Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-197/2025 05.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı töhmətin ləğv edilməsi və əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə (Açar sözlər: iddia qeyri-mümkün, ləğv) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı töhmətin ləğv edilməsi və əmək haqqına əlavələrin ödənilməsi tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə аçıq məhkəmə iclаsındа baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli **********343700 nömrəli əmri ilə verilmiş töhmətin ləğv edilməsi və 2023-cü ilin oktyabr, noyabr ayları üçün və iddia tələbi üzrə qəbul ediləcək qərar icra edilən günədək hesablanmalı olan əmək haqqına əlavələrin və 8 Noyabr Zəfər bayramı münasibətilə bağlı verilmiş olan mükafatın və iddia tələbi üzrə qəbul ediləcək qətnamə icra edilən günədək ona verilməli olan mükafatların hesablanaraq cavabdehdən tutularaq verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 may 2024-cü il tarixli 2- 1(116)-1592/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2- 1(107)-401/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 2875/2024 nömrəli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2- 1(107)-401/2024 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli, **********343700 №-li əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük iddia müddəti ötürülmüşdür. Belə ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə mübahisə ilə bağlı Yevlax 1 saylı Mediasiya Təşkilatında icraat aparılmasına baxmayaraq, artıq sözügedən mediasiya təşkilatına müraciət edilənədək əmrdən iddiaçının məlumatlı olduğu vaxtdan 14 gün keçdiyindən, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etdikdən sonrakı 16 gün ərzində məhkəmədə iddia qaldırılmalı idi. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdən görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmr iddiaçıya elektron qaydada xx.xx.2023-cü ildə təqdim edilmiş, bundan 9 gün sonra xx.xx.2023-cü ildə iddiaçı cavabdehə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün təklif göndərmiş və xx.xx.2023-cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, həmin tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan 8 gün sonra iddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi tərəfindən iddia tələbinə Azərbaycan Respublikası MPM-nin 153.2 və 153.2.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması səbəbilə mülki işin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmiş, həmin qərardadı iddiaçı xx.xx.2024-cü il tarixdə əldə etmiş bundan sonra xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mübahisələndirilən əmrin “Əmr etdi” hissəsində ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti qeyd edilməmişdir. Bu səbəbdən hazırkı mübahisədə mümkünlük şərtləri həmçinin “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinin nəzərə alınmaqla yoxlanılmalıdır. Həmin normaya əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət edərək mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini və mükafatların hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan həmin müraciətə xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. Bundan əlavə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi iddiaçının hazırkı iddia ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət etdiyini bildirmişdir, lakin iddiaçının kassasiya şikayətinə əlavə etdiyi poçt qəbzindən görünür ki, o, iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçt şöbəsinə təqdim etmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərini nəzərə almamaqla gəldiyi yekun nəticə düzgün olmamış, ona görə də, iddianı ümumi və xüsusi mümkünlük şərtləri baxımından düzgün yoxlamamışdır.
22. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi İPM-in 12 və 48-ci maddələrinə əsasən, yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
23. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(116)-1592/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.