Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-199/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Mingəçevir Filialının rəisi Axundov Arif Mövsüm oğlunun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası 11 X1rşı İddiaçı X12 Cəmiyyətinin Mingəçevir “Aqrartikinti” filialının şəxsi hesab vərəqəsində olan 7263,59 manat məhkəmə qətnaməsi ilə təmin edilmiş məbləğin filialın şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-749/2019 nömrəli qərarından İddiaçı ASC tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ASC-nin Mingəçevir “Aqrartikinti” filialı 11 X1rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı X12 Cəmiyyətinin Mingəçevir “Aqrartikinti” filialının şəxsi hesab vərəqəsində olan 7263,59 manat məhkəmə qətnaməsi ilə təmin edilmiş məbləğin filialın şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, filialın uzun illərdir fəaliyyəti yoxdur və filialın inzibati binası və həyətyanı torpaq sahəsində məcburi köçkünlər məskunlaşdığından hər hansı məqsədlər üçün istifadə olunması mümkün deyil. 2006-cı il tarixdə vergi orqanı filialın vergi borcuna görə məhkəmədə iddia qaldırmış, məhkəmənin ədalətli qərarına əsasən 11 saylı X6 iddiası qismən təmin edilmişdir. Həmin vaxtı da vergi orqanı vaxtı keçmiş borclara görə məhkəməyə müraciət etmiş, filialın dövlət büdcəsinə 155771.00 manat məbləğində borcu olduğunu bildirmiş və xx.xx.2006-cı il tarixli 747/4-151 nömrəli qətnamə ilə həmin borc məbləğindən 9428.62 manat olan hissəsi təmin edilmiş, qalan hissədə vergi orqanının iddiası təmin edilməmişdir. Həmin vaxt vergi orqanın nümayəndəsi Qüdrət Məmmədov əsassız iddianı müdafiə etdiyi kimi xx.xx.2006-cı il tarixli 747/4-151 nömrəli qətnamədən şikayət versə də xx.xx.2006-cı il tarixli 318/1-83 nömrəli Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək xx.xx.2006-cı il tarixli 747/4-151 nömrəli qətnamə qüvvədə saxlanılmışdır. Vergi orqanı 2008-ci il tarixdə yenidən filialın borcuna görə məhkəməyə müraciət etmiş və 1000 manat borca görə 1000 manat dəyərində filialın əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını xahiş etmişdir. xx.xx.2008-ci il tarixli, 2(81)-988/4-237 nömrəli qiyabi qətnamə ilə vergi orqanının iddia tələbi təmin edilmişdir. 2012-ci il tarixdə vergi orqanı yenidən filiala qarşı iddia ilə məhkəməyə müraciət edərək 1640 manat borcuna görə 1640 manat dəyərində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasını xahiş etmişdir. xx.xx.2012-ci il tarixli 2İQT(84)- 641/2012 nömrəli qətnamə ilə iddia təmin edilmişdir. Həmin vaxt vergi orqanının nümayəndəsi X7 məhkəməyə ərizə verərək iddia tələbini artırmış, lakin məhkəmə həmin hissədə iddia tələbini 2İQT(84)-641/2012 nömrəli qərardadla baxılmamış saxlamışdır. Həmçinin, Qüdrət Məmmədovun işinin davamı olaraq filialı 2014-cü il tarixdə Vergi Cinayətlərinə göndərildi və 4515.20 manat borca görə onun barəsində cinayət işi başlandı. Tərəfindən həmin cinayət işinə görə 4520 manat dövlət büdcəsinə ödəndikdən sonra həmin cinayət işinə xitam verildi. Bütün qeyd etdiyi qətnamələrin nəticəsində filialın dövlət büdcəsinə 12068.62 manat borcu yaranmış, həmin borcdan 2010.00 manatı ödənmiş, prezidentin fərmanına əsasən amnistiya ilə 2795.03 manatı silinmiş və bu günə filialın dövlət büdcəsinə 7263.59 manat vaxtı keçmiş borcu qalmışdır. Borcun ümidsiz borc olduğuna görə silinməsi üçün rəsmi qaydada xx.xx.2019-cu il tarixli məktubla 11 saylı X3 müraciət etsə də hələ də departament tərəfindən cavab verilməmişdir. xx.xx.2019-cu il tarixində birinci instansiya məhkəməsinəİddiaçı ASC-nin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə xx.xx.2019-cu il tarixli 07/136 nömrəli ərizəsi daxil olmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “Aqrartikinti” filialının əsl İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında ərizənin təmin edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cəmiyyətin şəxsi hesab vərəqəsində hal-hazırda məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən məbləğ üzrə vərəqədə 7263,59 manat məbləğində borc mövcuddur. Həmin borcun yaranması ilə bağlı bildirmişdir ki, filialın dövlət büdcəsinə yaranmış borcları ödənmədiyindən vergi orqanı filiala məxsus əmlakları siyahıya alaraq borcun əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılaraq dövlət büdcəsinə ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiaçının iddia ərizəsində göstərdiyi kimi filial barəsində üç qətnamə qəbul edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixli 747/4-151 nömrəli qətnaməyə əsasən 9428,62 manat, xx.xx.2008-ci il tarixli 2(81)-988/4237 nömrəli qətnaməyə əsasən 1000 manat və xx.xx.2012-ci il tarixli 2İQT(84)-641/2012 nömrəli qətnaməyə əsasən 1640 manat ümumilikdə 12068,62 manat məbləğində məhkəmə qətnaməsi ilə təmin edilmiş dövlət büdcəsinə borcu olmuşdur. Qeyd olunan qətnamələr üzrə borcdan filial tərəfindən xx.xx.2008-ci il tarixdə 500 manat, xx.xx.2009-cu il tarixdə 300 manat, xx.xx.2012-ci il tarixdə 100 manat, xx.xx.2012-ci il tarixdə 1090 manat və xx.xx.2014-cü il tarixdə 20 manat, cəmi 2010 manat məbləğində dövlət büdcəsinə vəsait ödənmişdir. Bundan sonra filialın dövlət büdcəsinə ödənişlər və silinmə nəzərə alınmaqla dövlət büdcəsinə 7263,59 manat borcu qalmışdır. Həmin məbləğ məhkəmə qətnaməsi ilə təmin edildiyindən və həmin qətnamə hal-hazırda da qüvvədə olduğundan, qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin silinməsinin hüquqi əsası yoxdur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi məbləğlər məhkəmə qətnaməsi ilə tutulmalı olduğundan, həmin qətnamə isə qüvvədə olduğundan və qanunvericiliklə məhkəmə qətnamələrin icrası ilə məcburi olduğundan iddiaçının iddiası əsaslı hesab edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Axundov Arif Mövsüm oğlu iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 749/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı ASC həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim R.Rəfiyev, hakimlər G.Abbasov və M.Hüseynov; iş № 2- 1(107)- 550/2019) iddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı ASC kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(102)-246/2020 saylı qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Şəki Apelyasiya Məhkəməsinə geri qaytarılmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara İddiaçı X12 Cəmiyyətinin Mingəçevir “Aqrartikinti” filialının əsasnaməsi, xx.xx.2019-cu il tarixli 01 nömrəli məktubu, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin İbtidai araşdırılması Departamentinin xx.xx.2014-cü il tarixli **********878500 nömrəli məlumatı, xx.xx.2014-cü il tarixli **********899100 nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surəti, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 318/İ- 83 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinin surəti, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-(81)-988/4-237 nömrəli qiyabi qətnaməsinin surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2İQT(84)641/2012 nömrəli qətnaməsinin surəti, Vergilər Nazirliyinin 11 saylı X2 xx.xx.2019-cu il tarixli **********677800 nömrəli etirazı, xx.xx.2019cu il tarixli imtina məktubunun surəti, İddiaçı X12 Cəmiyyətinin Mingəçevir “Aqrartikinti” filialının şəxsi hesab vərəqəsi, xx.xx.2019-cu il tarixli 07/136 nömrəli iddianın dəqiqləşməsi barədə ərizə, xx.xx.1998-ci il tarixli 19 nömrəli əmrdən çıxarışı aiddir. Apelyаsiyа şikаyətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-749/2019 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin Mingəçevir Filialının rəisi Axundov Arif Mövsüm oğlu verdiyi izahatında bildirdi ki, onun iddiası əsaslıdır. Ona görə də təmin edilməlidir. Bütün xüsusatlar apelyasiya şikayətində göstərilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 318/İ-83 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 747/4-151 saylı xx xxxxx 2006-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh İddiaçı ASCnin büdcəyə xx.xx.2005-ci il tarixinə olan borcunun 9428,62 manat müəyyən olunması və həmin məbləğdə borcunun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus siyahıya alınmış əmlakdan qeyd edilən məbləğdə əmlakın açıq hərracda satılması, iddianın qalan hissədə rədd olunması, cavabdehdən dövlət büdcəsinin xeyrinə əlavə olaraq 19,80 manat dövlət rüsumumun tutulması qət edilmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 318/İ-83 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 747/4151 saylı xx xxxxx 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(81)-988/4-237 nömrəli qiyabi qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ATSC-dən xx.xx.2007-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını qət etmişdir. Şəki İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2012-ci il tarixli 2İQT(84)-641/2012 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ASCnin Mingəçevir “Aqrartikinti” filialının siyahıya alınmış əmlakı - dəyəri 320 manat olan 4 tonluq qaldırıcı kran (Avtokran, zil- 130,1986-a il buraxılışı, metal tullantı şəklində), dəyəri 480 manat olan 6 tonluq ekskavator ("Belarus" markalı, 1984-cü il istehsalı, metal tullantı şəklində), dəyəri 600 manat olan 1 ədəd vaqon (12x4 metr ölçüsündə, yanı taxta, üstü şiferdən), dəyəri 240 manat olan 3 tonluq avtobus (1980-a il istehsalı, metal tullantı şəklində) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılması və əldə edilmiş vəsaitdən 1640 (bir min altı yüz qırx) manat pul dövlət gəlirinə tutulması qət edilmişdir Əsaslandırma hissəsi: İddiaçı ASC apelyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti uğurlu olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(102)- 246/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı ASC-nin kassasiya şikayətində qeyd edilən dəlillər qismən əsaslı olduğundan qismən qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsi qərarında gəldiyi nəticəni əsaslandırmaq üçün hər hansı maddi hüquq normaya istinad etməsə də, qeyd etdiyi 30 illik müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsi ilə nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, məhkəmə qərarına əsasən əmələ gələn tələb 30 il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Lakin, qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi bu işdə həmin normanı tətbiq edə bilməzdi. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının silinməsini tələb etdiyi borc məhkəmə qətnamələri ilə tutulduğundan, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirdiyindən və bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edildiyindən iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməldir. Belə ki, oxşar məsələləri tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. VM-in 2.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. VM-in 2.3-cü maddəsinə görə, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. VM-in 93.1-ci maddəsinə əsasən Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Tədqiq edilən iş materiallarında olan Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 318/İ-83 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 747/4-151 saylı xx xxxxx 2006-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh İddiaçı ASC-nin büdcəyə xx.xx.2005-ci il tarixinə olan borcunun 9428,62 manat müəyyən olunması və həmin məbləğdə borcunun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus siyahıya alınmış əmlakdan qeyd edilən məbləğdə əmlakın açıq hərracda satılması, iddianın qalan hissədə rədd olunması, cavabdehdən dövlət büdcəsinin xeyrinə əlavə olaraq 19,80 manat dövlət rüsumumun tutulması qət edilmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 318/İ-83 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 747/4151 saylı xx xxxxx 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(81)-988/4-237 nömrəli qiyabi qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ATSC-dən xx.xx.2007-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını qət etmişdir. Şəki İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2012-ci il tarixli 2İQT(84)-641/2012 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ASC-nin Mingəçevir “Aqrartikinti” filialının siyahıya alınmış əmlakı - dəyəri 320 manat olan 4 tonluq qaldırıcı kran (Avtokran, zil- 130,1986-a il buraxılışı, metal tullantı şəklində), dəyəri 480 manat olan 6 tonluq ekskavator ("Belarus" markalı, 1984-cü il istehsalı, metal tullantı şəklində), dəyəri 600 manat olan 1 ədəd vaqon (12x4 metr ölçüsündə, yanı taxta, üstü şiferdən), dəyəri 240 manat olan 3 tonluq avtobus (1980-a il istehsalı, metal tullantı şəklində) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılması və əldə edilmiş vəsaitdən 1640 (bir min altı yüz qırx) manat pul dövlət gəlirinə tutulması qət edilmişdir İş materiallarının 41-43-cü vərəqələrində olan cavabdehin etiraz ərizəsindən bəlli olur ki, qeyd olunan qətnamələr üzrə borcdan filal tərtəfindən cəmi 2010 manat məbləğində dövlət büdcəsinə vəsait ödənmiş, bundan başqa “Vergi ödəyicilərinin 2017-ci il 01 yanvar tarixinə mövcud olan borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının qanunun icrası məqsədi ilə Cəmiyyətin 2017-ci il 01 yanvar tarixinə mövcud olan qətnamələrlə təmin edilmiş məbləğlərin tərkibində olan 2795,03 manat məbləğində faiz borcu qeyd şərtsiz silinmiş və Cəmiyyətin ümumilkdə qeyd olunan qətnamələr üzrə 7263,59 manat dövlət büdcəsinə vergi borcu qalmışdır. Hansıki, həmin qətnamələrin qanuni qüvvəyə minməsindən beş ildən artıq vaxt keçmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-749/2019 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası 11 saylı X8 qarşı İddiaçı X12 Cəmiyyətinin Mingəçevir “Aqrartikinti” filialının şəxsi hesab vərəqəsində olan 7263,59 manat məhkəmə qətnaməsi ilə təmin edilmiş məbləğin filialın şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı X12 Cəmiyyətinin Mingəçevir “Aqrartikinti” filialının şəxsi hesab vərəqəsində olan 7263,59 manat məhkəmə qətnaməsi ilə təmin edilmiş məbləğin filialın şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası 11 saylı X6 üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-199/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-199/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver