Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-20/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Calud kəndində yerləşən JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X3nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)- 1942/2023 nömrəli qərarından İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz rayonu Calud kəndində yerləşən 3,29 ha torpaq sahəsinə - JN0010 KOD 40501018 nömrəli Torpağa Mülkiyyət Hüququna X3nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr, 21 oktyabr 2010-cu il tarixli 257077A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 1412 kv.metr, 257078A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 122 kv.metr, 257079A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 3797 kv.metr və 257080A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən 17682 kv.metr torpaq sahələrinə onun mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Oğuz rayonu Calud kəndində yerləşən JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X3nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3 Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmşdır ki, Oğuz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyul tarixli 67 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 3.29 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0010 KOD 40501018 nömrəli Torpağa Mülkiyyət Hüququna X3 tərtib olunaraq 10 sentyabr 1999-cu il tarixdə Dövlət aktı qeydiyyat kitabında 3751 nömrə ilə qeydiyyata alınmışdır. 7 vərəqdən ibarət olan həmin Dövlət Aktının 3-6-cı vərəqlərində olan torpaq sahəsinin planından (cizgisindən) və 7-ci vərəqində olan torpaq sahəsinin qaiməsindən (sertifikatından) göründüyü kimi 3.29 hektar torpaq sahəsi ailəsinə 4 hissədə verilmişdir. Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında 21513,02 kv.metr 4- cü səhifəsində olan torpaq sahəsinin planında 9888,97 kv.metr, 5-ci səhifəsində olan torpaq sahəsinin planında 122.98 kv.metr, 6-cı səhifəsində olan torpaq sahəsinin planında 1413.44 k.metr torpaq sahəsinin olduğu qeyd edilir. JN-0010 KOD 40501018 nömrəli Torpağa Mülkiyyət Hüququna X2 qeyd edilən 3.29 hektar əkin torpaq sahəsinin bir hissəsinin Oğuz-Qəbələ- Bakı su kəmərinin tikintisi altına düşmə səbəbini bildirərək həmin Dövlət Aktı ondan geri alınmışdır. Bundan sonra iddiaçıya qeyd edilən Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 21513,02 kv.metr torpağa 3797 kv.metr və 17682 kv.metr olmaqla iki hissəyə ayrı-ayrılıqda müvafiq olaraq 257079A nömrəli və 257080A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Bundan əlavə 1412 kv.metr və 122 kv.metr torpaq sahələrinə də müvafiq olaraq 257077A nömrəli və 257078A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. X1 4-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 9888.97 kv.metr torpaq sahəsinə heç bir sənəd hazırlanmamışdır. İddiaçı, sözügedən torpaq sahələrinə dair çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Oğuz rayonu Calud kəndində torpaq islahatı aparılarkən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X3 ilə 3.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi altına düşməsi səbəbindən JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X3 geri alınmışdır ləğv edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.29 ha torpaq sahəsinin əvəzinə 0.98 hektar az olmaqla 4 hissədən ibarət ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən 1412 kv.m, 0.0122 kv.m, 0.3797 kv.m, 0.7682 kv.m olmaqla ümumilikdə 2.3013 kv.m torpaq sahələrinə AN-257077, AN-257078, AN- 257079, AN257080 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədini hazırlanmışdır. JN 0010 nömrəli “Torpağa Mülkiyyət Hüququna X3”-nda göstərilən torpaq sahəsinin 9888.97 kv.m hissəsinə isə müvafiq sənəd verilməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 iyun 2023-ci il tarixli, 2- 1(116)-1942/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1942/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın qanunsuz imtinası və məhkəmənin əsassız qərarı nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahələrinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ən əsası ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını həyata keçirə bilmir. Məhkəmə dövlət tərəfindən iddiaçıya verilmiş Dövlət Aktını görməzdən gələrək, ümumiyyətlə belə bir Aktın heç vaxt mövcud olmadığı barədə səhv qənaətə gəlmişdir. Məhkəmə cavabdehin imtinası və etirazında qeyd etdiyi dəlilləri təkrarlamaqla kifayətlənmiş, torpaq sahəsinin əkin sahəsi olmasını, həmin sahədə heç bir tikintinin olmadığını, Dövlət Aktının geri alındığını nəzərə almamışdır. Bundan başqa məhkəmə dəfələrlə vəsatət verməyimizə baxmayaraq həmin Dövlət Aktının surətinin alınması üçün sorğu verməmişdir. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi etirazın dəlilləri ilə kifayətlənmiş, işin tam araşdırılması üçün şərait yaratmamışdır. Dövlət Aktının verilməsinə əsas olmuş islahat sənədlərini və pay torpaq alacaq subyektlərin siyahısı araşdırılmamışdır. Ona görə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1942/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1942/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqan məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verdiyi 1 dekabr 2023-cü il tarixli sorğusuna əsasən verilmiş 18 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Oğuz rayonu, Calud kəndində torpaq islahatı aparılarkən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN:0010 “Torpağa Mülkiyyət Hüququna X3 ilə 3.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinti altına düşmə səbəbindən JN:0010 “Torpağa Mülkiyyət Hüququna X3” geri alınmışdır. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.29 ha torpaq sahəsinin əvəzinə 1.0 hektar az olmaqla 4 hissədən ibarət sahələrə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. Ərazi İdarəsinin arxivində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi verilməsinə dair Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci i! tarixli 67 nöməli qərarına əsasən işlənmiş JN:0010 “Torpağa Mülkiyyət Hüququna X3 mövcud deyil əvəzində İddiaçı adına tərtib edilmiş AN- 257077, AN- 257078, AN-257079, AN-257080 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədləri mövcuddur. Həmin sənədlər müvafiq olaraq 1412 kv.m, 122 kv.m, 3797 kv.m, 17682 kv.m olmaqla cəmi 23013 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi təsdiq edilir və bununlada aydın olur ki, JN;0010 “Torpağa Mülkiyyət Hüququna X3"-nda göstərilən torpaq sahəsinin 9888.97 kv.m hissəsinə müvafiq sənəd verilməmişdir. - Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə verdiyi 1 dekabr 2023-cü il tarixli sorğusuna əsasən verilmiş 18 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən məlumatlara əsasən Oğuz rayonu, Calud kəndində torpaq islahatı aparılarkən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə JN-0010 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna X3” ilə 3.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi altına düşməsi səbəbindən JN-0010 (kod ********) nömrəli Dövlət Aktı geri alınmışdır. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.29 ha torpaq sahəsinin əvəzinə 1.0 hektar az olmaqla 4 hissədən ibarət sahələrə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri verilmişdir. Ərazi İdarəsinin arxivində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi verilməsinə dair Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı Qərarına əsasən işlənmiş JN-0010 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna X3” mövcud deyil, əvəzində İddiaçı adına tərtib edilmiş AN-257077, AN-257078, AN-257079, AN-257080 nömrəli ‘Torpaq sahəsinin plan və ölçüsü” sənədləri mövcuddur. Həmin sənədlərlə müvafiq olaraq 1412 kv.m, 122 kv.m, 3797 kv.m, 17682 kv.m olmaqla cəmi 23013 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi təsdiq edilir və bununla da aydın olur ki, JN-0010 (kod ********) nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin 9888.97 kv.m hissəsinə müvafiq sənəd verilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin 18 dekabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş Oğuz rayon Calut bələdiyyəsinin 20 may 2009-cu il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, Oğuz-Qəbələ- Bakı Su Kəmərinin çəkilişi ilə əlaqədar Calut kəndi ərazisində su kəmərinin mühafizə zolağına, su quyularının və su yığıcı boruların altına düşən 36,63 hektar ərazidə olan 51 ailənin torpaq payının əvəzinə həmin ailələrə bölgü ardıcıllığı nəzərə alınmaqla 27,63 hektar bələdiyyənin ehtiyat fondundan dəyəri ödənilmədən mülkiyyətçilərə torpaq sahəsi ayrılması, pay torpaqlarının əvəzləşdirilməsinə dair mülkiyyətçilərə lazımi sənədlərin verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsindən xahiş edilməsi və həmin qərarın icrasına nəzarətin bələdiyyənin Aqrar Məsələlər daimi komissiyasına tapşırılması qərara alınmışdır. - Oğuz Rayon İcra Hakimiyyəti başçısının 3 iyul 2009-cu il tarixli 94 nömrəli sərəncamından çıxarışdan görünür ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və su yığıcı boruların mühafizə zolaqlarına düşən xüsusi mülkiyyətdə olan torpaqların əvəzləşdirilməsi üçün bələdiyyənin mülkiyyətindən torpaq sahəsinin ayrılması barədə Calud bələdiyyəsinin 20 may 2009-cu il tarixli, 06 saylı iclas protokolunun nəzərə alınması qərara alınmışdır. - Oğuz-Qəbələ-Bakı su kəməri altına düşmüş torpaqları bələdiyyənin əkinə yararlı ehtiyat fond torpaqları ilə əvəzlənməsi üçün Calut kəndində keçirilən püşkatmanın ardıcıllığı cədvəlindən görünür ki, həmin cədvəlin 4cü sırasında püşk nömrəsi 4 olan İddiaçı 0,38 ha torpaq sahəsi düşdüyü qeyd edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçı tərəfinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı təqdim etdiyi JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X3nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.m torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə nail olmaqdır.
26. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi altına düşmə səbəbini bildirərək həmin Dövlət Aktı ondan geri alınmışdır. Bundan sonra iddiaçıya qeyd edilən Dövlət Aktının 3-cü səhifəsində olan torpaq sahəsinin planında göstərilən 21513,02 kv.m torpağa 3797 kv.m və 17682 kv.m olmaqla iki hissəyə ayrı-ayrılıqda müvafiq olaraq 257079A nömrəli və 257080A nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Cavabdeh orqan da, qeyd edilən əsasla JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X3 geri alınmasını və ləğv edilməsini bildirir.
27. İddiaçı JN 0010 “Torpağa Mülkiyyət Hüququna” X3nın əslini təqdim edə bilmir. Təqdim edilmiş, Oğuz rayon İcra Hakmiyyəti Başçısının Yaqublu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş surətə münasibətdə isə müəyyən edilir ki, sonuncu tərəfindən sənədin əslinə vizual baxış keçirilmədən əsli ilə düz olması müəyyən olunmuşdur.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin sənəd iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas ola bilməz. Həmçinin iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıya hər hansı hüquqmüəyyənedici və texniki sənədin tərtib edilmədiyi müəyyən olunmuşdur.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
30. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Oğuz rayonu, Calud kəndində torpaq islahatı aparılarkən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN:0010 “Torpağa Mülkiyyət Hüququna X3 ilə 3.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinti altına düşmə səbəbindən JN:0010 “Torpağa Mülkiyyət Hüququna X3” geri alınmışdır. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.29 ha torpaq sahəsinin əvəzinə 1.0 hektar az olmaqla 4 hissədən ibarət sahələrə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin plan və ölçüsü” sənədi verilmişdir. Ərazi İdarəsinin arxivində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi verilməsinə dair Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci i! tarixli 67 nöməli qərarına əsasən işlənmiş JN:0010 “Torpağa Mülkiyyət Hüququna X3 mövcud deyil, əvəzində İddiaçı adına tərtib edilmiş AN- 257077, AN- 257078, AN-257079, AN-257080 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədləri mövcuddur. Həmin sənədlər müvafiq olaraq 1412 kv.m, 122 kv.m, 3797 kv.m, 17682 kv.m olmaqla cəmi 23013 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi təsdiq edilir və bununlada aydın olur ki, JN;0010 “Torpağa Mülkiyyət Hüququna X3"-da göstərilən torpaq sahəsinin 9888.97 kv.m hissəsinə müvafiq sənəd verilməmişdir
31. Oğuz-Qəbələ-Bakı Su Kəmərinin çəkilişi ilə əlaqədar Calut kəndi ərazisində su kəmərinin mühafizə zolağına, su quyularının və su yığıcı boruların altına düşən 36,63 hektar ərazidə olan 51 ailənin torpaq payının əvəzinə həmin ailələrə bölgü ardıcıllığı nəzərə alınmaqla 27,63 hektar bələdiyyənin ehtiyat fondundan dəyəri ödənilmədən mülkiyyətçilərə torpaq sahəsi ayrılması, pay torpaqlarının əvəzləşdirilməsinə dair mülkiyyətçilərə lazımi sənədlərin verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsindən xahiş edilməsi və həmin qərarın icrasına nəzarətin bələdiyyənin Aqrar Məsələlər daimi komissiyasına tapşırılması qərara alınmışdır.
32. Oğuz Rayon İcra Hakimiyyəti başçısının 3 iyul 2009-cu il tarixli 94 nömrəli sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin, su quyularının və su yığıcı boruların mühafizə zolaqlarına düşən xüsusi mülkiyyətdə olan torpaqların əvəzləşdirilməsi üçün bələdiyyənin mülkiyyətindən torpaq sahəsinin ayrılması barədə Calud bələdiyyəsinin 20 may 2009-cu il tarixli, 06 saylı iclas protokolunun nəzərə alınması qərara alınmışdır.
33. Oğuz-Qəbələ-Bakı su kəməri altına düşmüş torpaqları bələdiyyənin əkinə yararlı ehtiyat fond torpaqları ilə əvəzlənməsi üçün Calut kəndində keçirilən püşkatmanın ardıcıllığı cədvəlindən görünür ki, həmin cədvəlin 4cü sırasında püşk nömrəsi 4 olan İddiaçı 0,38 ha torpaq sahəsi düşdüyü qeyd edilmişdir.
34. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
35. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.
36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Calud kəndində yerləşən JN-0010 kod 40501018 nömrəli Torpağa Mülkiyyət hüququna X3nın 4-cü səhifəsinin 10A planşetində göstərilən 9888,97 kv.metr torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia tərəfinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2023-ci il tarixli, 2-1(116)-1942/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.