Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-198/2024 06.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN 0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşetinin iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi, JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-131/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metr-0057 planşet hissədə qismən ləğv edilməsi, JN-0228 saylı Dövlət Aktının 9024,23 kv.metr 228 planşet hissədə qismən ləvğ edilməsi, iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsi ilə sənəd üzrə torpaq sahələrinin ölçü və koordinatlarında mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla, JN-0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşeti hissəsində kompleks yerquruluşu sənədlərinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə düşən hissədə dəyişdirilməsi, iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli nömrəli qərardadı ilə iş üzrə Bazarov Kamil Ömər oğlu, X5, Bazarov Ömər Kamil oğlu, Bazarova (Nəbiyeva) Günay Kamil qızı, Bazarova (Alıyeva) Gülnar Kamil qızı, X7 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023cü il tarixdə ərizə təqdim edərək “JN 0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşetinin iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi, JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı Balakən rayonu Meşəşambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçıların mübahisələndirdiyi ərazidə özünə və X8 və qeyrilərinə məxsus torpaq sahəsi vardır. İstifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsindədir. Balakən rayonu Meşəşambul kəndində 1998-ci ildə torpaq islahatı aparılmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN 0057 Kod 40109018 olan Dövlət Aktı hazırlanmışdır. 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri əraziyə gələrək naturada göstərmişlər. Həmin vaxtdan sonra torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Torpaq sahəsi ona verilərkən çöllük ərazi idi. JN 0057 Kod 40109018 olan Dövlət Aktından da görünür ki, həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. 2000-ci ildə həmin torpaq sahəsində fındıq ağacları əkərək oranı bağ formasına salmışdır.
6. İş üzrə üçüncü şəxs Bazarov Kamil Ömər oğlu ona və onun ailə üzvlərinə Torpağa mülkiyyət hüququna dair JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə olan 9024.23 kvm torpaq sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsinə düşdüyünü bildirir.
7. Həmin ərazidə olan torpaq mülkiyyətçilərinin heç biri kadastr yerquruluşu xəritələrində göstərilmiş qaydada torpaqlardan istifadə etmirlər. Belə ki, torpaq mülkiyyətçilərinə verilmiş torpaq sahələrinin cizgiləri onların istifadə etdikləri ölçülərlə düzgün işlənməmişdir.
8. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə vətəndaşların faktiki istifadə vəziyyəti ilə Kompleks Yerquruluşu layihələrində göstərilən ölçülər arasında kəskin fərqlər olduğundan ilk növbədə tərəflərin mülkiyyətinə verilmiş onların faktiki istifadəsində olan torpaq sahələri ilə sənəd üzrə (müvafiq Dövlət aktları) olan torpaq sahələrinin ölçü və koordinatlarında mövcud olan uyğunsuzluqlar aradan qaldırılmalıdır.
9. Torpaq islahatı zamanı verilmiş pay torpağında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılması və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
10. Cavabdeh xx.xx.2022-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Əliyev X2 rayonu Meşəşambul kəndində yerləşən 0,7459 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir (**********).
11. Bununla bağlı aparılmış kadastr ekspertizası zamanı müəyyən olmuşdur ki, JN- 0057 saylı Dövlət Aktının 0057 planşetində göstərilən 0,7459 ha torpaq sahəsi döngə nöqtələrinin koordinatlarına əsasən elektron baza xəritələrində 0057 nömrə ilə deyil, 229 nömrə ilə öz əksini tapmışdır. Belə ki, həmin torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-cı il tarixli 01 saylı qərarı ilə X10 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin qərara əsasən Ləğv edilmiş DTXK tərəfindən onların adına JN-229 saylı Dövlət Aktı (sözügedən 0,7458 ha torpaq sahəsi 229 planşet hissədə göstərilmişdir) ilə rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2022-ci tarixli, **********53 nömrəli məktub göndərilmişdir.
12. Üçüncü şəxslər iddia tələbinə münasibətlərini aşağıdakı kimi əsaslandırmışlar: - Bazarov Kamil Ömər oğluna və ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1988-ci tarixli 07 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair JN0228 KOD 40109018 saylı Dövlət Aktı verilmişdir.
13. Həmin torpaq sahəsi İddiaçı şifahi razılaşma əsasında icarəyə verilmişdir. Özü isə bir müddət ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Lakin, İddiaçı icarə pulunu ödəməmiş və həmin torpağı ondan alacağını bildirmişdir. Bununla belə aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. O, ailəsi ilə birlikdə Balakən rayonuna qayıtdıqda özünə və ailə üzvlərinə məxsus torpaqda İddiaçı özbaşına fındıq bağı saldığını görmüşdür. Odur ki, sözgüedən torpaq sahəsi ilə bağlı aralarında mübahisə yaranmışdır.
14. Mübahisəli torpaq sahəsi ilə əlaqədar 2 dəfə ekspertiza keçirilmiş və həmin ekspert rəylərində konkret olaraq koordinatlarla vurulduqda ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmiş və həmin ərazi hasarlanmışdır. İddiaçının həmin torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və məhkəmə qətnaməsi ilə JN 0228 KOD 40109018 saylı Dövlət aktında qeyd olunan 0,87 ha hissəsindən çıxarılmışdır.
15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 dekabr 2023-cü il tarixli 2-1(116)-131/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-131/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2- 1(116)-131/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
23. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
24. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Balakən rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 1.11 ha torpaq sahəsi X1 3 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. - JN-0228 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Balakən rayonu AİK-nın xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı ilə Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2.41 ha torpaq sahəsi Bazarov Kamil Ömər oğluna 5 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X4 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X4 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
33. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
34. Belə ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşetinin faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğvi, JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına və çıxarışın verilməsinə nail olmaqdır.
35. Mübahisələndirilən JN-0057 saylı X16 rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı, JN-0228 saylı Dövlət Aktı isə Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı əsasında verilmişdir. Odur ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli və xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarları mübahisələndirilmədən onun əsasında verilmiş sənədlərin mübahisələndirilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxıla bilməz.
36. Belə ki, X4 qərarları inzibati aktdır və ləğv edilməsi, o cümlədən faktiki istifadə vəziyyətinə uyğun düzəliş edilməsi tələb edilən Dövlət Aktları rayon aqrar islahat komissiyasının qərarları ilə təsdiq edilmiş kompleks yeruquruluşu layihələri əsasında tərtib edilmişdir. Odur ki, həmin inzibati aktlar mübahisələndirilmədən onun əsasında tərtib edilmiş hüquqmüəyyənedici və texniki sənədlərə düzəliş edilə bilməz.
37. İddiaçının “faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə münasibətdə isə izah edilmişdir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. Yəni, mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, mübahisələndirilən JN-0228 saylı Dövlət Aktının 228 planşeti 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilmədən həmin torpaq sahəsi üzərində digər subyektlərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsi mümkün deyildir.
38. İş materiallarına əlavə olunmuş cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, DWJ məlumatlarına əsasən JN-0057 planşetində qeyd edilmiş 7459,60 torpaq sahəsi JN-0228 nömrəli Dövlət Aktının 226 planşetində qeyd edilmiş 9024,23 kv.metr torpaq sahəsi ilə üstüstə düşmür. DWJ məlumatlarına əsasən JN-0228 nömrəli Dövlət Aktında qeyd edilmiş 9024,23 kv.metr torpaq sahəsinin hüdudları daxilinə iddiaçının naturada istifadə etdiyi 0,7862 ha hissəsi düşür.
38. Bunun üçün iddiaçı ilk növbədə JN-0228 saylı Dövlət Aktının 228 planşeti 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğvinə nail olmalı, qaldırılmış məsələ müsbət həll olunduqdan sonra JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia tələbi ilə məhkəməyə müraciət etməlidir.
39. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya izah edilmiş, həmçinin inzibati işin şifahi məhkəmə baxışı iclasında iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçının nümayəndəsinə (vəkilinə) izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir.
40. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
41. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-131/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-131/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.