Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-197/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10rşı İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərarından DƏDRX-in 12 saylı X18 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki rayonu, X4 müvafiq qərarına əsasən, bələdiyyə mülkiyyətində olan “Digər təyinatlı torpaqlar” kateqoriyasına daxil olan 10 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. Eyni zamanda İddiaçı MMC-nin adına, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2015-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan 10 ha ərazidə müasir əkin qaydalarına uyğun olaraq meyvə bağı salınmışdır. Meyvə bağında əkilən meyvə ağacları əmələ gəlmiş, bar vermişdir. Meyvə bağından toplanmış meyvələrin yerləşdirilməsi və emalı üçün ərazidə müəyyən xidmət tikintilərin inşa edilməsinə ehtiyac yaranmışdır. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, X4 mülkiyyətində olmuş və İddiaçı MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd - çıxarış verilərkən həmin çıxarışda torpağın kateqoriyası “Digər təyinatlı torpaqlar” kimi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətinə verildikdən sonra həmin torpaq sahəsinə DƏDRX-nin 12 saylı X18 tərəfindən hüquqi sənəd (çıxarış) verilərkən heç bir əsas olmadan torpaq sahəsinin kateqoriyası dəyişdirilərək, “Kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunmuşdur. Bu səbəblər ərazidə meyvə bağına xidmət etmək üçün, toplanmış meyvənin emalı üçün müəyyən tikintilərin inşa edilməsinə maneçilik yaradır. "İddiaçı” MMC tərəfindən xx.xx.2019-cu il tarixli, GF19-30 saylı məktubla DƏDRX-nin 12 saylı X13 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi şöbəsinə rəsmi müraciət olunmuşdur. RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2015-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) dəyişdirilməsi xahiş olunmuşdur. Lakin DƏDRX-nin 12 saylı X18 müraciətlərinə xx xxxxxx 2019-cu il tarixli, **********64 saylı məktubla qeyd olunan çıxarışda dəyişiklik edilməsindən əsaslı səbəb göstərilmədən imtina edilmişdir. Cavabdehin iddiaçıya qarşı göndərilmiş imtina məktububundan görünür ki, İddiaçı MMC-yə ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazasına uyğun olaraq xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********60 nömrəli məktubla iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Şəki rayonu, X9 bələdiyyənin xx xxxx 2014cü il tarixli qərarını, torpaq sahəsinin bələdiyyə, baş memar, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təsdiqlənmiş yerləşmə sxemini, X19 Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin xx xxxx 2014-cü il tarixli 9/562 saylı rəyini, DTXK-nın Şəki rayon şöbəsinin xx xxxx 2014-cü il tarixli, 03 saylı rəyini, xx xxxx 2014-cü il tarixli, 584 saylı qiymət arayışını və 515384 saylı torpaq sahəsinin planı və ölçüsü sənədini təqdim etməklə bələdiyyə mülkiyyətində olan 10 ha torpaq sahəsinə kadastr xəritəsindən çıxarış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün xx xxxxxx 2014-cü il tarixdə ərazi idarəsinə müraciət etmişdir. xx xxxxxx 2014-cü il tarixli kadastr xəritəsindən çıxarışda və xx xxxxxx 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq torpaq sahəsinin kateqoriyası digər təyinatlı, məqsədli istifadə növü sahibkarlıq kimi göstərilmişdir. DTXK-nın Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli 11 saylı hərrac protokolunda torpaq sahəsinin uqodiyası kənd təsərrüfatı göstərildiyindən, sözügedən protokol və Şəki 2 saylı DNK-nın xx xxxx 2015-ci il tarixli, 4Ə-181 saylı alqısatqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A002045 saylı torpaq sahəsinin planı və ölçüsündə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı kimi “kənd təsərrüfatı təyinatlı” torpaqlar, məqsədli istifadə növü “sahibkarlıq" göstərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərardadı ilə “xxxxxxxxx” ASC hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Üçüncü şəxsin iddiaya qarşı münasibətindən görünür ki, “xxxxxxxxx” ASC ilə İddiaçı MMC arasında bağlanılan xx.xx.2018-ci il tarixli GL2493 saylı kredit limiti müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il tarixli İ2275 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı MMCnin mülkiyyətində olan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 58 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydə alınan (Reyestr № **********04, Qeydiyyat № **********) seriya RX № ******* saylı AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən, ünvan 1i ünvanında yerləşən 10.0 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlar ipotekaya qoyulmuş və həmin müqavilə Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Hal-hazırda "xxxxxxxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1ində yerləşən, İddiaçı MMC-nin mülkiyyətində olan, ümumi sahəsi 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaqların (Reyestr № **********04) “xxxxxxxxx” ASC-nin xeyrinə tam şəkildə yüklülükdə qalması şərtilə, torpağın təsvirində (təyinatında) dəyişiklik edilməsinə etiraz edilmir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 119/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, DƏDRX-nin 12 saylı X12 üzərinə İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DƏDRX-nin 12 saylı X18 həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəki rayonu X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, DƏDRX-nin 12 saylı X18 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4cü maddəsinə əsasən, qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı olduğundan, DTXK-nın Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac protokolunda torpaq sahəsinin uqodiyası kənd təsərrüfatı göstərildiyindən sözügedən protokol və Şəki 2 saylı DNK-nın xx xxxx 2015-ci il tarixli, 4Ə-181 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A 002045 saylı torpaq sahəsinin planı və ölçüsündə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı qanunvericiliyin tələblərinə uyğun olaraq “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi göstərilmişdir.İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4-cü bəndinə əsasən Xidmət və onun ərazi idarələri inzibati orqan sayılır. İnzibati orqan tərəfindən publik hüquq sahəsində qəbul edilən aktlar isə inzibati akt hesab edilir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə qaydasında baxıla bilər. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs - Şəki rayon X4 sədri X8 bildirdi ki,Bələdiyyə qeyd edilən torpaq sahəsini özəlləşdirilən zaman həmin torpaq sahəsini “digər təyinatlı torpaqlari” kimi özəlləşdirilmişdir. X9 xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 10 ha torpaq sahəsini “digər təyinatlı torpaq” sahəsi kimi alqı-satqı yolu ilə müsabiqə qaydasında DTXK-nin Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının keçirdiyi xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac vasitəsi ilə İddiaçı MMC-yə satmışdır. Ona görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs “xxxxxxxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs “xxxxxxxxx” ASC nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsünün xx.xx.2015-ci il tarixli A seriyalı 002045 nömrəli təsdiqlənmiş surəti, DƏDRX-nin RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışların təstidlənmiş surətləri, DƏDRX-nin 12 saylı X12 xx.xx.2019-cu il tarixli **********64 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********14 nömrəli xx.xx.2019-cu il tarixli **********60 nömrəli xx.xx.2019-cu il tarixli **********62 nömrəli məktubları, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surəti, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi, A seriyalı 515384 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surəti, A seriyalı 515384 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********08 nömrəli məktubu, “xxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli PBCOS-334 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - A seriyalı 002045 nömrəli xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri bölməsində torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsi “digər kateqoriyalı torpaqlar” kimi qeyd olunmuşdur. - RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1ində yerləşən 10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunmuşdur. - xx.xx.2014-cü il tarixli 583 nömrəli mütəxəssis rəyinin təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu X4 xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə bələdiyyəyə aid torpaq sahəsindən sahibkarlıq məqsədi ilə hazırlanmış torpaqayırma sənədlərinə baxılmışdır və tərtib edilmiş torpaqayırma sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığı üçün ona torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması məqsədə müvafiqdir. - DTXK-nin Şəki rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 585 nömrəli rəyinin təsdiqlənmiş surətindən görünür ki, X4 mülkiyyətinə aid olan sahibkarlıq məqsədi ilə bilavasitə satılması nəzərdə tutulan həraca çıxarılan 10 ha torpaq sahəi X4 mülkiyyətinə aiddir. - xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı X9 xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan 10 ha torpaq sahəsiniİddiaçı MMC-yə satmışdır. - xx.xx.2014-cü il tarixli 584 nömrəli arayışın təsdiqlənmiş surətindən görünür ki, Şəki rayonu X4 xx.xx.2014-cü il tarixli 03 saylı qərarı ilə sahibkarlıq məqsədilə 10 ha torpaq sahəsinin hərrac qaydasında satılması nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi Şəki- Zaqatala kadastr qiymət aid olmaqla şərti yararsızdır. - A seriyalı 515384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surətindən görünür ki, torpaq sahəsinin kadastr göstəriciləri bölməsində torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsi “sair sahələr” kimi qeyd olunmuşdur. - xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən gürünür ki, iddiaçının adına hazırlanmış çıxarışda qeyd olunmuş 10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aiddir. Məhkəmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydə alındığı zaman ləğv edilmiş DTXK tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan ölçüsü sənədinə əsasən məhkəmə predmeti olan torpaq sahəsi kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digət təyinatlı torpaqlar kateqoriyasına aiddir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Torpaq islahatı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Torpaq Məcəlləsinin 12.1-12.4-cü maddələrinə görə torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ qeydə alınarkən ləğv edilmiş DTXK tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan-ölçüsü sənədinə əsasən torpaq sahəsi kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmuş, bundan sonra iddiaçının mülkiyyət hüququ qeydə alınanda torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aid edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, uqodiyası “sair” olan torpaqlar Torpaq Məcəlləsinin 12-ci maddəsində qeyd olunmamışdır. Belə ki, kənd təsərrüfatı yerlərinə(uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar,biçənəklər, örüşlər və otlaqlar aid edilir. İnzibati iş üzrə iddiaçıya aid A seriyalı 002045 nömrəli xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəriciləri bölməsində torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsi “digər kateqoriyalı torpaqlar” kimi göstərilmişdir. Belə ki, Torpaq məcəlləsinin 9.2-ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən, qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаnHüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası tərəfindən apelyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından iş materiallarında olan xx.xx.2020-ci il tarixli ŞM-025 nömrəli mütəxəssis rəyində qeyd edilən halların aydınlaşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X3 Mərkəzi MMC X15 İdarəsinin rəisi İlkin Süleymanov və mühəndisi İlkin Salamov məhkəmə kollegiyasının iclasına dəvət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X3 Mərkəzi MMC X15 İdarəsinin mühəndisi İlkin Salamov izahatında bildirdi ki, İddiaçı MMC-nin adına hazırlanmış xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunmuş 10.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, kolluq ərazi olmaqla uqodiyası sair torpaqlara aiddir. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəsis qarşısında həmin torpaq sahəsinin kateqoriyası (uqodiyası), təyinatı barədə sual qoyulmadığından mübahisəli torpaq sahəsi hansı torpaq kateqoriyasına aid olması barədə araşdırma aparılmamışdır. Lakin məhkəmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin hüquqları qeydə alındığı zaman ləğv edilmiş DT və XK-si tərəfindən verilmiş rəy və torpaq sahəsinin plan ölçüsü sənədinə əsasən məhkəmə predmeti olan torpaq sahəsi kənd təsərrüfatına yararsız sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmasını müəyyən etmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Şəki rayon X4 sədri izahatında bildirdi ki, göstərilən mübahisəli torpaq sahəsi özəlləşdirilən zaman və müsabiqə vasitəsi ilə alqı-satqı həyata keçirilən zaman digər təyinatlı torpaq sahəsinə aid edilmişdir. İş materiallarında olan Şəki rayon X9 tərəfindən məhkəmə kollegiyasına ünvalanmış məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən hazırlanmış RX seriyalı ******* nömrəli və xx.xx.2014-cü il qetdiyyat tarixli çıxarışda və reyestr nömrəsi **********54 olan daşınmaz əmlakın kadastr xəritəsində kateqoriyası digər təyinatlı torpaqlar, istifadə növü isə sahibkarlıq kimi qeydiyyata alınmışdır. Bundan başqa işə əlavə edilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1ində yerləşən 10 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X5 məxsus torpaq sahəsinin kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” kimi qeyd olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. Göründüyü kimi, cavabdeh tərəfindən ilkin olaraq ünvan 1ində yerləşən mübahisəli 10 ha torpaq sahəsini X4 adına alınmış torpaq sahəsinin kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” kimi qeydiyyata alınmışdır. Bələdiyyə qeyd olunan torpaq sahəsini alqı-satqı yolu ilə müsabiqə qaydasında DTXK-nin Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının keçirdiyi xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac vasitəsi ilə İddiaçı MMC-yə satmışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində DTXK-nin Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac torpaq sahəsinin uqodiyası kənd təsərrüfatı göstərildiyindən İddiaçı MMC-nin adına verilmiş xx xxxx 2015-ci il tarixli, A 002045 saylı torpaq sahəsinin planı və ölçüsündə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı “ənd təsərüfatlı təyinatlı torpaqlar” kimi göstərilməsi ilə baglı irəli sürdüyü dəlliləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.2 –ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Qeyd olunan maddələrin normalarından görünür ki, hərracda torpaq sahəsinin təyinatının nə cür göstərilməsindən asılı olmayaraq torpaq sahəsinin ilkin “digər təyinatlı” kimi DT və XK-nin tərəfindən müəyyən edilmiş onun əsl təyinatıdır və işdə olan DTXK-nın Şəki rayon Hərrac və Müsabiqə Komissiyasının xx xxxxxx 2015-ci il tarixli, 11 saylı hərrac protokolu torpağın təyinatını onun ilkin təyinatından fərqli olaraq müəyyənləşdirə bilməz. Belə ki, DTXK-nin Şəki rayon Hərrac və Müsabiqə Komissiyası fəaliyyəti yalnız alqı-satqı prosesini həyata keçirməkdən ibarət olmuşdur. Müsabiqə protokolunda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı qeyd edilməsi isə torpağın hüququ statusuna münasibətdə hüquq müəyyənedici akt deyildir. Müsabiqə protokolu sadəcə hərracın nəticəsini özündə əks etdirən sənəddir. Belə ki, Daşınmaz Əmlakın Dövlət reyestrı tərəfindən hazırlanmış RX seriyalı ******* nömrəli və xx.xx.2014-cü il qetdiyyat tarixli çıxarışda və reyestr nömrəsi **********54 olan daşınmaz əmlakın kadastr xəritəsində kateqoriyası digər təyinatlı torpaqlar, istifadə növü isə sahibkarlıq kimi qeydiyyata alınmışdır və bu qeydiyyat ləğv edilmədən torpağın statusuna münasibətdə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı MMC-yə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın dəyişdirilib torpaq sahəsinin kateqoriyası bölməsində müvafiq dəyişiklik edilərək torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı” sözlərinin əvəzinə ilkin çıxarışda olduğu kimi “digər təyinatlı torpaqlar” kimi qeyd olunmaqla yeni çıxarışın verilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan, habelə iddiaçının təqdim etdiyi sənədlər həmin torpaq üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-119/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-197/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-197/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver