ali qanun olan konstitusion hüqüqlarını pozmağa müvvəffəq olmuşdur. Ona görə də Şəki İnzibatı Məhkəməsinin qərarının ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Şəki İnzibati Məhkəməsi işə baxarkən hesab etmişdir ki, onun iş stajı kifayət edici deyildir. Lakin məhkəmə işə baxarkən onun iş stajını düzgün hesablamamışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, onun sığorta stajı 15 il 3 ay 2 gündür. Halbuki o orta məktəbi qurtardıqdan sonra Sumqayıt Tibb məktəbində 3 il təhsil almış. 3 il gündüz təhsil aldığı müddət staja daxil edilməmiş və bunun nəticəsində pensiyanın sığorta hissəsinin az olduğu edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında qanunun x xxxx 2006 -cı il tarixli qanununa diqqət yetirməmişdir. Belə ki, həmin qanunun 7 -ci maddəsində göstərilir ki, “ 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların far di hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ijfklun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Beləliklə, Şəki İnzibati Məhkəməsi yuxarda qeyd etdiyi qanunun tələblərinə riayət etmədən habelə onun 18 il faktiki iş stajını müəyyən etmədən əsassız qərar qəbul etmişdir. X5 Məhkəməsi diqqət yetirməmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanin 149-cu maddəsinin Vİİ-ci bəndində qeyd olunur ki, " Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir" .Burada müəyən olunur ki,Konstitusiyanın bu müddiasma məhkəmə hüqüqi qiymət verməkdən yan keçməklə qanunsuz və qeyri obyektiv qərar qəbul etməklə mənim hüqüqlarimi pozmuşdur və ona görə də həmin qərarın ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası İPM-nin 33-cü maddəsi Məcburetmə haqqında iddiaya həsr olunmuşdur. Odur ki,apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-208/2020nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-208/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş və onun 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinin qeydinə əsasən xx.xx.2017-ci il tarixdən qadınların pensiya yaşı artırıldığından iddiaçının pensiya yaşı onun 60,5 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya minimum 25 il sosial sığorta stajı tələb olunur. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının cəmi 15 il 3 ay 2 gün sığorta stajı vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb olunan 25 sığorta stajına malik olmadığındn ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Bunlardan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2018-ci il tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil etmiş və 2018-ci ildə xx.xx.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 701,48 manat pensiya kapitalı hesablanır. Bu da onu deməyə əsas verir ki, iddiaçının pensiya kapitalının müəyyən edilməsi üçün onun iş stajı 701,48 manata vurulmaqla pensiya kapitalı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 15 il 3 ay 2 gün sosial sığorta stajı müəyyən olunur ki, iddiaçının həmin illərə görə cəmi 10701,41 manat (15 ilə görə 701,48 x 2 = 10522,2 manat, 3 aya görə 701.48/12x3=175,37 manat, 2 günə görə 701.48 / 365 gün x 2 gün = 3,84 manat) pensiya kapitalı vardır. Bu da tələb olunan 16742,88 manat pensiya kapitalından az olduğundan onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-208/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar