Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-195/2023 26.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1746/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxslər X4, X2, X12 və X1 vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” üst-üstə düşən hissədə 603.02 kv.m torpaq sahəsinin “plan və ölçüsü” ləğv edilməsi, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin kordinatlarının faktiki istifadə vəziyyətinə, 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1746/2022 nömrəli qərardadı ilə X5, X6, X2, X4 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə iddiaçıya Zaqatala rayonu Mazıx kəndində qanuni istifadəsində olan 0.06 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının adına tərtib edilmiş A seriyalı 127434 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi hazırlanarkən texniki səhvə yol verilərək faktiki olaraq iddiaçıya heç bir aidiyyəti olmayan Balakən-Zaqatala şosse yolunun cənub-qərb hissəsində yerləşən torpaq sahəsinin koordinatları işlənmişdir. Həmçinin, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə isə X9 adına 1161 kv.m torpaq sahəsinə dair A 460901 nömrəli plan-ölçü sənədi tərtib edilmiş, torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilməsi qeyd edilmişdir. İddiaçı X9 adına tərtib edilmiş A 460901 nömrəli plan-ölçü sənədinin 0.06 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını, tələbdə qeyd edilmiş məsələlərin həll edilməsi ilə bağlı səlahiyyətinin olmaması ilə əsaslandırmışdır.
7. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi ata yurdudur. Belə ki, keçmiş “Şəfəq” kolxozunun yerli islahat komissiyasının xx.xx.1995-ci il tarixli 4 saylı təsdiq edilmiş qərarına əsasən “Şəfəq” kolxozunun həmişəlik istifadəsində olan torpağından 0,68 ha torpaq sahəsi ayrılaraq fermer təsərrüfatı yaratmaq üçün atası X13 verilmişdir. Bu barədə dövlət qeydiyyat kitabında 45 nömrə ilə qeydə alınmış şəhadətnamə verilmişdir. Ona görə də iddia olunan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Mübahisələndirilən torpaq sahəsi kolxozdan atası İ.Abdullayevə verilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 dekabr 2022-ci il tarixli 2- 1(116)-1746/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Üçüncü şəxslər X4, X2, X12 və X1 vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə ilə ləğv edilməsini qərara aldığı A 460901 nömrəli torpaq sahəsinin "plan və ölçüsü" sənədi Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı əsasında verilmişdir. Şəki İnzibati Məhkəməsi Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarını X10 aid hissədə ləğv etmədən, A 460901 nömrəli torpaq sahəsinin "plan və ölçüsü" sənədini hissəvi ləğv etməsi heç cür anlaşılan deyildir və qanuni hesab edilə bilməz. Belə ki, Şəki İnzibati Məhkəməsi Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X10 1161 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi ilə razılaşsa da, həmin torpaq sahəsinin müəyyən hissəsində X11 mülkiyyət hüququndan məhrum etmişdir. Onda sual yaranır ki, X7 Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin ləğv edilən hissəsinin aqibəti necə olacaq. Şəki İnzibati Məhkəməsi nəyə görə 508 inventar nömrəli texniki pasportdakı cizgiləri əsas götürməsini öz qərarında əsaslandırmamışdır. Məhkəmə həmin texniki pasportda qeyd olunan həyətyanı torpaq sahəsinin ölçüləri ilə bağlı məlumatların haradan əldə olunması yönündə araşdırma aparmamışdır. Belə ki, daşınmaz əmlaka dair texniki pasport əmlakın faktiki və sənəd üzrə vəziyyətini özündə əks etdirən bir sənəddir. 2007-ci ildə tərtib edilmiş həmin sənədə istinad edərək iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin məhz texniki pasportdakı ölçülərə uyğun olması qənaətinə gəlinməsi heç cür anlaşılan deyildir. Məhkəmənin yanaşmasından belə başa düşülür ki, qeydiyyat orqanın verdiyi istənilən texniki pasport torpaq sahəsinin qanuni istifadədə olması üçün əsasdır. Şəki İnzibati Məhkəməsi qərarında A 460901 nömrəli torpaq sahəsinin "plan və ölçüsü" sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyini cavabdeh inzibati orqanın üzərinə qoysa da faktiki olaraq torpaq sahələrinin konkret olaraq hansı hissələrdə üst-üstə düşməsini araşdırmamış, üst-üstə düşən hissənin neçə kvadrat metr olmasını müəyyən etməmişdir. Şərh olunanlardan da göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla qəbul olunmuşdur ki, bu da həmin qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1746/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs eyni zamanda üçüncü şəxslər X3 və Abdullayeva (Nağıyeva) Subeybat İsmayıl qızının nümayəndəsi X4 və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1746/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1746/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh inzibati orqan sonuncu məhkəmə iclasına məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və digər üçüncü şəxslər X5, X6, X2 və X12 məhkəmə iclasına gəlməmişlər. 17 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının hazırda naturada istifadə etdiyi torpaq sahəsi Zaqatala rayonu Mazıx kəndinin kompleks yerquruluşu layihəsində 0.12 ha pay torpağı kimi (JN290F) iddiaçının atası X9 adına işlənmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə etdiyi Zaqatala rayonu Mazıx kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, X9 adı qarşısında 0.20 ha, İddiaçı adının qarşısında 0.06 ha qeyd edilməklə qanuni istifadədə olan həyətyanı torpaq sahəsi ilə bağlı məlumatlar qeyd olunmuşdur. - Zaqatala RİH Mazıx kənd İƏD-nin xx.xx.2021-ci il tarixli 484 saylı arayışından görünür ki, iddiaçının adına 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində 1988-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin və 0.06 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. - A 127434 nömrəli, Torpaq Kadastrı kitabında xx.xx.2009-cu ildə 132 nömrə ilə uçota alınmış DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 603.02 kv.m həyətyanı torpaq sahəsinə dair plan-ölçü sənədi iddiaçının adına tərtib edilmişdir. - xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçıdır. Fərdi yaşayış evi 1988-ci ildə tikilmişdir. - Zaqatala rayonu Mazıx kəndini üzrə torpaq payı almaq hüququ olan subyektlər siyahısından görünür ki, İddiaçı adının qarşısında qanuni istifadədə olan həyətyanı torpaq sahəsi qrafasında 0.06 qeydi icra edilmişdir. - A 460901 nömrəli, DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 1161 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinə X9 adına plan-ölçü sənədi tərtib edilmişdir. - A 115990 nömrəli, DT və XK tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə verilmiş 2016.66 kv.m həyətyanı torpaq sahəsinə X9 adına plan-ölçü sənədi tərtib edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.2016 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi Elektron məlumat bazasına əsasən Zaqatala rayonu Mazıx kəndi ərazisində yerləşən X9 adına işlənmiş 290F/0 12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş pay torpaq sahəsi və 290A/0.20 ha yaşayış məntəqələri torpaqlarına aid həyətyanı torpaq sahələrinin cizgiləri daxilində yerləşir. A seriyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatlarına əsasən həmin 603 02 kv.m torpaq sahəsi Zaqatala şəhərinin hüdudları daxilində yerləşən X15 adına DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********90 olan Çıxarışın cizgiləri daxilində yerləşir. İddiaçı məxsus 24 05.2007ci il tarixdə tərtib edılmtş Zaqatala rayonu Mazıx kəndində yerləşən fərdi yaşayış evinin Texniki pasportunda qeyd olunan torpaq sahəsi ilə A senyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə A seriyalı, 127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsi üst-üstə düşmür. - AZ-İ 286757 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, 1927- ci il təvəllüdlü X17 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli yerli baxışın nəticələrinə dair protokoldan və ona əlavə edilmiş cavabdeh orqanın iddia olunan torpaq sahəsinə dair TEKUİS və AzCad məlumatlarından çıxarışdan görünür ki, torpaq sahəsində köhnə tikili mövcuddur və yaşayış evi kimi istifadə olunur. Kəndin əsas yolundan iddia olunan torpaq sahəsinə girişi istiqamətində torpaq sahəsinin sol tərəfi və yuxarı hissəsi daş hasarla hörülmüşdür. Həmçinin qeyd olunan hissələrdə gediş-gəliş yolları mövcuddur. Torpaq sahəsinin girişində sağ tərəf hissə metal torla çəpərlənmişdir. Torpaq sahəsinin giriş hissəsində (A 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan) hər hansı çəpər və mərz nişanı yoxdur. Mütəxəssis tərəfindən işdə olan yerquruluşu planında göstərilən döngə nöqtələrinin koordinatları yerində yoxlanılmış və düzgünlüyü müəyyən edilmişdir. Bundan sonra baxış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində davam etdirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən müəyyən olundu ki, iddia olunan, həmçinin onun üst-üstə düşdüyü bildirilən A 127434 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi elektron kadastr məlumatlarında yaşayış məntəqələrinin torpaqları, həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. - Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən, mübahisə predmeti olan xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda göstərilən Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi ilə iddiaçı tərəfindən faktiki istifadə edilən mübahisə predmeti olan 0.06 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi ilə bağlı bildirilmişdir ki, xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda göstərilən Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hər hansı bir koordinatı qeyd olunmadığına görə iddiaçı tərəfindən faktiki istifadə edilən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. X13 verilmiş A seriyalı 115990 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2016.66 kv.m torpaq sahəsinin 1722.00 kv.m hissəsi üçüncü şəxslərin istifadəsindədir. X13 verilmiş A seriyalı 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1161.00 kv.m torpaq sahəsinin 952.00 kv.m hissəsi isə iddiaçı X8 tərəfindən istifadə olunur. - Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən X13 verilmiş A seriyalı 115990 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2016.66 kv.m sahəsi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi üçün fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş ərazidir. A seriyalı 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1161.00 kv.m torpaq sahəsinin iddiaçı X8 tərəfindən istifadə edilən 952.00 kv.m hissəsi isə həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə nəzərdə tutulmuş əraziyə, X16 Uçotu İnformasiya məlumat bazasında isə sözügedən 952.00 kv.m torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış evi, alt katerqoriya həyətyanı sahələrin altında olan torpaqlar kimi öz əksini tapmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüququn qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir.
21. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli Fərmanına əsasən, “Azərbaycan Respublikasında X16 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, X16 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi. Fərmanın 2.5-ci bəndində həmçinin, İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X16 uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Üçüncü şəxslərin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Zaqatala RİH Mazıx kənd İƏD-si üzrə 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində iddiaçının adına 1988-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və 0.06 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə iddiaçının qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və tərtib edilmiş subyektlər siyahısında verilməli olan torpaq sahəsi 0.06 ha qeyd edilmişdir.
30. Buna baxmayaraq, texniki səhv nəticəsində iddiaçının adına tərtib edilmiş A127434 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları Zaqatala şəhərinin hüdudları daxilində yerləşən X15 adına reyestr nömrəsi **********90 olan çıxarışın cizgiləri daxilinə, iddiaçının faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi isə 1161 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair X9 adına tərtib edilmiş A 460901 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədinə işlənmişdir.
31. İddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması Zaqatala RİH Mazıx kənd İƏD-nin xx.xx.2021-ci il tarixli 484 saylı arayışında qeyd edilmiş 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlarla sübut olunur. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə cavabdeh orqan iddiaçının adını hüquq subyekti qeyd etməklə xx.xx.2007-ci il tarixdə texniki pasport tərtib etmişdir. Sözügedən texniki pasporta topraq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikildiyi il 1988-ci il qeyd olunub. Odur ki, iddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan və torpaq islahatı zamanı ona verilməsi nəzərdə tutulan torpaq sahəsi olması mübahisəsizdir.
32. Digər tərəfdən nəzərə alınmalıdır ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə X13 verilməsi nəzərdə tutulmuş 0.20 ha torpaq sahəsinə dair A 115990 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin ölçüsü 0.2016 qeyd edilmiş və ********** qeydiyyat nömrəli çıxarışla X9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddia olunan torpaq sahəsinin torpaq islahatı zamanı İsmayıl Abdullayevə verilmiş torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin cavabdeh orqan iddia olunan torpaq sahəsinin X9 adına işlənmiş 290F/0 12 ha yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş pay torpaq sahəsinin cizgisi daxilində yerləşməsini qeyd etsə də, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin həyətyanı torpaqlarına aid olması iş materialları ilə sübut olunur.
33. İddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin üst-üstə düşdüyü torpaq sahəsi isə digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməklə bərabər, ümumiyyətlə iddiaçının istifadəsində olan torpaq sahəsi olmamış və həmin plan-ölçü sənədinin koordinatlarının texniki səhv nəticəsində digər əraziyə işlənməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir.
34. Məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirаkı ilə Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.06 ha torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsində aralarında məsafə olan iki fərdi yaşayış evi yerləşir.
35. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən X13 verilmiş A seriyalı 115990 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2016.66 kv.m sahəsi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi üçün fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş ərazidir. A seriyalı 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1161.00 kv.m torpaq sahəsinin iddiaçı X8 tərəfindən istifadə edilən 952.00 kv.m hissəsi isə həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə nəzərdə tutulmuş əraziyə, X16 uçotu informasiya məlumat bazasında isə sözügedən 952.00 kv.m torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış evi, alt katerqoriya həyətyanı sahələrin altında olan torpaqlar kimi öz əksini tapmışdır.
36. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi 1988-ci ildə inşa edildiyindən, həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə dair Zaqatala RİH Mazıx kənd İƏD-nin 06 №-li təsərrüfatbaşına kitabın 170-ci səhifəsində qeyd edilmiş məlumatlar sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün birbaşa əsasdır. Həmçinin, faktiki olaraq Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı məsələ öz həllini tapmış, lakin cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Zaqatala rayon şöbəsi tərəfindən A127434 nömrəli və A 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtibində səhvə yol vermişdir. Odur ki, iddiaçı A 460901 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin 0,06 ha torpaq sahəsinə üst-üstə düşən hissədə ləğv edilməsi, A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun dəyişdirilərək, 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
37. Yuxarıda sadalanan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli Fərmanının 2.5-ci bəndini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X16 uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlar olduğundan, həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir (bənd 23).
38. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı iş üzrə iddia tələbi "öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh imtinasının əsaslılığına dair sübut təqdim edə bilməmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, A 460901 nömrəli torpaq sahəsinin “plan və ölçüsü” sənədinin xx.xx.2007-ci il tarixli 508 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Zaqatala rayonu AİK-in xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A127434 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə, yəni 508 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə uyğun dəyişdirilərək həmin 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və texniki pasportun verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxslər X4, X2, X12 və X1 vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1746/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.