Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-195/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ JN seriyalı 0057 nömrəli və JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)-486/2022 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, Babayeva (Aslanova) Səma Vahid qızı və onların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X14, X11, X16, X5, X1 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1666/2022 nömrəli qərardadı ilə iş üzrə X22 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçılar tələbini aşağıdakı kimi əsaslandırmışlar:
4. Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 №-li qərarı ilə ümumi birgə mülkiyyətlərinə Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin, həmin qərar əsasında X2 və digərlərinin ümumi birgə mülkiyyətinə Qax rayonu Qaysarlı kəndində 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
5. Qeyd olunan vaxt onların faktiki istifadələrində olan torpaq sahəsinin X7 və digərlərinin birgə mülkiyyətində olan Qax rayonu Qaysarlı kəndində 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması səbəbindən, sonuncuların da razılığı ilə torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı Qax rayonu Qaysarlı Bələdiyyəsinə müraciət edilmiş, sonuncunun xx.xx.2003-cü il tarixli qərarına əsasən ərizələri təmin edilmiş, onlara Qax rayonun Qıpçaq kəndində “Arx arası” sahəsindən düşmüş 3.12 ha torpaq sahəsi, Qıpçaq kənd sakini X13 kəndində “Yonca qoruq” adlı ərazidən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməyə icazə verilmişdir.
6. Bundan sonra isə Qax rayon AİK-nın xx.xx.2001-ci il tarixli qərarı ilə Qaysarlı kənd sakini İddiaçı1 Qax rayonu Qıpçaq kəndində “Arx arası” sahəsindən düşmüş 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Qıpçaq kənd sakini X13 kəndində “Yonca qoruq” adlı ərazidən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır.
7. Qeyd olunan torpaq sahələri dəyişdirilməsinə baxmayaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, o cümlədən X7 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilməmişdir. Buna görə də hazırkı iddia tələbində qeyd olunmuş tələblə ilkin olaraq cavabdeh orqana müraciət edilmiş, cavabdeh orqan müraciətinə təmin edilməsindən imtina etdiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 may 2022-ci il tarixli 2- 1(116)-486/2022 nömrəli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qıpçaq kəndində yerləşən 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X14, X11, X16, X5, X1 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi, o cümlədən JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır.
9. İddiaçıların nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ümumi birgə mülkiyyətlərinə Qax rayonu Qıpçaq kəndində 3,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin, Qax Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən X2 və digərlərinin ümumi birgə mülkiyyətinə Qax rayonu Qaysarlı kəndində 3,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan vaxt onların faktiki istifadələrində olan torpaq sahəsinin X7 və digərlərinin ümumi birgə mülkiyyətində olan Qax rayonu Qaysarlı kəndində 3,35 ha kənt təsərrüfatı təyinatlı torpaq sahəsi olması səbəbindən, sonuncuların da razılığı ilə torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı Qax rayonu Qaysarlı Bələdiyyəsinə müraciət etmişlər. Qax rayonu Qaysarlı Bələdiyyəsinin 6 may 2003-cü il tarixli qərarına əsasən, ərizə təmin edilmiş və onlara Qax rayonu Qıpçaq kəndində "Arx arası" sahəsindən düşmüş 3,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qıpçaq kənd sakini X13 kəndində "Yonca qoruq" adlı ərazidən düşmüş 3,35 ha torpaq sahəsi ilə dəyişdirilməyə icazə verilmişdir. Bundan sonra isə, Qax Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 2001-ci il tarixli qərarı ilə Qaysarlı kənd sakini İddiaçı1 Qax rayonu Qıpçaq kəndində "Arx arası" sahəsindən düşmüş 3,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Qıpçaq kənd sakini X13 kəndində "Yonca qoruq" adlı ərazidən düşmüş 3,35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. Qeyd olunan torpaq sahələri dəyişdirilməsinə baxmayaraq, torpaq sahəsi üzərində onların mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0057 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı, o cümlədən, X7 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ləğv edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Qax rayonu Qıpçaq kəndində yerləşən 3,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN seriyalı 0057 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının və Qax rayonu Qaysarlı kəndində yerləşən 3,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7 və digərlərinin mülkiyyət hüququnu təsdiq edən JN seriyalı 0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının ləğv edilməsi və Qax rayonu Qaysarlı kəndində yerləşən 3,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, cavabdeh inzibati orqan 1 sentyabr 2021-ci il tarixli, **********32 nömrəli məktubu üə müraciətdə göstərilən məsələlərin icrasından imtina edərək, məhkəməyə müraciət etmələrini onlara tövsiyə etmişdir.
11. Şəki İnzibati Məhkəməsi 2 (iki) əsasa görə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir: I əsas - "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktlarının verilməsinə əsas olmuş Qax Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarının qüvvədə olması; II əsas - Əvvəllər bu tələb olmasa da oxşar tələblə məhkəməyə müraciət olunması. I əsasa münasibət: Şəki İnzibati Məhkəməsinə təqdim edilən Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 5 aprel 2021-ci il tarixli 2-1(107)-123/2021 iş nömrəli qərarından da göründüyü kimi, analoji işlə bağlı mübahisəyə Şəki İnzibati Məhkəməsində, o cümlədən, Şəki Apellyasiya Məhkəməsində baxılmış və iddianın əsaslı olması qənaətinə gəlinmişdir İddia ərizəsindən də göründüyü kimi əvvəlki iddialardan fərqli olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4 hazırki tələblərində "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktlarının ləğv edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. İddiaçıların əvvəlki iddialarının təmin edilməməsinin səbəbi də "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktlarının qüvvədə olması olmuşdur. Ona görə Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)- 486/2022 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün işin Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 may 2022ci il tarixli 2-1(116)-486/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. 13 . Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Babayeva (Aslanova) Səma Vahid qızı və İddiaçı4, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X14, X11, X16, X5 və X1 məhkəmə iclasına gəlməmişlər.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. JN-0056 kod 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, X4 (ailə üzvləri ilə birlikdə) Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 3.35 ha torpaq sahəsi verilmişdir. - JN-0057 kod 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İddiaçı1 (ailə üzvləri ilə birlikdə) Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 3.12 ha torpaq sahəsi verilmişdir. - Qax rayon Qaysarlı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli və Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli iclas protokollarından çıxarışlardan görünür ki, İddiaçı1 Qıpçaq sahəsinin “Arx arası” sahəsindən düşmüş 3.12 ha torpaq payını Qıpçaq kənd sakini X13 kəndinin “Yonca qoruq” adlı ərazidən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsinə icazə verilmiş, Qax rayon AİK-nın qərarı ilə Qaysarlı Bələdiyyəsinin müvafiq qərarı təsdiq edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1252/2021 nömrəli qərarından görünür ki, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qıpçaq kəndi ərazisində verilmiş, 3.12 ha torpaq sahəsinin Qax rayonu Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisindən X4 verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli 02 №-li qərarına əsasən, Qax rayonu Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1910xx-xx/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-130/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (müvafiq qərarla iddiaçılar X14 və digərlərinin cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1144182 nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə təmin edilmişdir). - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)640/16 nömrəli qərarından görünür ki, iddiaçı X8 cavabdehlər Qax Rayon Qıpçaq Bələdiyyəsinə və Qax Rayon İcra Hakimiyyətinə qarşı “Qax Rayon Qaysarlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 №-li iclas qərarının Qaysarlı kənd sakini İddiaçı1 və X3 razılığı ilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax rayon AİK-nın xx.xx.2004-cü il tarixli qərarının Qaysarlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10 №-li iclas qərarının təsdiq olunması hissəsində ləğv olunması barədə” iddia ərizəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)673/2015 nömrəli qərardadı ilə mümkün sayılmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, həmçinin, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)640/16 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərardadı dəyişdirilmədən saxlanılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər.
18. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Maddə 22. Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X9 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
20. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X26 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X9 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
22. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
26. Belə ki, iddia tələbində ləğv edilməsi tələb edilən, JN-0056 kod 40313018 və JN0057 kod 40313028 nömrəli X29 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında tərtib edilmişdir. Odur ki, qeyd edilən Dövlət Aktlarının ləğvi hissəsi ilə bağlı müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır.
27. Bununla bağlı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X9 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur.
28. İnzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.
29. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
30. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 12 saylı Şəki Ərazi İdarəsi Qax Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvi tələb edilən Dövlət Aktlarının verilməsinə əsas olmuş Qax Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 10 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş Dövlət Aktları mübahisələndirilə bilməz. Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən və həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş Dövlət Aktının mübahisələndirilməsi də mümkün sayıla bilməz. X19 mübahisələndirilməsi ilə bağlı iddia qeyri-mümkün olduğundan, JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 3.35 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. Yəni, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. İlkin tələbin qeyri-mümkün olması, sonrakı tələbin də mümkünsüzlüyünə gətirib çıxarır.
31. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt təyin edilmişdir.
32. İddiaçı, məhkəmənin hüquqi yardım məktubuna xx.xx.2022-ci il tarixdə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh orqana edilən ilkin müraciətlə məhkəmədə qaldırılan iddia tələbi eyni olmuşdur, əvvəlki iddialardan fərqli olaraq iddiaçılar “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının ləğv olunmasını xahiş edirlər. Hazırda mübahisləndirilən X29 rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 №-li qərarı əsasında tərtib olunsa da, Qax rayon AİK-nın xx.xx.2001-ci il tarixli qərarı ilə Qaysarlı kənd sakini İddiaçı1 Qax rayonu Qıpçaq kəndində “Arx arası” sahəsindən düşmüş 3.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Qıpçaq kənd sakini X13 kəndində “Yonca qoruq” adlı ərazidən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. Yəni, AİK-nın xx.xx.1998-ci il tarixli 08 №-li qərarı iddiaçılar və üçüncü şəxslərə münasibətdə öz hüquqi qüvvəsini itirmişdir.
33. Məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Şəki İnzibati Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və X17 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon Qıpçaq kəndi ərazisindən verilmiş 3.12 ha torpaq sahəsinin Qax rayon Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisindən X4 verilmiş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməsi barədə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarına əsasən, Qax rayon Qaysarlı kəndinin “Yonca qoruq” adlanan ərazisində yerləşən 3.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)1252/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmiş, qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçıların hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda hüquqi marağı Qax rayon AİK-nın “torpaq sahələrinin dəyişdirilməsi” barədə qərarına əsasən Qaysarlı kəndi ərazisində yerləşən 3.35 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdır. Bu da hazırda məhkəmənin icraatında olan iddia ərizəsində qeyd edilən iddia tələbi ilə tərtibat baxımından fərqli olsa da, tələb mahiyyət etibarilə eyni hüquqi nəticənin əldə edilməsinə yönəlmişdir.
34. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırkı iddia predmeti ilə bağlı analoji mübahisəyə əvvəl məhkəmədə baxılmış, tələb təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. 35.İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
36. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
37. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)- 486/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, Babayeva (Aslanova) Səma Vahid qızı və onların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli 2-1(116)-486/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.