Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-205/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 vəkili Vəkil və üçüncü şəxslər X19, X8 və X3 iştirakları ilə, İddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X11rşı “(üçüncü şəxslər X12, X8, X19, X13 və X14) qarşı "X12, X8, X19, X13 və X3 adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayon X7 qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üstüstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 33/2020nömrəli qərarından iddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı4 vəkili Vəkil tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirirmişlər ki, onların ümumi birgə mülkiyyətinə Zaqatala Rayonu X7 xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində 4 hissədə (0,43 ha, 0,14 ha, 0,34 ha və 0,79 ha) ümumi sahəsi 1,70 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar həmin torpaq sahəhələrindən 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ZaqatalaƏrazi İdarəsinə müraciət etmiş, lakin xx xxxxxx 2018-ci il tarixli **********39 nömrəli bildirişlə hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. İmtinanın verilməsi üçün əsas isə həmin torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması olmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ümumi birgə Zaqatala Rayon X7 xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətinə verilmiş 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iş üzrə üçüncü şəxslər X12 və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Halbu ki, iddia ərizəsinə əlavə olunmuş iş üzrə üçüncü şəxs Zaqatala Rayonu Əliabad Bələdiyyəsi tərəfindən təsdiq edilmiş, Zaqatala Rayon X7 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında keçirilmiş püşkatmanın nəticələrinə dair xəritədən çıxarışdan da göründüyü kimi, həmin torpaq sahələri iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh inzibati orqanın sorğularına cavab olaraq göndərdiyi sənədlərdən məlum olmuşdur ki, Zaqatala Rayonu Əliabad Bələdiyyəsi iddiaçıların mülkiyyətinə verilmiş həmin ərazinin Zaqatala Rayon X7 qərarına əsasən üçüncü şəxslərin mülkiyyətinə verilməsinə dair də xəritədən çıxarışı təsdiq etmişdir. Eyni zamanda, Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmamışdır. Zaqatala Rayon X7 xx xxxxxxxx 1996-cı il tarixli, 17/19 nömrəli qərarı həmin ərazidə sonuncu qərar olmuşdur. Lakin, cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli, **********23 nömrəli məktubundan belə başa düşülür ki, sanki 2018-ci ildə Zaqatala Rayon Aqrar İslahat Komissiyası mövcud olmuş və həmin ərazidə təkrar islahat apararaq uçot xəritələri tərtib etmişdir. Bundan sonra iddiaçılar, iş üzrə üçüncü şəxslər X12 və ailə üzvlərinin adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon X7 qərarına əsasən, ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X20 müraciət etmiş, lakin, xx xxxxxx 2019-cu il tarixli **********50 nömrəli məktubla bundan imtina olunmuşdur. Cavabdehin etirazının dəlilləri: Bildirilir ki, hal-hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə X4 adına aparılmış qeydiyyatın ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı X20 ərizə ilə müraciət etmişdir. X7 qərarında dəyişikliklərin edilməsi, həmin qərar əsasında verilmiş torpaq sahələri barədə məlumatlarda düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X18 səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmunmuşdur ki, hal-hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı4 adına Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinə dair yerquruşu lahiyəsindən çıxarş”da qeyd olunan torpaq sahəsi Zaqatala rayonu, Əliabad bələdiyyəsinin xx xxxxx 2018-ci il tarixli, 169 saylı arayışına və “Zaqatala rayonu, Əliabad kənd ərazisində aparılan torpaq islahatına dair yerquruşu Lahiyəsindən çıxarş”a əsasən iş üzrə üçünçü şəxslər X4, X1, X10, X5 və X3 ümumibirgə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx xxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Bununla belə, Zaqatala Rayon icra Hakimiyyəti başçısı tərəfindən xx xxxxx 2018-ci ildə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də təsərrüfat nömrəsi 338 olmaqla halhazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı4 və digərlərinin (İddiaçı1, X6, X17, X15) adlarına cəmi 1,70 ha (0,26 ha, 0,33 ha, 1,12 ha) “pay” kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş və dürüstləşmədən sonra Zaqatala rayonu, Əliabad qəsəbə ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritəsində cəmi 1,70 ha (0,26 ha, 0,33 ha, 1,12 ha) torpaq sahələrinin yerləşdiyi ərazi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçılar və onların vəkili iddianın məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etmişlər. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara Zaqatala rayon Dövlət Arxivinin 610 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı, Əliabad bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 1946 nömrəli arayışı, Əliabad Bələdiyyəsi tərəfindən təsdiqlənmiş baş sxematik xəritədən çıxarış, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surəti, A seriyalı 241842 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş torpaq sahələrinə aid cədvəl, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi və digər sənədlər aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-33/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X11rşı “(üçüncü şəxslər X12, X8, X19, Ramazanova Zeynəb Vəli qızı və X14) qarşı "X12, X8, X19, X13 və X3 adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayon X7 qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərcinin iddiaçılara aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 132 manat 16 qəpik iddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməsi qərara alınmışdır. İddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı4 vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-33/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı4 vəkili Vəkil apelyasiya şikayətində qeyd etmişdir ki, onların cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı "(üçüncü şəxslər X12, X8, X19, X13 və X14) qarşı "X12, X8, X19, X13 və X3 adına 131 nömrəli reyestr kitabının 66- cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayon X7 qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Repsublikası Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-33/2020 iş nömrəli qərarı ilə iddiamız təmin edilməmişdir. Hesab edirik ki, məhkəmənin həmin qərarı qanunsuz, ədalətsiz, birtərəfli, səthi və qeyri-obyektivdir. Apelyasiya instansiyasının nəzərinə çatdırmaq istəyitik ki, Şəki İnzibati Məhkəməsi qeyd olunan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, onların ümumi birgə mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasmın xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarma əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində Zaqatala rayonu, Əliabad qəsəbəsində 4 hissədə (0,43 ha, 0,14 ha, 0,34 ha və 0,79 ha) ümumi sahəsi 1,70 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar həmin torpaq sahəhələrindən 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X20 müraciət etmiş, lakin, xx xxxxxx 2018-ci il tarixli **********39 nömrəli bildirişlə hüquqların dövlət qeydiyyatmdan imtina olunmuşdur. İmtinanın verilməsi üçün əsas isə həmin torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatma almması olmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 Zaqatala Rayon X7 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətinə verilmiş 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iş üzrə üçüncü şəxslər X12 və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"-la rəsmiləşdirilmişdir. Halbu ki, iddia ərizəsinə əlavə olunmuş iş üzrə üçüncü şəxs Zaqatala Rayonu Əliabad Bələdiyyəsi tərəfindən təsdiq edilmiş, Zaqatala Rayon X7 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında keçirilmiş püşkatmanın nəticələrinə dair xəritədən çıxarışdan da göründüyü kimi, həmin torpaq sahələri iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh inzibati orqanm sorğumuza cavab olaraq göndərdiyi sənədlərdən məlum olur ki, Zaqatala Rayonu Əliabad Bələdiyyəsi iddiaçıların mülkiyyətinə verilmiş həmin ərazinin Zaqatala Rayon Aqrar İslahat Komissiyasınm qərarma əsasən üçüncü şəxslərin mülkiyyətinə verilməsinə dair də xəritədən çıxarışı təsdiq etmişdir. Məlumat üçün diqqətinizə çatdırırıq ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmamışdır. Zaqatala Rayon X7 xx xxxxxxxx 1996cı tarixli, 17/19 nömrəli qərarı həmin ərazidə sonuncu qərar olmuşdur. Lakin, cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli, **********23 nömrəli məktubundan belə başa düşülür ki, sanki 2018-ci ildə Zaqatala Rayon Aqrar İslahat Komissiyası mövcud olmuş və həmin ərazidə təkrar islahat apararaq uçot xəritələri tərtib etmişdir. Bundan sonra iddiaçılar, iş üzrə üçüncü şəxslər X12 və ailə üzvlərinin adına 131 nömrəli reyestr kitabının 66-cı səhifəsində ********** nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşmmaz əmlakm dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon X7 qərarma əsasən, ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,14 və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı X20 müraciət etmiş, lakin, xx xxxxxx 2019-cu il tarixli **********50 nömrəli məktubla bundan imtina olunmuşdur. Səki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-33/2020 is nömrəli qərarını onunla əsaslandırmağa çalışmışdır ki, " Zaqatala Rayon icra Hakimiyyəti başçısı tərəfindən xx xxxxx 2018-ci ildə təsdiq edilmiş "Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl"də təsərrüfat nömrəsi 338 olmaqla hal- hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı4 və digərlərinin (İddiaçı1, İddiaçı2, X17, X15) adlarma cəmi 1,70 ha (0,26 ha, 0,33 ha, 1,12 ha) "pay" kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş və dürüstləşmədən sonra Zaqatala rayonu, Əliabad qəsəbə ərazisində aparılan torpaq islahatına dair 2018- ci ildə tərtib edilmiş uçot xəritəsində cəmi 1,70 ha (0,26 ha, 0,33 ha, 1,12 ha) torpaq sahələrinin yerləşdiyi ərazi göstərilmişdir." Bununla yanası. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-1(116)-33/2020 isnömrəli qərarında qeyd edir ki, hazırki halda, iddiaçıların Zaqatala rayon X7 qərarına əsasən onların ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Halbu ki, iddia ərizəsinə əlavə olunmuş Zaqatala Rayonu Əliabad Bələdiyyəsi tərəfindən təsdiq edilmiş, Zaqatala Rayon X7 xx xxxxxxxx 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında keçirilmiş püşkatmanın nəticələrinə dair xəritədən çıxarışdan da göründüyü kimi, həmin torpaq sahələri iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 33/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-33/2020nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X19, X8 və X14 qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı4 və İddiaçı5, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X18 nümayəndəsi və üçüncü şəxslər X12, X13 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X30 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçıların apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə kollegiyası iddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı4 vəkili Vəkil apelyasiya şikayəti dəlilləri ilə razılaşmır. Belə ki, birinci instasniya məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların Zaqatala rayon X7 qərarına əsasən onların ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,14 ha və 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbi qanunsuz və əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar X9, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı4 vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-33/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-205/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-205/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver