Məhkəmə qərarları › İş №2-1(107)-205/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-205/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-205/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Zaqatala rayonu Gözbarax kəndində yerləşən A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı adına işlənmiş 4299 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1674/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən verilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Zaqatala rayonu Gözbarax kəndində yerləşən A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı adına işlənmiş 4299 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(116)-1674/2022 nömrəli qərardadı ilə X6, X9 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdirlər.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı A № 432355 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edərək faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsi üzərində ********** qeydiyyat nömrəli çıxarış əsasında üçüncü şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı üçüncü şəxslərin adına tərtib edilmiş çıxarışın və plan ölçü sənədinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan sözügedən sənədlərin ləğv edilməsi səlahiyyətinin olmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazını Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,7799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı X4 və ailə üzvlərinin (cəmi 3 nəfərin) mülkiyyətinə verilməsi, həmin qərara əsasən sözügedən torpaq sahəsinə müvafiq olaraq ləğv edilmiş DTXK tərəfindən AN 432515 nömrəli plan-ölçü sənədinin tərtib edilməsi ilə əsaslandırmışdır.

5. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxslərin vəkili birinci instansiya məhkəməsinin iclasında izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 dekabr 2022-ci il tarixli 2- 1(116)-1674/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1674/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)- 1674/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1674/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X8, X9 və X2 məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslərin vəkili Vəkil məhkəmə kollegiyasına ərizə göndərərək iclasın təxirə salınmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - A № 432355 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənədin iddiaçının adına hazırlanmasına əsas Zaqatala Rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı saylı qərarı olmuş, torpağın sahəsi 4299 kv.m göstərilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli g-96 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Gözbarax kəndi ərazisində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 110 saylı qərarı ilə 0,7799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Zaqatala rayon şöbəsi tərəfindən X6, X9 və X1 adına tərtib edilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən qeyd olunan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində 231 saylı reyestr kitabının 81-ci səhifəsində ümumbirgə mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 0,7799 ha torpaq sahəsi X6, X9 və X1 ümumibirgə mülkiyyətinə verilmişdir. - A № 432315 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənədin X4 adına hazırlanmasına əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı saylı qərarı olmuş, torpağın sahəsi 7799 kv.m göstərilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4299 kv.m torpaq sahəsi A432515 nömrəli plan-ölçüdə qeyd edilmiş 7799 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. A432555 nömrəli torpaq sahəsi, plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi A680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. A 680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi A432355 nömrəli planölçüdə qeyd edilmiş 4299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. X6, X9 və X1 faktiki istifadələrində olan torpaq sahəsi A432515 nömrəli və A680085 nömrəli plan-ölçü sənədlərində qeyd edilən torpaq sahələri ilə üst-üstə düşür. - Məhkəmə kollegiyası tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu edilərək X3 adına tərtib edilmiş A seriyalı 432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və İddiaçı adına tərtib edilmiş A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Gözbaraq kəndində kənd təsərrüfatı təyinatlı 0.7799 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. - A seriyalı 432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X5 7799 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - A seriyalı 432355 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə İddiaçı 4299 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - Zaqatala rayonu keçmiş “Azərbaycan kolxozu”nun Gözbarax kəndinin ərazisində torpaq islahatı işləri aparılarkən yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəldən görünür ki, İddiaçı orta torpaq norması olaraq 0,28 ha, cəmi torpaq norması 0,56 ha torpaq sahəsi müəyyənləşdirilmişdir. X5 isə orta torpaq norması olaraq 0,28 ha, cəmi torpaq norması olaraq 0,84 ha torpaq sahəsi müəyyənləşdirilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X7 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X7 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın faktiki istifadəsində olan torpaq sahəsinə tərtib edildiyini bildirmiş və buna görə də həmin sənədin ləğvini tələb etmişdir. Buna baxmayaraq, faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və ya torpaq sahəsinin ona ayrılmasını, təhkim edilməsini təsdiq edən ilkin yerquruluşu sənədi təqdim edə bilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı A432355 nömrəli plan-ölçüdə qeyd edilmiş 4299 kv.m torpaq sahəsindən faktiki olaraq istifadə etmir və həmin plan və ölçü sənədindən başqa iddiaçının adına qonşu torpaq sahəsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, üçüncü şəxsin adına hazırlanmış A432515 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi A680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. A680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi iddiaçının adına tərtib edilmiş A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Yəni, üçüncü şəxsin adına hazırlanmış çıxarışın plan-ölçü sənədi, ilkin plan-ölçü sənədinə uyğun hazırlanmışdır və həmin sənədlərdə qeyd edilmiş torpaq sahəsinin koordinatları iddiaçıya məxsus plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları ilə düşmür.

27. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu edilərək X3 adına tərtib edilmiş A seriyalı 432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və İddiaçı adına tərtib edilmiş A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Gözbaraq kəndində kənd təsərrüfatı təyinatlı 0.7799 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. A seriyalı 432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X5 7799 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. A seriyalı 432355 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə İddiaçı 4299 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala rayonu keçmiş “Azərbaycan kolxozu”nun Gözbarax kəndinin ərazisində torpaq islahatı işləri aparılarkən yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəldən görünür ki, İddiaçı orta torpaq norması olaraq 0,28 ha, cəmi torpaq norması 0,56 ha torpaq sahəsi müəyyənləşdirilmişdir. X5 isə orta torpaq norması olaraq 0,28 ha, cəmi torpaq norması olaraq 0,84 ha torpaq sahəsi müəyyənləşdirilmişdir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hər hansı hüquqmüəyyənedici sənəd olmadan, A432515 nömrəli plan-ölçü sənədi ilə üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən iddiaçının faktiki istifadə və sahiblik etməsi onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir. Yəni, iddiaçı A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsini sənəddə göstərilən qaydada deyil, ona ayrılmamış qonşu torpaq sahəsini də faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir.

29. Nəzərə alınmalıdır ki, "X7 Uçotu informasiya Sistemi" proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 №-li Fərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 №-li Fərmanının 2.3.3-cü bəndində X7 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X7 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın 2.3.3-cü bəndinin tələbləri baxımından iddiaçının hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq istifadə etdiyi zəbt olunmuş sahənin xüsusiyyətlərinin düzgün müəyyən edilərək uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir.

30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Zaqatala rayonu Gözbarax kəndində yerləşən A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı adına işlənmiş 4299 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 2-1(116)-1674/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar