Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-198/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi, iddiaçının nümayəndələri X3, X5, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, X17 İcra Hakimiyyəti Mənzil Kommunal X2 (bundan sonra iddiaçı və ya Mənzil Kommunal X7) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X10 (bundan sonra cavabdeh və ya 11 saylı X12) qarşı “xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarından cavabdeh 11 saylı X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə 11 saylı X6 xx.xx.2017-ci il tarixli **********127445 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ı ilə iddiaçı Mingəçevir Mənzil Kommunal X1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015-ci il – sentyabr 2017-ci il vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. 11 saylı X6 xx.xx.2018-ci il tarixli **********101600 nömrəli "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ı ilə həmin səyyar vergi yoxlaması xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin xx.xx.2018-ci il tarixli **********140719 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərar"ı ilə həmin səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsinə dair xx.xx.2018-ci il tarixli **********131397 nömrəli "Səyyar vergi yoxlaması aktı" tərtib edilmişdir. 11 saylı X6 xx.xx.2018-ci il tarixli **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə Mingəçevir Mənzil Kommunal X4 mənfəət vergisi üzrə 2015ci il üçün 3270,29 manat, 2016-cı il üzrə 6477,87 manat azaldılmış vergi, həmin məbləğlərə müvafiq olaraq 1635,15 manat və 3238,94 manat maliyyə sanksiyası, bundan başqa, əlavə dəyər vergisi üzrə 2015-ci il üçün 246,55 manat, 2016-cı il üçün 13732,35 manat, 2017-ci il üçün 2764,11 manat maliyyə sanksiyası, ümumilikdə 31365,26 manat hesablanmışdır. Sadalanan hər üç qərar barədə məlumatlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə daxil edilmişdir. Mingəçevir Mənzil Kommunal X7 cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsini xahiş etmiş, sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdehin xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərarının ləğv olunmasını, eləcə də həmin qərar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yoxlama 30 gündən artıq müddət davam etmiş, cavabdehin mübahisələndirilən qərarı əsaslandırılmamış, səyyar vergi yoxlaması aktında göstərilən hallar araşdırılmamış, yoxlamanın dayandırılması və müddətinin uzadılması reyestrdə qeydə alınaraq iddiaçıya məlumat verilməmişdir. Bundan başqa, yoxlamanın dayandırılmasının əsası kimi müəssisənin rəhbərinin xəstəliyi göstərilsə də, xəstəliyi təsdiq edən sənəd yoxdur. Cavabdeh Vergi Məcəlləsinin 39.5-ci və 39.6-cı maddələrində nəzərdə tutulan müddətləri pozmuşdur. Amortizasiya tətbiq edilməli olmadığı halda, tətbiq edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlamanın keçirilməsi ilə əlaqədar Vergi Məcəlləsində nəzərdə tutulan müddətlərin heç biri pozulmamış, yoxlamanın dayandırılmasına isə vergi ödəyicisinin rəhbərinin əmək qabiliyyətini itirməsi barədə məktubu əsas vermişdir. Bundan başqa, amortizasiyanın hesablanması da qanunidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında 11 saylı X12 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, həmin qərar əsasında Mingəçevir Mənzil Kommunal X2 bankda olan hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması qərara alınmışdır. 11 saylı X12 apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X12 və onun vəkili X15 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(102)- 6/2020 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X6 baş direktoru Vüsal Məmmədov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 11 saylı X6 xx.xx.2017-ci il tarixli **********127445 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2018-ci il tarixində **********131397 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində mənfəət vergisinin 2015-ci il üzrə 3270,29 manat, 2016-cı il üzrə 6477,87 manat olmaqla yoxlanılan dövr üzrə cəmi 9748,16 manat məbləğində azaldılması müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin azaldılmasına səbəb təqdim edilmiş vergi hesab faktura üzrə amortizasiya ayırmalarının göstərilməməsi və bu səbəbdən də qeyd edilən xərcin maliyyələşdirilməməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən 11 saylı ƏVD-nə təqdim edilmiş mənfəətdən vergi bəyannamələrində amortizasiya ayırmaları da xərclərin tərkibinə aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edidiyi və ya çəldkiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütun tələblər nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin X “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” fəsilinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 114.1 -ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Vergi Məcəlləsinin qeyd edilən maddələrinə əsasən Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları təqdim edilmiş işlərin və xidmətlərin dəyərinə daxil edilməklə ümumi gəlirə aid edilmədiyi üçün gəlirin əldə edilməsi lə bağlı xərclərə aid edilmir və gəlirdən çıxılmır. Bundan başqa yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən aldığı mallar üzrə aparılmış əvəzləşmələrdə ƏDV əməliyyatları araşdırılarkən Vergi Məcəlləsinin 175.1.3-cu maddəsinin tələblərini pozaraq əlavə dəyər vergisinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsi halları aşkar olunmuş və nəticədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2015-ci il üzrə 783.09 manat, 2016-cı il üzrə 29757.95 manat və 2017-ci üzrə 8919.08 manat olmaqla ümumilikdə 39460.12 manat əlavə dəyər vergisinin malların (iş və xidmətlərin) dəyərinin ödənildiyi gündən gec ödənilməsinə görə həmin məbləğin 50%-i miqdarında, yəni 19730.07 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən Mingəçevir Şəhər Mənzil-Kommunal X7 barəsində Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 saylı X6 xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması” barədə iddiası yoxlamanın keçirilməsi müddətlərinin pozulması əsas gətirilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (84)-21/2019 nömrəli qərarı ilə təmin edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (84)-21/2019 nömrəli qərarı ilə aşağıdakı səbəblərə görə razı deyilik: Məhkəmə qərarının əsaslandırma hissəsində səyyar vergi yoxlaması müddətlərinin pozulması hallarından biri kimi göstərmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 (otuz) iş günü deyil 30 təqvim günü müddətində keçirilməsi nəzərdə tutulmişdur. Lakin, səyyar vergi yoxlaması 11 saylı X6 xx.xx.2017-ci il tarixli **********127445 nömrəli qərarına əsasən 30(otuz) iş günü müddətində keçirilmişdir. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2 maddəsinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 11 saylı X6 xx.xx.2017-ci il tarixli **********127445 nömrəli qərarına əsasən səyyar vergi yoxlaması xx.xx.2017-ci il tarixdə başlanmış 18.01,2018-ci tarixədək davam etmiş, xx.xx.2018-ci il tarixli **********101600 nömrəli qərarla 17.01 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (31 gün müddətinə) müvəqqəti dayandırılmış və yoxlamanın müddəti yuxarı vergi orqanının 17.01,2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 30 iş günü (51 gün) müddətinə artırılmışdır. Göründüyü kimi səyyar vergi yoxlaması ümumilikdə 95 gün davam etmişdir ki, bu da 120 gündən az oduğundan səyyar vergi yoxlaması müddətinin pozulması (aşılması) kimi qiymətləndirilə bilməz. Məhkəmə qərarında yoxlamanın xx.xx.2017-ci il tarixdə başladığını, xx.xx.2017-ci il tarixdə başa çatmalı olduğu halda, başa çatmamış və qanunsuz olaraq xx.xx.2018-ci il tarixədək davam etdiyini bildirmişdir. Məhkəmənin həmin əsaslanması ilə bağlı bildiririk ki, məhkəmənin hazırki işə dair nə dərəcədə araşdırma aparması əsaslandığı hallaran bəlli olur. Həmin halla bağlı məhkəmənin nəzərinə çatdırırıq ki, Vergi Məcəlləsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Hazırki yoxlamada növbəti səyyar vergi yoxlaması olduğundan vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixli **********127445 nömrəli qərara əsasən vergi ödəyicisində növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış və VM-nin 38.1-ci maddəsinə əsasən qərarın qəbul edilməsindən 15 gün sonra yəni “Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən” Çıxarışda qeyd edilən xx.xx.2017-ci il tarixdə səyyar vergi yoxlaması başlamışdır. Məhkəmənin vergi orqanının qərarının hər bir vasitə ilə ləğv edilməsi üçün əsaslanmasında diqqətəlayiq hal xx.xx.2017-ci il tarixdə başlamış yoxlamanın xx.xx.2017ci il tarixdə başa çatmalı olduğuna əsaslanmasıdır. Bu da onu deməyə əsas verir ki, məhkəmə iş üzrə topanmış sübutları “Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən” Çıxarışı və “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********127445 nömrəli qərarı öyrənmədən qərarında yoxlamanın xx.xx.2018-ci il tarixədək qanunsuz olaraq davam etdirilməsi nəticəsinə gəlmişdir. Bundan başqa məhkəmə Mingəçevir Şəhər Mənzil-Kommunal X2 rəhbəri Şəhriyar Mustafayevin səhhəti ilə əlaqədar səyyar vergi yoxlamasının dayandırılmasını xahiş etməsi barədə xx.xx.2018-ci il tarixli **********236200 nömrəli məktubuna əsasən səyyar vergi yoxlamasının xx.xx.2018-ci il tarixədək dayandırılmasını pozuntu kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, Şəhriyar Mustafayev müraciətinə əmək qabiliyyətinin müvəqqəti tirilməsini təsdiq edən sənəd (xəstəlik vərəqəsi) əlavə etmədiyi üçün vergi orqanı yoxlamanı təxirə salmaqdan imtina etməli idi. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimata, həmçinin bu təlimatın əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2011 -ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” qaydasının 1 -ci bəndinə görə əmək qabiliyyəti olmamaq vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Həmin qaydaların 10-cu bəndinə görə xəstəlik vərəqəsinin “İşdən azad edilir” qrafasında xəstənin işdən azad olunduğu müddətin başlanğıcı (gün,ay, il) ərəb rəqəmləri ilə sonu isə sözlə (gün,ay, il) yazılır. Həkimin vəzifəsi, soyadı aydın qeyd olunur və imza qoyulur. Həmin qaydaların 11 -ci bəndinə gərə xəstəlik vərəqəsinin “İşə başlamalı” qrafasında əmək qabiliyyətinin bərpa olunduğu tarix xəstənin əmək qabiliyyətinin bərpa olunduğunu müəyyən etmiş müəyinədən sonrakı günün tarixi ilə qeyd olunur. Əmək qabiliyyəti olmamaq vərəqəsi xəstənin xahişi ilə və ya iş yerinin rəhbərliyinin tələbi ilə bağlanıla bilməz. Yuxarıda göstərilənlərdən göründüyü kimi xəstəlik vərəqəsi əmək qabiliyyətinin itirildiyi gün əmək qabiliyyətini itirən şəxsdə ola bilməz ki, o da bu vərəqəni əmək qabiliyyətini itirməsi səbəbi ilə səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması barədə müraciətinə əlavə edərək vergi orqanına təqdim etsin. Xəstəlik vərəqi yalnız müalicə tamamlanaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra əmək qabiliyyəti itirmiş şəxsə bağlanaraq və təsdiq edilərək təqdim oluna bilər. Həmçinin xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Yəni ki, bu sənəd xəstəyə xəstə olmasını və müalicəyə yerləşdirilməsini təsdiq edən sənəd kimi deyil işdən üzürlü səbəbdən qalmasını sübut eləmək və müavinət almaq məqsədilə verilir. Odur ki, xəstənin əmək qabiliyyəti bərpa olunmadan xəstəlik vərəqi xəstəyə və ya başqa şəxsə verilmir. Xəstəlik vərəqəsi xəstənin müalicə üçün müraciət etdiyi tarixdə verilsəydi onda məhkəmənin də qeyd etdiyi kimi müalicə müəssisəsin xəstənin əmək qabiliyyətinin bərpa olunacağı tarixi qabaqcadan müəyyən edərək xəstəlik vərəqini bağlayaraq xəstəyə təqdim etməsi lazım gələrdi. Belə çıxır ki, vergi orqanı Şəhriyar Mustafayevdən xəstəlik vərəqəsini tələb etməli, əmək qabiliyyətini bərpa edərək xəstəlik vərəqəsini almasına qədər gözləməli və bu müddətdə də səyyar vergi yoxlamasının keçirilməsi müddəti başa çatmalıdır. Göründüyü kimi bu cür yanaşma səyyar vergi yoxlamsının keçirilməsinə qanunvericiliklə vaxt məhdudiyyəti qoyulduğundan əsassızdır. Digər tərəfdən məhkəmə vergi orqanından müəssisə rəhbərinin əmək qabiliyyətinin itirilməsini təsdiq edən sənəd, müəssisə rəhbərindən isə yoxlamanın dayandırıldığı dövrdə işdə olmasını təsdiq edən işə davamiyyət tabeli və əmək haqqı cədvəlləri tələb etdiyi halda nədənsə işdə olduğu halda xəstələnməsi barədə vergi orqanına məktub yazmasının səbəbini aydınlaşdırmağa ehtiyac duymamışdır. Məhkəmənin səyyar vergi yoxlamasının dayandırılmasında diqqətəlayiq hal hesab etdiyi, yoxlamanın müəssisə rəhbərinin əmək qabiliyyətinin bərpa olunmasınadək deyil, xx.xx.2018-ci il tarixədək dayandırılmasını və həmin müddət başa çatdıqdan sonra əmək qabiliyyətini bərpa etməsini araşdırmadan yoxlama müddətinin uzadılmasını yoxlamanın dayandırılmasında vergi orqanının maraqlı olması ilə bağlı fikri ilə əlaqədar isə bildiririk ki, yoxlama müəssisə rəhbərinin müraciətinə əsasən şərti olaraq müəyyən müddətə dayandırılmışdır. Yoxlamanın dayandırılması müddətinin sonunda isə yoxlayıcı tərəfindən məhkəmənin də qeyd etdiyi kimi xəstəlik vərəqəsi tələb olunduqda müəssisə rəhbərinin əmək qabiliyyətinin bərpa olunması və yoxlamanın davam etdirilə biləcəyi barədə şifahi məlumatına əsasən isə yoxlama bərpa olunaraq 51 gün müddətinə uzadılmışdır. Bütün bunların yoxlamanın keçirilməsində pozuntu kimi qiymətləndirilməsi isə məhkəmə tərəfindən məsələyə qeyri-obyektiv və birtərəfli yanaşmanın göstəricisidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi X13 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X9 və X11 izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: İddiaçının şəxsi hesab vərəqəsi; Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış; Cavabdehin xx.xx.2018-ci il tarixli **********577000 nömrəli etiraz toplusu; 11 saylı X6 xx.xx.2017-ci il tarixli **********127445 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ının surətindən görünür ki, iddiaçı Mingəçevir Mənzil Kommunal X1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015-ci il – sentyabr 2017-ci il vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə yazılmış xx.xx.2018-ci il tarixli elektron məktubdan görünür ki, MKT İB-nin rəisi Şəhriyar Mustafayevin səhhəti ilə əlaqədar olaraq səyyar vergi yoxlamasının dayandırılması xahiş edilmişdir. Lakin məktuba Şəhriyar Mustafayevin əmək qabiliyyətini itirməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. 11 saylı X6 xx.xx.2018-ci il tarixli **********101600 nömrəli "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ından görünür ki, həmin səyyar vergi yoxlaması vergi ödəyicisinin rəhbəri müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi üçün xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin xx.xx.2018-ci il tarixli **********140719 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərar"ından görünür ki, həmin səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. **********131397 nömrəli "Səyyar vergi yoxlaması aktı"ndan görünür ki, həmin sənəd xx.xx.2018-ci ildə tərtib edilmişdir. 11 saylı X6 xx.xx.2018-ci il tarixli **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ından görünür ki, Mingəçevir Mənzil Kommunal X4 mənfəət vergisi üzrə 2015-ci il üçün 3270,29 manat, 2016-cı il üzrə 6477,87 manat azaldılmış vergi, həmin məbləğlərə müvafiq olaraq 1635,15 manat və 3238,94 manat maliyyə sanksiyası, bundan başqa, əlavə dəyər vergisi üzrə 2015-ci il üçün 246,55 manat, 2016-cı il üçün 13732,35 manat, 2017-ci il üçün 2764,11 manat maliyyə sanksiyası, ümumilikdə 31365,26 manat hesablanmışdır. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət qismən əsaslıdır və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarı qismən ləğv edilməlidir. İş üzrə Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-06/20 saylı qərarında qeyd edilir ki, prosessual hüquq normlaarı yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini apellaysiya məhkəməsi müəyyən etmiş, lakin iddia tələbinin bir hissəsinin mümkünlük şərtini cavabdeh mübahisələndirmişdir. İddia tələblərindən göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir: xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərara əsasən mübahisəyə baxılıb qutaranadək iddiaçının hesablaşma və depozit hesablarından cavabdeh tərəfindən silinmiş vəsaitlərin müvafiq olaraq onun hesablarına geri qaytarılması. Apellyasiya məhkəməsi tərəfindən tələblərə qiymət verilərkən iddianın mübahisələndirmə haqqıda iddia növünə aid olduğu müəyyən edilmişdir. Cavabdeh bu mövqeyi mübahisləndirərək bildirmişdir ki, iddia tələbinin ikinci hissəsi öhdəliyin icrası haqqında iddia növünə aid olduğu üçün, həmin iddia növünə dair mümkünlük şərtlərinə qiymət verilməli idi. Məhkəmə kollegiyası dəlillərə aşağıdakılara əsasən qismən razılaşdığını qeyd edir. Tələblə iddiaçı artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. Tələbin hüquqi əsasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 87-ci maddəsi təşkil edir: 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, , artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir; 87.3-ci maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır; 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Sonuncu müddəaların tələblərinin tətbiqi ilə bağlı Azərbaycan Respublikas Nazirlər Kabineti tərəfindən xx xxxxxx 2001-ci il tarixli, 48 saylı qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: 5.5-ci bəndinə əsasən, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə (...) 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır; 5.7-ci bəndinə əsaəsn, tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 (...) artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır; Sadalanmış müddəaların təhlili o nəticəni yaradır ki, vergi ödəyicisinin artıq ödənilmiş vergilərin qaytarılması barədə müraciəti olduqda, cavabdeh tərəfindən öhdəliyin icrası ilə bağlı vəzifə deyil, müvafiq rəyin tərtib edilməsi və vergi ödəyicisinə təqdim edilməsi vəzifəsi nəzərdə tutulmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçının irəli sürdüyü tələb məcburetmə haqqında iddia növünə aiddir, çünki cavabdeh tərəfindən inzibati akt kimi müvafiq rəy verilməli və təsdiq olunmuş qaydada vergi ödəyicisinə təqdim olunmalıdır. Azərbaycan Respublikası İPM-nin: 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur; 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, məcburetmə haqqında iddia ilə iddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyilmasını xahiş edir və həmin iddia həm cavabdehin imtina edildiyi, həm də cavabdehin hərəkətsizliyi səbəbindən qəbul edilmədiyi hallarda da irəli sürülə bilər. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məcburetmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, inzibati orqanın publik hüquqdan irəli gələn vəzifəsinin icrası ilə bağlı iddiaçının müraciəti əsasında inzibati aktın qəbulundan imtina edildiyi və ya cavabdehin hərəkətsizliyi hallarında, həmin şəxs hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına əsaslanmaqla inzibati məhkəmədə mübahisə qaldıra bilər. Məcburetmə haqqında iddianın irəli sürülməsi ilə bağlı xüsusi mümkünlük şərti isə cavabdehə müraciət edilməsi və onun müddəti ilə bağlıdır. Bir halda imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində, digər halda isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçəndən sonra qərar qəbul edilmədiyi hallarda, iddiaçının iddia qaldırmaq hüququ nəzərdə tutulmuşdur. Lakin aşağı instansiya məhkəmələri iddianın növünü düzgün müəyyən etmədiyindən, onun mümkünlük şərtlərini də yoxlamamışdır. Bundan başqa, aşağı instansiya məhkəmələri həmin iddia tələbini təmin edərkən hər hansı bir hüquqi əsaslandırma aparmamışdırlar və bu hissədə məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlili əsaslı hesab edir. Azərbaycan Respublikası İPM-nin 92.0-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin iddia tələbinin ikinci hissəsinə dair gəldiyi nəticə prosessual qanunverciiliyin tələblərinə uyğun olmadığından, ləğv edilməlidir. İddia tələbinin qərarın ləğv edilməsi hissəsinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, səyyar vergi yoxlaması 30 təqvim günü müddətində keçirilməli olduğundan, cavabdeh tərəfindən müddətə riayət edilməmiş və bu hal mübahisələndirilən qərarın ləğvi üçün əsaslardan biridir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, apellyasiya məhkəməsi “30 gün” anlayışını təqvim günləri kimi qiymətləndirmiş, halbuki həmin günlər iş günlərini ehtiva etməklə, səyyar vergi yoxlaması ümumilikdə 95 gün davam etmişdir ki, bu da 120 gündən az olduğundan səyyar vergi yoxlaması müddətinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Vergi Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir; 38.2-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər; 38.4-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması yalnız iş günlərində aparılmaqla, onun müddəti 30 gün və əlavə olaraq yuxarı vergi orqanının qərarına əsasən 90 günlə məhdudlaşdırılmışdır. Məsələyə hüquqi qiymət verilərkən qeyd edilməlidir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tututlmuş 38.1 və digər maddələr, o cümlədən 38.2 və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Bu maddələrə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən düzgün olaraq xx xxxxxx 2017-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarda yoxlamanın müddəti 30 iş günü kimi müəyyən edilmişdir. Məcəllənin 38.2-ci maddəsində əks olunmuş 30 günün bilavasitə təqvim gününü ehtiva edilməsini apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının aparılması qaydalarını tənzimləmiş və həmin maddədə ayrı bənd kimi vergi yoxlamasının iş günü və iş vaxtında aparılması göstərilməmişdir. Bu səbəbdən xx xxxxxx 2017-ci il tarixinə qədər olan maddənin redaksiyasında kameral vergi yoxlamaların 30 gün ərzində aparılması onu ehtiva edirdi ki, bu günlər təqdim günləri kimi hesablanmalıdır. Azərbaycan Respublikasının xx xxxxxx 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının “30 gün” müddətində keçirilməsi ifadəsi əvəzinə “30 iş günü müddətində keçirilir” ifadəsi əks olunmuş və bu qayda xx xxxxxx 2017-ci il tarixindən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Məcəllənin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2 və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilvasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericliyə edilmiş dəyiiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Apellyasiya məhkəməsinin mövqeyi həmçinin o məntiqi əsasla da qəbul edilə bilməz ki, kameral vergi yoxlamasının yerlərə getmədən 30 iş günü ərzində aparılmasına münasibətdə səyyar vegi yoxlamasının bundan daha həcmli və əhatəli yoxlama olmaqla 30 təqvim günü ərzində aparılması həmin yoxlamaların məqsədlərinə uyğun olmadığı kimi qiymətləndirməlidir. Bununla da, məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, səyyar vergi yoxlaması iş günü ərzində aparılmalı olduğundan, müddətlərə dair apellyasiya məhkəməsinin müəyyən etdiyi işin halları qanunvericliyin tələblərinə uyğun deyildir və qeyd edilmiş hüquqi mövqe əsas olmaqla səyyar vergi yoxlaması müddətlərinə düzgün riayət edilib-edilməməsi yenidən yoxlanılmalıdır. Apellyasiya məhkəməsi mübahisələndirilən qərarın ləğv edilməsinin digər əsası kimi hesab etmişdir ki, vergi ödəyicisinin rəhbərinin xəstəliyinin cavabdeh tərəfindən araşdırılmaması səyyar vergi yoxlamasının dayanadırılmasına dair qanunverciliyin tələblərinin pozulması kimi qiymətləndirilmlidir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, vergi ödəyicisinin rəhbərinin xəstəliyi ilə bağlı xəstəlik vərəqi yalnız müalicə tamamlanaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra həmin şəxsə təqdim oluna bilər. Bu səbəbdən həmin vərəq səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması barədə vergi ödəyicisinin müraciətinə əlavə edələrək vergi orqanına təqdim oluna bilməzdi. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin: - 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda — həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə — əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə — mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda — xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda — məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə ilə tənzimlənən qayda iki faktlarla - səyyar vergi yoxlamasının dayandırılması üçün halların və dayandırılmanın başa çatmasının müddətlərinin müəyyən edilməsi ilə bağlıdır. Yəni dayandırmanın axımının başlanması tarixi müəyyən edilmiş halla, sona çatması isə həmin halın nəticəsindən asılıdır. Əgər sadalanmış hallar səyyar vergi yoxlamasının dayandırılması üçün müddətin axımının başlanmasını dəqiq müəyyən edilməsinə imkan verirsə, onun başa çatması qeyri-müəyyən vaxtla məhdudlaşdırılmışdır. Bu mənada məhkəmə kollegiyası cavabdehin bildirdiyi hüquqi əsaslandırması ilə razılaşır və qeyd edir ki, maddənin tələblərini tətbiq edərkən cavabdeh tərəfindən səyyar vergi yoxlamasının hansı tarixdən dayandırılmalı olması konkret halın baş veməsi ilə əlaqəli olsa da, lakin başa çatması yalnız ehtimallarla müəyyən edilə bilər ki, bu zaman yalnız Məcəllənin 38.2-ci maddəsində əks olunmuş müddətlər nəzərə alınmalıdır. Belə ki, səyyar vergi yoxlamasının dayandırılması halına Məcəllənin 38.7.2-ci maddəsinə görə səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirilməsi aid edilmişdir. Cavabdehin inzibati praktikasına görə bununla bağlı vergi ödəyicisinin müraciəti olduqda, cavabdeh bu müraciəti dayandırmanın əsası kimi qəbul edir. Həmin müraciətin mötəbərliyinin qəbul edilməsi istinad edilən Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinin tələbinin pozulması kimi şərh oluna bilməz. Lakin dayandırılmanın başa çatmasının tarixi maddədə əmək qabiliyyəti bərpa olunanadək kimi müəyyən edilmişdir ki, vergi ödəyicisinin rəhbərinin hansı tarixdə əmək qabiliyyətli hesab olunduğunu müəyyən etmək imkanı cavabdehə məxsus olmadığından və dəqiq müəyyən edilməsi mümkün olmadığından, cavabdehin bu məsələnin tənzimlənməsində müəyyən qiymətləndirmə sərbəstliyinə malik olması qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavə kimi təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqındaTəlimat”ın 1,6,7,8,9-cu bəndlərinin mənasına görə, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur ki, həmin xəstəlik vərəqəsində əmək qabiliyyətini itirilməsi müddəti müvafiq olaraq 3, 6, 10 günlərindən başlayaraq xəstələnmə müddəti son 12 ayı əhətə edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu hissədə cavabdehin bildirdiyi dəlilləri əsaslı və qanunamüvafiq hesab edir, apellyasiya məhkəməsinin bu hissədə qiymətləndirməsini isə anlaşılmaz qəbul edir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. İşin halı ondan ibarətdir ki, 11 saylı X6 xx.xx.2017-ci il tarixli **********127445 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ı ilə Mingəçevir Mənzil Kommunal X1 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015-ci il – sentyabr 2017-ci il vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. 11 saylı X6 xx.xx.2018-ci il tarixli **********101600 nömrəli "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ı ilə həmin səyyar vergi yoxlaması xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin xx.xx.2018-ci il tarixli **********140719 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərar"ı ilə həmin səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsinə dair xx.xx.2018-ci il tarixli **********131397 nömrəli "Səyyar vergi yoxlaması aktı" tərtib edilmişdir. 11 saylı X6 xx.xx.2018-ci il tarixli **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə Mingəçevir Mənzil Kommunal X4 mənfəət vergisi üzrə 2015ci il üçün 3270,29 manat, 2016-cı il üzrə 6477,87 manat azaldılmış vergi, həmin məbləğlərə müvafiq olaraq 1635,15 manat və 3238,94 manat maliyyə sanksiyası, bundan başqa, əlavə dəyər vergisi üzrə 2015-ci il üçün 246,55 manat, 2016-cı il üçün 13732,35 manat, 2017-ci il üçün 2764,11 manat maliyyə sanksiyası, ümumilikdə 31365,26 manat hesablanmışdır. Sadalanan hər üç qərar barədə məlumatlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə daxil edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh yoxlamanın keçirilməsi müddətlərini pozmuşdur. İşin halından görünür ki, 11 saylı X6 “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx xxx 2018-ci il tarixli **********150745 nömrəli qərarında keçirilən yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İşdən gorünür ki, iddiaçının yoxlama aktını imzalamaqdan imtina etdiyi tarix xx.xx.2018-ci il, vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın tarixi isə xx.xx.2018-ci ildir. Cavabdehin iddia etdiyi kimi, müddətləri iş günləri ilə hesablasaq, xx.xx.2018-ci ildən başlayan 30 iş günü xx.xx.2018-ci ildə başa çatır və vergi orqanının qərarı həmin tarixdən sonra çıxarılmalı idi. Lakin göründüyü kimi, cavabdeh həmin 30 günlük müddəti iş günləri ilə deyil, məhz təqvim günləri ilə hesablamış və qərarı xx.xx.2018-ci ildə çıxartmışdır. Belə olan halda, VM-in ayrı-ayrı maddələrində nəzərdə tutulmuş "30 gün" ifadəsinin cavabdeh tərəfindən bir halda "təqvim günləri", digər halda isə "iş günləri" kimi təfsir edilməsi yolverilməzdir və məntiqli görünmür. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli qərarla başlanmış yoxlama xx.xx.2017-ci ildə başa çatdırılmalı olduğu halda, başa çatdırılmamış və qanunsuz olaraq xx.xx.2018-ci ilədək davam etdirilmişdir. Azərbaycan Respublikası VM-də müəyyən edilmiş müddətlərin cavabdeh tərəfindən pozulması həm də "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin müddəalarından irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin həmin Sərəncamının 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin(2.3). Qeyd edilən Sərəncamla təsdiq olunmuş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin 7-ci bəndində "kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında işə baxılan zaman cavabdehin nümayəndəsi iddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsini təsdiq edən hər hansı sübutun mövcud olmadığını bildirmişdir. Yoxlamanın dayandırılmasında bir əsas hal da bundan ibarətdir ki, cavabdeh yoxlamanı müəssisənin rəhbərinin əmək qabiliyyətinin bərpa olunmasınadək deyil, konkret bir tarixə, yəni xx.xx.2018-ci ilədək müəyyən etmiş və bununla da, müəssisənin rəhbərinin sağalacağı günü güya əvvəlcədən bildiyini nümayiş etdirmişdir. Həmin müddət başa çatdıqda isə, müəssisənin rəhbərinin əmək qabiliyyətinin bərpa olunub-olunmaması araşdırılmadan, yoxlama ilə əlaqədar sonrakı hərəkətlər icra edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, yoxlamanın dayandırılmasını iddiaçı xahiş etmiş olsa da, yoxlamanın dayandırılmasında məhz cavabdeh özü maraqlı olmuşdur. Əks təqdirdə, cavabdeh iddiaçının sözügedən xahişinə rədd cavabı verərdi. Bundan başqa, məhkəmə kollegiyası səyyar vergi yoxlaması müddətinin artırılması ilə bağlı da cavabdehin hərəkətlərini qanunsuz sayır. Belə ki, əvvəla, müddət VM-in 38.2ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət başa çatdığı gündən, yəni xx.xx.2017ci ildən gec olmayaraq artırılmalı olduğu halda, bundan təxminən 2 ay sonra artırıldığına görə artırılma qanuni deyildir. Həmçinin, yuxarıda qeyd olunduğu kimi, yoxlamanın müddəti yalnız müstəsna hallarda artırıla bilər. Lakin vergi orqanı müddətin artırılmasını sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması ilə əsaslandırsa da, bu halların müstəsnalığının nədən ibarət olmasını qərarda göstərməmişdir. Bununla yanaşı, müəyyən edildi ki, artırılmış müddət ərzində vergi orqanı heç bir yoxlama tədbiri icra etməmişdir. Bu da müddətin artırılmasına zərurətin olmamasını təsdiq edir. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəməsinin qərarının ləğv və iddia tələbinin rədd edilməsi ilə bağlı dəlilləri qismən, yəni iddia tələbinin- xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması aid hissəsində iddia tələbinin mümkünlük şərtlərinə birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmadan yekun məhkəmə qərarı qəbul edildiyi üçün əsaslı olsa da, iddia tələbinin xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərarın ləğv edilməsi üzrə qeyd etdiyi dəlillər yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbinə görə əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi “xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması” aid hissəsində iddia tələbinin iddia tələbini mümkün sayaraq mahiyyəti üzrə baxmaqda haqlı olmamış, bununla bağlı prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Lakin, məhkəmə kollegiyası iddia tələbinin “xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərarın ləğv edilməsi”-nə aid hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən qərarı ləğv edərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, 11 saylı X12 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 2-1(84)-21/2019 nömrəli qərarı X17 İcra Hakimiyyəti Mənzil Kommunal X2in xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərar əsasında bankda olan hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması tələbinə aid hissəsində ləğv edilməli, İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)- 21/2019 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: 11 saylı X12 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)- 21/2019 nömrəli qərarı X17 İcra Hakimiyyəti Mənzil Kommunal X2in xx.xx.2018-ci il tarixli **********150745 nömrəli qərar əsasında bankda olan hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması tələbinə aid hissəsində ləğv edilsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)- 21/2019 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.
Məhkəmə qərarları › İş №2-1(107)-198/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-198/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver