Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-2/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 və üçüncü şəxs Məhərrəmov Eldar Bulut oğlunun vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı5 Nazim qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Müsənif oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirlimiş 0,0816 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2-1(84)-865/2018 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа bаxılır. TƏSVİRİ HİSSƏ Balakən Rayon Aqrar İslahat Komissiyasının 07.12.1997-ci il tarixli 37 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə Balakən rayonunun Tülü kəndində 17 ha torpaq sahəsi verilmiş və qeyd olunan torpaq sahəsinin 0,0816 ha hissəsi üzərində iddiaçıların hüquqları A seriyalı 092794 nömrəli, 28 yanvar 2009-cu ildə 1319 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmişdir. İddiaçılar qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onların müraciətindən 18.04.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, həmin torpaq sahəsi üzərindəki hüquqlar Şəki Apelyasiya Məhkəməsinin 13.07.2017-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Bununla razılaşmayan iddiaçılar hazırkı tələblə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Məhərrəmov Eldar Bulut oğlu birinci instansiya məhkəməsinin 01.06.2018-ci il tarixli qərarına əsasən, məhkəmə tərəfindən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.Vəliyev) 03 avqust 2018-ci il tarixli 2- 1(84)-865/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018- ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2-1(84)-865/2018 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməsi qərara alınmışdır. Üçüncü şəxs Məhərrəmov Eldar Bulut oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 29 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi qeyd olunan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmənin iddianı təmin etməməsinin səbəbi Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(107)-1378/2017 nömrəli qətnaməsi ilə həmin mübahisəli torpaq sahəsinə əvvəllər Cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi olmuşdur. X6-İqtisadi Məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə hansı səbəbdən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməsini araşdırmamışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(1071-1378/2017 iş nömrəli qətnaməsi ilə Balakən rayonunun Tülü kəndində yerləşən 0,0816 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməsinin səbəbi həmin çıxarışın verilməsi zamanı bələdiyyənin sxeminə istinad edilməsi və həmin sxemin də texniki səhv nəticəsində tərtib olunması olmuşdur. Ancaq birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onların hazırda istədikləri Balakən RAİK-nın 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarına və A seriyalı 092794 nömrəli 28 yanvar 2009-cu il tarixdə 1319 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Balakən rayonunun Tülü kəndində yerləşən 0,0816 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasıdır və hazırda həm Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997ci il tarixli 37 nömrəli qərarı, həm də A seriyalı 092794 nömrəli 28 yanvar 2009-cu il tarixdə 1319 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi qüvvədədir, o cümlədən heç kim tərəfindən mübahisələndirilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il taixli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati- İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi X3 qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxs Məhərrəmov Eldar Bulut oğlunun vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1, İddiaçı5 Nazim qızı, İddiaçı4 və İddiaçı3 Müsənif oğlu üçüncü şəxs Məhərrəmov Eldar Bulut oğluna lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ETİRAZLAR İş üzrə cavabdeh birinci instansiya məhkəməsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İbadov X1 rayonu, Tülü kəndi ünvanında yerləgən 0,0816 ha torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 18 saylı Zaqatala ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası zamanı məlum olmuşdur ki, ləğv olunmuş, Dövlət Torpaq və Xərtiçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş A №092794 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 və ailə üzvlərinizin adına qeydiyyata alınmış ünvan 1ində yerləşən 0,0816 ha torpaq sahəsi üzərindəki hüquqlar Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(107)- 1378/2017 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin 13 dekabr 2017-ci il tarixli 2(102)-8643/17 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(107)-1378/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya məktub ünvanlanmışdır. Ona görə də məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirik. SÜBUTLAR Məhkəmə kollegiyasının araşdırma predmetini A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti, cavabdehin 18.04.2018-ci il tarixli **********59 nömrəli məktubu, 24.05.2018-ci il tarixli **********72 nömrəli etirazı, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X5 filialının 16.04.2018-ci il tarixli 625 nömrəli, Balakən rayon dövlət arxivinin 16.04.2018-ci il tarixli 194 nömrəli arxiv arayışları, Şəki Apellyasiya Məhkəməsinin 13.07.2017-ci il tarixli 2(107)-1378/2017 nömrəli qətnaməsinin təsdiq olunmuş surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.12.2017-ci il tarixli 2(102)- 8643/17 nömrəli qərarının təsdiq olunmuş surəti, cavabdehin 26.07.2018-ci il tarixli **********75 nömrəli məktubu və sair sənədlər təşkil etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən, yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bundan əlavə, iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3-cü maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 33.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən görünür ki, iddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən, hazırki mübahisə yaranmışdır. Apellyasiya şikayətinə gəlincə, o vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti həm də əsaslıdır. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi 03 avqust 2018-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli qərarına əsaslanmaqla belə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçıların irəli sürdüyü iddia tələbinin və onun əsasının diqqətli və düzgün araşdırılması son dərəcə əhəmiyyətlidir. Çünki, iddiaçıların cavabdehə qarşı tələbləri A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmiş 0,0816 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən yuxarıda göstərilmiş maddi və prosessual hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(107)- 1378/2017 nömrəli qətnaməsi ilə Balakən rayon Tülü bələdiyyəsinin cavabdehə vermiş olduğu iyul 2016-cı il tarixli torpağa dair plan-sxemin etibarsız hesab edilməsi, onun əsasında DƏDRX-nın 18 saylı ərazi idarəsi tərəfindən Balakən rayonunun Tülü kəndində yerləşən 0,0816 hektar torpaq sahəsinə İddiaçı1, Rəhilə İbadova, İddiaçı2, İddiaçı4, İddiaçı3 adına verilmiş 27 iyul 2016-cı il tarixli ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 kasasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr 2017-cı il tarixli 2(102)-8643/17 nömrəli qərarı ilə şikayət təmin olunmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ərazi idarəsinin 26.07.2018-ci il tarixli **********75 nömrəli məktubundan görünür ki, A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 816 m2 torpaq sahəsi Şəki Apellyasiya Məhkəməsinin 13.07.2017-ci il tarixli 2(107)-1378/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0816 ha torpaq sahəsi ilə eynidir. Göründüyü kimi, mübahisəli 816 kvadrat metr torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları cavabdeh orqan tərəfindən RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş, Şəki Apelyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə həmin çıxarış ləğv edilmişdir. Eyni torpaq sahəsinə, eyni şəxslərin adına verilmiş çıxarışın əsassız sayılaraq ləğv edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(107)- 1378/2017 nömrəli qətnaməsi ilə Balakən rayon Tülü bələdiyyəsinin İddiaçı1 2016-cı ilin iyul ayında verdiyi torpağa dair plan-sxem etibarsız hesab olunduğu halda, hazırki iddiada iddiaçılar Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin onlara verdiyi 28 yanvar 2009-cu il tarixli A № 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edirlər. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi işin həmin halını İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri baxımından tam və hərtərəfli araşdırmamış və nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsinə dair sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədi fərqli təşkilatlar tərəfindən verilmiş və bu işin mübahisəsiz halını təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 03 avqust 2018-ci il tarixli qərarı düzgün, qanuni və əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə uyğun olaraq, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1378/2017 nömrəli mülki işi tələb edilərək alınmış və Balakən rayon Tülü Bələdiyyəsi tərəfindən iyul 2016-cı il tarixdə İddiaçı1 verilmiş torpaq sahəsinə dair adıçəkilən plan-sxemin tərtib edilərək verilməsinin əsasları araşdırılmış, Balakən rayon Tülü bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ərazi idarəsinə sorğular verilib müvafiq cavablar alınmışdır. Balakən rayon Tülü bələdiyyəsi 04 iyul və 08 avqust 2019-cu il tarixli məktublarında bildirmişdir ki, sorğunuza cavab olaraq bildirilir ki, sorğuda qeyd olunan Məhərrəmov Eldar Bulut oğlu ilə İddiaçı1 0,07 ha torpaq sahəsinin üst-üstə düşməsi, qonşu olması və kordinatları barədə Tülü bələdiyyəsində torpaq sahəsinin elektron variant xəritələri olmadığı üçün məlumat verilməsi təmin edilə bilmir. Bələdiyyənin cavabından belə nəticə hasil olur ki, həmin bələdiyyənin İddiaçı1 vermiş olduğu iyul 2016-cı il tarixli torpağa dair plan-sxemin heç bir əsası olmamışdır. Məhz bu səbəbdən də həmin plan-sxem əsasında İddiaçı1 və onun ailə üzvlərinə verilmiş 27 iyul 2016-cı il tarixli ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(107)- 1378/2017 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ərazi idarəsinin 08 iyul 2019-cu il tarixli **********40 nömrəli məktubunda isə göstərilmişdir ki, sorğunuzla bağlı araşdırma zamanı məlum oldu ki, Məhərrəmov Eldar Bulut oğlunun faktiki istifadəsində 0,07 ha həyətyanı torpaq sahəsi yoxdur. Bunula belə, Məhərrəmov Eldar Bulut oğlu 17 avqust 1989-cu il tarixli aktda qeyd olunan 0,07 ha torpaq sahəsinin yerləşdiyi ərazinin iddiaçılar İddiaçı1 və digərlərinin naturada istifadəsində olan və yaşayış evi inşa olunan torpaq sahəsi ilə eyni ərazi olduğunu bildirmişdir. Bundan başqa, Balakən rayonunun Tülü kəndində yerləşən iddiaçılar İddiaçı1 Abdlhəmid oğlu və digərlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş 0,17 ha torpaq sahəsinin və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin “torpaq sahəsinin qaiməsi (sertifikatı)” hissəsində göstərilən 816 kv m (0,0816 ha) sahənin sənəd üzrə və iddiaçılar İddiaçı1 Abdlhəmid oğlu və digərlərinin naturada metal torla hasara alınaraq bir mərtəbəli fərdi yaşayış evi inşa olunan 914 kv m (0,0914 ha) sahənin sərhədlərini əks etdirən sxem təqdim olunur. Göründüyü kimi, hazırda iddiaçılar Balakən Rayon Aqrar İslahat Komissiyasının 07.12.1997-ci il tarixli 37 nömrəli qərarı ilə onların birgə mülkiyyətinə verilmiş Balakən rayonunun Tülü kəndində yerləşən 17 ha torpaq sahəsinin 0,0816 ha hissəsi üzərində 28 yanvar 2009-cu ildə 1319 nömrə ilə uçota alınmış A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətlərində olan torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 1–ci maddəsində göstərilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X5 filialının iş materiallarında olan 02 noyabr 2016-cı il taixli məktubunda göstərilir ki, Balakən rayon Tülü kənd N.Nərimanov adına kolxozun 1982-ci ilin qaytanlanmış torpaq kitabına əsasən 780-ci sırada İddiaçı1 Həmid oğlunun torpağının cəmi 0,07 olması qeyd edilmişdir. İşin bu halı onu göstərir ki, hələ Balakən rayonunda aqrar islahat aparılmazdan əvvəl iddiaçının üzvü olduğu kolxoz tərəfindən ona torpaq sahəsi verilmiş, rayonda aqrar islahat aparılan zaman isə Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə cəmi 1700 kv m həyətyanı torpaq sahəsi verilmişdir ki, iddiaçılar bü gün həmin torpaq sahəsinin 816 kv m üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edirlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci mаddəsinin tələbinə görə (2008-ci il dekаbrın 02-dək), xüsusi mülkiyyətə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar, eləcə də sovxoz və kolxozların özəlləşdirilən torpaqları verilir. Həmin Qаnunun 9-cu mаddəsinin tələbinə görə isə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 10 yаnvаr 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsində də təsbit olunmuşdur. Bundan başqa, həmin Fərmanla təsdiq edilmiş «Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında» Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin... altında olan torpaqlara görə onlara «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə verilir. Göründüyü kimi, qаnunlа islаhаtа düşən tоrpаqlаr iki kаteqоriyаyа аyrılmışdır: а) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar; b) sovxoz və kolxozların özəlləşdirilən torpaqları. Həyətyаnı tоrpаq sаhəsinin bu və yа digər vətəndаşın mülkiyyətinə verilməsi аşаğıdаkı dispоzitiv şərtlərin mövcudluğu ilə əlаqələndirilmişdir: а) əvəzsiz оlаrаq mülkiyyətə verilməsi nəzərdə tutulаn tоrpаq sаhəsinin vətəndаşın istifаdəsində оlmаsı; b) istifаdənin qаnuni оlmаsı; v) qeydiyyаt оrqаnınа ərizə verilməsi. İş materialları ilə müəyyən olunur ki, iddiaçılar kolxoz torpağının özəlləşdirilməsi nəticəsində onların qanuni istifadələrinə verilmiş fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb edirlər ki, bu da tamamilə qanuni və əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır (Mad. 10.1). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2-1(102)-57/2020 saylı qərarının göstərişlərinə uyğun olaraq iddiaçılara ayrılmış torpaq sahəsi ilə bağlı siyahı əldə edilmiş və iş materialına əlavə edilmişdir. Həmin siyahıda İddiaçı1, arvadı İddiaçı5 Nazim qızı, oğlu İddiaçı2, oğlu İddiaçı3 Müsənif oğlu, qızı İddiaçı4 adları qeyd edilmişdir. Bundan əlavə olaraq hazırda mübahisələndirilən A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə edilmiş və ş materialına əlavə edilmişdir. İşə əlavə edilmiş X7 filialının 29 sentyabr 2020-ci il tarixli, 133 saylı arayışı ilə müəyyən edilmişdir ki, Balakən rayonu Tülü kənd “N.Nərimanov” adına kolxozun 1982-ci ilin qaytanlanmış torpaq kitabına əsasən 780-ci sırada İddiaçı1 Həmid oğlunun torpağının cəmi 0,07 olması qeyd edilmişdir. Məhkəmə kollegiyası araşdırma nəticəsində müəyyən etmişdir ki, həm İddiaçı1 və qeyrilərinə A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçü sənədi və çıxarış torpaq sahəsi veriləcək subyektlər siyahısına əsas Balakən Rayon Aqrar İslahat Komissiyasının 07.12.1997-ci il tarixli 37 nömrəli qərarı ilə verilmişdir. İş üzrə yenə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2-1(102)-57/2020 saylı qərarının göstərişlərinə uyğun olaraq göstərilən bir sıra məsələlərin aydınlaşdırılması üçün mütəxəssis rəyi alınmış və həmin rəydə göstərilmişdir ki, iddiaçılar Balakən rayonu Tülü kənd sakinləri İddiaçı1 və digerlərinə Azərbaycan Respublikası DTXK-si tərəfindən verilmiş 28 yanvar 2009-cu ıl tarixli A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi Elektron məlumat bazasına əsasən Balakən rayonu Tulu kənd sakini İddiaçı1 adına tərtib edilmişdir. Tülu kənd bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinə dair planda göstərilən cizgilərlə DTXK-sı tərəfindən verilmiş A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindəki cizgilər eynidir. (sxem 1) A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.0816 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən Balakən rayonu Tülü kənd sakini Məhərrəmov Eldar Bulut oğluna məxsus torpaq sahələri ilə üst-üstə düşmür (sxem 1) iddiaçıların (İddiaçı2 və onun ailə üzvləri) hal-hazırda yaşadıqları yaşayış evi A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgiləri daxilində yerləşir. (sxem 2) İşə əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2-1(116)-1179/2021 saylı qərardadından görünür ki, iddiaçı Məhərrəmov Eldar Bulut oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə üçüncü şəxslərə verilmiş A N 092794 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Balakən rayon Tülü kənd N.Nərimanov adına kolxozun 08 avqust 1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağı ilə kolxozun təhkim komissiyasının 17 avquts 1989-cu il tarixli AKT-na əsasən mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş, 613C olan hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamış, həmin qərardad 20 dekabr 2021-ci ildə qüvvəyə minmişdir. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi təsdiq olunur. Lakin buna baxmayaraq, cavabdehin Balakən Rayon Aqrar İslahat Komissiyasının 07.12.1997-ci il tarixli 37 nömrəli qərarı ilə Balakən rayonunun Tülü kəndində iddiaçıların birgə mülkiyyətinə verilmiş 17 ha torpaq sahəsinin 0,0816 ha hissəsi üzərində 28 yanvar 2009cu ildə 1319 nömrə ilə uçota alınmış A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçılara hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni və əsaslı olmamış, birinci instansiya məhkəməsi də həmin nəticə ilə uyğun olan qərar qəbul edib iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi bu nəticə həm də İPM-in 96.11-ci maddəsinin tələbindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə və Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli 2-1(84)-865/2018 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı5 Nazim qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirlimiş 0,0816 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-1(107)-2/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-2/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver