Məhkəmə qərarları › İş №2-1(107)-199/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-199/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-199/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X24 və X41, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X36, X9, X13) “JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2-1(116)-18/2020 nömrəli qərarından üçüncü şəxslər X36, X9 və X13 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ona verilmiş JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsi və 04 avqust 2016cı il tarixli 275 nömrəli İsmayıllı rayon Dövlət Arxivinin arayışına uyğun olaraq onun İsmayıllı rayonu İstisu kəndində yerləşən 0.28 ha torpağına mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon Dövlət Arxivindən verilmiş 04 avqust 2016-cı il tarixli, 275 nömrəli arxiv arayışına əsasən iddiaçının mərhum atası X5 İsmayıllı rayonu İstisu kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də onlara ayrılmış torpaq sahəsi texniki səhv olaraq 0.08 ha kimi göstərilmişdir. Halbuki, uzun illər onlar faktiki olaraq 0.28 ha torpaq sahəsinə sahiblik etmişlər. Bundan əlavə iddiaçıya verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də iddiaçının adı səhvən “Habil” kimi yazılmışdır. İddiaçı həmin şəhadətnamədə qeyd edilən “Habil” adının ona aid olması ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 2(037)-46/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının ərizəsi təmin edilmiş, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən “X21” ilə “İddiaçı”nun eyni şəxs olması faktı müəyyən edilmişdir. Beləliklə, iddiaçıya verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsi 0.28 ha əvəzinə texniki səhv olaraq 0.08 ha göstərildiyi üçün sözügedən şəhadətnamənin məhkəmə qaydasında etibarsız sayılması zərurəti yaranmışdır.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatında daxil edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Hacıyev X18 rayonu İstisu kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair JN-044 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0.28 ha torpaq sahəsinin arxiv arayışına əsasən adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının iddia etdiyi tələblər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır.

5. İş üzrə üçüncü şəxslər X36, X9 və X13 tərəfindən məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizədə qeyd edilmişdir ki, bu artıq onlarla belə məhkəmə iclaslarıdır ki, İddiaçı üçüncü şəxsləri tamamilə əsassız, qərəzli olaraq çağırtdırır. Abil tələbinin nədən ibarət olduğunu heç özü də bilmədiyi əsassız iddialarla üçüncü şəxsləri məhkəmələrə sürükləyir, bununla onlardan qisas aldığını deyir. Bunun təməlində isə üçüncü şəxslərin mərhum analarının bir neçə il bundan öncə Abil tərəfindən zəbt olunmuş mülkiyyətdə olan torpaq sahəsinin açılması ilə əlaqədar məhkəməyə müraciət etməyi və birinci instansiya, apellyasiya və kassasiya instansiyalarında iddia tələblərinin təmin edilməsi dayanır. Hal-hazırda həmin qətnamə icra olunmuş və İddiaçı tərəfindən əsassız olaraq zəbt olunmuş torpaq sahəsi onun “işğalından” azad olunaraq üçüncü şəxslərə qaytarılmışdır. Abil isə bunu heç cür qəbul etmək istəmir, əsassız iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciətlər edir.

6. Üçüncü şəxslər ərizədə bildirmişlər ki, sözün əsl mənasında onlar artıq cana doymuşlar. Doğma xala oğlu İddiaçı onların rahatlığını əllərindən almışdır, üçüncü şəxslər ondan aşkarda qorxurlar. Çünki üçüncü şəxslərin qardaşı X25 bütün bu söhbətlərdən cana doyaraq xx.xx.2016-cı il tarixdə öz canına qəsd etmişdir. Eyni mahiyyətli iddia ilə bir il bundan öncə də X59 Məhkəməsinə müraciət etmiş və onun iddiası haqlı olaraq rədd edilmişdir. İndi isə iddianın adını və predmetini dəyişərək yenidən iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində isə onun etibarsız hesab etdiyini tələb etdiyi şəhadətnamədə heç də texniki səhvə yol verilməmişdir. Onun torpaq sahəsi naturada 0.08 ha təşkil edir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 12 noyabr 2020-ci il tarixli 2- 1(116)-18/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Üçüncü şəxslər X36, X9 və X13 həmin qərardan apellyasiya şikayəti vermişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2-1(107)-142/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2-1(116)-18/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Şəki Apellyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2-1(107)-142/2021 nömrəli qərarından üçüncü şəxslər X36, X9 və X13 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 iyun 2021-ci il tarixli 2-1(102)-972/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2021-ci il tarixli 2-1(107)-142/2021 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamış, qərar qalan hissədə üçüncü şəxslər X42, X9 və X6 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2-1(107)-18/2022 nömrəli qərarı ilə üçüncü şəxslər X36, X9 və X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(116)- 18/2020 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üstüstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X24 və X41, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X36, X9, X13) “JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası həmin hissədə rədd edilmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2-1(107)-18/2022 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2022-ci il tarixli 2-1(102)-800/2022 nömrəli nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2-1(107)-18/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. Üçüncü şəxslər X36, X9 və X13 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X24 və X41, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X36, X9 və X13) JN-044FR Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv arayışına əsasən ona məxsus olan 0,28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0198 ha hissədə ləğv edilməsi və 0,28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırmışdır. Həmin mülki işə Şəki İnzibati məhkəməsində 12 noyabr 2020-ci il tarixdə baxılaraq iddianın tam təmin edilməsinə dair 2-1(116)-18/2020 saylı qərar qəbul edilmişdir. Onlar məhkəmənin gəldiyi bu nəticə ilə qəti olaraq razılaşmamış və hesab etmişlər ki, qərar tamamilə əsassız, ədalətsiz, qeyri-obyektiv və qanunsuzdur. Belə ki, respublikada aparılan məlum torpaq islahatları zamanı istifadələrində olan 0,16 ha həyətyanı torpaq sahəsi əvəzsiz olara birgə mülkiyyətlərinə verilmiş, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən qanuni mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin 36,4 metr x 5,8 metr (0,0211 ha) ölçüdə hissəsi zəbt edildiyindən 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə birgə mülkiyyətçi olan mərhum anası X1 044F nömrəli “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə birgə mülkiyyətçilərdən X26 və X14 qarşı hansı ki, hazırkı iş üzrə İddiaçı da həmin şəhadətnamədə birgə mülkiyyətçilərdən biridir və X10 qardaşıdır. Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 2002-ci ildə 8092 sayla qeydə alınmış JN-043F seriyalı Kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə mülkiyyətdə olan 0,16 hektar həyətyanı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq qaytarılması, torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin olunması və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə edilən müdaxilələrə qadağa qoyulması tələbi ilə iddia qaldırmışdır. İddia İsmayıllı Rayon məhkəməsinin 3 sentyabr 2013-cü il tarixli 2(037)- 311/2013 saylı qətnaməsi ilə qismən təmin edilmiş, İsmayıllı rayon AİK-nin 21,04.1998-ci il tarixli, 46 saylı qərarına uyğun olaraq JN-043F Kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İsmayıllı rayon İstisu kənd sakinləri X15, X22, X25, X36, X9, X6 birgə mülkiyyətində olan, İsmayıllı rayon İstisu kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 36,4 metr x 5, 8 metr = 211 kv.metr = 0,0211 hektar ölçüdə hissəsindən X37 və X10 çıxarılması və torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Bununla da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında 0,16 ha həyətyanı torpaq sahəsi üzərində qanuni mülkiyyət hüquqlarının mövcudluğu şəhadətnamə ilə yanaşı bir daha deyure təsdiq edilmişdir. Həmin mülki iş üzrə qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, İsmayıllı Rayon məhkəməsinin 03 sentyabr 2013-cü il tarixli 2(037)-311/2013 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün bu qanuni əsaslara baxmayaraq, JN-044F Kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə birgə mülkiyyətçi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı JN-044FR Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv arayışına əsasən ona məxsus olan 0,28 ha torpaq sahəsi ilə üstüstə düşən 0,0198 ha hissədə ləğv edilməsi və 0,28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan- ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırmış, həmin mülki işə Şəki İnzibati məhkəməsində 12 noyabr 2020-ci il tarixdə baxılaraq iddianın tam təmin edilməsinə dair 2-1(116)-18/2020 saylı qərar qəbul edilmişdir. Bununla da Şəki İnzibati Məhkəməsi tərəfindən qanuni mülkiyyət hüquqları pozulmuşdur. Həmin məhkəmə dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədi əsasında mülkiyyətlərində olan, bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mülkiyyət hüquqları bir daha təmin edilmiş əsaslar olduğu halda məhkləmə müstəvisində bir dəfə mübahisələndirilmiş məsələyə yenidən baxaraq əsassız qərar qəbul etmişdir. Göründüyü kimi Şəki İnzibati Məhkəməsi qeyd edilən halları nəzərə almamış yalnış nəticəyə gələrək səhv qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2-1(116)-18/2020 nömrəli qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati məhkəməsinin 12 noyabr 2020ci il tarixli 2-1(116)-18/2020 nömrəli qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, üçüncü şəxslərin adına verilmiş JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” saxta sənədlər əsasında verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2-1(116)- 18/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X24 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2- 1(116)-18/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər X12, X41, X36, X9, X13 məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı Rayon Qalacıq Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 21 aprel 1998-ci il tarixli, 46 saylı Qərarına əsaən İsmayıllı rayonu, İstisu kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi X43 və onu ailə üzvlərinin (X17, X21, X37, X38) mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-46/2018 nömrəli Qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən X21 ilə İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir. İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 275 nömrəli Arxiv arayışının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu, 50 nömrəli arxiv fondunda saxlanılan Qalacıq kənd İƏD-nin 1986-1995-ci illərin İstisu kəndi üzrə Təsərrüfatbaşına kitablarında İddiaçı mərhum atası X11 ailə başçısı olmaqla adına 0.28 ha torpaq sahəsi qeydə alınmışdır. İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 19 nömrəli və xx.xx.2019-cu il tarixli 48 nömrəli məktublarından müəyyən edilir ki, İsmayıllı rayon Qalacıq kənd İƏB-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə Təsərrüfatbaşına kitabında X43 ailə başçısı olmaqla onun qızı X7 mülkiyyətində 0.28 ha torpaq sahəsinin olduğu qeyd edilmiş, İddiaçı ailə başçısı olmaqla onun arvadı X24, oğlu Ceyhun Hacıyev və Yaşar Hacıyevin isə adlarında torpaq sahəsi qeyd edilməmişdir. İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində 250–ci sırada X43 və onun ailə üzvlərinin (X17, X21, Hacıyeva Səfurə, X38) adları və həyətyanı 0.20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İsmayıllı rayonu İstisu kəndində vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair “Cədvəl”in təsdiq edilmiş surətində ailə tərkibi 5 nəfər göstərilməklə X43 və onun ailə üzvlərinin (X17, X21, X37, X38) adları qeyd edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********52 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron DWJ baza məlumatlarında JN-044F olan şəhadətnamənin 0.08 ha hissəsi ilə qonşu olan torpaq sahəsi 223BB nömrəsi ilə bələdiyyənin mülkiyyətindədir və hüquqları dövlət qeydiyyatına alınmamışdır. JN-0001 KOD 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 113 saylı Qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1.92 hektar torpaq sahəsi X21 və onun ailə üzvlərinin (X17, X43, Hacıyeva Səfurə, X38) adlarına qeydə alınmışdır. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli 280 nömrəli arayışından görünür ki, X43 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-148/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qərardadı ilə X12, X24 və X41 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 64 nömrəli məktubundan müəyyən edilir ki, İsmayıllı rayon Qalacıq kənd “Engels” adına kolxozun 1964-cü ilə dair protokol qərarı ilə X3 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli **********43 nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri mübahisəli əraziyə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında araşdırmalar aparılmışdır. Mütəxəssislər tərəfindən ərazidə aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur: - Sözügedən ərazidə ümumi torpaq sahəsinin miqdarı 0.2748 ha təşkil edir ki, həmin torpaq sahəsindən 0.0198 ha torpaq sahəsi Z.Zülfüqarovun, 0.2549 ha torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir. - İddiaçı faktiki istifadəsində olan 0.2549 ha torpaq sahəsi elektron DWJ baza məlumatlarına əsasən JN-044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsindən, Bələdiyyə mülkiyyətində saxlanılan 0.1749 ha torpaq sahəsindən ibarədir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2015-ci il tarixli 08 nömrəli Arxiv arayışında qeyd edilir ki, 50 nömrəli fond üzrə İsmayıllı rayon Dövlət Arxivində saxlanılan Qalacıq kənd İƏD-nin 1991-2000-ci illərə dair İstisu kəndi üzrə Təsərrüfatbaşına kitablarında ailə başçısı X15 və arvadı X22 bir təsərrüfatda yaşayırlar və təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0.12 hektardır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)311/2013 nömrəli Qətnaməsinin surətindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X22 cavabdehlər X26 və (hazırkı iş üzrə iddiaçı) X14 qarşı Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 2002-ci ildə 8092 sayla qeydə alınmış JN-043F seriyalı kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə mülkiyyətdə olan 0.16 hektar həyətyanı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq qaytarılması, torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin olunması və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə edilən müdaxilələrə qadağa qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 46 saylı qərarına uyğun olaraq JN-043F kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə İsmayıllı rayon İstisu kənd sakinləri X15, X22, X25, X36, X9, X6 birgə mülkiyyətində olan İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 36.4 m*5.8 m=211 kv.metr=0.0211 hektar ölçüdə hissəsindən X37 və X10 çıxarılması və torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin edilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh X21 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(107)-259/2014 nömrəli Qətnaməsi ilə təmin edilməmiş, iş üzrə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(037)-311/2013 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli SDS-1079 nömrəli məktubunda qeyd edilir ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(037)311/2013 nömrəli Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2014-cü il tarixdə icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlanılmışdır. Qətnamənin icrasının nəticəsi barədə İsmayıllı rayon Məhkəməsinə məlumat verilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)18/2020 nömrəli Qərardadı ilə iş üzrə İsmayıllı rayon Qalacıq bələdiyyəsi və X36, X9, X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (X22, X25, X27, X36, X9, X13) mülkiyyətinə verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q506 nömrəli məktubuna əlavə edilmiş “Ölüm haqqında Akt qeydi” sənədlərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, X25 xx.xx.2016-cı il, X22 xx.xx.2018-ci il, X19 xx.xx.2010cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 40 nömrəli məktubunda İsmayıllı rayon Qalacıq kənd İƏD-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə təsərrüfatbaşına kitabında X15 ailə başçısı olmaqla onun və ailə üzvlərinin (X22, X25, X27, X36, X9, X13, X16, X20) istifadəsində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilir. Qalacıq Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 72 nömrəli məktubuna əlavə edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 21(84)-56/2015 nömrəli Qərardadından müəyyən edilir ki, iddiaçılar İddiaçı, X12, X24, X44 cavabdehlər İsmayıllı rayon Aqrar İslahat Komissiyasına, İsmayıllı rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə, İsmayıllı rayon İstisu kənd X58 Komissiyasına, İsmayıllı rayon İHB-nm İstisu kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, İsmayıllı rayonu İstisu kənd Bələdiyyəsinə, İsmayıllı rayonu Qalacıq kənd Ərazi İnzibati Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Torpağın mülkiyyətə verilməsinə dair" JN 044F kod 40711028 nömrəli şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsinin X28 mülkiyyətinə verilməsinə dair İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarının həmin hissədə ləğv edilməsini, X4 qanuni istifadəsində olmuş 0.28 ha həyətyanı torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehlər və üçüncü şəxslərin üzərinə qoyulmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçıların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə baxılmasını tələb etmədiyini bildirmiş, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, bu səbəblə də müvafiq iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********13 nömrəli məktubuna əlavə edilən İsmayıllı rayonunun İstisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətində 0.12 ha torpaq sahəsinin ailə başçısı X15 olmaqla o və onun ailə üzvlərinin (X22, X25, X27, X36, X9, X13) mülkiyyətinə verilməsi qeyd edilmişdir. Həmin məktuba əlavə edilən İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində X15 və onu ailə üzvlərinin adları qeyd edilmiş, qaytanlanmış kitabda həyətyanı sahə sütununda 0.12 ha, artıq torpaq sahəsi(zəbt) sütununda isə 0.04 ha qeyd edilmişdir. Qalacıq kənd “Engels” adına kolxozunda kolxozçulara, fəhlə və qulluqçulara verilmiş həyətyanı torpaqlar haqqında xx.xx.1991-ci ilə olan vəziyyətə dair qaytanlanmış torpaq kitabından Çıxarışın surətində X8 0.12 ha, X5 isə 0.28 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin: 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.

29. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir.

30. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqındа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnsiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir.

31. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

32. Üçüncü şəxslərin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

33. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

34. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

35. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2-1(102)- 972/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2021-ci il tarixli 2-1(107)-142/2021 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, məhkəmə kollegiyası İPM-in 82-ci maddəsinə əsasən hazırkı işə həmin hissədə baxır.

37. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olmuş, lakin torpağa mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd edilmişdir. Ləğvi tələb olunan JN043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.16 ha göstərilsə də, 3-cü şəxslərin həmin ölçüdə torpaq sahəsinin qanuni istifadələrində olmasına dair ilkin sənədlər olmamış, əksinə məhkəmə tərəfindən toplanmış sənədlərdə onların qanuni istifadəsində olan torpaq sahəsinin 0.12 ha olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 0.28 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində olmuşdur. İddiaçının qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olduğu halda məhkəmə hesab edir ki, iddiaçı və ailə üzvlərinə 0.08 ha torpaq sahəsinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hazırlanması, həmçinin həmin torpaq sahəsinin 0.0198 ha hissəsinə İsmayıllı rayon AİK-in xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarına istinadən 3-cü şəxslərin adına JN-043F nömrəli şəhadətnamənin hazırlanması əsassız olmuşdur. Belə ki, iddiaçının qanuni istifadəsinə keçmiş 0.28 ha torpaq sahəsi torpaq islahatı haqqında qanunun tələbləri baxımından sonuncunun mülkiyətinə verilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, İsmayıllı rayon AİK-nın 21 aprel 1998-ci il tarixli, 46 saylı qərarı ilə İsmayıllı rayonu İstisu kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi X43 və onu ailə üzvlərinin (X17, X21, X37, X38) mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-46/2018 nömrəli qətnaməsi ilə JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən X21 ilə İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir. JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (X22, X25, X27, X36, X9, X13) mülkiyyətinə verilmişdir.

40. Şəki Apellyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2-1(107)-142/2021 nömrəli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsi 8 iyun 2021-ci il tarixli 2-1(102)-972/2021 nömrəli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, həmin qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbini üçüncü şəxslərin adlarına verilmiş JN043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə münasibətdə nəzərə almamışdır. Həm də nəzərə alınmalıdır ki, üçüncü şəxslərin adlarına verilmiş JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hüquqi qüvvəsi həmin şəhadətnamədə istinad edilən inzibati akta – İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının qərarına əsaslanır. Həmin qərarın ləğvinə, hər hansı səbəbdən qüvvədən düşdüyünə, yaxud mübahisələndirilən şəhadətnamənin məzmunun həmin qərara uyğun olmadığına (torpaq sahəsinə hüquqa dair qeydiyyatın həmin qərara uyğun aparılmadığına) dair işdə məlumat yoxdur. Buradan, iddianın həmin hissəyə münasibətdə mümkünlük şərtləri yoxlanılmamışdır. İşin hallarının araşdırılması prinsipinin tələbləri isə iddianın mümkünlük şərtlərinin yoxlanılmasına da aiddir.

41. Kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (X22, X25, X27, X36, X9, X13) mülkiyyətinə verilmişdir. İddiaçı isə JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin tərtibatı zamanı onlara məxsus torpaq sahəsinin bir hissəsinin (0.0198 ha) səhvən üçüncü şəxslərin adına işlənməsini mübahisləndirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında da bildirdi ki, o, Aqrar İslahat Komissiyasının qərarını yox, JN- 043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişdir. Yəni, iddiaçı inzibati orqanın hərəkətindən şikayət edərək, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişdir.

42. Göründüyü kimi, hazırkı iddia tələbi cavabdeh inzibati orqanın hərəkəti ilə bağlı olmuş, yəni üçüncü şəxslərə hüquqmüəyyənedici sənədlər olmadan cavabdeh tərəfindən verilmiş iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsinin (0.0198 ha) üçüncü şəxslərə məxsus olan JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə işlənməsi və həmin şəhadətnamənin onlara məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsindən ibarət olmuşdur. İddiaçı tərəfindən Aqrar İslahat Komissiyasının qərarı mübahisləndirilməmişdir.

43. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 46 saylı qərarı ilə üçüncü şəxslərə verilən İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin İsmayıllı rayon Qalacıq kənd İƏD-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə təsərrüfatbaşına kitabında X15 ailə başçısı olmaqla onun və ailə üzvlərinin adlarına qeyd olunan 0.12 ha-dan artıq olması həmin artıq hissənin (0.04 ha) məhz iddiaçının əsaslandığı arayışda göstərilən torpaq sahəsinin hesabına yarandığı demək deyildir. Belə ki, torpaq sahəsi fərdi-müəyyən əşya olmaqla, onun yerləşmə vəziyyəti, hüdudları döngə nöqtələrinin koordinatları ilə müəyyən edilir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi arayışda iddia olunan 0.28 ha torpaq sahəsinin koordinatları göstərilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “İsmayıllı rayonu İstisu kəndində yerləşən İddiaçı istifadəsində olan 0.2549 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxemi” və sxemdə göstərilən koordinatlar isə - həmin İdarənin 2019-cu il 5 noyabr tarixli müşayiət məktubunun məzmunundan da göründüyü kimi JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə 0.08 ha sahədən əlavə iddiaçının və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətinə görə tərtib olunmuşdur. Başqa sözlə, hətta iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi arayışda göstərilən 0.28 ha torpaq sahəsinə hüququnun olduğu müəyyən edildikdə belə, koordinatları müəyyən edilməmiş 0.28 ha ölçüdə torpaq sahəsinə hüquq digər şəxslərin ləğv edilməmiş (və qeydə alınmış) hüquqlarının zərərinə həyata keçirilə bilməz. JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (tam və ya qismən) ləğvi isə həmin sənəddə istinad olunan inzibati aktla verilmiş hüququ ləğv etmir.

44. Bundan əlavə, iddiaçının faktiki istifadəsində olan 0.2549 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən JN-044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi ilə yanaşı, həm də bələdiyyə mülkiyyətində saxlanılan 0.1749 ha torpaq sahəsindən ibarətdir və həmin (0.1749 ha) torpaq sahəsi hissəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini üçüncü şəxs Qalacıq Bələdiyyəsi və cavabdeh inzibati orqan mübahisələndirməmiş, məhkəmə aktlarından şikayət verməmişlər. Həmçinin, həmin hissədə iddianın təmin olunması üçüncü şəxslər X36, X9, X6 maraqlarına toxunmur.

45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, üçüncü şəxslərin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxslər X36, X9 və X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2-1(116)-18/2020 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X24 və X41, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı Rayon Qalacıq Bələdiyyəsi, X36, X9, X13) “JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar