Məhkəmə qərarları › İş №2-1(107)-204/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-204/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-204/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "X2 22.N2.N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı əri X4 24.02.N966-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Uludaş kəndində anadan olmuşdur. O, 28.N0.N993-cü ildə Qəbələ Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissə komandirinin N3.N2.N993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminatlar siyahısına daxil edilmişdir. X4 22.N2.N993-cü ildə Seyfəli təlim bazasında hərbi xidməti borclarını yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Bu səbəbdən o, N nömrəli hərbi hissə komandirinin 23.N2.N993cü il tarixli 0227 nömrəli əmri ilə şəxsi heyət üzvlüyündən azad edilərək bütün növ təminatlardan çıxarılmışdır. X7 tank mərmisinin partlaması nəticəsində N7 nəfərin həlak olması faktı üzrə 22.N2.N993-cü ildə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən 0N.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-N-ci maddəsinin "b" bəndi ilə N9/4622 nömrəli cinayət işi başlanmış və həmin cinayət işi üzrə icraata 0N.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N0-cu maddəsinin 2-ci bəndinə əsasən 22.03.N994-cü ildə xitam verilmişdir. Həmin cinayət işi saxlanma müddəti başa çatdığına görə 09.N0.2005-ci ildə məhv edilmişdir. Nə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, nə də həlak olmuş N7 nəfərin şəxsiyyəti, o cümlədən X4, eləcə də hadisənin baş vermə şəraiti barədə və digər məlumat qalmamışdır. Qəbələ RİH başçısının Tikanlı inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən X2 22.N2.N993-cü ildə ölməsi barədə N3.0N.N994-cü il tarixli İV-ЖГ seriyalı 374707 nömrəli "Ölüm haqqında şəhadətnamə" verilmiş, həmin sənəddə onun ölümünün səbəbi kimi Seyfəli Poliqonunda mərmi partlayışı zamanı həlak olması göstərilmişdir. Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı adına 03.07.2000ci il tarixli 020003 nömrəli şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mərhum X3 şəhid statusunun verilməsini xahiş etmiş, lakin sonuncu 08.04.2020-ci il tarixli M/NN43 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X4 döyüş əməliyyatlarında yox, təlim mərkəzində həlak olduğuna görə ona şəhid statusunun verilməsi mümkün deyil. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Cavabdehnə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsinə qarşı "22.N2.N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etmiş X2 "şəhid" statusunun bərpa edilməsi və "şəhidlik" vəsiqəsinin yenidən verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması və mərhum X2 şəhid kimi imtiyazlarının, Prezident təqaüdünün 0N.0N.2007-ci ildən hesablanıb verilməsi, həmçinin, NN000 manat sığorta pulunun birdəfəlik verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin və Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun əri hərbi xidmət zamanı həlak olduğuna görə şəhid sayılır. Sonra İddiaçı məhkəməyə 23.07.2020-ci il tarixli yeni iddia ərizəsi verərək iddiasını dəyişdirmiş, cavabdeh kimi Azərbaycan Respublikası Cavabdeh, üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X9 rayon şöbəsini göstərmiş və 22.N2.N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etmiş X2 "şəhid" statusunun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə yeni N7.NN.2020-ci il tarixli ərizə verərək, X2 22.N2.N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddiaya qarşı 27.07.2020-ci il tarixli 535 nömrəli etirazında bildirmişdir ki, XN təlim mərkəzində mina partlaması nəticəsində həlak olduğuna görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na uyğun olaraq, ona şəhid statusunun verilməsi mümkün olmamışdır. Bundan başqa, cavabdeh Azərbaycan Respublikası Cavabdeh məhkəməyə göndərdiyi N6.02.202N-ci il tarixli 269 nömrəli məktubunda əlavə olaraq bildirmişdir ki, X2 döyüş şəraitində, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı baş verməsi barədə həmin şöbəyə heç bir məlumat daxil olmamış, bu səbəbdən də ona şəhid statusu verilməmişdir. Eyni zamanda, həmin məktubda şifahi məhkəmə baxışının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Şəki İnzibati Məhkəməsinin N6.02.202N-ci il tarixli, 2-N(NN6)-NN6/202N saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "X2 22.N2.N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, mərhum əri X4 24 fevral N966-cı ildə Qutqaşen(indiki Qəbələ) rayonun Uludaş kəndində anadan olmuş, 28 oktyabr N993-cü il tarixdə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin N3 dekabr N993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminatlar siyahısına daxil edilmiş, 22 dekabr N993-cü ildə Seyfəli təlim bazasında hərbi xidməti borclarını yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Bundan sonra mərhum əri Qəbələ rayonunun, Uludaş kəndində şəhid kimi dəfn edilmişdir. O, dəfn edilərkən həmin vaxt həm İcra Hakimiyyətinin, həm də rayon Hərbi Komissarlığının nümayəndələri dəfndə rəsmi şəxslər qismində iştirak etmişlər. Sonradan ona "Şəhid" statusu, iddiaçıya isə 23 iyul 2000-ci il tarixdə "Şəhid" ailəsi statusu və vəsiqə verilmişdir. O, şəhid ailəsi üzvü olaraq daha sonra "Şəhid" ailəsinə aid edilən bütün imtiyazlardan istifadə etmişdir. 2000-ci ildə ona verilmiş "Şəhid" ailəsi statusunu təsdiq edən vəsiqə yeni, 020003 N-li vəsiqə ilə əvəz edilmişdir. Lakin bundan sonra ona məlum olmayan səbəblərdən ona "Şəhid" ailəsi kimi verilən bütün yardım və müavinətlər dayandırılmışdır. O, ərizə ilə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X9 rayon Şöbəsinə, həm də Sərfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsinə müraciət edərək ərinin şəhid statusunun bərpa edilməsini xahiş etsə də, onlar bundan imtina etmişlər. Məcbur qalıb məhkəməyə müracit etməli olmuşdur. Mərhum ərinin qulluq etdiyi N №-li hərbi hissə Cəbrayıl rayonu ərazisində dislokasiya olmuş hərbi hissə olub və təsnifata görə "döyüş şəraitində olan hərbi hissə" koteqoriyasına aid olmuşdur. Lakin N993-cü ilin dekabr ayında Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda döyüş təlimində olublar. Bu isə onu söyləməyə tam əminliklə əsas verir ki, o, döyüş şəraitində olan hərbi hissənin tərkibində və döyüş tapşırığını yerinə yetirərkən həlak olub və "Şəhid" statusu almağa layiqdir. Çünki 25 dekabr N99N-ci il tarixli "Hərbi qulluqçuların statusu haqqında" AR Qanunun 4.2-ci maddəsində təsbit edilmişdir ki, hərbi qulluqçular hərbi xidmət vəzifəsini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində gündəlik qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedibgələrkən və başqa hallarda hərbi xidmət başında sayılır. Birinci instansiya məhkəməsində işə baxılarkən vəkili və nümayəndəsi tərəfindən yuxarıda istinad etdiyi qanunvericilik normasının müddəları hakimin diqqətinə çatırılsa da, hakim buna heç bir əhəmiyyət verməmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin N6.02.202N-ci il tarixli, 2-N(NN6)-NN6/202N saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçı İddiaçı vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin N6.02.202N-ci il tarixli, 2-N(NN6)-NN6/202N saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin N6.02.202N-ci il tarixli, 2-N(NN6)-NN6/202N saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - V-ЖГ seriyalı 4N4653 nömrəli "Nikahın bağlanması haqqında şəhadətnamə"dən görünür ki, X4 və İddiaçı N4.NN.N990-cı ildə nikah bağlamışlar. - Cavabdehin 27.07.2020-ci il tarixli 535 nömrəli və N6.02.202N-ci il tarixli 269 nömrəli məktublarından görünür ki, X4 28.N0.N993-cü ildə Qəbələ Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, 22.N2.N993-cü ildə X7 (bazasında) mərmi (mina) partlaması nəticəsində həlak olmuşdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun N9.08.2020-ci il tarixli HP-06/30- 5655 nömrəli və 09.09.2020-ci il tarixli HP-06/30-649N nömrəli məktublarından görünür ki, X7 tank mərmisinin partlaması nəticəsində N7 nəfərin həlak olması faktı üzrə 22.N2.N993cü ildə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən 0N.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-N-ci maddəsinin "b" bəndi ilə N9/4622 nömrəli cinayət işi başlanmış və həmin cinayət işi üzrə icraata 0N.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N0-cu maddəsinin 2-ci bəndinə əsasən 22.03.N994-cü ildə xitam verilmişdir. Həmin cinayət işi saxlanma müddəti başa çatdığına görə 09.N0.2005-ci ildə məhv edilmişdir. Nə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, nə də həlak olmuş N7 nəfərin şəxsiyyəti, o cümlədən X4, eləcə də hadisənin baş vermə şəraiti barədə və digər məlumat qalmamışdır. - Qəbələ RİH başçısının Tikanlı inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən X2 adına verilmiş N3.0N.N994-cü il tarixli İV-ЖГ seriyalı 374707 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, o, 22.N2.N993-cü ildə Seyfəli Poliqonunda mərmi partlayışı zamanı həlak olmuşdur. Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı adına verilmiş 03.07.2000-ci il tarixli 020003 nömrəli vəsiqədən görünür ki, vəsiqəni təqdim edən şəxsin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" 03.09.N993cü il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İddiaçı ərizəsinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 08.04.2020-ci il tarixli M/NN43 nömrəli məktubdan görünür ki, X4 döyüş əməliyyatlarında yox, təlim mərkəzində həlak olduğuna görə ona şəhid statusunun verilməsi mümkün deyil. İşdən göründüyü kimi, İddiaçı öz iddia tələbini cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı irəli sürsə də, o, ilkin müraciətini bilavasitə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlamış və ona imtina cavabını həmin Dövlət Xidməti vermişdir. Lakin bununla yanaşı, iş məhkəmənin icraatında olduğu müddətdə Azərbaycan Respublikası Cavabdeh özünün 27.07.2020-ci il tarixli 535 nömrəli və N6.02.202N-ci il tarixli 269 nömrəli məktubları ilə iddiaya münasibətini bildirmiş və məlum olmuşdur ki, həmin şöbə də mərhum X3 şəhid statusu verməkdən imtina edir. Beləliklə, iddiaçı əvvəlcədən müraciətini Azərbaycan Respublikası Cavabdehnə ünvanlamasa da, hazırda həmin şöbənin iddia ilə bağlı mövqeyi tamamilə aydındır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının yenidən həmin orqana müraciət etməsi hər hansı səmərə verə bilməz və hazırkı iddianın, iddiaçının əvvəlcədən cavabdehə müraciət etməməsi əsası ilə mümkün sayılmaması məqsədə uyğun deyil, həm də icraata qənaət prinsipinə ziddir. İddianın mümkünlüyünü istisna edən başqa hal da müəyyən edilməmişdir. Belə olan halda, birinçi instansiya məhkəməsi hazırkı iddianı mümkün hesab etsədə,lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmişdir. Belə ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun N-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, N8 yaşına çatmamış uşaqlar, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsində isə deyilir ki, bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) N.N-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların N.2-ci bəndində deyilir ki, aşağıdakılar şəhid hesab edilirlər: N.2.N. N990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; N.2.2. NN dekabr N988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; N.2.3. Azərbaycan Respublikasında N988-ci ildən N990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; N.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; N.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; N.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; N.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qaydaların 2.N-ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.N.N. arvadı (əri); 2.N.2. valideynləri; 2.N.3. N8 yaşına çatmamış uşaqları, N8 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş N8 yaşından yuxarı əlilliyi olan övladları; 2.N.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.N.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.N.6. 2.N.3 və 2.N.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydaların 4.N-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən, şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.N. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Göründüyü kimi,şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Həlak olmuş şəxs bu kateqoriyalara uyğun olduqda, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, yaxud məhkəmə qətnaməsi, yaxud da hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu isə gizir və zabit heyəti istisna olmaqla şəhid olmuş digər hərbi qulluqçuların hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanları tərəfindən verilən arayışlarla təsdiq olunur. Şəhid ailələrinə vəsiqə həmin arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan qaydaya uyğun olaraq, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı mərhum X2 şəhid olması barədə arayış verilməsi üçün onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması və ya itkin düşməsi, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşməsi, məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması və ya itkin düşməsi müəyyən edilmiş olmalıdır. Lakin iş materialları ilə bu halların heç biri müəyyən edilmir. İşdə olan sənədlər yalnız onu deməyə əsas verir ki, mərhum X4 təlim mərkəzində hərbi xidməti borclarını yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Bu isə onun şəhid sayılması üçün kifayət etmir. Belə olan halda, cavabdehin iddiaçıya tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur. Məhkəmə kollegiyası İddiaçı adına Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 03.07.2000-ci il tarixli 020003 nömrəli vəsiqə ilə bağlı qeyd edir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na görə, bu sənəd X2 şəhid olması barədə Azərbaycan Respublikası Cavabdeh tərəfindən arayış verilmiş olduğu halda verilə bilərdi. Belə bir arayış verilmədiyinə görə isə həmin vəsiqə hazırkı iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "X2 22.N2.N993-cü ildə N nömrəli hərbi hissənin tərkibində qulluq edərkən mina partlaması nəticəsində vəfat etməsi səbəbindən ona şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N6 fevral 202N-ci il tarixli, 2-N(NN6)-NN6/202N nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar