Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-20/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təkrar təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-730/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin təkrar təyin edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 23 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxxOOO3 nömrəli qərarı ilə iddiaçıya təkrar müayinə zamanı, ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik verilmiş və növbəti müayinə tarixi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının diaqnozunda: “Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası, ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət məhdudluğu ilə Astenonevrotik vəziyyət. NSD - hipertonik” olduğu bildirilmişdir. Qeyd olunan tibbi sənəddə həmçinin, əlilliyin müəyyən olunması meyyarı: “üçüncü dərəcə əlillik - Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət məhdudluğu ilə. Astenonevrotik vəziyyət. NSD-hipertonik“ göstərilmişdir. Təyinatın tarixi isə xx.xx.2015-ci il tarixdə göstərilmişdir. Tibbi-sosial yardım və reablitasiya vasitələri - təyin edilmir. İddiaçı göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi" publik hüquqi şəxs Elmi-tədqiqat travmatologiya və ortopediya inistitutunda müayinə olunmuş və həmin institutun 10 fevral 2021-ci il tarixli a\k 1781/1971 saylı arayışında - Diaqnoz: “Sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, baldır və pəncə əzələlərinin hepotrofiyası, barmaqların açıcı-bükücü kautrasifurası, daimi ağrı sindiromu, axsama, yerişin və dayaq funksiyasının pozulması" qeyd olunmuşdur. İddiaçı üçüncü dərəcə əlillik verilməsinə baxmayaraq ona təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır.
3. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti Mingəçevir 2 nömrəli Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarında hərəkət məhdudluğu ilə. Asteno-nevrotik vəziyyət. NSDhipertonik; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir 2 nömrəli Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : Xİİİ Sinif Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-nevrotik vəziyyət. NSD-hipertonik; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Astenonevrotik vəziyyət. NSDhipertonik; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAGNF saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: sol daraqarxası sümükləri yerdəyişmədə bitişmiş sınıqları sol ayaq pəncənin deformasiya. xx.xx.2021 ETTOİ-da arayış № a/k 1781/1971 diaqnozu təsdiqlənmişdir., pəncənin varus deformasiyası. yerişin pozulması. topuq oynağının bükücü açıcı kontrakturası. üix.kardioskleroz. gərginlik stenokardiyası. Bel-oma fəqərələrinin protruziya kökcük ağrı sindromu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Bərpa müalicələri qısa müddətlidir. potensialı tükənməyib, davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAHHT saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 -Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı...; Diaqnozun mətni: Aşağı ətrafın digər sınıqların nəticələri sol daraqarxası sümükləri yerdəyişmədə bitişmiş sınıqları sol ayaq pəncənin deformasiya. diaqnozu təsdiqlənmişdir, sol pəncənin parezi, yerişin pozulması, sol baldır və pəncə əzələlərinin atrofiyası, əmək qabiliyyətin azalması. topuq oynağının bükücü açıcı kontrakturası, digər rubrikalarda təsnif olunmayan varus deformasiya pəncənin varus deformasiyası.; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin son illərdə müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Cavabdeh etiraz məktubunda iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11516/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur.
5. Şəki İnzibati Məhkəməsinin Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-730/2022 nömrəli qərardadı ilə iddia tələbi “əlilliyə görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 avqust 2022-ci il tarixli, 2-1(116)-730/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışlar ki, Şəki İnzibati Məhkəməsi onun təqdim etdiyi tibbi sənədlərə və ifadələrə ikinci dərəcəli sübutlar kimi baxmışdır. Belə ki, travmalar və xəsarətlərlə bağlı ən yüksək ixtisaslaşmış tibb müəsissəsi olan və müayinə olunduğu AR. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs Elmi-tədqiqat travmatologiya və ortopediya inistitutunun müayinənin cavabı olan, 10 fevral 2021-ci il tarixli a\k 1781\1971 saylı tibbi arayışında--Diaqnoz: “Sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, baldır və pəncə əzələlərinin hepotrofiyası, barmaqların açıcı-bükücü kautrasifurası, daimi ağrı sindiromu, axsama, yerişin və dayaq funksiyasının pozulması” diaqnozu qoyulmasına və həmçinin, müalicə həkiminin göndərişi əsasında, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ –də “Sol ayaq KT müayinəsi” və “Onurğa sütunu bel və omba disk aralığı (üş disk aralığı)” KT müayinəsi cavablarında açıq-aydın onun əlil olduğu göstərilməsinə baxmayaraq və ona “Üçüncü dərəcə əlillik-Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət məhdudluğu ilə Asteno-nevrotik vəziyyət NSD-hipertonik” diaqnozu verilməsinə baxmayaraq, Şəki İnzibati Məhkəməsi bu sahədə xüsisi tibbi bilikləri və təcrübəsi olan ixtisaslaşdırılmış həkimlərin verdiyi diaqnozu nəzərə almamışdır. Şəki İnzibati məhkəməsinin qərarı ilə göndərildiyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Hüquqi şəxsin verdiyi qeyri-obyektiv və saxta 186\2022 nömrəli ekspert rəyini əsas götürərək, onu əlil kimi pensiya almaq huquqlarını pozaraq və məhrum edərək, əsassız qərar qəbul etmişdir. Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi hüquqi şəxsin eksperti adı daşıyan həmin şəxs heç bir müayinə aparmadan, yalnız vizual gözlə baxaraq, guya onun əlil olmadığı qənaətinə gəlmişdir. Hesab edir ki, həmin ekspertin verdiyi rəy möhtəbər deyildir. Şəki İnzibati Məhkəməsinin məhkəmə qərarında xüsusi vurğulayaraq qeyd etmişdir ki, onun adına təyin olunmuş xx.xx.2021-ci il tarixli 1781\1971 nömrəli arayışda qeyd edilmiş “sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, baldır və pəncə əzələlərinin hipotrofiyası, daimi ağrı sindromu, yerişin və dayaq funksiyasının pozulması” diaqnozunun onun ETTQİ –da müayinəsi zamanı müəyyən edildiyi bildirilmişdir. Son anda yüksək ixtisaslı ETTQİ –da müayinə həkiminin (mütəxəssisin) verdiyi nəticəni heçə sayaraq, əsassız və qeyri-obyektiv olaraq məhkəmə qərarın təsviri hissəsində heç bir əsaslı arqument gətirmədən guya diaqnozun tərtibatı zamanı hiperdiaqnostikaya yol verildiyi qənaətinə gələrək, guya baldır və pəncə əzələlərində hipotdofiya müayinəsi edilmədiyi qeyd edilmişdir. Həmçinin, guya onun əyani müayinə olunduğu zaman baldır və pəncə əzələrində hipotofiya müəyyən edilmədiyi bildirilir. Bundan başqa, əsassız olaraq, heç bir tibbi sənədlərə əsaslanmadan onun guya əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin olduğu və bunların isə əlillki dərəcəsinin təyininə əsas verilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.20-15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarına dair” Əsasnamənin maddələrinə aid etmək mümkün olmadığı bildirilmişdir. Bundan başqa, sözügedən məhkəmə qərarının həmin səhfəsinin 6cı abzasında ekspertin nəticəyə gəlmə hissəsində qeyd edilir ki, onun hazırda müayinə edilmiş “sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, daimi ağrı sindiromu, yerişin və daraq funksiyasının pozulması” diaqnozu ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyac yoxdur, uzun müddətli reabilitasiya müalicə aldığı təqdirdə sağalma etimalı yoxdur” kimi ifadələr işlədilərək, hətta müalicəsi davam etsə belə sağlamlıq (əlllik) imkanlarının bərpa olunmasının mümkün olmadığı, yəni əlil olmağı dolayısı ilə bildirilsə də, son anda nədənsə Şəki İnzibati məhkəməsi yekun qərarında iddianı əsassız olaraq təmin etməmişdir. Hesab edir ki, həmin iş üzrə komission ekspertiza təyin olunmalı və həqiqi, real formada iki və daha çox ekspertlərin iştirakları ilə onun əlillik məsələlərinə baxılmalı və dəqiq araşdırılaraq rəy verilməlidir. Şəki İnzibati məhkəməsinin özünün gəldiyi qənaət düzgün deyil və ziddiyətlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2- 1(116)-730/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-730/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. Həmçinin İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “əlillik dərəcəsinin bərpa edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən ərizənin icraata qəbul edilməsi qərara alındı.
10. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iclaslarında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-730/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
12. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 186/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, 1963-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı adına xx.xx.2021-ci il tarixli 1781/1971 №-li arayışda qeyd edilmiş “sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, baldır və pəncə əzələlərinin hipotrofıyası, daimi ağrı sindromu, yerişin və dayaq funksiyasının pozulması” diaqnozu onun ETTOİ-da müayinəsi zamanı müəyyən edilsə də, diaqnozun tərtibatı zamanı hiperdiaqnostikaya yol verilmişdir. Belə ki, baldır və pəncə əzələlərində hipotrofiya müəyyən edilməmişdir. Odur ki, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı hazırda müəyyən edilmiş “sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, daimi ağrı sindromu, yerişin və dayaq funksiyasının cüzi pozulması” diaqnozu ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacı yoxdur, uzun müddətli reabilitasiya müalicəsi aldığı təqdirdə sağalma ehtimalı yoxdur. - Məhkəmə kollegiyasının araşdırması zamanı əldə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 1020 nömrəli ekspert rəyində qeyd olunur ki, 1963-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmətibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: .İddiaçı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” phş-də tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixdə müayinə zamanı “T93.2 Aşağı ətrafin digər sınıqların nəticələri. Sol daraqarxası sümüklərin yerdəyişmədə bitişmiş sınıqları. Sol ayaq pəncənin deformasiya. xx.xx.2021 ETTOİ-da 1781/1971 nömrəli arayış diaqnozu təsdiqlənmişdir. G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, sol pəncənin parezi. R26.2 Başqa rubrikalarda təsnif olunmayan yerişin çətinləşməsi. Yerişin pozulması. M62.5 Əzələnin Başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldır və pəncə əzələlərinin atrofiyası. Z73.6 Əmək qabiliyyətini azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Əmək qabiliyyətin azalması. M24.5 Oynaqların kontrakturası. Topuq oynağının bükücü açıcı kontrakturası. M21.1 Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Pəncənin varus deformasiyası. M 19.1 Digər oynaqların posttravmatik artrozu. Sol daraqarxası oynaqların oynaqların posttravmatik artrozu. İ20.8 Stenokardiyanın digər formaları. ÜİX. Kardioskleroz, Gərginlik steııokardiyası. M54.4 İşiasla gedən lumbaqo, Bel-oma fəqərələrinin protruziya kökçük ağn sindromu. G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, L5-S1 diskdə solda daha çox olmaqla sinir kökünü sıxan 3 mm ölçüdə protruziya . Sıxılmış kökçük sindromu” müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin: 1.1-ci bəndinə əsasən Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.3-cü bəndinə əsasən Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2,İ20-İ25,İ30- İ31.9,İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1,K25-K29.9,K31.0-K31.9,K50-K55.9,K58-K60.5, K62- K63.9,K65.8, K71-K77.0,K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13-N13.9,N14-N14.4,N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1,E22.0-E22.1,E23.0- E23.2,E23.7,E24-24.9,E25.8,E26.9,E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14,G20,G23- G23.9,G25-G26,G35-G37.8,G45-G46.8,G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47- H47.5,H52-H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.
16. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri. Apellyasiya şikayəti mümkündür və əsaslıdır.
18. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
19. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
20. Qanunvericliyin tələblərinə əsasən əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər.
21. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı ona münasibətdə əlilliyin təkrar təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyini üçün əsas deyil. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti Mingəçevir 2 nömrəli Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarında hərəkət məhdudluğu ilə. Asteno-nevrotik vəziyyət. NSDhipertonik; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir 2 nömrəli Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : Xİİİ Sinif Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-nevrotik vəziyyət. NSD-hipertonik; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Astenonevrotik vəziyyət. NSDhipertonik; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqların da hərəkət məhdudluğu ilə. Asteno-...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
25. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 186/2022 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı hazırda müəyyən edilmiş “sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, daimi ağrı sindromu, yerişin və dayaq funksiyasının cüzi pozulması” diaqnozu ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacı yoxdur, uzun müddətli reabilitasiya müalicəsi aldığı təqdirdə sağalma ehtimalı yoxdur.
26. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 1020 nömrəli ekspert rəyində isə qeyd edilmişdir ki, İddiaçı “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” phş-də tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixdə müayinə zamanı “T93.2 Aşağı ətrafin digər sınıqların nəticələri. Sol daraqarxası sümüklərin yerdəyişmədə bitişmiş sınıqları. Sol ayaq pəncənin deformasiya. xx.xx.2021 ETTOİ-da 1781/1971 nömrəli arayış diaqnozu təsdiqlənmişdir. G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, sol pəncənin parezi. R26.2 Başqa rubrikalarda təsnif olunmayan yerişin çətinləşməsi. Yerişin pozulması. M62.5 Əzələnin Başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldır və pəncə əzələlərinin atrofiyası. Z73.6 Əmək qabiliyyətini azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Əmək qabiliyyətin azalması. M24.5 Oynaqların kontrakturası. Topuq oynağının bükücü açıcı kontrakturası. M21.1 Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Pəncənin varus deformasiyası. M 19.1 Digər oynaqların posttravmatik artrozu. Sol daraqarxası oynaqların oynaqların posttravmatik artrozu. İ20.8 Stenokardiyanın digər formaları. ÜİX. Kardioskleroz, Gərginlik steııokardiyası. M54.4 İşiasla gedən lumbaqo, Bel-oma fəqərələrinin protruziya kökçük ağn sindromu. G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, L5-S1 diskdə solda daha çox olmaqla sinir kökünü sıxan 3 mm ölçüdə protruziya . Sıxılmış kökçük sindromu” müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 186/2022 nömrəli ekspert rəyində qeyd edilən “diaqnozu ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacı yoxdur, uzun müddətli reabilitasiya müalicəsi aldığı təqdirdə sağalma ehtimalı yoxdur” ifadəsi ilə iddiaçının əlilliyi dolayısı ilə öz təsdiqini tapmışdır
28. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
29. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik müddətinin bitdiyi sonuncu tarixdən əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi qoyulmalıdır.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-730/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik müddətinin bitdiyi sonuncu tarixdən əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.