Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-206/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Birlik” X5na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-531/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin üzərinə X3 vergi ödəyicisi kimi uçota alınmaqla şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Birlik” X5na dair məlumatları dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Birlik” X5nı X6 və X2 ilə birlikdə 1996cı ildə təsis edərək, nizamnaməsini təsdiq etdirmişdirlər. 30 yanvar 1997-ci ildə həmin hüquqi şəxsin uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnaməni almışlar. X8 üzvlükdən imtina etmişdir. Nazim Məmmədov isə vəfat etmişdir. 12 fevral 2000-ci ildən «Birlik» X3 sədri Ədalət Əliyevdir. Hazırda təsis etdiyi hüquqi şəxsin fəaliyyətə başlamasını istəyir. Bu səbəbdən «Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək «Birlik» kəndli (fermer) təsərrüfatının uçota alınmaqla şəhadətnamə verilməsi üçün cavabdeh orqana 10 iyul 2023-cü ildə müraciət etmişdir. Hazırki müddətə qədər heç bir rəsmi məlumat verilməmişdir. Halbuki, cavabdeh orqan bu tələbini 1 gün ərzində icra etməli idi. Məcəllənin 34.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. İddiaçı məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh iddiaya etirazı onunla əsaslandırmışdır ki, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçının vəkili tərəfindən təqdim edilmiş sənədlər müəssisənin qeydiyyat qovluğu ilə əlaqəli şəkildə tədqiq edilərkən həmin sənədlər əsasında müəssisənin vergi uçotuna alınmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, məlumdur ki, kommersiya qurumlarına münasibətdə vergi orqanları həmin qurumları təkcə vergi uçotuna alan orqan kimi deyil, həm də dövlət qeydiyyatını aparan orqan kimi çıxış edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli sərəncamı ilə Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli 48 nömrəli fərmanının 2.4-cü maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti həyata keçirir. - İddiaçının nümayəndəsinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etdiyi sənədlər toplusu həm qanunvericiliyin tələbinə uyğun təqdim edilməmişdir, həmçinin sənədlər toplusunda ziddiyyətli, iddiaçının hazırkı iddia ərizəsini qaldırması üçün subyektiv hüququnun olmamasını göstərən sənədlər mövcuddur. İddiaçının təqdim etdiyi sənədlər toplusu “Birlik” X3 təkcə vergi uçotuna alınmasını deyil, həm də onun barəsində məlumatların dövlət reyestrinə daxil edilməklə yenidən qeydiyyata alınmasını, həm də qeydiyyat qovluğunda olan faktlarda dəyişiklik edilməklə dövlət qeydiyyatına alınmasını ehtiva edir. İddiaçının nümayəndəsi isə 11 saylı Ərazi Vergilər Baş İdarsinə təqdim etdiyi sərbəst formada tərtib edilmiş ərizəsində Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “Birlik” X3 vergi uçotuna alınmasını xahiş etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsinə izah edilməlidir ki, “Birlik” X5 kommersiya hüquqi şəxsdir və Vergi Məcəlləsinin ərizəsində istinad etdiyi 34.1-ci maddəsinə əsasən Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Yəni “Birlik” X5 kommersiya hüquqi şəxs olduğundan Vergi Məcəlləsinin 34cü maddəsi onlara şamil edilmir. Kommersiya qurumlarının vergi ödəyicisi kimi uçota alınması yuxarıda da qeyd etdiyimiz kimi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə tənzimlənir. Göründüyü kimi iddiaçının nümayəndəsi müvafiq ərizə, yəni “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunununun 5.1, 5.3.4-cü maddəsində nəzərdə tutulmuş ərizə forması ilə müraciət etməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsinin cavabdehə təqdim etdiyi ərizəyə əlavə etdiyi sənədlər mötəbər sənədlər kimi qəbul edilərsə, onda iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığı müəyyən olunur. Belə ki, İddiaçı adından təqdim edilmiş 15 fevral 2000-ci il tarixli ərizədə onun “Birlik” X3 üzvlüyündən çıxdığı qeyd edilmişdir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Uçot Vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnamənin surəti. - “Birlik” X3 X6 və X2 ilə birlikdə imzalanan xx.xx.1996-cı ildə tarixli Nizamnaməsinin surəti. - “Birlik” KFT-nın Mingəçevir şəhəri üzrə dövlət vergi müfəttişliyi tərəfindən 04 avqust 1998-ci il tarixində qeydiyyata alınmasına dair məlumat.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 dekabr 2024-cü il tarixli 2- 1(116)-531/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə “Birlik” X5na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-531/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh aşağıda qeyd edilən dəlillərə əsasən məhkəmənin qərarı ilə razılaşmayaraq, qərarın ləğv edilməli olduğunu hesab edir. Belə ki, iddiaçının nümayəndəsinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə poçt vasitəsilə göndərdiyi sərbəst formada tərtib edilmiş ərizə 11 saylı Ərazi Baş İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən imzalanmış ərizənin məzmunu aşağıdakı kimi olmuşdur: “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “Birlik” kəndli (fermer) təsərrüfatının uçota alınmaqla yalnız mənim adımın yazılmaqla şəhadətnamə verilməsini xahiş edirəm”. - Bütün bunlara baxmayaraq, cavabdehin iştirak etmədiyi məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini icraata qəbul edən məhkəmə cavabdehin həmin dəqiqləşdirilmiş iddia tələbinə münasibətini öyrənmədən öhdəliyin icrası növündə iddia üçün xüsusi mümkünlük şərtini pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, işə baxan birinci instansiya məhkəməsi, qərarında heç bir əsaslandırma aparmamış, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarının çoxsaylı pozuntusu ilə müşaiyət edilən qanunsuz qərar qəbul etmişdir. - Birinci instansiya məhkəməsi qərarını əsaslandırmamış, inzibati orqanın üzərinə qanunsuz, qeyri-müəyyən və əslində icrası mümkün olmayan öhdəlik qoymuşdur. Belə ki, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçının vəkili tərəfindən təqdim edilmiş sənədlər müəssisənin qeydiyyat qovluğu ilə əlaqəli şəkildə tədqiq edilərkən həmin sənədlər əsasında müəssisənin vergi uçotuna alınmasının mümkün olmaması müəyyən edilmişdir. Çünki kommersiya qurumlarına münasibətdə vergi orqanları həmin qurumları təkcə vergi uçotuna alan orqan kimi deyil, həm də dövlət qeydiyyatını aparan orqan kimi çıxış edir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsindən və məhkəmənin də həmin dəqiqləşdirilmiş iddia ərizəsini icraata götürərək məhz dəqiqləşdirilmiş iddia tələbinə əsasən cavabdehin üzərinə öhdəlik qoyması onu göstərir ki, iddiaçının nümayəndəsi və məhkəmə cavabdehin yazılı etirazındakı mövqe ilə razılaşmış, “Birlik” kəndli (fermer) təsərrüfatının vergi uçotuna deyil, onun barəsində (məlumatların) faktların yenidən dövlət qeydiyyatına alınmalı olması qənaətinə gəlmişdir. - İddiaçının nümayəndəsi iddiaçının adından inzibati orqana ünvanlandığı ərizədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “Birlik” kəndli (fermer) təsərrüfatının uçota alınmaqla yalnız özünün adı yazılmaqla şəhadətnamə verilməsini xahiş etmişdir. Bununla bağlı ilk növbədə məhkəmə bilməli və iddiaçının nümayəndəsinə izah edilməli idi ki, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsində və vergi uçotuna alınması haqqında şəhadətnamədə onun təsisçilərinin adının göstərilməsi nəzərdə tutulmamışdır. - İddiaçının qanunvericilikdə nəzərdə tutulmuş formada və müvafiq ərizə formasından istifadə etmədən sərbəst formada yazdığı ərizədən onun hansı hüquqi nəticəyə nail olmaq istəməsi, daha dəqiq desək “Birlik” X3 ilkin dövlət qeydiyyatına alındığı zaman mövcud olan faktlarla qeydiyyata alınmasını, yoxsa ilkin məlumatlardan fərqli məlumatlarla qeydiyyata alınmasını istəməsini müəyyən etmək mümkün olmur. Belə ki, “Birlik” X3 nizamnaməsinin 4-cü maddəsində müəssisənin təsisçilərinin aşağıdakı fiziki şəxslər olduğu qeyd edilmişdir: İddiaçı, X6, X2. Odur ki, həmin məlumatların dövlət reyestrindən yenidən qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.3.1-ci maddəsinə əsasən hər 3 təsisçinin şəxsiyyət vəsiqəsinin məlumatları qeydiyyat orqanına təqdim edilməlidir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən inzibati orqana yalnız İddiaçı şəxsiyyət vəsiqəsinin surəti təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən inzibati orqana ünvanlanmış sərbəst formada tərtib edilmiş ərizədə isə İddiaçı adı göstərilməklə şəhadətnamə verilməsini xahiş etmişdir. Bu ərizəyə təsisçilərdən yalnız İddiaçı şəxsiyyət vəsiqəsinin surətinin əlavə olunmasından isə ehtimal olunur ki, iddiaçı yalnız özünün “Birlik” X3 təsisçisi kimi dövlət reyestrində qeydiyyata alınmasına nail olmaq istəyir. Belə olan halda isə iddia tələbi “Birlik” X5 barədə məlumatların dövlət reyestrində qeydə alınması deyil, “Birlik” X3 qeydiyyat qovluğunda olan faktlarda dəyişiklik edilməklə dövlət reyestrində qeydiyyatına alınmasını ehtiva etdiyindən Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməli, ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin, bu halda da müvafiq ərizə forması ilə müraciət edilməmiş və dəyişikliyi təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, “Birlik” X3 yeganə təsisçisinin İddiaçı olmasını təsdiq edən nizamnaməyə dəyişiklik dövlət qeydiyyatına alınması üçün ərizəyə əlavə edilməmiş, həmçinin ərizəyə “Birlik” X3 yeganə təsisçisinin İddiaçı olması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun mötəbər sənədlər əlavə ediməmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi “Birlik” X5 barədə məlumatların dövlət reyestrinə daxil edilməsini tamamilə mülahizələrlə tələb edir. Bununla bağlı məhkəmə kollegiyasının diqqətinə yuxarıda qeyd edilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “13” oktyabr 2020-ci il tarixli **********069900 №-li əmri ilə Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin formasının tələblərini çatdırmaq istəyirlər. Həmin ərizə formasına nəzər saldıqda görünür ki, qanunvericilik kommersiya qurumu barədə bir çox məlumatların qeydiyyata alınmaq üçün təqdim edilməsini tələb edir, hansı ki, həmin məlumatlar iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən ərizəyə əlavə olunmuş və qanunvericiliyin tələblərinə uyğun olmayan sənədlərdə hər 3 təsisçinin təsisçilikdən çıxdığı qeyd edilmişdir. Belə olan halda iddiaçının hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olubolmaması məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmişdir. İnzibati mübahisə üzrə məhkəmə tərəfindən cavabdehin iddia ərizəsinə etirazında göstərilən və iddianın əsassız olmasını sübut edən kifayət qədər dəlillər olmasına baxmayaraq birtərəfli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş dəlillər araşdırılmadan və əsaslandırılmadan rədd edilmişdir. Nəticədə birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmiş və qərar əsaslandırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
18. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, “Birlik” X5 32493 nömrəli, xx.xx.1996-cı il tarixli Şəhadətnamə əsasında Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Birliyin Nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən 1996-cı ildə təsdiq edilmişdir. Bundan əlavə həmin dövrün qanunvericiliyinin tələblərinə uyğun olaraq “Birlik” KFT-na Mingəçevir şəhəri üzrə dövlət vergi müfəttişliyi tərəfindən 04 avqust 1998-ci il tarixində VÖİN verilmişdir. (VÖİN- 2********). “Birlik” KFT ******* saylı Şəhadətnamə əsasında Dövlət Statistika Komitəsi tərəfindən uçot vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. Göründüyü kimi, “Birlik” KFT həmin Qanun qüvvəyə minənədək qeydiyyata alınmış hüquqi şəxs kimi müvafiq məlumatın dövlət reyestrinə daxil edilməsini tələb etdiyindən yenidən qeydiyyata alınma ilə bağlı zərurət mövcud deyildir.
19. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
21. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
23. İş materiallarından görünür ki, hazırki iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir.
24. İşdən göründüyü kimi, iddiaçı cavabdeh-inzibati orqana ərizə ilə müraciət edərək X3 vergi ödəyicisi kimi uçota alınmaqla şəhadətnamə verilməsini xahiş etmişdir. Həmin tələbinə cavabdeh tərəfindən imtina verildikdən sonra eyni tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı, iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Birlik” X5na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
25. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana sorğu edilərək “Birlik” X5na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması tələbi ilə onlara müraciət edilib-edilməməsi araşdırılmışdır.
26. Kollegiyanın sorğusu əsasında verilmiş cavabdeh inzibati orqanın 11 iyun 2025ci il tarixli, 3-21-2-17/2-82819/2025 nömrəli məktubunda iddiaçı tərəfindən “Birlik” X5na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması tələbi ilə bağlı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə hər hansı müraciətin daxil olmadığı qeyd edilmişdir.
27. Eyni zamanda, iddiaçı tərəfindən Birlik” X5na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması tələbi ilə bağlı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmələrinə dair hər hansı sübut sənəd məhkəməyə təqdim edilməmişdir.
28. İş materiallarından da görünür ki, iddiaçının nümayəndəsinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyi ərizə 11 saylı Ərazi Baş İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddiaçının nümayəndəsi tərəfindən imzalanmış ərizənin məzmunu aşağıdakı kimi olmuşdur: “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “Birlik” kəndli (fermer) təsərrüfatının uçota alınmaqla yalnız mənim adımın yazılmaqla şəhadətnamə verilməsini xahiş edirəm”.
29. Lakin, birinci instansiya məhkəməsi cavabdehin iştirak etmədiyi məhkəmə iclasında iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini icraata qəbul edərək cavabdehin həmin dəyişdirilmiş iddia tələbinə münasibətini öyrənmədən öhdəliyin icrası növündə iddia üçün xüsusi mümkünlük şərtini pozmuşdur.
30. İddiaçının nümayəndəsi iddiaçının adından inzibati orqana ünvanlandığı ərizədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə istinad edərək “Birlik” kəndli (fermer) təsərrüfatının uçota alınmaqla yalnız özünün adı yazılmaqla şəhadətnamə verilməsini xahiş etmişdir. Bununla bağlı ilk növbədə iddiaçının nümayəndəsinə izah edilməlidir ki, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsində və vergi uçotuna alınması haqqında şəhadətnamədə onun təsisçilərinin adının göstərilməsi nəzərdə tutulmamışdır. İddiaçının qanunvericilikdə nəzərdə tutulmuş formada və müvafiq ərizə formasından istifadə etmədən sərbəst formada yazdığı ərizədən onun hansı hüquqi nəticəyə nail olmaq istəməsi, daha dəqiq desək “Birlik” X3 ilkin dövlət qeydiyyatına alındığı zaman mövcud olan faktlarla qeydiyyata alınmasını, yoxsa ilkin məlumatlardan fərqli məlumatlarla qeydiyyata alınmasını istəməsini müəyyən etmək mümkün olmur.
31. Belə ki, “Birlik” X3 nizamnaməsinin 4-cü maddəsində müəssisənin təsisçilərinin aşağıdakı fiziki şəxslər olduğu qeyd edilmişdir: İddiaçı, X6, X2. Odur ki, həmin məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.3.1-ci maddəsinə əsasən hər 3 təsisçinin şəxsiyyət vəsiqəsinin məlumatları qeydiyyat orqanına təqdim edilməlidir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən inzibati orqana yalnız İddiaçı şəxsiyyət vəsiqəsinin surəti təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən inzibati orqana ünvanlanmış sərbəst formada tərtib edilmiş ərizədə isə İddiaçı adı göstərilməklə şəhadətnamə verilməsini xahiş etmişdir. Bu ərizəyə təsisçilərdən yalnız İddiaçı şəxsiyyət vəsiqəsinin surətinin əlavə olunmasından isə ehtimal olunur ki, iddiaçı yalnız özünün “Birlik” X3 təsisçisi kimi dövlət reyestrində qeydiyyata alınmasına nail olmaq istəyir. Belə olan halda isə iddia tələbi “Birlik” X5 barədə məlumatların dövlət reyestrində qeydə alınması deyil, “Birlik” X3 qeydiyyat qovluğunda olan faktlarda dəyişiklik edilməklə dövlət reyestrində qeydiyyatına alınmasını ehtiva etdiyindən Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməli, ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin, bu halda da müvafiq ərizə forması ilə müraciət edilməmiş və dəyişikliyi təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir.
32. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, “Birlik” X3 yeganə təsisçisinin İddiaçı olmasını təsdiq edən nizamnaməyə dəyişiklik dövlət qeydiyyatına alınması üçün ərizəyə əlavə edilməmiş, həmçinin ərizəyə “Birlik” X3 yeganə təsisçisinin İddiaçı olması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun mötəbər sənədlər əlavə ediməmişdir.
33. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 02 oktyabr 2024-cü il tarixli **********448200 №-li əmri ilə Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin formasına nəzər saldıqda görünür ki, qanunvericilik kommersiya qurumu barədə bir çox məlumatların qeydiyyata alınmaq üçün təqdim edilməsini tələb edir, hansı ki, həmin məlumatlar iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən ərizəyə əlavə olunmuş və qanunvericiliyin tələblərinə uyğun olmayan sənədlərdə hər 3 təsisçinin təsisçilikdən çıxdığı qeyd edilmişdir. Belə olan halda iddiaçının hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
34. Bundan başqa, Vergi Məcəlləsinin 33-cü maddəsinin müddəalarına əsasən, Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. (33.1ci maddə). Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. (33.3-cü maddə). Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. (33.4-cü maddə).
35. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumat təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
37. Normaların tələblərindən göründüyü kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir.
38. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.
39. Bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin "Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda (bu Qaydaların 1 №li əlavəsi), vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş müvafiq jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Qaydalarda vergi orqanlarında hüquqi şəxslərin vergi uçotuna alınması Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun aparılması əksini tapmışdır.
40. Belə olduğu təqdirdə cavabdeh inzibati orqanın iddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətindən imtinası olmadığından, hazırki mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.
41. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
42. Qanunvericiliyin qeyd edilən normasından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
44. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər.
45. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan dəyişdirilmiş iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
46. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-531/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-531/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Birlik” X5na dair məlumatların dövlət reyestrində yenidən qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.