Məhkəmə qərarları › İş №2-1(107)-205/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-205/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-205/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 212001 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 6141,27 kv.m və A seriyalı 407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 803,02 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-320/2021 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-320/2021 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmiş, Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 212001 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 6141,27 kv.m və A seriyalı 407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 803,02 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-320/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. X6 Məhkəməsində mahiyyəti üzrə baxılan zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 212001 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 6141,27 kv.m və A seriyalı 407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 803,02 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) İş üzrə İddiaçı1 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş ərizədən müəyyən olunur ki, X1 Rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 27 dekabr tarixli 81 nömrəli qərarı ilə ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş Zaqatala rayon Göyəm kəndində yerləşən 6141,27 kv.m kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin üzərində ona məxsus payın İddiaçı2 adına qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 iddia tələbindən imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi, eyni zamanda icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı izah edilmişdir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək, iş üzrə iddiaçının xahişini dinləyərək belə qənаətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbindən imtinaya dair ərizəsi qəbul olunmаlı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbindən imtinaya dаir ərizəsi qəbul edilsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-320/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 212001 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 6141,27 kv.m və A seriyalı 407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 803,02 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar