Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-206/2020 24.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin vəkili X16 iştirakı ilə, İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı «üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020nömrəli qərarından iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin sədri X3 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Təsviri hissə: Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli 01 №-li qərarı ilə təsdiq edilmiş «Balakən rayonu Katex kolxozunun ərazisindən torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahı»sında X4 ailə başçısı, X13 isə ailə üzvü kimi qeyd edilmişlər. Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,54 ha (1792R nömrəli planşetlə 2585,56 kv.m, 1792 nömrəli planşetlə 1306 kv.m və 1792A nömrəli planşetlə 1480,08 kv.m) torpaq sahəsi X2 və X5 birgə mülkiyyətinə verilmiş və bununla bağlı JN-17xx xxx 40105018 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» hazırlanmışdır. Dadaşova (əvvəlki Qayxanova) İlhamə Kamil qızı JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, JN-17xx xxx 40105018 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 1792R nömrəli planşet hissəsində qeyd olunan 0,2585 ha torpaq sahəsi barədə məlumatlar idarədə mövcud olan elektron baza xəritələrində BEF torpağı kimi öz əksini tapmışdır. X7 xx.xx.2018-ci il tarixli 13 nömrəli məktubunda 0,26 ha torpaq sahəsinin qardaşı X6 istifadəsində olan ərazi olduğu qeyd edilmişdir. X17 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı «JN seriyalı 1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı X17 və məhrum anası X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması» barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, iddia təmin edilmiş, JN seriyalı 1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı X17 və məhrum anası X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X18 üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra qərardan çıxarış icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X19 göndərilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23 tərəfindən RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış» və xx.xx.2019-cu il tarixli A-363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Həmin sənədlərdən görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X2 və X8 ümumi birgə mülkiyyət hüququ xx.xx.2019cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Katex Bələdiyyəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X19 müraciət edərək, X8 adına verilmiş xx.xx.2019-cu il tarixli A-363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»nün ləğv edilməsini və dövlət aktındakı koordinatlara uyğun yeni sənədin verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X23 bundan imtina etmiş və xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, «Torpaq sahəsinin planı və ölçüsü» məhkəmə qərarı əsasında verildiyinə görə onun ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. İddiaçı Balakən Rayon Katex Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı «üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»ndakı koordinatlara əsasən, X8 torpağı başqa yerdə olduğu halda, cavabdeh torpağı sürüşdürərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üstünə işləmişdir. Halbuki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında torpağın sürüşdürülüb başqa yerdən verilməli olması qeyd edilməmişdir. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, JN-17xx xxx 40105018 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»ndan görünür ki, Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 0,54 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X4 və X11 verilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»dan görünür ki, X4 və X8 mülkiyyət hüququ xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X18 xx.xx.2019-cu il tarixli **********12 nömrəli məktubundan görünür ki, X10 qərarında dəyişiklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş «Torpağın mülkiyyət hüququna dair dövlət aktı»nda düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmçinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 21(84)-631/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə verilmiş dövlət reyestrindən çıxarışın və həmin çıxarışa dair tərtib edilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyildir. İşdə olan, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********77 nömrəli məktubundan görünür ki, JN-1792 nömrəli «Torpağın mülkiyyət hüququna dair dövlət aktı»nın 1792R nömrəsi ilə qeyd olunan 2585,56 kv.m torpaq sahəsi və A363301 nömrəli xx.xx.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən 0,2585 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa, A-363301 nömrəli xx.xx.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən 0,2585 ha torpaq sahəsi Balakən Rayon Katex bələdiyyəsinin mülkiyyətinə aid deyildir. Həmin 0,2585 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərtib etdiyi A-363301 nömrəli xx.xx.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən X8 xüsusi mülkiyyətinə aiddir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 saylı (hakim Vidadi Qasımov) qərarı ilə iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı «üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiasının təmin edilməməsi, iş üzrə prosessual xərclərin iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinə aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86,40 manat xərcin ondan alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin sədri X1 İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 saylı qərаrından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Balakən Rayon Katex kənd Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X18 üzərinə “iş üzrə üçüncü şəxs X8 adına tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli, A seriyalı 363301 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin qoyulması” barədə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi xx.xx.2020 -ci ildə hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi ilə işə baxaraq İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı X12rşı “üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın təmin edilməməsi barədə qərar çıxarmışdır. Həmin qərardan narazıyam və ləğv edilməsini xahiş edirəm. Belə ki, məhkəmə işə baxarkən cavabdehin məhkəməyə təqdim etdiyi sənədləri əsas götürməklə bizim hüquqlarımızı pozmaqla ədalətsiz qərar qəbul etmişdir.Qərarın surətini poçta vasitəsi ilə xx xxxx 2020-ci ildə almışıq. Karantinlə əlaqədar qanunun tələb etdiyi bir ay müddətində apellyasiya şikayətini verə bilməmişik. Bizə imkan verilmədi ki, iş üçün əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim edək. Apelyasiya məhkəməsində əlavə sübutlarımızı məhkəməyə şəxsən təqdim edəcəyik. Məhkəmə Qətnaməsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qərarın 2.4.-cü bəndində deyilir. "Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçim əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlarla əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktarla irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun ”, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilir ki, məhkəmə icraatı həqiqətən müəyyən edilməsini təmin etməlidir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin vəkili X20 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 80-ci mаddəsinə əsаsən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırara q, apelyasiya şikayətinin dəlillərini və iddiaçının nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən,iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İş materialları ilə müəyyən edilmişdir ki, Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,54 ha (1792R nömrəli planşetlə 2585,56 kv.m, 1792 nömrəli planşetlə 1306 kv.m və 1792A nömrəli planşetlə 1480,08 kv.m) torpaq sahəsi X2 və X8 ümumi mülkiyyətinə verilmiş və onların adına xx.xx.2019-cu il tarixli A-363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş X10 qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi mümkün deyildir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarının hazırda qüvvədə olmasını nəzərə almadan iddia tələbini mümkün saymış, eyni zamanda iddia tələbinin dəyişdirilməsinə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya bu barədə prosessual yardım göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessua Məcəlləsinin 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbində iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı iddianı qaldırmışdır. Qeyd edilən orqan hazırkı tələbə cavab verən orqan hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Bununla bağlı, məhkəmə kolegiyası qeyd edir ki, iddiaçı «üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tələb etməklə ilk növbədə Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli 01 №-li qərarını mübahisələndirməsə də, bu tələb qeyd edilən qərarla razılaşmamanın ifadəsidir. Belə ki, xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi qeyd edilən qərar əsasında hazırlanmışdır. Belə vəziyyətdə iddiaçının ləğv edilməsini tələb etdiyi torpaq sahəsinin planı və ölçüsü sənədinin Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli 01 №-li qərarı ilə verilmişdir. Ona görə də hazırkı cavabdeh iddiaçının tələbində cavabdehlik daşıyan orqan deyildir. İddiaçının nəzərinə çatdırılır ki, mübahisələndirilən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv olunması üçün ilk öncə Balakən Rayon X10 xx.xx.1998-ci il tarixli 01 №-li qərarını mübahisələndirməli və tələbinə müvafiq cavabdehi müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarı ləğv edilməli, iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı «üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin sədri X3 tərəfindən verilmiş apelyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-364/2020 saylı qərarı ləğv edilisin. İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı «üçüncü şəxs X8 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dаir iddiası mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apelyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri, Salman Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-206/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-206/2020
24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver