Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-202/2023 03.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha torpağa və kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha torpağa hüququn qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-74/2022 nömrəli qərarından iş üzrəvə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhər sakini X10 2004-cü ildə ərizə ilə Talıstan Bələdiyyəsinə müraciət edərək, 2 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi rəy verərək, X6 bələdiyyənin şərti-yararsız torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmişdir.
3. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X6 Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır.
4. X10 tərəfindən Talıstan Bələdiyyəsinin bank hesabına xx.xx.2004-ci ildə ******* manat pul ödənilmişdir.
5. Talıstan Bələdiyyəsi ilə X10 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır.
6. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarına istinadən, həmin 2 ha torpaq sahəsi ilə bağlı X5 adına xx.xx.2005-ci il tarixli JN-700 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 2 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Talıstan Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.
8. X10 həmin 2 ha torpaq sahəsini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə Əliyev (hazırkı soyadı "Oğuz"dur) Yunus İsaxan oğluna satmış, müqavilə İsmayıllı Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmişdir.
9. Həmin müqaviləyə əsasən, X8 adına 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ilə bağlı xx.xx.2005-ci il tarixli JN701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında verilmiş 2 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********92 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır.
10. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, o, torpağı əldə edən zaman "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" barədə məlumatın elektron kadastr məlumat bazasına daxil edilməsi səlahiyyəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə məxsus olmuş və ona təqdim edilən hüquq müəyyənedici sənədlərin hamısı qanunvericiliyə uyğun şəkildə tərtib olunmuşdur.
12. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2021-ci il tarixli **********67 nömrəli etirazında imtinasının dəlillərinə istinad etmiş və bildirmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə, bir hissəsi kollu örüş ərazi ilə, bir hissəsi isə X22 torpaqları ilə üst-üstə düşür.
13. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 və X15, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 və X16, xx.xx.2022-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Talıstan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, eyni zamanda, sonuncu qərardadla X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
14. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxslər X15, X4, X16 və İsmayıllı Rayon Talıstan Bələdiyyəsidir.
15. Üçüncü şəxslər X4 və X16 birinci instansiya məhkəməsinə ərizələr göndərərək iddianın təmin olunmasına razı olmadıqlarını bildirmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 26 aprel 2022-ci il tarixli 2- 1(116)-74/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, X8 adına olan xx.xx.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə üst-üstə düşən 0,18 ha hissəsinə, JN-625B kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,06 ha hissəsinə, JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 0,10 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,02 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X7 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə, kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissədə təmin edilməməsi, prosessual xərclərin 73,83 manat hissəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçı ödənilməsi, prosessual xərclərin qalan 247,17 manat hissəsinin İddiaçı aid edilməsi qərara alınmışdır.
17. İddiaçı və üçüncü şəxs X4 həmin qərardan apellyasiya şikayətləri vermişlər.
18. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli 2- 1(107)-168/2022 nömrəli qərarı ilə İddiaçı və üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-74/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2-1(102)- 2086/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli 2-1(107)- 168/2022 nömrəli qərarı mübahisə olunan hissədə, yəni 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X7 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissəsində, kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissəsində ləğv olunmuş, iddia RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X2 və X7 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha torpağa hüququn qeydə alınması hissəsində mümkün sayılmamış, iş 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha torpağa və kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha torpağa hüququn qeydə alınması hissəsində təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
21. Şəki Apellyasiya Məhkəməsinin 3 may 2023-cü il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin X4 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, X4 və X11 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-74/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-74/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-74/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər X16, X15 məhkəmə iclasına gəlməmiş, İsmayıllı Rayon Talıstan Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
27. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
28. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini X6 Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. - torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Talıstan Bələdiyyəsi ilə X10 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2004cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2005-ci il tarixli JN-700 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X5 mülkiyyətinə 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X10 2 ha torpaq sahəsini X1. - xx.xx.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, İsmayıllı Rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-1-90 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi X8 mülkiyyətinə keçmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli **********92 nömrəli imtina məktubundan görünür ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli **********67 nömrəli etiraz məktubundan görünür ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə, bir hissəsi kollu örüş ərazi ilə, bir hissəsi isə X22 torpaqları ilə üstüstə düşür. - Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Talıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin 1,03 hektar hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə (yerquruluşu planı 2), 0,18 hektar hissəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə (yerquruluşu planı 3), 0,13 hektar hissəsi **********361 nömrəli çıxarışa əsasən mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə (yerquruluşu planı 4), 0,06 hektar hissəsi JN-625B kod 40724018 nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə (yerquruluşu planı 5), 0,10 hektar hissəsi JN-625C kod 40724018 nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə (yerquruluşu planı 6), 0,38 hektar hissəsi kənd daxili yol ilə (yerquruluşu planı 7), 0,05 hektar hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə (yerquruluşu planı 8), 0,05 hektar hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə (yerquruluşu planı 9), 0,02 hektar hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə (yerquruluşu planı 10) üst-üstə düşür. Sözügedən 2,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüşdə yerləşən 1,03 hektar ərazisinin 0,46 hektar hissəsi (yerquruluşu planı 11) digər vətəndaşın istifadəsindədir. Talıstan kəndi ərazisində torpaq islahatı aparılarkən o cümlədən Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X6 və X10 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi İddiaçı satılan zaman, mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 hektar hissəsi İİİ keyfiyyət qrupuna aiddir, bonitet balı 51 olmaqla kənd təsərrüfatına yararlıdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. [4] 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya): Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqısatqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları. bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.
3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə satıla bilər.
4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər.
5. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər.
6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.
7. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
8. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
32. . “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
33. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
35. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
36. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
37. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
38. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərarla Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli qərarı 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha torpağa və kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha torpağa hüququn qeydə alınması hissəsində təkrar baxılması üçün göndərildiyindən, məhkəmə kollegiyası tərəfindən işə həmin hissədə yenidən baxılacaqdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə iddiaçıya Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin, alqı-satqı qaydasında satılacaq torpaq sahəsinin qaiməsində də torpaq sahəsi kənd təsərrüfatı üçün şərti-yararsız göstərilmişdir. Cavabdeh orqan isə etirazında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasını, bir hissəsinin kollu örüş sahəsi, digər hissəsinin meşə fondu torpaq sahəsi, başqa bir hissəsinin kənd daxili yol olmasını bildirmişdir.
42. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdmanı və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişləri nəzərə alan kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasını əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir.
43. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılan zaman inzibati iş üzrə Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
44. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 avqust 2022-ci il tarixli qərarını 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha torpağa və kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha torpağa hüququn qeydə alınması hissəsində təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında göstərmişdir ki, iş materiallarında torpaq sahəsinin kənd təsərrüfatına yararlı olub-olmaması ilə bağlı biri digərini təkzib edən sübutlar mövcuddur. Apellyasiya instansiyası məhkəməsi ilk dəfə bələdiyyə tərəfindən torpaq sahəsi özgəninkiləşdirilən zaman ayrılmış torpaq sahəsinin xüsusi mülkiyyətə verilməli torpaq sahəsi olması ilə bağlı ətraflı araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, cavabdehin dəlilləri ilə bağlı ondan sübutlar tələb etməmiş, mübahisə predmeti olan torpaq sahəsi barədə sərəncam verilən vaxt kənd təsərrüfatına yararlı, kənd daxili yol, meşə fonduna aid olması ilə bağlı cavabdehin istinad etdiyi elektron baza məlumatlarına baxış keçirməmiş, həmin məlumatları təsdiq edən sənədləri (xəritə, sxem, plan-ölçü və s.) əldə etməmiş, cavabdehin dəlilləri ilə bağlı hər hansı araşdırma aparmamışdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Talıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin 1,03 hektar hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə (yerquruluşu planı), 0,38 hektar hissəsi kənd daxili yol ilə (yerquruluşu planı 7) üst-üstə düşür. Sözügedən 2,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüşdə yerləşən 1,03 hektar ərazisinin 0,46 hektar hissəsi (yerquruluşu planı 11) digər vətəndaşın istifadəsindədir. Talıstan kəndi ərazisində torpaq islahatı aparılarkən o cümlədən Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X6 və X10 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi İddiaçı satılan zaman, mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 hektar hissəsi İİİ keyfiyyət qrupuna aiddir, bonitet balı 51 olmaqla kənd təsərrüfatına yararlıdır.
46. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən verilmiş mütəxəssis rəyində mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin 1,03 hektar hissəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə, 0,38 hektar hissəsinin kənd daxili yol ilə üst-üstə düşməsi, Talıstan kəndi ərazisində torpaq islahatı aparılarkən o cümlədən Talıstan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X6 və X10 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsi İddiaçı satılan zaman, mübahisə predmeti olan 2,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 hektar hissəsinin İİİ keyfiyyət qrupuna aid olması, bonitet balının 51 olmaqla kənd təsərrüfatına yararlı olması formal olaraq qeyd edilsə də cavabdeh inzibati orqan tərəfindən mübahisəli olan torpaq sahəsinin iddiaçıya satılan zaman kənd təsərrüfatına yararlı olması barədə hər hansı bir əsaslı sənəd təqdim edilməmişdir.
47. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19 maddəsinə əsasən, iş materiallarında olan JN-701 kod 40724018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı mülkiyyət hüququnu təsdiq edən sənəd olduğundan və həmin dövlət aktı mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan iddiaçının 2 ha torpaq sahəsinə dair tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin bununla bağlı imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı 1.41 ha (1.03 ha+0.38 ha) torpağa dair hissədə İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə 2 ha torpaq sahəsinin 1.41 ha (1.03 ha+0.38 ha) hissəsinə İddiaçı torpağa mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti qismən təmin edilməldir.
50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2-1(116)-74/2022 nömrəli qərarı 1.41 ha (1.03 ha+0.38 ha) torpağa dair hissədə ləğv edilsin. İnzibati iş üzrə həmin hissədə yeni qərar çıxarılaraq 2 ha torpaq sahəsinin 1.41 ha (1.03 ha+0.38 ha) torpağa dair hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə 2 ha torpaq sahəsinin 1.41 ha (1.03 ha+0.38 ha) hissəsinə İddiaçı torpağa mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.