Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-200/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Qəbələ rayon şöbəsi) qarşı “1986, 1987 və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2-1(116)-305/2020 nömrəli qərarından DSMF-in Qəbələ rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı əmək pensiyasının təyin edilməsi üçün DSMF-in Qəbələ rayon şöbəsinə müraciət etmişdir. Lakin sonuncu ona məxsus olan arxiv arayışında göstərilən illərin sosial sığorta stajına daxil edilməməsi səbəbindən ona pensiya təyin etməkdən imtina edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "1986, 1987 və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli 166 nömrəli imtina məktubundan görünür ki, yaşa görə pensiya təyin olunması tələbi ilə şöbəyə daxil olmuş xx.xx.2018-ci il tarixli ərizəyə əsasən pensiya hüququna pensiya təyin edən komissiyada baxılmışdır. Təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində əmək kitabçası təqdim etməmiş, əvəzində 1986-1991-ci illərdə işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 135 saylı arayış təqdim edilmişdir. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 135 saylı arayış “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. Cavabdehin iddiaya qarşı xx.xx.2019-cu il tarixli münasibətindən görünür ki, iddiaçı 1986-1991-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 305/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı 1986, 1987 və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Qəbələ rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Qəbələ rayon Uludaş kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən sənədləri araşdırılaraq pensiya hüququna baxılmışdır. Bu zaman, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 135 saylı arayışda qeyd olunmuş, 1986-1991-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablaması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.10-cu bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş-18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövr, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. Hesab etmişlər ki, İddiaçı 1986- 1991-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. Hesab etmişlər ki, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 135 saylı arayışda qeyd olunmuş, 1986-1991-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməməlidir. Belə olduğu halda isə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.10-cu bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində nəzərdə tutulmuş- 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövr, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kitabçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilə bilməz. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-305/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-305/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-305/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Qəbələ rayon İcra Hakimiyyəti Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il 135 nömrəli arxiv arayışı, DSMF-in Qəbələ rayon şöbəsində Pensiya təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli 166 nömrəli qərarı, DSMF-in Qəbələ rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 166 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli aktı, Doğum haqqında AZ-İV seriyalı 404365 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Nikah haqqında AZ-T seriyalı 020093 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə aktın təsdiqlənmiş surəti və s. aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-305/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı 1986, 1987 və 1991-ci illərdə “Azərbaycan” adına kolxozda işlədiyi 2 il 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının “Azərbaycan” adına kolxozda işləməsi və adam günü norması Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il 135 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsində nəzərdə tutulan yaş həddinə çatdığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. İddiaçı xx.xx.1960-cı il tarixində anadan olmuşdur. Belə ki, iş materiallarında olan DSMF-in Qəbələ rayon şöbsi tərəfindən verilmiş 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə aktın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək xx.xx.1992-ci il təvəllüdlü oğlu X2 qulluq etmişdir və qeyd olunan müddət 8 il təşkil edir. Əgər onun kolxozda işlədiyi müddət sığorta stajına daxil edilsə, onun tələb olunan 10 il stajı tamamlanacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Azərbaycan” adına kolxozda işləməsi və adam günü norması Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il 135 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının “Azərbaycan” adına kolxozda işləməsi və adam günü norması Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il 135 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-305/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-200/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-200/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver