Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-201/2024 18.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(116)-309/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982ci il tarixdən 1994-cü ilə kimi Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü vəzifəsində, 1994-cü ildən 2005-ci ilə kimi Əhaliyə Xidmət Qarajında (X5 müəssisəsində) sürücü kimi, 2005-ci ildən 2011-ci ilə kimi Bakı avtovağzalında sürücü kimi, 2011-ci ildən 2019-cu ilə kimi Bakı avtovağzalında sürücü kimi (öz avtomobili ilə) işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyən əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1958-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1976-1978-ci illərdə hərbi xidmət keçmişdir. Hərbi xidmətdən gəldikdən sonra 1978-ci ilin 25 avqust tarixində sürücü kimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı 1982-ci ilin fevral ayının 9-dan Mingəçevir Avtobazasına 2-ci dərəcəli sürücü kimi işə qəbul olunmuş, 1994-2005-ci illərdə X5 müəssisəsində (əhaliyə xidmət qarajında) sürücü vəzifəsində işləmişdir. O, 2011-ci ildən 2019-cu ilə kimi şəxsi avtomobili ilə Mingəçevir marşrutu ilə Bakı avtovağzalında sürücü kimi işləmiş və həmin avtovağzalda işlədiyi dövr ərzində sosial sığorta və vergilər ödəmişdir. Bundan sonra 2021-ci ildə X10 Anonim şirkətinə işə qəbul olunmuş və 4 ay həmin müəssisədə işləmişdir. Bundan əlavə 1994-cü ildən əhaliyə xidmət qarajında avtobaza tərəfindən ona satılmış Raf markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əhaliyə xidmət qarajında plan verməklə müntəzəm olaraq 2005-ci ilə kimi işləmişdir. 2005- ci ildən 2011-ci ilədək sürücü kimi Bakı-Mingəçevir marşurutunda işləmişdir. 2011-ci ildən 2019-cu ilə kimi vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN olmasına baxmayaraq hər hansı səbəbdən adına sosial sığorta stajı ödənilməmişdir. Bundan əlavə dispeçer Pərviz adlı şəxs həmin vaxtlar iddiaçıdan 58 manat almaqla həmin pulların vergi və sosial sığorta olmasını bildirmişdir. Lakin hazırda hesablara baxdıqda bu ödənişlərin ödənilməməsi bildirilir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-85888/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının ümumi sığorta stajı 11 ay 18 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 7 ay 18 gün sığorta stajına uyğun olaraq 586,54 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 357,58 manat olmaqla, ümumilikdə 944,12 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, qanunla nəzərdə tutulan (25 il) sığorta stajı olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və hazırda adına aktiv əmək müqaviləsi (Əhmədbəyli-Füzuli-Şuşa km 61-101.5/Çanaqçı-Cıdırdüzü-Şuşa km 0-14 yeni avtomobil yolunun tikintisi layihəsi) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Bildirilir ki, iddiaçının ümumi iş stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, təhsil haqqında diplom və hərbi bileti) və ya notariat qaydada təsdiq olunmuş surətlərini Fondun 3 saylı Mərkəzi Aran regional filialına təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə əmək pensiyası hüququna müvafiq qaydada yenidən baxılacaqdır.
4. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3- 17-1/2-177040/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı mübahisələndirilməyən iş stajı təqdim etdiyi hərbi biletin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 2 il 4 ay 9 gün təşkil edir. Bildirilir ki, İddiaçı iddia ərizəsində iddia etdiyi xx.xx.1992-ci il tarixdən 1994-cü il tarixə kimi Mingəçevir Avtobazasında İİ dərəcəli sürücü vəzifəsində, 1994-cü il tarixdən 2005-ci il tarixədək Əhaliyə Xidmət Qarajında (X5 müəssisəsində) sürücü kimi, 2005-ci il tarixdən 2011-ci il tarixədək Bakı avtovağzalında sürücü kimi, 2011-ci il tarixdən 2019-cu il tarixədək Bakı Avtovağzalında sürücü kimi işlədiyi dövrlər bərəsində arayış və ya əmək kitabçası təqdim etməmişdir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2023- cü il tarixdə çatmışdır. Cavabdeh etirazını qanunvericilik normaları ilə əsaslandırmaqla qeyd etmişdir ki, iddiaçı iddia etdiyi dövrlər barəsində cavabdeh inzibati orqana hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Etiraz məktubunda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
5. Birinci instansiya məhkəməsinin hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “1982- ci ilin fevral ayının 9-dan 1994-cü ilə kimi Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü vəzifəsində, 1994-cü ildən 2005-ci ilə kimi X5 müəssisəsində sürücü kimi, 2005-ci ildən 2011-ci ilə kimi Bakı avtovağzalında sürücü kimi, 2011-ci ildən 2019-cu ilə kimi öz avtomobili ilə Bakı avtovağzalında sürücü kimi işlədiyi iş illərinin sosial sığorta stajına əlavə edilərək, ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 08 yanvar 2024-cü il tarixli, 2-1(116)-309/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(116)-309/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(116)-309/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(116)- 309/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda, yəni xx.xx.2023-ci il tarixdə yaranmışdır. - ******* nömrəli “Hərbi bilet”in notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. - “Fiziki şəxslərin sahibkarlıq uçotu haqqında” ********** nömrəli şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. - “Fiziki şəxslərin sahibkarlıq uçotu haqqında” ********** nömrəli şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır: xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilədək Mingəçevir Avtobazasında 2-ci dərəcəli sürücü (LAZ-695 markalı 09-87 dövlət nömrə nişanlı avtobusa 2-ci dərəcəli sürücü kimi işə qəbul edilmişdir, xx.xx.1987-ci il tarixdə təzə RAF-2203 markalı 39-87 dövlət nömrə nişanlı mikroavtobusa sürücü keçirilmişdir); xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilədək X5 müəssisəsində sürücü. - NT-İ ******* nömrəli əmək kitabçası "xxxx" MMC tərəfindən tərtib edilmişdir. - ******* nömrəli “Əmək kitabçası”nın notariat qaydada təsdiq olunmuş surətinə əsasən (“X10 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən tərtib edilmişdir) iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək X10 Sənaye və Ticarət Anonim Şirkətinin Azərbaycan nümayəndəliyində sürücü; xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək X10 Sənaye və Ticarət Anonim Şirkətinin Azərbaycan nümayəndəliyində sürücü.. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir Filialının məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 3-48-DA8F/2- 86(E)-33/2023 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Mingəçevir X3 arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı işləməsini təsdiq etmək mümkün olmadı. - Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 nömrəli xx.xx.2023-cü il tarixli Azərkəndtexnika Birliyinin əmrlər kitabından çıxarış xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.1978-ci il tarixli 190 nömrəli əmrin 1-ci paraqrafından (§-1) çıxarışda qeyd olunmuşdur ki, İddiaçı Qaz-51 markalı 08-04 nömrəli avtomaşına sürücü vəzifəsinə təyin olunsun 25 avqustdan. Sürücülük hüququ vəsiqəsi 3-cü dərəcəli xx.xx.1976-cı il, 012165 nömrəli. Tapşırılsın baş mühəndis İsayev yoldaşa avtomaşını aktla təhvil versin. Həmin əmrlər kitabından xx.xx.1979-cu il tarixli 69 nömrəli əmrin 2-ci paraqrafından (§-2) çıxarışda “İddiaçı - “şofer” öz ərizəsinə əsasən vəzifəsindən azad olunsun. 16 apreldən” qeydi aparılmışdır. Sözügedən əmrlərdən çıxarışdan göründüyü kimi, İddiaçı xx.xx.1978-ci il tarixdən Qaz-51 markalı 08-04 nömrəli avtomaşına 3-cü dərəcəli sürücü təyin olunmuş, xx.xx.1979cu il tarixli 69 nömrəli əmrlə 16 aprel 1979-cu ildən vəzifədən azad edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********593400 nömrəli məktubunda qeyd olunur ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2011-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Onun fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. - İş materiallarına əlavə edilmiş Sığortaolunanın hesabından çıxarışın surətindən görünür ki, iddiaçı “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində 2021-ci ilin iyul-avqust, oktyabr-noyabr, 2023-cü ilin aprel-may aylarında işləməklə əməkhaqqı almışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 12 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1982-ci ildə X7-695 markalı 09-87 d.n.n. avtobusa sürücü qəbul edilmiş (əmr nömrə 12 ş/h xx.xx.1982), xx.xx.1994-cü il tarixli 159 nömrəli əmrlə işdən azad olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 13 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X1 parkı Azərbaycan Respublikasında həyata keçirilən özəlləşmə prosesi nəticəsində xx.xx.1998-ci il tarixli 783 nömrəli sərəncamla “Mingəçevir-Sərnişin” ATSC-yə çevrilmişdir. Səhmdarların ümumi yığıncağının qərarı ilə “Mingəçevir-Sərnişin” ATSC "xxxx" MMC-yə çevrilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində xx.xx.2007-ci ildə qeydiyyatdan keçmişdir. - Mingəçevir X3 15 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1994-cü ildən 101 nömrəli əmrlə X5 müəssisəsində avtonəqliyyat sürücüsü vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixli 54 nömrəli əmrlə sürücü vəzifəsindən azad edilmişdir. (**-BA-*** qeydiyyat nömrə nişanlı avtomobil). - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********010200 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı (xxxxxxx) ünvanı “Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 31 m 8” olmaqla xx.xx.2011-ci il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin 44 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə verilmiş Azərkəndtexnika birliyi Mirbəşir rayon şöbəsinin əmrlər kitabından xx.xx.1978-ci il tarixli 190 nömrəli əmrin 1-ci paraqrafının (§-1) və xx.xx.1979-cu il tarixli 69 nömrəli əmrin 2-ci paraqrafının (§-2) çıxarışları, həmçinin çıxarışların verilməsinə əsas olmuş əmrlərin əks olunduğu səhiflələrin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. - Birinci instansiya məhkəməsinin iclasında notariat qaydada təsdiq olunmuş surəti iddiaçı tərəfindən təqdim olunmuş, 2 saylı Hərbiləşdirilmiş yanğından müdafiə dəstəsinin Mingəçevir şəhər X4 verdiyi xx.xx.1996-cı il tarixli 72 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1996-cı il tarixdə Avtokombinatın fəhlə yeməkxanasında baş vermiş yanğın nəticəsində güclü küləyin təsirindən yanğın yeməkxanadan ekspedisiya müəssisəsinin otaqlarına yayılmış və nəticədə otaqda olan əşyalar və damüstü örtük yanıb sıradan çıxmışdır. Bu isə Mingəçevir şəhər X3 mövcudluğu ilə bağlı cavabdehin şübhələrini əsassız edir. - Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iş materiallarına əlavə olunmuş “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1-M-183900/2023 nömrəli qərardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh imtinasında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.1994xx.xx.2005-ci illər X2 işləməsi faktının yoxlanılması zamanı aşkar olunmuşdur ki, verilən arayış vətəndaşın əmək kitabçası əsasında verilmişdir. Bu səbəbdən həmin illər sığorta stajına daxil edilmədi. Müavinət alır.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur
16. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan apellyasiya şikayətində iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “X5” müəssisəsində işlədiyi dövrü mübahisələndirmişdir.
24. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı təqdim etdiyi Tərtər Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti dövrü və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin '‘Pensiya" altsisteminə əsasən onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 6 ay (2021-cı ilin Vİİ-Vİİİ, XXİ ayları, 2023-cü ilin İV V ayları) daxil olmaqla ümumilikdə mübahisələndirilməyən sığorta stajı 13 il 10 ay 10 gün təşkii edir və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “X5” müəssisəsi fəaliyyət göstərmədiyi üçün sözügedən müəssisənin əmr kitabları və əməkhaqqı cədvəllərini əldə etmək mümkün olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, həmin müəssisə tərəfindən İddiaçı iş stajı barədə təqdim olunan xx.xx.2023-cü il tarixli arayış vətəndaşın əmək kitabçası əsasında verilmişdir. Bu səbəbdən qeyd olunan dövr İddiaçı sığorta stajına daxil edilməmişdir.
26. İddiaçı məhkəmə iclası zamanı təqdim etdiyi 2 saylı Hərbiləşdirilmiş yanğından müdafiə dəstəsinin Mingəçevir şəhər X3 verdiyi xx.xx.1996-cı it tarixli 72 nömrəli arayışda qeyd olunmuşdur ki, xx.xx.1996-cı il tarixdə Avtokombinatın fəhlə yeməkxanasında baş vermiş yanğın nəticəsində güclü küləyin təsirindən yanğın yeməkxanadan ekspedisiya müəssisəsinin otaqlarına yayılmış və nəticədə otaqda olan əşyalar və damüstü örtük yanıb sıradan çıxmışdır.
27. Birinci instansiya məhkəməsi qərarında cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini istisna edən hər hansı dəlilin təqdim edilmədiyi qeyd edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü ii tarixli qarşılıqlı yoxlama aktı və Mingəçevir şəhər X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış əmək kitabçasındakı sözügedən doviərə dair qeydlərin mötəbərliyini şübhə altına alır.
29. Belə ki, qarşılıqlı yoxlama aktından da göründüyü kimi sözügedən müəssisə fəaliyyət göstərmir. Buna görə də müəssisənin əmr kitablarını və əməkhaqqı cədvəllərini əldə etmək mümkün olmamışdır.
30. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçası xx.xx.2018 ci il tarixdə doldurulmuşdur.
31. Birinci instansiya məhkəməsi 2 saylı Hərbiləşdirilmiş yanğından miidafiə dəstəsinin xx.xx.1996-cı il tarixli 72 nömrəli arayışına əsasən müəssisənin mövcudluğu ilə bağlı şübhənin əsassız olduğunu qeyd etmişdir
32. Bununla bağılı kollegiya qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə İşlədiyini iddia etdiyi müəssisədə yanğın hadisəsi olması faktı xx.xx.1996-cı il tarixdə baş vermişdir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən həmin müəssisədə əmək fəaliyyəti dövrü 08.11,1994 - xx.xx.2005-ci illəri əhatə edir.
33. Göründüyü kimi İddiaçı iddiasına əsasən baş vermiş yanğından sonra sözügedən müəssisədə 9 il əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin sözügedən 9 illik dövrə aid heç bir təsdiqodici fakt (məzuniyyət əmri, işdən çıxma əmri və.s) aşkar edilməmişdir. Eyni zamanda müəssisənin 2023-cii il tarixdə arayış verməsinə baxmayaraq müəssisə fatiki olaraq fəaliyyət göstərmir və mövcud deyildir. Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktı mövcud faktı sübut edir.
34. Həmçinin cavabdeh tərəfindən kollegiyaya təqdim edilmiş Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatın təqdim edilməsi haqqında məktubdan müəyyən olunur ki, məlumat-uçot bazasına əsasən “X5” müəssisəsinin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir.
35. Cavabdeh tərəfindən kollegiyaya təqdim edilmiş Azərbaycan Respubliaksının İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin məlumatın təqdim edilməsi haqqında məktubunda qeyd edilmişdir ki, “X5” MMC barədə X8 Xidmətində hər hansı məlumat yoxdur.
36. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olmamışdır.
37. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2-1(116)-309/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.