Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-203/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X20) “cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-cil il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-24/2021 saylı qərarından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X20) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş 08 sentyabr 2008ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayon AİK-nın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən 0.25 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmiş və buna dair DTXK-nın Oğuz rayon şöbəsi tərəfindən 21.10.2005-ci tarixli JN-265B KOD 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçılar 19.03.2014-cü il tarixdə vəfat etmiş mərhum X6 31.05.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən qanuni vərəsələri sayılmışlar. İddiaçılar bildirirlər ki, cavabdeh orqanın onların qanuni mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədləri üzərinə başqa ərazilərdə yerləşən torpaq sahələrinin plan və ölçü sənədlərinin vurulması qanunsuzdur, onların mülkiyyətinin əllərindən alınması cəhddir. Buna görə də üçüncü şəxsin adına tərtib edilmiş həmin plan və ölçü sənədləri ləğv edilməlidir. İddiaçılar üçüncü şəxsin adına çıxarışlara uyğun tərtib edilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onların müraciəti cavabdeh orqan tərəfindən təmin edilməmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçıların tələbinin təmin edilməsi cavabdeh inzibati orqanın səlahiyyətləri daxilində deyildir. Beləki, iddiaçıların ləğvini tələb etdiyi hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və plan ölçü sənədləri məhkəmə qərarları əsasında qeydə alınmışdır və bu məhkəmə qərarları hal-hazırda qüvvədədir. Qeyd olunanlara əsasən iddiaçıların müraciətinin təmin edilməsi mümkün olmamışdır. İş üzrə üçüncü şəxs X20 tərəfindən məhkəməyə ünvanlanan və dəftərxana tərəfindən 11.09.2019-cu il tarixdə qəbul edilən iddia tələbinə etiraz məktubunda üçüncü şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını əsas gətirərək bildirmişdir ki, iddiaçılarla aralarında uzun illər davam edən məhkəmə mübahisələri artıq yekunlaşmaq üzrədir. Lakin iddiaçılar bununla barışmaq istəmir və əsassız iddialarla mübahisənin uzadılmasına çalışırlar. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar və onların vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs və onun vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-24/2021 nömrəli qərarı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X20) “cavabdeh tərəfindən üçüncü şəxs X10 adına verilmiş 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin (03.09.2008-ci il tarixli reyestr nömrəsi **********20- 06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, 24.10.2015-ci il tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçılara aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 113 manat 38 qəpik iddiaçılar İddiaçı1, İddiaçı2 və İbrahimxəlilov Pərvin Sabir oğlundan tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X35 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki mübahisələndirilən 0,25 ha torpaq sahəsi qanuni qüvvədə olan məhkəmə qətnamələrinə əsasən, Oğuz-Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 8 5 metr, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şosse yolundan alma bağına doğru 31 metr olan ərazidə yerləşməklə, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.08.1998-ci il tarixli, 88 nömrəli qərarına əsasən, bizə miras qoyan mərhum X7 mülkiyyətinə verilmiş, hüquqları dövlət qeydiyyatına alınaraq torpağın mülkiyyətə verilməsinə dair 21.10.2005-ci il tarixli, JN seriyalı 265 B nömrəli (kod ********) şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bizə miras qoyan X14 - 19.03.2014-cü il tarixdə vəfat etmiş, 31.04.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən biz mərhumdan miras qalmış həmin əmlakın qanun üzrə vərəsəsi sayılmışıq. Qeyd olunan şəhadətnamə ilə koordinatları yerində göstərilməklə 0,25 ha torpaq sahəsi mərhum X7 mülkiyyətinə verilmiş və biz onun vərəsələri kimi miras əmlakını Dövlət Notariat Kontorunda qəbul edərək miras əmlakının mülkiyyətçisi olmuşuq.Bundan əlavə iş üzrə üçüncü şəxs olan X21 ilə artıq 10 ilə yaxın davam edən torpaq mübahisəsinin nəticəsi kimi, çox saylı qanuni qüvvəsini - almış məhkəmə qətnamələri ilə bir daha sübut olunur ki, yuxarıda göstərilən kordinatlar daxilində yerləşən torpaq sahəsi mərhum X7 mülkiyyətində olmuş, indi isə vərəsəlik şəhadətnaməsinə əsasən onların mülkiyyətindədir. İş materiallarında olan qanuni qüvvəsini almış Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyasının 05 oktyabr 2010-ci il tarixli qətnaməsi ilə təsdiq olunur ki, mübahisələndirilən torpaq sahəsi Oğuz rayon AİK-nin 1998-ci il 05 avqust tarixli 68 saylı qərarı ilə X6 mülkiyətinə verilmiş 0,25 ha. pay torpaq sahm olmaqla onun üçün tərtib edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-265B KCİ 40504018 nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamədə göstərilən torpaq sahəsin - koordinatlarına əsasən Oğuz-Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 metr, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şosse yolundan alma bağına doğru 31 metr olan ərazidə yerləşmişdir. Həmin qətnamənin 4-ci səhifəsində göstərilir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2009-cı il tarixli, 8055 saylı rəyində görünür ki, A.Haşımovun və İddiaçı2 mülkiyyətlərində olan torpaq sahələrinin ətraf qonşuluqda yerləşən torpaq sahələrinin sərhədləri ilə üst-üstə düşməsi faktı müəyyən edilmir. Həmin Qətnamədə göstərilir ki, Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsinin 04 oktyabr 2010-cu il tarixli 270 saylı məktubundan görünür ki, Oğuz rayon Kərimli kənd sakini X15 və X21 arasında məhkəmə mübahisən olan torpaq sahəsinə yenidən baxış keçirilərək, əvvəlki arxiv sənədlərinə istinad edilərək ölçmə işləri aparılmışdır. Ölçmə işləri əvvəllər mövcud olan hal-hazırda qazılaraq yer. müəyyənləşdirilmiş su arxından başlayır. Həmin su arxı Araz Haşımovla, Sabir İbrahimxəlilovun mülkiyyətinə verilmiş torpaq sahələrini ayırır. “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN- 265B KOD 40504018 nömrəli X8 verilmiş mülkiyyət Şəhadətnaməsinin cizgilərinə uyğun olaraq birinci nöqtəni su arxının kənarından götürərək Oğuz-İsmayıllı şosse yolu boyunca 86 metr ölçərək ikinci nöqtənin yeri müəyyən edilmişdir. İkinci nöqtədən 32 metr ölçərək üçüncü nöqtə müəyyən edilmişdir.Sonra birinci nöqtədən istifadəyə uyğun 32 metr məsafədə dördüncü nöqtə müəyyənləşdirilmişdir. Ölçmə çizgidə olan formada yerə köçürülmüş və köçürülmə zamanı Araz Haşımovun mülkiyyətində olan torpaq sahəsinin Sabir İbrahimxəlilov tərəfindən zəbt edilməsi müəyyənləşdirilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin sürətindən görünür ki, mübahisələndirilən torpaq sahəsi Oğuz rayon AİK-nın 1998-ci il 05 avqust tarixli 88 saylı qərarı ilə X6 mülkiyətinə verilmiş 0,25 ha. pay torpaq sahəsi olmaqla onun üçün tərtib edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-265B KOD 40504018 nömrəli 21 oktyabr 2005-ci il tarixli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatlarına əsasən Oğuz-Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 metrdən sonra başlayaraq Oğuz- Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 metr, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 metr, ticarət obyektindən ayıran su arxı boyu 32 metr, şosse yolundan alma bağına doğru 31 metr olan ərazidə yerləşmişdir Həmin torpaq sahəsi Oğuz rayonu Kərimli kəndində yerləşən YN-265B KOD 40504018 nömrəli şəhadətnamə əsasında bizə məxsus olan əmlak obyekti ilə bağlı məlumatlar rəsmi olaran elektron kadastr məlumatlar bazasına daxil edilmişdir. İddiaçı2 mülkiyyətlərində olan torpaq sahəsi A.Haşımovun və digər ətraf qonşuluqda yerləşən torpaq sahələrinin sərhədləri ila üst-üstə düşmür. Yuxarıda qeyd olunanlara əsasən, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-24/2021 saylı, 15.02.2021-ci il tarixli qərarını ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-24/2021 saylı, 15.02.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X20 qanunamüvafiq qərarın qəbul edilməsini və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-24/2021 saylı, 15.02.2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Digər iddiaçılar və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 31.05.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də mərhum X31 həyat yoldaşı İddiaçı1 mərhumun vərəsəsi olaraq qeyd edilmişdir. JN-265B KOD 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın 05.08.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarına əsasən 30.03.2016-cı il tarixli 040463 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Qeyd olunan çıxarış və Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarına əsasən 30.03.2016-cı il tarixli 040462 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. 07 dekabr 2005-ci il tarixli Aktın surətindən müəyyən edilir ki, ünvan 2akini X8 JN 265B saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş olan 0.25 ha torpaq sahəsinin sərhədləri naturada ölçülərək İddiaçı2 tanıdılmışdır. Torpaq sahəsinin eni şimaldan cənuba doğru 31 metr, şərqdən qərbə uzunluğu 86 metr olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon İcra Hakimiyyətinə ünvanladığı 31.05.2005-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 2akini, şəhid anası İddiaçı1 respublikanın direktiv orqanlarına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ərizə ilə müraciət edərək uzun illərdən bəri həyətyanı məqsədi ilə istifadə etdiyi torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verildiyini bildirmişdir. Odur ki, şəhid anası İddiaçı1 çoxsaylı müraciətlərini nəzərə alaraq yerli AİK tərəfindən səhvən bölgüyə salınmış torpaq sahəsinin geri qaytarılması məqsədi ilə aidiyyəti sənədlərin qanunamüvafiq qaydada hazırlanaraq Komitəyə təqdim edilməsi tövsiyyə edilmişdir. Oğuz Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı 27.06.2005-ci il tarixli məktubdan müəyyən edilir ki, Oğuz rayon Kərimli kəndində torpaq islahatı aparılan zaman yerli AİKnın texniki səhvindən Kərimli kənd sakini X6 istifadəsində olan (zəbt) torpaq sahəsinin sərhədləri düzgün göstərilməmişdir. İH başçısının yanında Şura üzvləri İddiaçı2 istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətində olduğu kimi onun istifadəsinə verilməsi üçün A.Haşımovun mülkiyyətində olan torpaq sahəsinin yerinin dəyişdirilərək 0.11 ha miqdarında başqa sahədən verilməsini məqsədəuyğun hesab etmişdir. Məktubda qəbul edilmiş qərara əsasən dəyişdirilərək hazırlanmış yer quruluşu planına uyğun Kərimli kənd sakini X6 torpaq sahəsinə torpağın mülkiyyət hüququna dair şəhadətnamə hazırlanmasına sərəncam verilməsi xahiş olunur. Oğuz Rayon Dövlət Arxivinin 01.09.2020-ci il tarixli 02 nömrəli məktubuna əlavə edilmiş “Qələbə” kolxozunun 27 yanvar 1994-cü il tarixli 03 saylı iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı1 və siyahıda adları qeyd edilən digər vətəndaşlara bağ salmaq üçün əkinə yararsız sahədən 0.25 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdeh orqanın iş materiallarında olan 09.09.2020 09.09.2020-ci il tarixli **********30 nömrəli məktubuna sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Onlardan MA seriyalı ******* nömrəli, 14.05.2011-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, Oğuz rayonu, Kərimli kəndində yerləşən 0.119887 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15, İddiaçı1, X5 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. JN-265B kod 40504018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən müəyyən edilir ki, Oğuz rayonu, AİK-nın 05.08.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilən 25 May 2011-ci il tarixli Alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı2, X4 verdikləri etibarnamələrə əsasən hərəkət edən “Satıcı” İddiaçı1 və İddiaçı3 cavabdehin verdiyi 14.05.2011-ci il tarixli ********** qeydiyyat, seriya MA ******* nömrəli çıxarışa əsasən Oğuz rayonu, Kərimli kəndi ərazisində yerləşən 0.119887 ha torpaq sahəsini “Alıcı” X3. Məktuba əlavə edilmiş A seriyalı 082093 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1198.87 kv.m həyətyanı torpaq sahəsi İddiaçı3 mülkiyyətinə verilmiş və X44 kitabında 28.09.2008-ci il tarixdə 824 nömrəli ilə uçota alınmışdır. Məktuba əlavə edilmiş JN-508 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən edilir ki, Oğuz rayon AİK-nın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 və onun ailə üzvlərinin (R.İbrahimxəlilova, İddiaçı1, İddiaçı3) mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilmiş JN-509 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən edilir ki, Oğuz rayon AİK-nın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Məktuba əlavə edilmiş A seriyalı 444855 nömrəli Torpaq sahəsinin planı və ölçüsü”sənədindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı2 mülkiyyətinə verilmiş və X44 kitabında 02.07.2013-cü il tarixdə 3726 nömrəli ilə uçota alınmışdır. Məktuba əlavə edilmiş JN-426 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən edilir ki, Oğuz rayon AİK-nın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X41 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 7419 nömrə ilə qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş 27.05.2015-ci il tarixli ******* nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən “Satıcı” X41 və onun ailə üzvləri ümumi sahəsi 0.0653 ha torpaq sahəsini “Alıcı” X1. JN-0908 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayonu, Dövlət Notariat Kontorunun 01.06.2003-cü il tarixli 4-ə-İ/56-57 saylı alqı-satqı müqavilələri ilə satılmış 0.11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmiş və dövlət aktı qeydiyyatı kitabında 28.06.2003-cü il tarixdə 03 nömrə ilə qeydiyyata alınmışdır. 03.09.2008-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” və MH seriyalı ******* nömrəli, 08.09.2008-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Oğuz rayonu, Kərimli kəndində mülkiyyətində olan 0.05586 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X10 mülkiyyətinə verilmişdir. JN-0913 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayonu, Kərimli bələdiyyəsinin 04 noyabr 2004-cü il tarixli 25 nömrəli qərarı ilə 560 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X10 mülkiyyətinə verilmiş və sənəd dövlət aktı qeydiyyatı kitabında 25.03.2005-ci il tarixdə 21 nömrə ilə qeydiyyata alınmışdır. JN-424 kod 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayon, AİK-nın 05.08.1998-ci il tarixli 68 saylı qərarı ilə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan 19.10.2015-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, müqavilə üzrə satıcılar X22, X26, X23 və X18 ümumi sahəsi 0.0653 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini alıcı X2. Bununla bağlı RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmiş və 0.0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Qeyd olunan müqavilə və çıxarışa əsasən 24.10.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 32419 nömrəli 12 mart 2018-ci il tarixli, 2-1(84)- 1685/2017 nömrəli iş üzrə aparılan məhkəmə mühəndis-texniki ekspertizasının surətində nəticə hissəsində qeyd edilir ki, JN seriyalı 265 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X6 mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından torpaq sahəsinin sənəd üzrə konkret hansı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (əkin) torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı əkin torpağıdır. İddiaçıların iddia etdiyi torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 nömrəli çıxarışlara əsasən X10 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və X10 mülkiyyətində olan torpaq sahələri İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.11.2020-ci il tarixli **********24 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində nəticə hissəsində qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında olmadığı üçün qoyulan sualın cavablandırılması mümkün olmamışdır. X16 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********120-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 24.10.2015-ci il tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verilən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlar üst-üstə düşür. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən X16 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 24.10.2015-ci il tarixli tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri çıxarışlarla üst-üstə düşür. Oğuz rayon, Kərimli kənd İƏV üzrə pay alacaq hüququ olan vətəndaşların Siyahısının təsdiq edilmiş surətində X15 və onun ailə üzvlərinin mülkiyyətinə “qaytanlanmış kitabda həyətyanı sahə” qrafasında 0.12 ha, “faktiki torpaq sahəsi” qrafasında 0.74 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. Oğuz rayonu, Kərimli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətində X15 və onun ailə üzvlərinin adı yazılaraq “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0.12 ha qeyd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-04/2010 nömrəli 05 oktyabr 2010-cu il tarixli qərardadından müəyyən edilir ki, Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi ilə X9 nümayəndəsi İddiaçı1 həmin iş üzrə cavabdeh X16 qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması və 4000 manat pul məbləğinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X10 cavabdehlər Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsi, (hazırkı iş üzrə iddiaçılar) X15, İddiaçı1 və İddiaçı3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiası isə təmin edilərək X6 adına verilmiş 21 oktyabr 2005-ci tarixli JN-265B kod 40504018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” etibarsız hesab edilmiş, İddiaçı1, S.Ə.İbrahimxəlilov və İddiaçı3 Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən və X12 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarına dair qarşılıqlı iddia tələbi təmin edilmişdir. Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsindən həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-04/2010 nömrəli 05 oktyabr 2010-cu il tarixli qərardadı ilə iddiaçı X9 nümayəndəsi İddiaçı1 həmin iş üzrə cavabdeh X16 qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması və 4000 manat pul məbləğinə dair iddia ərizəsi baılmamış saxlanılmış, (əsas: qanunda birbaşa göstəriş olmasına baxmayaraq nümayəndə İddiaçı1 buna səlahiyyəti olmadığı halda S.A.İbrahimxəlilovun mənafeyinə məhkəmədə qaldırdığı iddia ərizəsini imzalamışdır) iddiaçı və onun nümayəndəsinə izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olmuş şərait aradan qaldırıldıqdan sonra onlar ümumi qaydada ərizə ilə birinci instansiya məhkəməsində yenidən iddia qaldıra bilərlər. Həmçinin iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-04/2010 nömrəli 05 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, X10 cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi, X19, İddiaçı1 və İddiaçı3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılmasına dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı X20 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)569/11 nömrəli 18 fevral 2011- ci il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-04/2010 nömrəli 05 oktyabr 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 213/2012 nömrəli 30 iyul 2012-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli 2(075)-1143/2011 nömrəli işi üzrə iddiaçı X15 cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə müdaxilələrə qadağa qoyulması, torpaq sahəsinin boşaldılması, aparılmış tikilinin sökülməsi və dəymiş 11000 manat maddi ziyanın, 100000 manat mənəvi ziyanın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi qismən təmin edilmiş, iddiaçı X6 mülkiyyətində olan torpaq sahəsinə cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X20 tərəfindən edilən müdaxilələrə son qoyulması və torpaq sahəsinin boşaldılması qət edilmiş, iddiaçı X6 cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X16 qarşı iddia tələbinin aparılmış tikilinin sökülməsi və dəymiş 11000 manat maddi ziyanın və 100000 manat mənəvi ziyanın alınıb ona verilməsi tələbinə dair hissəsi təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-213/2012 nömrəli 30 iyul 2012-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli 2(075)- 1143/2011 nömrəli qətnaməsi qismən ləvğ edilmiş, iddia tələbinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikilinin sökülməsi hissəsində təmin edilmiş, cavabdeh X20 tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin qabaq tərəfindən 1 metr, arxa tərəfindən 4 metr, eni 14 metr olmaqla 35 kv.m iddiaçının mülkiyyətində olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən həmin iş üzrə iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)-4246 nömrəli 19 dekabr 2012ci il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)- 213/2012 nömrəli 30 iyul 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-500/2015 nömrəli 09 iyun 2015-ci il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X22 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.11.1999-cu il tarixli, JN- 424 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-500/2015 nömrəli 09 iyun 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə 23.11.1999-cu il tarixli, JN-424 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında Oğuz rayonu Kərimli kəndində yerləşən 2.16 ha torpaq sahəsinin adına rəsmiləşən 2.0956 ha hissəsindən əlavə, yerdə qalan 0.0653 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X20 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Kərimli kəndində yerləşən 20.01.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.111 ha və 12 iyun 2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0653 ha torpaq sahələrinə X10 adına torpaq sahəsinin planı və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinn 2-1(84)-29/2016 nömrəli 12 yanvar 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayonu, Kərimli kəndində yerləşən 20.01.2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.111 ha və 12 iyun 2015-ci il tarixli ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0653 ha torpaq sahələrinə X10 adına torpaq sahəsinin planı və ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-103/2016 nömrəli 21 yanvar 2016-cı il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********20-06301 reyestr nömrəli plan və ölçü sənədinin X16 aid hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçıya yardım məktubu göndərilərək nöqsanların aradan qaldırılması təklif edilsə də iddiaçı buna əməl etmədiyi üçün onun tələbi mümkün sayılmamışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-23/2016 nömrəli 03 fevral 2016-cı il tarixli qərarından müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İddiaçı1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Kərimli kəndində yerləşən 654.01 kv.m torpaq sahəsinə adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-23/2016 nömrəli 03 fevral 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Oğuz rayonu Kərimli kəndində yerləşən JN-0425 kod 40504018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş 654.01 kv.m torpaq sahəsinin iddiaçı X13 və dövlət aktında adları qeyd olunan ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1910/16 nömrəli 27 dekabr 2016-cı il tarixli qərarından müəyyən edilir ki, İddiaçı1 24 fevral 2016-cı il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X20, “xxxx” QSC) Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən X10 adına verilmiş 2008-ci il 8 sentyabr tarixli, MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 2008-ci il 3 sentyabr tarixli, **********20-06301 nömrəli daşınmaz əmlakın texniki pasportunun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-319/2016 nömrəli 12 may 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, X10 adına verilmiş 2008-ci il 8 sentyabr tarixli, MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 2008-ci il 3 sentyabr tarixli **********20-06301 nömrəli daşınmaz əmlakın texniki pasportunun qismən, yəni X20 tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin qabaq tərəfindən 1 metr, arxa tərəfindən 4 metr, eni 14 metr olmaqla 35 kv.m hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, cavabdehdən 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin iş üzrə üçüncü şəxs tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2016-cı il tarixli 2-1(107)- 221/2016 nömrəli qərarı ilə X43 Məhkəməsinin 2-1(84)-319/2016 nömrəli 12 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 iyul 2016-cı il tarixli 2-1(107)-221/2016 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(102)-1910/16 nömrəli 27 dekabr 2016-cı il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2016-cı il tarixli 2-1(107)- 221/2016 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Şikayət qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-935/2016 nömrəli 22 noyabr 2016-cı il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X20 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindən çıxarılma, torpaq sahələrinin kənarına basdırılmış dəmir dirəklərin və tikanlı məftillərin sökülməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-935/2016 nömrəli 22 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədi üzrə 0.05586 hektar, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0.111 hektar, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədi üzrə 0.0653 hektar, 24 oktyabr 2015-cil il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0.0653 hektar torpaq sahələrindən çıxarılması, Oğuz rayon Kərimli kəndində yerləşən iddiaçı X10 mülkiyyətində olan torpaq sahələrinin kənarlarına basdırılmış dəmir dirəklərin, tikanlı məftillərin sökülməsi, Oğuz rayon, Kərimli kəndində yerləşən iddiaçı X10 mülkiyyətində olan torpaq sahələrindən iddiaçı X10 istifadəsinə maneə törədilməsinin cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(107)- 97/2018 nömrəli 26 iyul 2018-ci il tarixli qərardadından müəyyən edilir ki, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 8(054)-80/2018 nömrəli qərardadından borclu X24 və Oğuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən şikayətlərə açıq məhkəmə iclasında baxaılmış, borclu X24 və Oğuz Rayon İcra və Probasiya Şöbəsinin şikayətləri təmin edilmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 8(054)-80/2018 nömrəli qərardadı tam, həmin məhkəmənin 06 iyul 2018-ci il tarixli və 11 iyul 2018-ci il tarixli qərardadları qismən, şikayətin təmin edilməyən hissəsində ləğv edilməsi, İddiaçı1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 2(054)-222/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər (hazırkı iş üzrə üçüncü şəxs) X20 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 sentyabr 2008-ci il tarixli ******* nömrəli, 27 yanvar 2015-ci il tarixli ******* nömrəli, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli, 24 oktyabr 2015-cil il tarixli ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-222/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan iş üzrə iddiaçılar tərəfindən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1049/2019 nömrəli 06.03.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)- 222/2018 nömrəli 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar və onların vəkili tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4730/2019 nömrəli 24.06.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1049/2019 nömrəli 06.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların hazırki iddia üzrə əsas dəlili ondan ibarətdir ki, 3-cü şəxsin mülkiyyətində olan torpaq sahələrinə plan-ölçü sənədləri hazırlanarkən cavabdeh inzibati orqan tərəfindən səhvə yol verilmiş, plan-ölçü sənədləri ilkin sənədlərə uyğun tərtib olunmamışdır. Qeyd olunan halın araşdırlması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verilmiş və JN-265B KOD 40504018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməsi, X16 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu”, 24.10.2015-ci il tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlarının üst-üstə düşməsi və iddiaçıların sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən plan-ölçü sənədlərində qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi, əgər düşürsə hansı hissədə üst-üstə düşməsi barədə rəy verilməsi tələb olunmuşdur. Məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında olmadığı üçün qoyulan sualın cavablandırılması mümkün olmamışdır. X16 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********120-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 24.10.2015-ci il tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verilən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlar üst-üstə düşür. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən X16 məxsus 03.09.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” 24.10.2015-ci il tarixli tarixli reyestr nömrəsi **********42, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********89, 30.03.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri çıxarışlarla üst-üstə düşür. X44ı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X44ının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Yuxarıda qeyd olunan normaya əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyində verilmiş məlumat məhkəmənin qərar qəbul etməsi üçün əsas olduğundan və iddiaçıların plan-ölçü sənədlərinin düzgün tərtib edilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün cavabdehin həmin sənədlərin hazırlanması zamanı heç bir qanunsuzluğa və ya səhvə yol verməmişdir.Həmçinin , işin faktiki hallarından iddiaçıların özlərinə məxsus olduğunu iddia etdikləri 0,25 hektar torpaq sahəsinə dair tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Mərkəzin elektron bazasında öz əksini tapmamışdır və həmin Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları islahat zamanı ayrı-ayrı şəxslərə verilmiş pay torpaq sahələrinə işlənib hazırlanmış Çıxarış sənədlərində göstərilən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Sabir İbrahimxəlilovun adına tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməyə dair elektron baza məlumatları müəyyən olunmadığından hazırki vəziyyətdə həmin sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyildir. Eyni zamanda, 3-cü şəxsin adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədləri, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-24/2021 saylı, 15.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-24/2021 saylı, 15.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-203/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-203/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver