Məhkəmə qərarları › İş №2-1(107)-20/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-20/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-20/2025 22.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısı xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-75/2024 nömrəli qərarından iş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2648/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinə əsasən Cavabdeh başçısı 30 dekabr 2012-ci il tarixdə 122 nömrəli Sərəncam verərək qərara almışdır ki, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq mülkiyyətində olan 660 baş xırda buynuzlu heyvanların qışlaq şəraitində bəsləmək üçün İsmayıllı rayonu İsmayıllı kənd sakini İddiaçı rayonun inzibati ərazisindəki “İnçə ayağı” adlanan 11 nömrəli X11 185 hektar 15 il müddətinə icarəyə verilsin, İddiaçıla icarə müqaviləsi bağlansın. Həmin Sərəncama əsasən iddiaçı ilə Cavabdeh başçısı arasında 30 dekabr 2012-ci il tarixdə 08 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmış və Göyçay rayonun inzibati ərazisindəki “İnçə ayağı” adlanan 11 nömrəli X11 185 hektar örüş otlaq sahəsi 15 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Bundan əlavə Cavabdeh başçısı 29 mart 2018-ci il tarixli 28 nömrəli Sərancam verən zaman qeyd olunan torpaq sahəsinin həmin vaxt boş olub-olmamasını, başqa şəxs və ya şəxslərin icarəsinə olub-olmamasını araşdırmalı, sahənin koordinatları yerində müəyyənləşdirilməli, müvafiq dövlət qurumlarınından rəy almalı idi, amma heç bir araşdırma aparmadan, iddiaçıdan xəbəri olmadan, onun icarəsində olan torpaq sahəsinin 40 hektarını qanunsuz X6 icarəsinə vermişdir. Qeyd olunan Sərəncamdan o Göyçay Rayon Məhkəməsindən məhkəmə bildirişini poçt vasitəsi ilə alan zaman, yəni 26 dekabr 2022-ci il tarixdə xəbər tutmuşdur.

4. Cavabdehdən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2012-ci il tarixli, 122 nömrəli sərəncamına 11 nömrəli X11 185 hektarı İsmayıllı rayon sakini İddiaçı 15 il müddətinə icarəsinə verilmiş, həmin tarixdə vətəndaşla 08 nömrəli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh başçısının 29 mart 2018-ci il tarixli, 28 nömrəli sərəncamına əsasən rayonun inzibati ərazisində yerləşən “İnçə Ayağı” və “Tala Arxı” adlanan qış otlaq sahəsinin 685 hektar hissəsi heyvandarlıq məqsədilə 15 il müddətinə Qəbələ rayonu Əmirvan kənd sakini X6 icarəsinə verilmiş və icarə müqaviləsi bağlanmışdır. M.Adıgözəlovun Cavabdehnə qarşı “Cavabdeh başçısının 29 mart 2018-ci il tarixli, 28 saylı sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qanunauyğun baxılması və qərar qəbul edilməsi xahiş olunur.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izah verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs izah verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 may 2024-cü il tarixli 2- 1(116)-75/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-75/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-75/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2- 1(116)-75/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 122 nömrəli sərəncamından görünür ki, İddiaçı 185 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

2. xx.xx.2012-ci il tarixli 08 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə.

3. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamından görünür ki, X8 685 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

4. xx.xx.2018-ciil tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi.

5. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamı ilə X8 685 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

6. RX seriyalı ******* nömrəli çıxarışın surəti.

7. AA seriyalı 261403 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1635/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

9. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları müəyyən edilmişdir. İddiaçı naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin üzərində yerləşən, iddiaçının istifadəsində olduğunu bildirdiyi çoban evlərinin və yardımçı tikililərin (tövlələr, anbar) mövcudluğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. JN-5998 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə X1 verilmiş685 ha torpaq sahəsi ilə bağlı idarənin elektron baza və arxiv məlumatlarında məlumat aşkar olunmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsi olması ilə bağlı idarənin elektron baza məlumatlarında hər hansı məlumat aşkar olunmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin 63,5 ha hissəsi **********50 nömrəli çıxarışla X6 adına qeydiyyata alınmış 61,59 ha torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin arxiv materiallarında aparılan araşdırma zamanı məlum olmuşdur ki, X6 adına tərtib edilmiş **********50 nömrəli çıxarış Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 28 saylı sərəncamına və icarə müqaviləsinə əsasən qeydiyyata alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Torpaq icarəsi haqqında” Qanun (Maddə 10-1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri): 10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə) ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. 10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. 10-1.2-1. Bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulan sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) informasiya sistemi vasitəsilə göndərir. 10-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə informasiya sistemi vasitəsilə təqdim edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. 10-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir. 10-1.7. Bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-75/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

20. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

21. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya və üçüncü şəxsə torpaq sahələrinin icraəyə verilməsinə dair sərəncam qəbul edilmişdir.

24. İddiaçıya torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 122 nömrəli sərəncamına əsasən ayrılmış və 185 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsinin koordinatlarını müəyyənləşdirməyə imkan verən texniki sənəd tərtib edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında iddiaçıya və üçüncü şəxsə torpaq sahəsinin ayrıldığını, lakin iddiaçıya ayrılan torpaq sahəsinin sərhədlərini müəyyən etməkəyə imkan verən texniki sənədin sərəncama əlavə edilmədiyini bildirmişdir.

25. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamına əsasən üçüncü şəxsin icarəsinə verilmiş 685 ha torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd mövcuddur. Belə ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən üçüncü şəxsin 645 ha torpaq sahəsi üzərində icarə hüququ qeydə alınmış və AA seriyalı 261403 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

26. İddiaçı tərəfindən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamın mübahisələndirilməsində hüquqi əsası ona ayrılmış torpaq sahəsinin bir hissəsinin sözügedən sərəncam əsasında üçüncü şəxsə ayrılması ilə bağlıdır. İfadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı ona ayrılan torpaq sahəsi ilə üst-üstə düşən hissədə sərəncamın mübahisələndirilməsi ilə bağlıdır. Lakin, iddiaçı tərəfindən ona ayrılan torpaq sahəsinin yerini müəyyəneləşdirməyə əsas verən sübut təqdim edilməmişdir. Həmçinin,üçüncü şəxsə ayrılan torpaq sahəsi ilə müqayisədə üzərində icarə hüququ qeydə alınan torpaq sahəsi azlıq təşkil edir.

27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1635/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay Rayonu İcra Hakimiyyəti başçısının 30 dekabr 2012-ci it tarixli 122 saylı səıəncamı ilə X2 İcarəsinə verilmiş 185.0 ha torpaq sahəsi ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əks olunmadığı üçün torpaq sahəsinin yerini naturada müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 255.35 ha torpaq sahəsinin 63.5 ha hissəsi **********50 nömrəli çıxarışla X6 adına qeydiyyata alınmış 645 ha torpaq sahəsi ilə, 61.5 ha hissəsi isə **********16 reyestr nömrəli çıxarışla X3 adına qeydiyyata alınmış 61.59 ha torpaq torpaq sahəsi ilə üst-üstə düşür.İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 255.35 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, şoran örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aid torpaqlar olaraq göstərilmişdir.

28. Bundan başqa məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları müəyyən edilmişdir. İddiaçı naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin üzərində yerləşən, iddiaçının istifadəsində olduğunu bildirdiyi çoban evlərinin və yardımçı tikililərin (tövlələr, anbar) mövcudluğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. JN-5998 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə X1 verilmiş 685 ha torpaq sahəsi ilə bağlı idarənin elektron baza və arxiv məlumatlarında məlumat aşkar olunmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsi olması ilə bağlı idarənin elektron baza məlumatlarında hər hansı məlumat aşkar olunmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 255,35 ha torpaq sahəsinin 63,5 ha hissəsi **********50 nömrəli çıxarışla X6 adına qeydiyyata alınmış 61,59 ha torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin arxiv materiallarında aparılan araşdırma zamanı məlum olmuşdur ki, X6 adına tərtib edilmiş **********50 nömrəli çıxarış Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 28 saylı sərəncamına və icarə müqaviləsinə əsasən qeydiyyata alınmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyindən də göründüyü kimi Cavabdeh tərəfindən iddiaçının icarəsinə 185.0 ha torpaq sahəsi verilsə də iddiaçının fakitiki istifadəsində 255,35 ha torpaq sahəsi olmuşdur. Belə olan halda Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamının ləğv edilməsi üçün hüquqi əsas olmadığından iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh başçısı xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamının ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-75/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar