Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-204/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbəblə rayon şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbəblə rayon şöbəsinə qarşı “xx.xx.1972-ci il və xx.xx.1973-cü illərdə X6 təhsil aldığı və 1974-cü ilin yanvar, fevral, mart aylarında X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-342/2020nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbəblə rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Qəbələ rayonunda doğulmuşdur. Orta məktəbdən sonra xx.xx.1972-xx.xx.1973-cü illərdə X6 peşə təhsili almış, təhsilini başa vurub texniki peşə məktəbini bitirdikdən sonra xx.xx.1973-xx.xx.1973-cü illərdə 10 nömrəli X1, 1973-cü ilin noyabr və dekabr aylarında, 1974cü ilin yanvar, fevral və mart aylarında X2 işləmişdir. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı hərbi xidmətdən sonra 1977-ci ildən kolxozda işə başlamış və 1999-cu ilədək müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun əmək fəaliyyətinin bir hissəsi əmək kitabçasına qeyd edilsə də, 1973-cü ilin noyabr və dekabr aylarında, 1974cü ilin yanvar, fevral və mart aylarında X2 işlədiyi illər və Kino qurğuları birliyində işlədiyi müddət əmək kitabçasına yazılmamışdır. Kino qurğuları birliyində işə girmə əmri tapılmadığından həmin müddətin əvəzinə ona 2019-cu ilin iyun, iyul, avqust və sentyabr aylarında DSMF-nin Qəbələ rayon şöbəsinin hesabına sosial sığorta haqqı ödənilmişdir, ümumilikdə 25 ildən çox iş stajı var. Hazırda yaşa görə pensiyaya çıxmaq üçün bütün sənədlərini cavabdeh orqana təqdim etmişdir və pensiyaya çıxmaq barədə müraciətinə cavab olaraq bildirmişlər ki, 1972-1973-cü illərdə təhsil aldığı müddətin qanunda nəzərdə tutulmadığı üçün və 19731974-cü illrədə X2 işlədiyi müddətlə bağlı əmək kitabçasında müvafiq qeyd aparılmadığı üçün sığorta stajı kimi hesablaya bilmirlər. Bunu əsassız hesab edir, çünki arxiv tərəfindən verilən arayışlar əmək stajı kimi hesablanmalıdır, bundan başqa o Sovet ittifaqı zamanında X6 oxumuşdur, zamanında pensiya qanunvericiliyində təhsil illəri staja daxil edilirdi. Ona görə də X8 orqanın imtinasını əsassız hesab edir və məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.1972-ci il və xx.xx.1973-cü illərdə X6 təhsil aldığı və 1974-cü ilin yanvar, fevral, mart aylarında X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinasın dəlilləri: Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi bildirmişdir ki, yaşa görə pensiya təyin olması tələbi ilə şöbəyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli ərizəyə əsasən pensiya hüququna X8 komissiyada baxılmışdır. Təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində əmək kitabçası, peşə təhsili barədə attestat, hərbi xidmətdə olması barədə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 82 saylı Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 192 saylı arayışlar təqdim etmişdir. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il 92 saylı arayışda, 1977-1985-ci illərdə “M.Ə.Sabir” adına kolxozda iş dövründən 1973-1974-cü illərdə X2 işləyərək əmək haqqı aldığı və Kino qurğuları birliyində xx xxxx 1977-ci ildə işdən azad olunmağı qeyd olunmuş, işə qəbul olunmağı barədə qeyd aparılmamışdır. Eyni zamanda, arayışda qeyd olunan 1973-1974-cü iliərdə X2 və Kino qurğuları işləməyi barədə əmək kitabçasında qeyd olunmamışdır, habələ rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd olunmuş 1973-1974 cü X2 və kino qurğuları idarəsində işlədiyi dövr, «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.1.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı, həmçinin, kino qurğuları birliyində işə qəbul olunmağı barədə əmr müəyyən edilmədiyi üçün, 1972-1973-cü illərdə təhsil müddəti isə, "Əmək haqqında" Azərbaycan Respublikası Qanununda təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmadığından ümumi iş stajına daxil edilməmişdir. Digər sənədlər əsasında 23 il 6 ay iş stajı və 16979.22 manat pensiya kapitalın olması müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq hüququ verən azı 25 il iş stajı və ya 23040.00 manat pensiya kapitalı tamamlanmadığı uçün, xx.xx.2019-cu il tarixli ərizəsi təmin olunmamışdır. Cavabdehin iddiaya münasibəti: Rayonun Cığatelli kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən sənədləri araşdırılaraq, əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 23 il 6 ay sığorta stajı və 16979.26 manat pensiya kapitalının olduğu müəyyən edilmişdir. Qeyd olunan məbləğdə pensiya kapitalı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyasının, müraciət etdiyi xx.xx.2019-cu il tarixə qüvvədə olmuş minimum məbləğində-160.00 manat pensiya təminatına imkan vermədiyindən (16979.26:144=117.91manat), yaxud 25 il sığorta stajı tamamlanmadığından, vətəndaşın yaşa görə əmək pensiyası təyin olunması tələbi təmin olunmamışdır. xx.xx.2006-cı il tarixədək sığorta stajı hesablanarkən, iddiaçının əmək kitabçasında qeyd olunmuş iş müddətləri və xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr ümumi iş stajına daxil edilmiş, lakin, təhsil müddəti xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından, 1973-1974-cü illərdə işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda qeyd olunmuş müddət isə, «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1 ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajının hesablanmasında nəzərə alınmamışdır. İddia tələbi ilə bağlı cavabdeh bildirmişdir ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Hesab edir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi xx.xx.2019-cu il tarixdə tamam olduğundan, hüquq münasibətləri eyni tarixdə yaranmışdır ki, bu səbəbdən də 1972-1973-cü illərdə qüvvədə olmuş qanunvericilik yeni yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz və vətəndaşın pensiya hüququnun müəyyən olunması üçün ümumi iş stajı hesablanarkən, hazırda mövcud olan qanunvericiliyə istinad olunmalı, əyani təhsil müddəti sosial sığorta stajına daxil edilməməlidir. Əgər iddiaçının əyani təhsii aldığı müddət 9 ay 19 gün, 1974cü ildə iş dövrü isə 3 ay olmaqla (1973-cü ildə 2 ay iş müddəti digər iş yerində iş dövrü ilə üstüstə düşdüyündən, ümumi staja təsir göstərmir) iş stajına daxil edilərsə, bu halda pensiya kapitalına həmin müddətə görə 760.15 manat vəsait əlavə olunar (1 il staj 722.52 manat pensiya kapitalı formalaşdırır) və pensiya kapitalının ümumi məbləği 17739.41 manat (16979.26+760.15), ümumi iş stajı isə 24 il 6 ay 19 gün təşkil edər ki, həmin məbləğ və sığorta stajı da ona minimum məbləğdə əmək pensiyası təyin olunması hüququ yaratmır (17739.41:144 =123.19). İddiaçının 64 yaşının tamam olduğu tarixə minimum məbləğdə əmək pensiyası təminatı əldə etməsi üçün azı 25 il sığorta stajı və ya 23040.00 manat pensiya kapitalının olması tələb olunur (23040:144 = 160.00). İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasnda iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavbabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 192 nömrəli arxiv arayışı, 2456 nömrəli attestatın əsli, Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli 93 nömrəli X8 Komissiyanın qərarı, НЗ seriyalı ******* nömrəli hərbi biletinin əsli, xx.xx.1973-cü il tarixli və AZE seriaylı 00244718 nömrəli əmək kitabçaların əsilləri, 13.012.2019-cu il tarixli akt, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 X7 İdarəsinin xx.xx.2020-ci il tarixli **********745300 məktubu və xx.xx.2020-ci il tarixli **********913100 nömrəli hesab vərəqəsindən çıxarış, iddia tələbini dəqiqləşdirmə barəsində xx.xx.2020-ci il tarixli ərizə aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-342/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia tələbi təmin edilmiş, Cavabdeh üzərinə İddiaçıNəriman oğlunun “xx.xx.1972-ci il və xx.xx.1973-cü illərdə X6 təhsil aldığı və 1974-cü ilin yanvar, fevral, mart aylarında Kolxozlar arası Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyin qoyulmasını qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbəblə rayon şöbəsiŞəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-342/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin 2020-ci il 02 mart tarixli 2-1(116)-342/2020 saylı qərarının ləğv edilməsini zəruri hesab edirlər. Qəbələ rayon Cığatelli kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən sənədləri araşdırılaraq, əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 23 il 6 ay sığorta sajı və 16979.26 manat pensiya kapitalının olduğu müəyyən edilmişdir. Qeyd olunan məbləğdə pensiya kapitalı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyasının, müraciət etdiyi xx.xx.2019-cu il tarixə qüvvədə olmuş minimum məbləğində - 160.00 manat pensiya təminatına imkan vermədiyindən (16979.26 :144 = 117.91 manat), yaxud 25 il sığorta stajı tamamlanmadığından, vətəndaşın yaşa görə əmək pensiyası təyin olunması tələbi təmin olunmamışdır. xx.xx.2006-cı il tarixədək sığorta stajı hesablanarkən, F.Msurımədovun 1973-1974- cü illərdə işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda qeyd olunmuş müddət, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1 -ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajının hesablanmasında nəzərə alınmamışdır. İddiaçı 1973-1974-cü illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajınna daxil edilməsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1 -ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. Şəki İnzibati-lqtisadi Məhkəməsinin 2020-ci il 02 mart tarixli 2-1(116)-342/2020 saylı qərarının əsaslandırma hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə istinad edilərək hər kəsin sosial təminat hüququnun olduğu bildirilir. Fikrimizcə, bu, hər kəsin istisnasız və məhdudiyyətsiz şəkildə istənilən sosial təminat haqqına sahib olması anlamına gələ bilməz. Qərarda həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad edilərək fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsinin şamil olunduğu, digər normativ hüquqi aktların geriyə qüvvəsinin şamil olunmadığı qeyd edilir ki, fikrimizcə, bu müddəanın İddiaçı iddia tələbi ilə hər-hansı əlaqəsi yoxdur. Çünki, Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi tərəfindən iddiaçının keçmiş dövrdə qazanılmış hüquqlarının qanunvericiliyin dəyişməsi ilə əlaqədar təmin olunmasından imtinası kimi bir hal mövcud deyildir. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 192 saylı arayışda qeyd olunmuş, 1973-1974-cü illərdə X2 iş dövrü, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1 -ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməməlidir. Əlavə olaraq bildiririk ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2020-ci il 02 mart tarixli 2-1(116)-342/2020 saylı qərarı, həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli müşaiyət məktubu ilə göndərilmiş və xx.xx.2020-ci il tarixdə şöbəyə rəsmi şəkildə daxil olmuşdur. Odur ki, apelyasiya şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 342/2020nömrəli qərarının ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbəblə rayon şöbəsinin nümayəndəsi X4pelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-342/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıapelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 342/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat almaq hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il tarixdən fərdi sabihkar kimi fəaliyyətə başlamışdır və fərdi sahibkar kimi, fəaliyyətə başladığı xx.xx.2019-cu il tarixdən sonrakı dövr sığorta stajına əlavə olunarsa, xx.xx.2020-ci il tarixə İddiaçı 25 il sığorta stajı tamamlanır. İddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Dövlət X6 təhsil alması, xx.xx.1973-cü il tarixli 2456 nömrəli attestat ilə öz təsdiqini tapır. İddiaçının 1974-cü ilin yanvar, fevral, mart aylarında X2 işləməsi xx.xx.2018-ci il tarixli 192 nömrəli Arxiv arayışı ilə öz təsdiqini tapır. Belə ki, xx xxxx 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 1975-1980-ci illərdə təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəbləri bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Hazırki mübahisədə cavabdeh inzibati orqanın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının təhsil müddətin sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının təhsil müddətinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia tələbi təmin edilərək iddiaçının xx.xx.1973xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbəblə rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-342/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-204/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-204/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver