Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-196/2021 16.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx MMC) mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X7 Komitəsinin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin onunla əsaslandırmışdır ki, Balakən rayon AİK-nın xx.xx.1998ci il tarixli 08 saylı qərarı ilə JN-0098 saylı Dövlət Aktına əsasən 0.66 ha torpaq sahəsi Mahamalar kənd sakini X1 mülkiyyətinə verilmişdir. İddiaçı C.Dibirovdan torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı torpaq sahəsindən istifadə etdiyi müddətdə sahəyə qonşular tərəfindən kənar müdaxilələr olmuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsinin dəqiqliklə hansı ərazidə yerləşməsini və qonşuları ilə aralarında yaranmış mübahisənin həlli üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəo,in xx.xx.2020-ci il tarixli 2(019)194/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA seriyalı 004251 nömrəli plan və ölçü sənədinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Mahamalar kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Balakən bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 98 nömrəli ərizəsindən müəyyən edilir ki, iddiaçının mülkiyyətindən müvəqqəti açılan yolun bağlanmasına bələdiyyə etiraz etmir. İş materiallarında olan xxxx MMC-nin xx.xx.2020-ci il tarixli arayışının surətində qeyd edilir ki, İddiaçı adına Seriya MA-0230196 seriyalı 06.07 2011-ci il tarixli DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 0.66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Çıxarışı hazırlanmışdır. Həmin Çıxarışın № AA004251 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.66 ha torpaq sahəsinin 0.0545 ha hissəsi Elektron Baza məlumatlarına görə ümumi istifadədə olan yola düşür. İddiaçı adına hazırlanmış Seriya MA ******* seriyalı Çıxarışın Planı və Ölçüsü sənədində torpaq sahəsi 0 66 hektar göstərilsə də, ancaq iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi Çıxarışın Planı və ölçüsü sənədində göstərilən cizgilərə uyğun olmayaraq naturada 0.6544 hektar təşkil edir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2021-ci il tarixli 2- 1(116)-102/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Balakən Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx MMC) mülkiyyətində olan ******* saylı çıxarışa əsasən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərə məhkəmə tərəfindən ədalətli yanaşılmadığından qərardadı ləğv edilməli, iddia tələbi təmin edilməli və bununla bağlı yeni qərar qəbul edilməlidir. X5 2-1(116)-102/2021 saylı qərardadı ilə iddiası təmin edilməmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 1998ci il tarixli 30 iyun tarixli 08 saylı qərarı ilə Balakən Rayon Mahamalar kənd sakini X2 torpağın mülkiyyət hüququna dair JN 0098 saylı Dövlət Aktına əsasən 0,66 ha torpaq saəhəsi verilmişdir. Həmin torpaq sahəsini xx xxxxxx 2007-ci il tarixində Torpaq alqı-satqı müqaviləsinə əsasən almışdır. Bir müddət torpaq sahəsində istifadə etdiyi ərəfələrdə ona məxsus olan torpaq sahəsinə sərhədd qonşuları tərəfindən müdaxilələr olunmağa başladı. Yəni onun və onun ətrafında olan torpaqların guya düzğün paylanmadığını bildirən vətəndaşlar arasında bəzi anlaşılmazlıqlar yarandı. Hər kəsin ölçülərək verilən torpaq sahəsindən istifadə etdiyi zaman ortaya nəsə anlaşılmayan mübahisələr çıxmağa başladı. Aldığı torpaq sahəsinin planı və ölçüsü olduğu halda onunla sərhəddə yaşayan topaq sahəsinin mülkiyyətçiləri ona bildirdilər ki, özlərinə düşən torpaq sahəsinin bir hissəsi güya sənin ərazinə düşüb, buna görə də torpaqda sürüşmə baş vermişdir. Əlbəttə hər hansı vətəndaşın əlində heç bir sənədi, sübutu olmadığı halda onun mülkiyyətində olan torpaq sahəsinə süni maneələrin yaradılmasına görə mülkiyyətində olan torpaq sahəsindən lazımi dərəcədə istifadə edə bilmədiyindən mülkiyyətində olan torpaq sahəsinin dəqiqliklə hansı ərazidə yerləşməsini və onunla sərhədd qonşuların arasında yaranan mübahisənin həllini tapmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o, Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etdmiş, həmin idarənin xx.xx.2019-cu il tarixli cavabında bildirdilər ki, iddianız məhkəmədə icraata götürüldükdən və ərazidə ekspertizanın keçirilməsi ilə bağlı məhkəmin müraciəti “xxxx” MMC-yə daxil olduqdan sonra tərəfimizdən mütəxəssisin iştirakınən və müvafiq mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Mülkiyyətində olan torpaq sahəsi üzərində qonşular arasında mübahisə yarandığından və Balakən Bələdiyyəsi tərəfindən əmlakımın içindən qanunsuz yolun açılması, torpaq sahəsinin bir hissəsinə Balakən bələdiyyəsinin müdaxiləsi nəticəsində öz mülkiyyətindən istifadə edə bilmir. Buna görə də Balakən Rayon Məhkəməsində iddia qaldırdı. Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-194/2020 saylı qərardadına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qəran ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanlara aid edilməsini əsas gətirərək hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah olması bildirərək qərardad qəbul etmişdir. Belə ki, işə baxan Şəki İnzibati Məhkəməsi işdə olan rəsmi sənədləri və işə əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş yazılı məktubuna baxmayaraq mülkiyyətində olan çıxarışı nəzərə almadan onun zərərinə olan qərar qəbul etmişdir. Aqrar İslahat zamanı hər kəsə həmin ərazidən torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə planölçü hazırlanarkən qonşu torpaqlar arasında heç bir mübahisə yaranmamışdır. Bələdiyyələr isə bir neçə ildən sonra yaradıldıqdan sonra həmin ərazilərdə olan Bələdiyyə torpaqları vətəndaşlara həyətyanı torpaqlar kimi satılarkən həmin torpaqlara gediş-gəlişin qısa yolla olmasmı təşkili üçün müvəqqəti istifadə olunmuşdur. Lakin digər vətəndaşların da mülkiyyətlərində olan torpaqlarına açılan rəsmi yol hal-hazırda hər bir vətəndaş tərəfindən sərbəst şəkildə istifadə edilməsinə və mülkiyyətimdən təsadüfü və müvəqqəti xarakter daşıyan yolun açılması onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı həm də mükiyyətinə müdaxilə deməkdir. İş materialların əlavə edilən xxxx MMC-nin xx.xx.2020-ci il tarixli arayışında mülkiyyətində olan torpaq sahəsinin Hüququ Müəyyən edilmiş çıxarışa əsasaən faktiki mülkiyyətində olan torpaq sahəsinin 0,66 ha olması faktı göstərməklə torpaq sahəsinin hazırki iddia ilə tələb etdiyi torpaq sahəsinin miqdarının naturada olan hissəsini gösrətmişdir. Bu da onu deməyə əsas verir ki, qanunla mülkiyyətində olan torpaq sahəsinin balədiyyə qanunsuz müvəqqəti istifadə etməklə onun mülkiyyətinə müdaxilə etməsini etiraf etməklə həmin yolun bağlanmasına etiraz etmir. Belə olduğu halda işə baxan məhkəmə nəyi əsas gətirərək iddianı təmin edən qərar qəbul etməmişdir. Eyni zamanda onu da məhkəməyə bildirmək istəyir ki, həmin ərazidə yaşayan vətəndaşlar hərəkət etməsi üçün ayrı yol mövcuddur və həmin ərazinin plan ölçüsündə də öz əksini tapmışdır. Məhkəmə işə baxarkən tələbinin iki hissədən ibarət olduğunu bildirmişdir .Birinci hissə mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması və ikinci hissə Balakən Bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması arqumenti ilə, baglı məhkəmə dolayısı ilə cavab verir ki, guya torpaq sahənin sərhədlərinin müəyyən edilməsi öhdəliyini bələdiyyədən tələb edirə, əlbəttə bu məsələ Bələdiyyə səlahiyyətlərinə aid deyil, bəs o zaman məhkəmə bu nüansa başqa bir prizmadan nə üçün yanaşıb. İkinci tərəfdən o, məhkəmyə açıq-aşkar izah edir ki, mülkiyyətinə bələdiyyə tərəfindən müdaxilə olunub və bələdiyyə də bunu etiraf edir və qanunsuz açmış olduğu yolun bağlanmasına da etiraz etmir. Belə olduğu halda o, məcburiyyət qarşısında çıxılmaz vəziyyətdə qaldığından məhkəməyə müraciət etmişdir. Plan-ölçü sənədindən də məlum olur ki, mülkiyyətində olan 0,66 ha torpaq sahəsinin natura daxilindən heç bir yol keçmir. Məhkəməyə onu da xatırladır ki, torpaq sahəsinin müayinəsi zamanı belə bir halın mövcudluğu olsaydı o zaman plan-ölçüdə mütləq öz əksini tapmış olacaqdı. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia ilə bağlı araşdırmanı düzgün aparmadığına görə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla baglı işin daha konkret araşdırılması üçün işə apellyasiya qaydasında baxılmalı və müvafiq ekspertiza təyin olunmalı, 0,66 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə mülkiyyətində olduğundan əsassız açılan yol bağlanılmalıdır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadı ədalətsiz, qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Balakən Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla haqlı olmuşdur. İddiaçının tələbi 2 hissədən ibarətdir. Birinci hissə “mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə maneələrin aradan qaldırılması” və ikinci hissə “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması”. Tələbin birinci hissəi ilə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi bələdiyyənin səlahiyyətinə aid deyil. Sərhədlərin müəyyən olunması üçün iddiaçı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməlidir. Tələbin birinci hissəsində qeyd olunan “maneələrin aradan qaldırılması” barədə qeyd olunmalıdır ki, iddiaçı ümumiyyətlə konkret kimlər tərəfindən hansı formada ona manelərin yaradıldığını qeyd etməmişdir. Tələbin ikinci hissəsi, yəni “Balakən bələdiyyəsi tərəfindən əmlakından açılmış qanunsuz yolun bağlanması” ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən naturada istifadə etdiyi torpaq sahəsi ümumi istifadədə olan yola düşmür. AA004251 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.66 ha torpaq sahəsinin 0.0545 ha hissəsi Elektron Baza məlumatlarına görə ümumi istifadədə olan yola düşür. Göründüyü kimi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunarkən hər-hansı texniki xətaya yol verilmişdir ki, buna görə də bələdiyyə məsuliyyət daşımır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özünə məxsus torpaq sahəsinə dair texniki sənədlərdə müvafiq düzəliş edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etməlidir. Müraciəti təmin olunmadığı təqdirdə isə o, müvafiq tələblə məhkəmədə iddia qaldıra bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-102/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-196/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-196/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver