Məhkəmə qərarları › İş №2-1(107)-2/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-2/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-2/2024 22.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə (Açar sözlər: Dövlət Vergi Xidmətinin qərarının ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 2 may 2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində gəlir vergisini 1.740,34 manat göstərmiş, həmin bəyannamə üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilən verginin məbləği 135.490,05 manat olmuş və “Vergilərin hesablanması barədə” 22 may 2018-ci il tarixli, **********895000 nömrəli qərara əsasən iddiaçıya 133.749,71 manat əlavə vergi hesablanmışdır. İddiaçı 8 noyabr 2019-cu il tarixdə yenə 2017-ci ilin gəlir vergisinə dair dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, bu bəyannamə üzrə vergi orqanı tərəfindən 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli “Vergilərin hesablanması barədə” yeni qərar qəbul edilmiş, həmin qərarla iddiaçıya 129.215,03 manat əlavə hesablanmış vergi məbləği qüvvəsində saxlanılmış və 15 oktyabr 2019-cu il tarixli, **********036000 nömrəli əvvəlki qərar ləğv edilmişdir. Bundan sonra isə iddiaçı tərəfindən 2017-ci ilin gəlir vergisinə dair bəyannamə üzrə vergi orqanının (cavabdehin) 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli “Vergilərin hesablanması barədə” sonuncu qərarı məhkəmə qaydasında mübahisələndirilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı vergi ödəyicisidir və 2017-2018-ci illərdə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən təqdim olunmuş 2017-ci ilin gəlir vergisi bəyannaməsində gəlir vergisi 1.740,34 manat göstərmişdir. Həmin bəyannamə üzrə cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində verginin məbləği 135.490,05 manat müəyyən edilmiş və “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********895000 nömrəli qərara əsasən iddiaçıya 133.749,71 manat əlavə vergi hesablanmışdır. Sonradan iddaçı tərəfindən bir neçə dəfə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, hər dəfə təqdim olunmuş bəyannamə üzrə qəbul edilmiş müvafiq qərar cavabdeh tərəfindən ləğv edilərək yeni qərar qəbul edilmiş və iddiaçıya hesablanmış 129.215,03 manat əlavə vergi məbləği dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı 2017-ci ilin gəlir vergisinə dair bəyannamə üzrə vergilərin hesablanması barədə cavabdehin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarını mübahisələndirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********028400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə görə gəlir vergisi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər maşın üçün 271.40 manat gömrük rüsumu və vergilər, malların göndərilməsinə görə 100 manat məbləğində sertifikat və sənədlərin alınmasına ödənilmişdir. İxrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilməsi nəzərə alınarsa, bir maşın kənd təsərrüfatı mallarına 1857 manat gəlir hesablanmış olar. 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. Cavabdeh tərəfindən ona analoji olaraq vergi hesablanmışdır.

4. Cavabdehin etirazında bildirilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü saxlama və anbarlara yığma olmuşdur. İddiaçının özünün də etiraf etdiyi kimi, o, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. İddiaçı ərizəsində göstərir ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamışdır. Öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə istinad edir. Lakin, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam “bilavasitə” sözü ilə bağlıdır, hansının ki, mənası “vasitəsiz olaraq, arada heç bir vasitə olmadan” mənasına bərabərdir. Başqa sözlərlə desək, şəxs özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarından alınan gəlirə görə gəlir vergisindən azaddır. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını vətəndaşlardan alaraq, həmin məhsulları ixrac edirsə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. Digər tərəfdən, İddiaçı (VÖEN: **********) xx.xx.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsini 4064701,68 manat, xərclərini isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlirini 8701.68 manat, gəlir vergisini 1740.34 manat göstərmişdir. Göründyü kimi, İddiaçı iddia ərizəsində kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisi “nəzərdə tutulmamışdır” yazsa da, xx.xx.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində ödəməli olduğu gəlir vergisinin 1740.34 manat olduğunu göstərmişdir. Göstərilənlərdən belə nəticə çıxarmaq olar ki, iddiaçı kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisinin ödənilməli olduğunu bilir və qəbul edir. Razılaşmadığı məqam isə ödəməli olduğu verginin həqiqi məbləğidir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra iddiaçı xərclərini təsdiq edən “malların alış aktları”nı vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar "xxxx" MMC tərəfindən çap edilmişdir. "xxxx" MMC 2017-ci ilin noyabr ayında İddiaçı üçün HAN seriyalı 001251-001300 nömrələrlə və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901- 004050 nömrələrlə “malların alış aktı” blanklarını çap etmişdir. HAN seriyalı 001251- 001300 saylı malların alış aktları 2017-ci ilin noyabr ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr ayları qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktları 2019-ci ilin iyul ayında çap edilsə də, iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədən də göründüyü kimi bilavasitə dedikdə vasitəsiz olaraq, yəni şəxsin özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi gəlir başa düşülür. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını alaraq, həmin məhsulları ixrac edirsə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. İddiaçının iddia ərizəsindən də görünür ki, o, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuş, kənd təsərrüfatı məhsullarını istehsal etməmişdir. İddiaçı xx.xx.2018-c tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsi 4064701,68 manat, xərclərin isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlir 8701.68 manat, gəlir vergisinin 1740.34 manat olduğu göstərmişdir. “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında şərti rentabellik səviyyəsi 20% götürülərək vergi ödəyicisinin dövriyyəsindən dövlət büdcəsinə ödəməli olduğu gəlir vergisinin məbləği müəyyən edilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir.

7. Qərardan nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2- 1(107)-53/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarı ləğv olunmuşdur.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(102)- 865/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(107)-53/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə rədd edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin qeyd edilən qərarı ləğv olunmalıdır. Belə ki, o, 2017-2018-ci illərdə kənd təsrüffatı mallarının ixracı ilə məşğul olmuşdur. Kənd təsərrüfatı mallarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər ixrac olunan maşın üçün 271.40 manat gömrük rüsum və vergiləri və malların göndərilməsi zamanı 100 manat da sertifikat və sənədlərin alınmasına ödənilir. Nəzərə alınsa ki, ixrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilir və bu məbləğ gəlirin 20 faizini təşkil edərsə, onda bir maşın kənd təsərrüfatı mallarının ixracından 1857 manat gəlir əldə edilməlidir (371,40 : 20 x 100 = 1857). 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatı mallarının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona analoji üsulla vergi hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrəli Qərarına əsasən vergi orqanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin seçilməsi və əlaqəli məlumatlar əsasında vergiləri hesablaya bilər. Həmin Qərarın 1.2-ci maddəsinə əsasən, bu Qaydanın məqsədləri üçün "əlaqəli məlumat" dedikdə, verginin hesablanması ilə bağlı vergi ödəyicisi və onun fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyiciləri barədə vergi orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanında olan məlumatlar, müvafiq icra hakimiyyəti orqanlarının rəsmi məlumatları, hüquqi və fiziki şəxslərdən, açıq və qanunvericiliyə uyğun olaraq digər informasiya mənbələrindən alınan və istifadə edilə bilən məlumatlar nəzərdə tutulur. Qərarın 3.1-ci maddəsinə əsasən eyni xüsusiyyətli və eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin seçilməsi və verginin hesablanmasında həmin meyyarlardan istifadə olunmalıdır. Qərarın 3.2-ci maddəsinə əsasən hesablanan verginin növündən asılı olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin, gəlirdən çıxılan xərcləri və rentabellik səviyyəsi istifadə oluna bilər. Ona məlum olmayan səbəbdən gəlir vergisi üzrə külli miqdarda vergi borcu hesablanmışdır. 2017-ci il ərzində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən analoji üsulla hansı vergi ödəyicisi əsas götürülərək ona gəlir vergisi hesablanması aydın deyil. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif dövlət səviyyəli çıxışlarında da bildirmişdir ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalı, icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalı, dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Hesab edir ki, onun üzərinə hesablanmış yüksək vergi fəaliyyətinin pozulmasına yönəlmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

11. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)- 407/2020 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin mübahisəli qərar qəbul edilən vaxt qüvvədə olan: 6-cı maddəsinə görə dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; 6.1.4. aksizlər; 6.1.5. hüquqi şəxslərin əmlak vergisi; 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 6.1.7. yol vergisi; 6.1.8. mədən vergisi; 6.1.9. sadələşdirilmiş vergi 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-ci maddəsinə görə, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-ci maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-ci maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 67-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67-ci maddəsinin 2-ci bəndinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eynicinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eynicinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin maddənin 3-cü bəndinə əsasən isə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.14-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı 01 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları” bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir; 6-cı bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir; 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır.

21. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən ləğv edilməklə, iddia təmin edilmiş, Ali Məhkəmənin İnzibati kollegiyası isə cavabdehin kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

22. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(102)-865/2022 nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh iş üzrə yazılı izahat təqdim etmiş, həmin izahatda işin digər halları ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1525/2021 nömrəli qərarında göstərilən iş üzrə araşdırılması zəruri olan hallarla bağlı göstərişlərə (qərarın müvafiq bəndlərinə istinadla) münasibətini bildirmiş, özünün həmin hallara dair mövqeyini apellyasiya instansiyası məhkəməsinin diqqətinə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi istinad etdiyi digər halları qərarında əsaslandırsa da, cavabdehin yazılı izahatında göstərilən faktiki halları icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öncəki apellyasiya baxışında məhkəmə kollegiyasına ünvanladığı 20 dekabr 2021-ci il tarixli məktubunda (izahat) aşağıdakılar göstərilmişdir: “Vergi Məcəlləsinin 83.9-cu və 67.14-cü maddələrinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İddiaçı 2017-ci il üçün gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı mənfəət vergisi iddiaçı cəmiyyətin gömrük orqanlarından əldə edilmiş ixrac etdiyi məhsulların gömrük dəyəri məlumatlarına əsasən hesablanmışdır. Vergi Məcəlləsinin 67.1.6-cı maddəsinə görə isə vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar mənbəyi bəlli olan əlaqəli məlumatlar hesab olunur. Əslində gəlir vergisinin əlaqəli məlumatlara əsasən hesablanması zamanı uyğun əlaqəli məlumatın seçilməsi inzibati orqanın diskresion səlahiyyəti olsa da, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini əlaqəli məlumatlarla müəyyən etmək mümkün olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarında müəyyən olunan qaydada mənfəətin müəyyənləşdirilməsi Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən imperativdir. Belə ki, məlum olduğu kimi Vergi Məcəlləsinin 6-cı maddəsində dövlət vergilərinin 9 növü (fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin və bu Məcəllənin 206.1cimaddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi, yol vergisi, mədən vergisi, sadələşdirilmiş vergi) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsində isə müəyyən olunur ki, verginin hesablanması zamanı vergi orqanının həmin maddənin 67.1.1- 67.1.9-cu maddəsində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ var. Göründüyü kimi, Vergi Məcəlləsində verginin əlaqəli məlumatlar əsasında hesablanması üçün uyğun əlaqəli məlumatın seçilməsi zamanı inzibati orqan diskresion səlahiyyətə malikdir. Vergi Məcəlləsinin 6-cı maddəsində göstərilən vergi növlərinin vergitutma obyektinin, o cümlədən vergilərin müəyyən edilməsinin digər elementlərinin bir-birindən fərqlənməsindən irəli gəlir. Çünki, həmin vergi növlərinə nəzər saldıqda görünür ki, heç də onların hər birinin hesablanmasına Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatların hər birinin tətbiq edilməsi mümkün deyildir. Məsələn, Vergi Məcəlləsinin 67.1.4-cü maddəsinə görə vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar verginin hesablanması üçün əlaqəli məlumat hesab olunur. Vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan əmlak barədə məlumatlar gəlir vergisinin hesablanması üçün gəlirlərinin müəyyən olunmasında istifadə edilə bilməz. Lakin, həmin məlumatlar əmlak vergisinin və ya torpaq vergisinin hesablanmasında istifadə edilə bilər. Çünki Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə görə müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyektidir. Həmin Məcəllənin 205-ci maddəsinə görə isə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Ona görə də vergi orqanına Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən əlaqəli məlumatlara əsasən vergini hesablamaq hüququ verilmişdir. Yəni, konkret vergi növünün hesablanması üçün vergi orqanının münasib əlaqəli məlumatı seçmək hüququ vardır, bu onun diskresion səlahiyyətidir. Fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinin hesablanmasında isə Vergi Məcəlləsndə vergi orqanına imperativ qayda müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1 -ci maddəsində göstərilən əlaqəli məlumatlardan hər hansı biri əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini, yəni ikisindən hər hansı birini müəyyən etmək mümkün olduqda gəlir və ya mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələbinə əsasən Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə müəyyən edilmiş qaydalar tətbiq edilməklə hesablanmalıdır. Göründüyü kimi, Vergi Məcəlləsinin 6-cı maddəsində göstərilən vergi növlərindən yalnız fiziki şəxslərin gəlir və hüququ şəxslərin mənfəət vergisinin hesablanması üçün imperativ olaraq konkret qayda müəyyən edilib və iddiaçı vergi ödəyicisinin gəlir vergisinin hesablanması üçün ixrac etdiyi məhsulların dəyərinin əlaqəli məlumat kimi seçilməsi diskresion səlahiyyət, həmin seçilmiş əlaqəli məlumat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarını tətbiq etməklə gəlir vergisinin hesablanması isə imperativ normadır. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, 16.1.11-10-cu maddəsinə görə isə vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.” Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişinə əməl etməklə həmin izahatda qeyd olunan halları məhkəmə iclasında tərəflərlə müzakirə etmiş, cavabdeh həmin izahatda qeyd olunanları müdafiə etmişdir.

23. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(102)-865/2022 nömrəli qərarında həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına istinad etsə də, həmin normaların dispozisiya şərtlərinin hazırkı işin faktiki halları ilə təmin olunub-olunmadığına dair cavabdehin izahatında ifadə olunan mövqe və dəlillərə qərarda hər hansı münasibət bildirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında mübahisə edilən qərarın 1 il 5 ay sonra qəbul edildiyinə, bununla bağlı cavabdeh tərəfindən ağlabatan izahın verilmədiyinə əsaslansa da, cavabdeh bəyan edir ki, hazırkı iş üzrə mübahisələndirilən 25 noyabr 2019-cu il tarixli, **********028400 qərar Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin deyil, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisinin öz təşəbbüsü ilə 8 noyabr 2019-cu il tarixdə təqdim etdiyi 2017-ci ilin üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin kameral qaydada yoxlanması nəticəsində qəbul edilmişdir və yoxlamanın müddəti 1 il 5 ay deyil 17 təqvim günü olmuşdur. Cavabdehin bu dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamış, ona münasibət bildirilməmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Kollegiyanın araşdırmaları nəticəsində cavabdehin həmin dəlili öz təsdiqini tapmışdır. Yəni, mübahisələndirilən 25 noyabr 2019-cu il tarixli, **********028400 nömrəli qərar Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Ona görə də, həmin hal mübahisəli qərarın ləğv edilməsi əsası ola bilməz. Bununla belə, kollegiya qeyd edir ki, mübahisəli qərar Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə uyğun qəbul edilsə də, həmin Məcəllənin 67-ci maddəsinin tələblərinə əməl edilmədən qəbul edildiyindən, qərar həmin əsasla ləğv edilməlidir.

24. Belə ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli 2-1(102)-865/2022 nömrəli qərarında son olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 1(102)-681/2022 qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2021-ci il tarixli İddiaçı haqqında qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1525/2021 nömrəli qərarında ifadə olunmuş mövqe nəzərə alınmaqla, İPM-in 7.2-ci maddəsinin tələbləri baxımından həmin cinayət işinin hazırkı mübahisənin həllinə və məhkəmə icraatının gedişinə təsiri ilə bağlı hallar da yoxlanılmalıdır. Kollegiyanın araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 1(102)-681/2022 qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2021-ci il tarixli qərarı ləğv edildikdən sonra yeni apellyasiya baxışında Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli 1(107)-10/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(039)-2/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(102)-144/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli 1(107)- 10/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli 1(107)-10/2023 nömrəli qərarında göstərilmişdir ki, ilkin olaraq İddiaçı 2017-ci il üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablanması aydın və mübahisəsiz şəkildə öz təstiqini tapdı və beləliklə də müəyyən olundu ki, o, əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmışdır. Kameral vergi yoxlaması zamanı İddiaçı 2017-ci il üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablandığından məhkəmə kollegiyası hesab edir ki, “alış aktlarını” nəzərə alaraq onun tərəfindən gəlir vergisinin tam ödənilib-ödənilməməsini araşdırılmasına lüzum yoxdur. Bu baxımdan da məhəkəmə kollegiyası birinci instansiya məhkəməsinin bəraət hökmünün bu əsasla verilməsini qanuni və əsaslı hesab edir. Həmin qərar dəyişdirilmədən saxlanılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(102)-144/2024 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası məhkəmələr gəlmiş olduğu qənaətlə razılaşmaqla yanaşı qeyd edir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ, onun həmin üsula münasibətdə seçim hüququnu deyil, həmin üsuldan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin üsuldan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

25. İPM-in 58.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda sözü gedən qanuni qüvvəsini almış bəraət hökmündə iddiaçının vergi borcunun olmaması öz təsdiqini tapdığından bu hal hazırkı işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü tarixli 5 №-li Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.

26. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmədiyindən və qərar fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qərarın аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarı ləğv edilməlidir.

28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarı ləğv edilsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Elman İsayev

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar