Məhkəmə qərarları › İş №2-1(107)-196/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-196/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-196/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı "X2 adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissəsində düzəliş edilərək, JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən iddiaçıların ümumi birgə mülkiyyəti nəzərə alınmaqla Balakən rayonu Mahamalar kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-12/2020 nömrəli qərarından üçüncü şəxs X5 və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi Balakən rayon Mahamalar kənd sakinləri X2, İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi mülkiyyətinə verilmiş və onların adına bu barədə JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. DƏDRX-nin 18 saylı X20 həmin 0,06 ha torpaq sahəsini, eləcə də həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,1 kv.m yaşayış, 44,9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2008-ci ildə **********00-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata almışdır. Bu barədə onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də adları göstərilən digər mülkiyyətçilər İddiaçı4 Məhəmməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı1 DƏDRX-nin 18 saylı X17 ərizə ilə müraciət edərək, X2 adına verilmiş MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə öz adları da daxil edilməklə, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Cavabdeh öz imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da düzəliş aparılmalıdır, digər tərəfdən, qeyd olunan torpaq sahəsi X2 iddia ərizəsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilir (İş nömrəsi 2-1(84)-1314/2018). Bundan sonra iddiaçılar İddiaçı4 Məhəmməd oğlu, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh DƏDRX-nin 18 saylı X12rşı "JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, Balakən rayonu Mahamalar kəndində (yeni ünvan: ünvan 2 yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Cavabdeh DƏDRX-nin 18 saylı X20 iddiaya qarşı xx.xx.2018-ci il tarixli etirazında əvvəlki imtina məktubunun dəlillərinə istinad edərək qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs X5 iddiaya qarşı yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçılar çıxarışı mübahisələndirmək üçün iddia müddətini buraxmışlar. Müəyyən edilmişdir ki, X5 DƏDRX-nin 18 saylı X12rşı "JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən ləğv edilməsi, şəhadətnamədə qeyd olunan İddiaçı4 Məmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 adlarının həmin şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsinə dair planölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə ayrıca iddia ilə məhkəməyə müraciət etmiş və iş Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır. Ona görə də məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat dayandırılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-34/2019 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh DƏDRX-nin 18 saylı X12rşı "JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən ləğv edilməsi, şəhadətnamədə qeyd olunan İddiaçı4 Məmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 adlarının həmin şəhadətnamədən çıxarılması və torpağın mülkiyyətə verilməsinə dair planölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmamışdır. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-574/2019 nömrəli qərardadı ilə iddiaçı X2 apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-34/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-181/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-574/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçı X2 və onun vəkili Vəkil2 kassasiya şikayəti təmin olunmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2018-ci ildə İddiaçı4 vəfat etmişdir. Şifahi məhkəmə baxışı zamanı üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 mərhum İddiaçı4 birinci nikahından doğulmuş oğlu X16 ilə, İddiaçı1 vəkili Vəkil1 isə mərhumun sonuncu arvadı İddiaçı1 ilə əvəz olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, mülki hüquqi anlamda vərəsəlik və prosessual hüquq varisliyi mahiyyət etibarı ilə fərqli hüquqi institutlar olduğuna, mərhum İddiaçı4 mirasının bölüşdürülməsi ilə bağlı məsələ hazırkı işdə həll edilmədiyinə görə onun bütün vərəsələrinin müəyyən edilərək hazırkı prosesə cəlb edilməsinə zərurət yoxdur. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum İddiaçı4 vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 ilə əvəz edilməsi kifayətdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə uyğundur. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, X2 adına xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissəsində düzəliş edilərək, JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən iddiaçıların ümumi birgə mülkiyyəti nəzərə alınmaqla Balakən rayonu Mahamalar kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-12/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X2 adına ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış xx.xx.2008-ci il tarixli qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissədə düzəliş edilərək, üçüncü şəxs X5 ilə yanaşı JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də adları göstərilən İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 da ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 18 saylı X15 üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X5 və vəkili Vəkil2 həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar birinci instansiya məhkəməsinə tamamilə başqa bir tələblə “JN seriyalı 896A nömrəli” Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Balakən rayonu Mahamalar kəndində (yeni ünvan: ünvan 2 yerləşən 0,06 ha torpaq sahəsi üzərindən iddiaçılar İddiaçı4 Məhəmməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birqə mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin qoyulması tələbi ilə müraciət etmişlər. Lakin sonradan iddia tələbləri dəyişərək, X3 adına xx xxxxxxx 2008-ci il tarixdə **********3 qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabında 1 nömrəli vərəqində aparılmış qeydiyyata, torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissəsində düzəliş edilərək JN seriyalı 896A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin əmlakda iddiaçıların da ümumi birğə mülkiyyətdə olmamasını nəzərə almaqla Balakən rayonu Mahamalar kəndində (yeni ünvan: ünvan 2 yerləşən 0,06 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı4 Məhəmməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin qoyulması tələbi ilə mürciət etmişlər. Lakin iddia tələbi dəyişdirilərkən hakim tərəfindən iddia tələbinin dəyişdirilməsi üçün tərəflərin/, yəni cavabdehin və üçüncü şəxsin razılığının olub-olmaması nəzərə alınmamış, lakin iddia tələbinin dəyişdirilməsi barədə ərizəni, icraata qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, hazırkı iddia ərizəsi məhkəməyə daxil olduqda xx.xx.2018-ci ildə İddiaçı4 vəfat etmişdir. Şifahi məhkəmə baxışı zamanı üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 mərhum İddiaçı4 birinci nikahından doğulmuş oğlu X16, ilə İddiaçı1 vəkili X19 isə mərhumun sonuncu arvadı İddiaçı1 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, mülki hüquqi anlamda vərəsəlik və prosesual hüquq varisliyi mahiyyət etibarı ilə fərqli hüquqi institutlar olduğuna, mərhum İddiaçı4 mirasının bölüşdürülməsi ilə bağlı məsələ hazırkı işdə həll edilmədiyinə görə onun bütün vərəsələrinin müəyyən edilərək hazırkı prosesə cəlb edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab etmişdir ki, mərhum İddiaçı4 vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 ilə əvəz edilməsi kifayətdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə uyğundur.” Lakin məhkəmə mərhum İddiaçı4 birinci nikahından doğulmuş oğlu X8 İddiaçı4 vərəsəsi kimi qəbul etmədiyini İddiaçı4 vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 ilə əvəz edilməsini əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçılardan birinin İddiaçı4 Məhəmməd oğlunun vəfat etməsi, mirasın qəbulu başa çatana kimi məhkəmədə işin dayandırılmasına dair vəsatətə qərarında heç bir hüquqi qiymət verməmişdir. Bu barədə tərəflərindən verilmiş vəsatəti rədd edib-etməməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə mərhum İddiaçı4 Məhəmməd oğlunun ölümündən sonra onun vərəsələri barədə Balakən şəhəri X21 üzrə nümayəndəliyindən aldıqları arayışda və təqdim etdikləri doğum haqqında şəhadətnamələrə əsasən tərəflərindən məhkəməyə təqdim edilmiş X16 və X6 doğumu haqqında şəhadətnamələri iş materiallarına əlavə edilməsi də, onların da üçüncü şəxs qişmində (yəni həmin şəxslər mərhum İddiaçı4 vərəsələri kimi tanınmali idi və onların hüquqlarına toxunulan şəxslər kimi üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməli idilər) məhkəmə icraatına cəlb edilməmişlər. Məhkəmə tərəfindən X4 xx xxxxxxx 2008-ci ildə həmin şəxslərin DƏDRX-nin 18 saylı X17 ərizə ilə müraciət edərək, ********** qeydiyyat nömrəsi ilə qeydə alınan çıxarışa ailə başçısı kimi onun adına işlənməsinə razılığının olub-olmaması aydınlaşdırılmamış, əgər belə ərizələr olmuşdursa onda hal-hazırda göstərilən tələblə məhkəməyə müraciət etmələrinin səbəbi araşdırılmamışdır. Məhkəmə tərəfindən xx xxxxxxx 2008-ci ildə X3 adına verilmiş çıxarış ləğv edilmədən ona dəyişiklik edilməsi həmin düzəlişin onun razılığı olmadan edilməsini nəzərə almamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-12/2020 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 vəkili Vəkil2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-12/2020 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRX-nin 18 saylı X20 nümayəndəsinin iştirakını təmin etməmişdir. DƏDRX-nin 18 saylı X20 məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0,06 ha torpaq sahəsi X2, İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı1, Baknalova Fatima Rəhman qızının, İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir; - MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 0,06 ha torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X2 tam mülkiyyət hüququ xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - İ seriyalı 971474 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı4 xx.xx.2018-ci ildə vəfat etmişdir. Əsaslandırma hissəsi Üçüncü şəxs X5 və vəkili Vəkil2 apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apelyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X2 adına ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində aparılmış xx.xx.2008-ci il tarixli qeydiyyata torpaq sahəsinin mülkiyyətçisi ilə bağlı hissədə düzəliş edilərək, üçüncü şəxs X5 ilə yanaşı JN-896A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də adları göstərilən İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 da ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 18 saylı X15 üzərinə qoyulmasını qərara almışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi Balakən rayon Mahamalar kənd sakinləri X2, İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi mülkiyyətinə verilmiş və onların adına bu barədə JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. DƏDRX-nin 18 saylı X20 həmin 0,06 ha torpaq sahəsini, eləcə də həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,1 kv.m yaşayış, 44,9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2008-ci ildə **********00- 10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata almışdır. Bu barədə onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. JN- 896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də adları göstərilən digər mülkiyyətçilər İddiaçı4 Məhəmməd oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı1 DƏDRX-nin 18 saylı X17 ərizə ilə müraciət edərək, X2 adına verilmiş MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə öz adları da daxil edilməklə, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Cavabdeh öz imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da düzəliş aparılmalıdır. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanunverici vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.17-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş müddətədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri dövlət reyestrində saxlanılmalı olan məlumatları dövlət reyestrinə daxil etmək; 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29-cu bəndinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. Göründüyü kimi, xx.xx.2006-cı ilədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və bu qeydiyyatla bağlı verilmiş aktlar reyestrdə qeydiyyat aparmaq üçün əsas hesab edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir. Cavabdehin imtinası üçün əsas olan hallar isə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ilk öncə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üçüncü şəxs X2 iddiaya qarşı etirazına əsasən öhdəliyin icrası haqqında iddialara iddia müddəti tətbiq edilmədiyinə görə hazırkı iddianın mümkün sayılmaması üçün əsas yoxdur. Daha sonra iddiaçılar tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmə tərəfindən icraata qəbul edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ona görə də kollegiyanın qənaətinə görə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizənin məhkəmənin icraatına qəbul edilməsi ilə bağlı üçüncü şəxsin apelyasiya şikayətinin dəlili əsassızdır. Bundan əlavə, iş üzrə İddiaçı4 vəfat etdiyindən onun mərhumun sonuncu arvadı İddiaçı1 ilə əvəz edilməsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki hüquqi anlamda vərəsəlik və prosessual hüquq varisliyi mahiyyət etibarı ilə fərqli hüquqi institutlar olduğuna, mərhum İddiaçı4 mirasının bölüşdürülməsi ilə bağlı məsələ hazırkı işdə həll edilmədiyinə görə onun bütün vərəsələrinin müəyyən edilərək hazırkı prosesə cəlb edilməsinə zərurət yoxdur. İş materiallarında olan AZ-İİ seriyalı 296679 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı4la İddiaçı1 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, mərhum İddiaçı4 vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 ilə əvəz edilməsi kifayətdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə uyğundur. Həmçinin, İddiaçı4 vəfatından sonra mirasın qəbulunun başa çatana kimi işin dayandırılması ilə bağlı apelyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd edir ki, göründüyü kimi qeyd edilən halla bağlı hazırkı işin dayandırılmasına heç bir əsas olmamışdır. İddiaçı4 vəfat etdiyindən onun vərəsələrinin notarial qaydada müəyyən edilməsi ilə bağlı üçüncü şəxsin nümayəndəsinin icraatın dayandırılması ilə bağlı vəsatətini təmin etməyən birinci instansiya məhkəməsi məhkəmə iclas protokolunda həmin hala qiymət verərək göstərmişdir ki, iş üzrə icraat hüquqi varis məsələsinin müəyyən edilməsi ilə bağlı dayandırıla bilər, lakin notarial qaydada vərəsələrin müəyyən edilməsi iş üzrə icraatın dayandırılmasına əsas deyil. Eyni zamanda X13 və X7 üçüncü şəxs qismində iş üzrə icraata cəlb etməklə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən şəxslərin həqiqətən İddiaçı4 vərəsələri olması müəyyən edilməmişdir. Bununla yanaşı, kollegiya qeyd edir ki, X16 və X1 Baknalovun vərəsələri olsa belə, hazırkı iş üzrə mərhum İddiaçı4 vəfat etdiyi vaxt nikahda olduğu İddiaçı1 ilə əvəz edilmişdir. Ona görə də X16 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə zərurət yaranmamışdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, JN-896A kod 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini hazırda da saxlayır və həmin sənəddə göstərilən bütün şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Həmin şəhadətnamədə adları göstərilmiş İddiaçı4 Məhəmməd oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı3 0,06 ha torpaq sahəsində ümumi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edən heç bir hal yoxdur. Cavabdeh həmin torpaq sahəsinə şəhadətnamədə adları sadlanan mülkiyyətçilərdən yalnız birinin, yəni X2 tam mülkiyyət hüququnu qeydiyyata almaqla digər mülkiyyətçilərin hüquqlarını pozmuşdur. Ona görə də iddiaçılar öz adlarının da qeydiyyata mülkiyyətçi kimi əlavə olunmasını tələb etməkdə haqlıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X5 və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-12/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar