Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-204/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X7 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı Kiçik Müəssisəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2- 1(116)-212/2024 nömrəli qərarından İddiaçı Kiçik Müəssisəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı KM-nın hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən 15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı KM-yə torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair İddiaçı KM-nin adına B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə huququna dair Dövlət aktı, eləcə də, torpaq sahəsinin yerquruluşu Planı verilmişdir. 16 avqust 1993cu il tarixdə tərtib edilmiş və Qəbələ rayon XD Sovetinin sədri tərəfindən 20 avqust 1993cü il tarixdə təsdiq edilmiş torpaq sahəsinin seçilməsi barədə aktdan görünür ki, rayon təsərrüfatlararası üzümçülük müəssisəsinin 15 hektar torpaq sahəsinin ayrılması barədə 01 iyun 1993-cü il tarixli 2 nömrəli qərarına əsasən müəssisənin ərazisinə baxış keçirilmiş və bir variantda «Qaş» sahəsində Qaraağac yanı sahəsində olan su anbarının Şimali-Qərbindən 480x315=15 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin relyefi düz olub dəmyə əkin sahəsidir. Sahədə kəsiləsi ağac və söküləsi tikili olmamışdır. - Həmin torpaq sahəsi İddiaçı KM-yə ayrıldıqdan sonra, yəni 03 sentyabr 1993- cü il tarixdən hazırki vaxtadək sözügedən müəssisənin istifadəsində olmaqla, təyinatı uzrə istifadə edilir. Eyni zamanda, həmin torpaq sahəsinə görə vergilər vaxtında və tam şəkildə ödənilir. İddiaçı KM sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin müraciət araşdırılaraq 21 dekabr 2021-ci il tarixdə müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, İddiaçı KM-yə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamış, Dövlət aktı Ərazi İdarəsinin arxivində və Dövlət aktlarının qeydiyyat kitablarında mövcud deyildir. Buna görə də, torpaq sahəsinin qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Göstərilən əsaslara görə cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab etmir.
3. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz onunla əsaslandırılmışdır ki, Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, Qəbələ Rayon XDS-nin Rəyasət Heyətinin iclasının 03 sentyabr 1993-cü il tarixli, 9 saylı qərarı əsasında Qəbələ rayonu, Bum qəsəbəsi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış B seriyalı 000266 nömrəli Torpağa Mülkiyyətə Verilməsinə X19 göstərilən 15 ha kənd təsərrüfatı torpaq sahəsi ilə bağlı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Eyni zamanda qeyd edirlər ki, iddiaçı Tərlan-93 Kiçik Müəssisəsinin müraciəti ilə bağlı Ərazi İdarəsinin arxiv məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. Ərazi İdarəsinin arxivində B seriyalı 000266 nömrəli Torpağa Mülkiyyətə Verilməsinə X20 arxiv nüsxəsi və Dövlət aktlarının qeydiyyat kitablarında sözügedən Dövlət aktı ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Qeyd olunan səbəblərə görə müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirlər.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarının surəti. - B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə huququna X20 surəti. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 21/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surəti. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 670/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının surəti. - Torpaq sahəsinin seçilməsi barədə aktın surəti. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,"xxxx" kiçik müəssisəsi (VÖEN **********) Qəbələ rayon İcra Hakimiyyətinin 25 may 1993-cü il tarixli 284 mömrəli sərəncamı dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 avqust 1995-ci il tarixdə 24852 nömrəli şəhadətnamə ilə təkrar qeydiyyatı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X21 tərəfindən 27 may 2003-cü il tarixdə kiçik müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. "TƏRLAN3" KİÇİK MÜƏSSİSƏSİ (VÖEN **********) 21 aprel 2006-cı il tarixdə ********** nömrəli VÖEN-lə 10 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. - "xxxx" Kiçik Müəssisəsi firmasının Nizamnaməsindən 24852 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti. - Qəbələ rayon Bum Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" X12 rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarı ilə 15 ha torpaq sahəsi ayrılması barədə məlumat vardır. İddia olunan ərazidə Dövlət fondu torpaqları var. Qaş adlanan ərazidə "xxxx" Kiçik Müəssisəsi əkin biçin işləri ilə məşğuldur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6798/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı barədə DWG və TEKUİS bazasında məlumat mövcud olmadığına görə yerləşmə vəziyyətinin müəyyən etmək mümkün deyildir. İddia olunan, faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin TEKUİS bazasına əsasən kateqoriyası X9maqla mülkiyyəti növü Dövlət, uqodiyası əkindir. İddiaçı faktiki ölçülmüş torpaq sahəsindən istifadə etmir. B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna X19 göstərilən torpaq sahəsi barədə torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) və X5 X6 (TEKUİS) məlumat mövcud olmadığına görə iddia olunan torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyildir. İddia olunan, faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsi digər subyektlərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6282/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna X19 15 hektar torpaq sahəsinin koordinatları qeyd edilmədiyinə görə naturada yerini müəyyən etmək mümkün deyil. Naturada göstərilən torpaq sahəsinin TEKUİS bazasında yerləşmə vəziyyəti barədə yerquruluşu planı təqdim edilir. İddia olunan faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsi X5 X8 (TEKUİS) əsasən Dövlət mülkiyyətində X9maqla uqodiyası əkindir. Naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin koordinatları yerquruluşu planında göstərilmişdir. B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15,0 hektar torpaq sahəsi barədə elektron bazada məlumat olmadığına görə təyin edilmiş koordinatlarla üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. İddiaçının iddia etdiyi, faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim olunur.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 dekabr 2024-cü il tarixli 2- 1(116)-212/2024 nömrəli qərarı ilə İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərüfatı təyinatllı torpaq sahəsi üzərində İddiaçı KM-in hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı kiçik müəssisəsinin daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Verilmiş sorğu əsasında iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd araşdırılmış, Dövlət Aktının arxiv nüsxəsi əldə edilmişdir. Həmin sənədlərə əlavə olunmuş sxemdən görünür ki, iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsü 15 ha olmaqla müvafiq sxemlə ölçüləri göstərilmişdir. Daimi istifadəyə verilən torpaq sahəsi 300x500 ölçüdə olmaq 15 ha ərazini əhatə edir. - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2- 6282/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna X19 15 hektar torpaq sahəsinin koordinatları qeyd edilmədiyinə görə naturada yerini müəyyən etmək mümkün deyil. Naturada göstərilən torpaq sahəsinin TEKUİS bazasında yerləşmə vəziyyəti barədə yerquruluşu planı təqdim edilir. İddia olunan faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsi X5 X8 (TEKUİS) əsasən Dövlət mülkiyyətində X9maqla uqodiyası əkindir. Naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin koordinatları yerquruluşu planında göstərilmişdir. B seriyalı 000266 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15,0 hektar torpaq sahəsi barədə elektron bazada məlumat olmadığına görə təyin edilmiş koordinatlarla üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. İddiaçının iddia etdiyi, faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair izahlı ortofoto xəritəsindən çıxarış təqdim olunur. Həmin rəyə əlavə edilən İddiaçı kiçik müəssisəsinə ayrılan torpaq sahəsinin Planından görünür ki, faktiki istifadə edilən torpaq sahəsinin ölçüsü və konfiqurasiyası ilkin sənəddə göstərilən tamamilə fərqlidir. Digər tərəfdən B seriyalı 000266 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna X19 15 hektar torpaq sahəsinin koordinatları qeyd edilmədiyi üçün naturada yerini müəyyən etmək mümkün olmamışdır. - Hazırki iş üzrə mübahisəli torpaq sahəsinə hüquq 1993-cü ildə yarandığından məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan Torpaq Məcəlləsinin müddəaları şamil edilməlidir. Belə ki, həmin Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırma qaydası ilə həyata keçirilirdi. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən, rayon və şəhər X11 İcraiyyə Komitələrinin torpaq sahələrini istifadəyə vermək səlahiyyətləri var idi, 66-cı maddəsinə əsasən, həmin kənd təsərrüfatı təyinatlı torpaqları müddətsiz kənd təsərrüfatı üçün kolxozlara, sovxozlara, digər kənd təsərrüfatlarına verilirdi. İddiaçıya məxsus hüquqmüəyyənedici sənəd mövcud olsa da üzərində daimi istifadə hüququnun qeydə alınması iddia olunan torpaq sahəsi ilkin sənəd əsasında ayrılan torpaq sahəsi ilə eyni deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında hazırkı torpaq sahəsinin ona ayrıldığı vaxtdan sonra uzun müddət istifadə etdiyi torpaq sahəsi olmadığını, ərazidə baş vermiş dəyişiklik nəticəsində bir neçə ildir ki, hazırda istifadəsində olan torpaq sahəsindən istifadə etməli olduğunu bildirdi. Məhkəmə yuxarıda qeyd olunanlara yekun vuraraq qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi ilə ilkin torpaqayrıma sənədində göstərilən torpaq sahəsi eynilik təşkil etmədiyindən faktiki naturada göstərilən və iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydə alınmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur.
7. İddiaçı Kiçik Müəssisəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-212/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi iddia tələbini təmin etməməklə torpaq sahəsi üzərində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun İddiaçı Kiçik Müəssisəsinin hüquqlarının həyata keçirlməsinə məhdudiyyət yaratmışdır. Bu səbəbdən də, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024cü il tarixli, 2- (116)-212/2024 saylı qərarı ləğv edilməlidir. - Belə ki, Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən 15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı KM-yə torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair İddiaçı KM-nin adına B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə huququna dair Dövlət aktı, eləcə də, torpaq sahəsinin yerquruluşu Planı verilmişdir. 16 avqust 1993-cu il tarixdə tərtib edilmiş və Qəbələ rayon X11 sədri tərəfindən 20 avqust 1993-cü il tarixdə təsdiq edilmiş torpaq sahəsinin seçilməsi barədə aktdan görünür ki, rayon təsərrüfatlararası üzümçülük müəssisəsinin 15 hektar torpaq sahəsinin ayrılması barədə 01 iyun 1993-cü il tarixli 2 nömrəli qərarına əsasən müəssisənin ərazisinə baxış keçirilmiş «Qaş» sahəsində Qaraağac yanı sahəsində olan su anbarının Şimali-Qərbindən 480x315=15 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi İddiaçı KM-yə ayrıldıqdan sonra, yəni 03 sentyabr 1993cü il tarixdən hazırki vaxtadək sözügedən müəssisənin istifadəsində olmaqla, təyinatı üzrə istifadə edilir. Eyni zamanda, həmin torpaq sahəsinə görə vergilər vaxtında və tam şəkildə ödənilir. - Hesab edir ki, qüvvədə olan qanunvericiliyin bütün tələblərinə tərəfindən əməl edilmiş və bu səbəbdən də cavabdeh orqanın İddiaçı Kiçik Müəssisəsinin “Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməsi və iddianın təmin edilməməsi barədə Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(116)-212/2024 saylı qərarını cavabdeh orqanın etiraz və rəyinə uyğun qəbul etməsi tamamilə qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız iddia tələbini təmin etməmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 10 dekabr 2024-cü il tarixli, 2-1(116)-212/2024 nömrəli qərar ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı Kiçik Müəssisəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etdi. Əlavə olaraq Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-212/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2-1(107)-204/2025 nömrəli qərardadı ilə iddiaçı Tərlan-93” Kiçik Müəssisəsinin nümayəndəsi X4 tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
12. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; .... Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
18. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4 ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5 ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;
19. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
20. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
Apellyasiya şikayətinin mümkünlüyü
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçı Tərlan-93 Kiçik Müəssisəsinin apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı kiçik müəssisəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
27. Cavabdeh orqanın etirazının dəlilləri ondan ibarətdir ki, Qəbələ Rayon XDS-nin Rəyasət Heyətinin iclasının 03 sentyabr 1993-cü il tarixli, 9 saylı qərarı əsasında Qəbələ rayonu, Bum qəsəbəsi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış B seriyalı 000266 nömrəli Torpağa Mülkiyyətə Verilməsinə X19 göstərilən 15 ha kənd təsərrüfatı torpaq sahəsi ilə bağlı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Eyni zamanda Ərazi İdarəsinin arxivində B seriyalı 000266 nömrəli Torpağa Mülkiyyətə Verilməsinə X22 arxiv nüsxəsi və Dövlət aktlarının qeydiyyat kitablarında sözügedən Dövlət aktı ilə bağlı heç bir məlumat aşkarlanmamışdır.
28. Həmçinin birinci instansiya məhkəməsi iddianı tədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd mövcud olsa da üzərində daimi istifadə hüququnun qeydə alınması iddia olunan torpaq sahəsi ilkin sənəd əsasında ayrılan torpaq sahəsi ilə eyni deyildir. İddia olunan torpaq sahəsi ilə ilkin torpaqayırma sənədində göstərilən torpaq sahəsi eynilik təşkil etmədiyindən faktiki naturada göstərilən və iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydə alınmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası ilk öncə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddia olunan torpaq sahəsi iddiaçıya kənd təsərrüfat məhsullarının istehsalı məqsədi ilə mülkiyyətə, sahiblik və daimi istifadəyə verilmiş, bu hal iddiaçıya həmin vaxtda təqdim edilmiş müxtəlif sənədlərdə təsbit edilmişdir. Belə ki, Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı kiçik müəssisəsinə 15 hektar dinc torpaq sahəsinin ayrılması barədə Rayon Təsərrüfatlararası üzümçülük müəssisəsinin 1 iyun 1993-cü il tarixli 2 nömrəli protokolunun qərarının təsdiq edilməsi, torpaq şöbəsinə ayrılmış torpağın naturada mərz nişanları vasitəsilə ayrılaraq akt ilə müəssisənin daimi istifadəsinə verilməsinin tapşırılması qərara alınmışdır. “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B№000266 nömrəli Dövlət Aktından müəyyən olunur ki, İddiaçı X12 rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarına əsasən Qaş üzümçülük sovxozunun ərazisindən çizgidə göstərilən sərhəd daxilində 15 hektar kənd təsərrüfat məhsullarının istehsalı üçün torpaq mülkiyyətə, sahiblik və daimi istifadəyə verilmişdir.
30. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə, sahiblik və daimi istifadəsinə verilməsi iş materiallarında olan Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı protokolundan çıxarış və həmin qərar əsasında verilmiş Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B№000266 nömrəli Dövlət Aktı ilə təsdiq edilir.
31. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Qəbələ rayon XDS-nin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən İddiaçı kiçik müəssisəsinə 15 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında B№000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair Dövlət Aktı verilmişdir.
32. Bununla yanaşı iş materiallarında olan mütəxəssis rəyindən də müəyyən edilir ki, iddia olunan torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir və kənd təsərrüfatı məhsullarının istehsalı edilməsi üçün nəzərdə tutulmuş ərazidir və torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyil. İddia olunan, faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsi digər subyektlərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Halbuki həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsinin iclaslarında müəyyən edilmişdir ki, iddiaçı həmin torpaq sahəsindən uzun illərdir istifadə edir.
33. Belə ki, iş materiallarında olan Qəbələ rayon Bum Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" X12 rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarı ilə 15 ha torpaq sahəsi ayrılması barədə məlumat vardır. İddia olunan ərazidə Dövlət fondu torpaqları var. Qaş adlanan ərazidə "xxxx" Kiçik Müəssisəsi əkin biçin işləri ilə məşğuldur.
34. Həmçinin mübahisələndirilən torpaq sahəsinin yerquruluşu Planı verilmişdir. 16 avqust 1993-cu il tarixdə tərtib edilmiş və Qəbələ rayon XD Sovetinin sədri tərəfindən 20 avqust 1993-cü il tarixdə təsdiq edilmiş torpaq sahəsinin seçilməsi barədə aktdan görünür ki, rayon təsərrüfatlararası üzümçülük müəssisəsinin 15 hektar torpaq sahəsinin ayrılması barədə 01 iyun 1993-cü il tarixli 2 nömrəli qərarına əsasən müəssisənin ərazisinə baxış keçirilmiş və bir variantda «Qaş» sahəsində Qaraağac yanı sahəsində olan su anbarının Şimali-Qərbindən 480x315=15 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin relyefi düz olub dəmyə əkin sahəsidir. Sahədə kəsiləsi ağac və söküləsi tikili olmamışdır.
35. Məhz bundan sonra Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarı ilə İddiaçı kiçik müəssisəsinə verilmiş torpaq sahəsi Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış və Dövlət Aktı tərtib edilmişdir.
36. Göründüyü kimi, qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsinin ölçüsü göstərilmişdir.
37. Göründüyü kimi, cavabdeh orqanın qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.
38. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
39. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair Qəbələ rayon XDS tərəfindən iclas protokolu əsasında qəbul edilmiş qərarın və onun əsasında tərtib edilmiş Dövlət Aktının qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.
41. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır.
42. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
43. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
44. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının istifadə hüququnun qeydiyyata alınması üçün hal hazırda qüvvədə olan Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarı və Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B№000266 nömrəli Dövlət Aktı mövcuddur, iddiaçıya torpaq sahəsinin ayrılması (daimi istifadəsinə verilməsi) barədə Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarının və dövlət aktının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur, bununla əlaqədar iş materiallarında hər hansı bir məlumat mövcud deyildir. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
45. Beləliklə, göründüyü kimi yuxarıda qeyd olunan iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin qərar "İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
46. Beləliklə, torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən Mülki Məcəllənin 139-1.1.1-ci, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ dövlət qeydiyyatına alınmalıdır.
47. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
48. Məhkəmə kollegiyasının qənaətinə görə Qəbələ rayon XDS-nin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərarla daimi istifadəsinə verilən torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
49. Bundan başqa məhkəmə kollegiyası cavabdeh orqana müvafiq sorğu ilə müraciət edərək Dövlət Aktında göstərilən, ilkin torpaq ayrılma sənədində göstərilən və torpaq sahəsinin yerquruluşu planında göstərilən torpaq sahələrinin ayrı-arılıqda yerləşmə vəziyyəti ilə bağlı məlumatın, həmçinin Dövlət Aktında göstərilən, ilkin torpaq ayrılma sənədində göstərilən və torpaq sahəsinin yerquruluşu planında göstərilən torpaq sahələrinin ayrı-ayrılıqda DWJ məlumatlarına uyğun olaraq məhkəmə kollegiyasına təqdim edilməsi barədə araşdırma aparmışdır.
50. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 8 may 2025-ci il tarixli, 3-21-3-42/2-2026/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, B seriyalı, 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna X19, həmçinin ilkin torpaq ayırma sənədində göstərilmiş 15,0 hektar torpaq sahəsinin koordinatları qeyd edilmədiyinə görə yerini təyin etmək mümkün deyil. Faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin yerquruluşu planı təqdim edilir. B seriyalı, 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna X19, həmçinin ilkin torpaq ayırma sənədində göstərilmiş 15,0 hektar torpaq sahəsi barədə Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DWG) məlumat mövcud olmadığına görə yerini təyin etmək mümkün deyildir. Faktiki naturada ölçülmüş 15,0 hektar torpaq sahəsinin X5 X8 (TEKUİS) əsasən yerləşmə vəziyyəti təqdim edilir.
51. Həmçinin məhkəmə kollegiyasının araşdırması zamanı kollegiyanın sorğusu əsasında tərtib edilmiş “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin faktiki naturada ölçülmüş torpaq sahəsinin yerquruluşu planına dair torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə B seriyalı, 000266 nömrəli Dövlət aktında, həmçinin ilkin torpaq ayırma sənədində göstərilmiş 15,0 hektar torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ rayon XDS-nin 03 sentyabr 1993-cu il tarixli 9 saylı qərarına əsasən torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktı ilə daimi istifadəyə verilmiş 15,0 hektar torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 8 may 2025-ci il tarixli, 3-21-3-42/2-2026/2025 nömrəli məktubuna əlavə edilmiş Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlara uyğun olaraq İddiaçı Kiçik Müəssisəsinin daimi istifadə hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
53. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
54. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.
55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı Tərlan-93 Kiçik Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-212/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə “Qəbələ rayon XDS-in 03 sentyabr 1993-cü il tarixli 9 saylı qərarı əsasında Qəbələ rayonu Bum kəndi (Qaş üzümçülük sovxozu) ərazisindən ayrılmış, B seriyalı 000266 nömrəli torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna X19 göstərilən 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı Kiçik Müəssisəsinin faktiki istifadə vəziyyətinə (Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 8 may 2025-ci il tarixli, 3-21-3-42/2- 2026/2025 nömrəli məktubuna əlavə edilmiş Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlarına) uyğun olaraq istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.