Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-201/2020 15.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 33 saylı xx xxxxxx 2008-ci il tarixli sərəncamının “X3 Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan 1 otaqlı mənzil verilməsi” hissəsində düzəliş edilərək onun, yəni İddiaçı adının sərəncamın həmin hissəsinə salınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-332/2020nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının 33 saylı xx xxxxxx 2008-ci il tarixli sərəncamının “X3 Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan 1 otaqlı mənzil verilməsi” hissəsində düzəliş edilərək onun, yəni İddiaçı adının sərəncamın həmin hissəsində saxlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum oğlu X7 xx.xx.1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ona görə dövlət tərəfindən onun şəhid adı əbədiləşdirilmiş, ona və anası olan üçüncü şəxs X3 isə şəhid ailəsi statusu verilmişdir. Onlara dövlət tərəfindən şəhid ailələri üçün nəzərdə tutulmuş müxtəlif güzəştlər edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə mənzillərin verilməsi barədə Cavabdeh başçısının 33 nömrəli, xx xxxxxx 2008-ci il tarixli Sərəncamı ilə onların ailəsinə Ağdaş şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş Ağdaş şəhəri, H.Əliyev prospekti, 165 ünvanında yerləşən 48 mənzilli binadan 1 otaqlı mənzil verilmişdir. Dövlət tərəfindən şəhid ailələrinə 11000 manat birdəfəlik yardım verilməsi ilə bağlı üçüncü şəxs X4 ilə aralarında yaranmış vərəsəlik haqqında şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilən zaman ona məlum olmuşdur ki, Cavabdeh başçısının 33 nömrəli, xx xxxxxx 2008-ci il tarixli Sərəncamında şəhid ailəsi kimi yalnız üçüncü şəxs X2 adı qeyd edilmişdir. Yəni həmin mənzil şəhid ailəsi kimi yalnız üçüncü şəxs X3 verilmişdir. O, buna qəti etiraz edir və mərhum oğluna görə ona da onun atası kimi şəhid ailəsi statusu və vəsiqəsi verilmişdir. Ona görə də o, adının Cavabdeh başçısının qeyd edilən sərəncamına salınması xahişi ilə cavabdeh orqan Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh ərizəsində qeyd etdiyi mübahisə mülki mübahisəli olduğundan qanunvericiliyin tələbinə uyğun olaraq aidiyyatı məhkəməyə müraciət etməli olduğu bildirilməklə adı həmin sərəncama əlavə edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya dair münasibətini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı“Cavabdeh Başçısının 33 saylı xx xxxxxx 2008-ci il tarixli sərəncamının “X3 Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan 1 otaqlı mənzil verilməsi” hissəsində düzəliş edilərək onun, yəni İddiaçı adının sərəncamın həmin hissəsinə salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiaya əsasən Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi tərəfindən verilmiş sərəncamın icrası məqsədilə işə baxılmasına və iddiaya qarşı rayon İcra Hakimiyyətinin heç bir etirazı yoxdur. Üçüncü şəxs iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, o, 1969-cu ildə Ağdaş rayon sakini İddiaçı ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Bu nikahdan 4 uşağı (3 oğlan, 1 qız) olmuşdur. 1988-ci ildə həmin şəxslə rəsmi olaraq ayrılmışdır. 1993-cü ildə oğlu X1 uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Cənab Prezidentin şəhid ailələri və Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi sərəncamı əsas tutaraq ona da mənzil verilməsi üçün aidiyyatı orqan olan yaşadığı rayonun İcra Hakimiyyətinə rəsmi olaraq növbəyə durmaq üçün müraciət etmişdir. Cavabdeh başçısının 33 saylı xx xxxxxx 2008-ci il tarixli sərəncamı ilə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan ona da tək ana kimi bir otaqlı mənzil vermişlər. Bir müddət keçəndən sonra qızı X6 ailəsindən ayrıldığına görə evsiz qaldığı üçün o, da həmin evdə onu və övladlarını yerləşdirmişdir. 2012-ci ildə evi özəlləşdirərək qızının adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin mənzil rəsmi qaydada qızının adınadır. Özü və 3 övladı orada qeydiyyatdadır və orada yaşayırlar. Qanuna əsasən onun və qeyrilərinin həmin mənzildən iddiası və tələbi ola bilməz. İddiaçı iddia edir ki, həmin bir otaqlı mənzil ailəsinə verilmişdir. Əgər 1988-ci ildən rəsmi şəkildə ayrılmışsa, o, övladlarının qayğısına qalıb onları böyüdəndə, şəhid olmuş oğlunun cənazəsinə gələndə iddiaçı həmin vaxtı olmadığı kimi həyatının çox hissəsini Rusiyada, qalan hissəsini də evlənib boşandığı saysız-hesabsız qadınlarla keçirərkən indi hansı ailədən danışmaq olar? Onu da qeyd etmək istəyir ki, şəhid oğlu X5 əlavə pay şəklində ayrılmış 0,44 ha özəl pay torpağı atası (iddiaçı) İddiaçı verilmişdir. Üçüncü şəxs X4 İddiaçı həmin mənzildən pay verilməsini mümkünsüz hesab edilib, iddiasının əsassız sayılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2007-ci ildən Ağdaşda yaşadığını, pay torpağının 2005-2006-cı illərdə ona verildiyini və X4 ilə aralarında yaranmış vərəsəlik haqqında şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilən zaman, yəni xx.xx.2018-ci il tarixində Ağdaş Rayon Məhkəməsində iclasda iştirak etdiyini bildirib, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında 3-cü şəxsX4 etiraza uyğun izahat verib iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-332/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-332/2020nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollegiyası ilk onu qeyd edir ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minməsindən öncə ötürülmüş iddia müddətlərini bərpa etməmiş və mübahisələndirmək imkanı qanunla tükənmiş mübahisələrə dair hər hansı imkan tanımamışdır. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi maddə-11.1). Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsasən bütün inzibati işlərə işdə iştirak edən şəxslər üçün eyni olan qayda və prosessual formalarla baxılır. İşdə iştirak edən şəxslərin qanuni tələbləri bərabər olaraq təmin olunur, onlara öz mənafelərini məhkəmə qaydasında qorumaq üçün eyni imkanlar verilir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən qanun və məhkəmə ilə təmin olunan istifadə etmək imkanına malikdirlər. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən görünür ki, iddiaçıya sərəncamda adının olmaması Ağdaş Rayon Məhkəməsində olan 2(014)-157/2019 nömrəli iş üzrə 11000 manat birdəfəlik yardım verilməsi ilə bağlı üçüncü şəxs X4 ilə aralarında yaranmış vərəsəlik haqqında şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilən zaman məlum olmuşdur. Həmçinin, iddiaçı xx.xx.2018-ci il tarixində Ağdaş Rayon Məhkəməsində məhkəmə iclasında iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası İPM-nin: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Sadalanan prosessual normaların məzmunundan görünür ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıya mübahisələndirdiyi sərəncamın olması xx.xx.2018-ci il tarixində məlum olmuşdur. xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə (ərizə xx.xx.2019-cu il tarixində poçta verilmişdir.) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Bundan başqa müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddia müddətinin ötürülməsi iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı sözügedən sərəncamdan məlumatlı olmasına baxmayaraq həmin sərəncamı 30 gün müddətində mübahisələndirməmiş, bununla da birinci instansiya məhkəməsi haqlı olaraq bu halı iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi qəbul etməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-332/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-332/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-201/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-201/2020
15.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver