Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-207/2025 30.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X8 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X12, üçüncü şəxslər X13 və X4 iştirakları ilə, İddiaçının prosessual hüquqi varisi X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.22 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2633/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-108/2023 nömrəli qərardadı ilə X9, X13, Karatova( Ramazanova) Ramilə Seyid qızı, Karatova ( Ramazanova) Samirə Seyid qızı və Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsi iş üzrə inzibati icraat qaydasında üçüncü şəxs qismində zəruri cəlb edilmişdirlər.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-108/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(107)-410/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)- 108/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2502/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(107)-272/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)- 108/2023 nömrəli qərardadı Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsinin üçüncü şəxs qismində zəruri cəlb edilməsi hissəsində dəyişdirilmiş, Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(107)-272/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-1(116)- 2502/2023 nömrəli qərardadı ləğv edilərək iş birinci instansiya məhkəməsinə göndərilmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı iddiaçının ailəsinin adına Zaqatala rayonu Uzunqazmalar kəndindən 3166 kv.m, 2701 kv.m, 1,29 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahələri və 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. - Bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 50 nömrə ilə uçota alınmış A seriyalı 208488 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 3166 kv.m. torpaq sahəsi ayrılmışdır. - Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 325 nömrə ilə uçota alınmış A seriyalı 372925 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 2701 kv.m. torpaq sahəsi ayrılmışdır. - Belə ki, torpaq sahələrinə çıxarış əldə etmək istəyərkən müəyyən olmuşdur ki, Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə dair adına qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənəd (torpaq sahəsinin planı və ölçüsü və yaxud torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) tərtib edilməmişdir. - Bildirilir ki, torpaq islahatından hal-hazıradək həmin torpaq şöbələri iddiaçının istifadəsindədir və torpaq sahələrinin vergisini ödəyir. - Torpaq sahələrinə dair çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, imtina cavabı almışdır.
9. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 18 saylı Zaqatala Ərazi İdarəsində Zaqatala rayonu Uzunqazmalar kəndində aparılmış torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair siyahılarda (DBF siyahısında) Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən iddiaçının isdifadəsində olan pay torpaq sahəsinin (fındıq bağın) ona və ailə üzvlərinə verilməsi barədə hər-hansı bir məlumat aşkar edilməmiş və iddiaçının təqdim etdiyi “Təhkim aktı” hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci tarixli məktub göndərilmişdir. - İddia ərizəsi ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq məlumat verilir ki, tək iddiaçıya Zaqatala rayonu, Uzunqazmalar kəndində Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 0,3166 ha kənd təsərrüfatı təyinatlı və 0,06 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə ləğv edilmiş DTXK-si tərəfindən AN 208430 və AN 208488 saylı "Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib ediimişdir. - Sərəncamın 4-cü hissəsinin icrası ilə bağlı iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış inzibati icraat marerialları təqdim olunur. Mübahisəli torpaq sahəsinə dair müəyyənedici sənədlər ərazi idarəsində aşkar edilməmişdir.
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2633/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2633/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının 09 yanvar 2026-cı il tarixli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
13. Məhkəmə kollegiyasının 11 iyul 2025-ci il tarixli qərarı ilə X9 İddiaçının prossesual hüquqi varisi kimi tanınmışdır.
14. İddiaçının hüquqi varisi X9 xx.xx.2026-cı il tarixdə məhkəmə kollegiyasına iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.22 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli qərarı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı ona rəsmi qaydada göndərilməmişdir. Həmin qərardan narazıdır və ləğv edilməsini xahiş edir. - Belə ki, iddiaçı ona Zaqatala rayon AİK-mn xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ayrılmış torpaq sahələrindən istifadə etmiş, ayrılmış 3166 kv.m və 2701 kv.m torpaq sahələrinə İlkin plan-ölçü sənədləri tərtib edilmişdir. - Onun istəyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mülkiyyət hüququnun pozulması 1.29 ha və 0.28 ha torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasıdır. - Ona görə də İddiaçı pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət edir. - Belə ki, Zaqatala rayon Dövlət Arxivinin 01 iyul 2024-cü il tarixli Arxiv arayışında Vətəndaşa Uzunqazmalar YAİK-sı tərəfindən xx.xx.1999-cu il tarixində əmlakın xüsusi mülkiyyətə verilməsinə dair təhkim aktı aktında fındıq bağından sahəsi 0.16 ha olmaqla 29 fındıq topasının, dəyəri 652993 manat olmaqla, xx.xx.1999-cu il tarixində əmlakın xüsusi mülkiyyətə verilməsinə dair təhkim aktında sahəsi 1.29 ha olmaqla 130 ədəd fındıq topasının, dəyəri ******* manat olmaqla xüsusi mülkiyyətə verilməsi barədə qeydiyyatı vardır. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli Arxiv sənədlərinin təqdim edilməsi barədə məktubunda qeyd edilir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı onun adı “Zaqatala rayonu, Yuxarı Tala kənd sakinlərinin sabiq 2 nömrəli Fındıqçılıq sovxozu ərazisindən torpaq payı alan zaman yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə dair Yekun Cədvəlində qeydiyyata alınmışdır. Həmin cədvəldə sıra sayı 432, Dövlət Aktının nömrəsi 432, təsərrüfat kitabında nömrə XXVİ-2135, subyektlərin sayı 5 nəfər, həyətyanı torpaq sahəsi (faktiki sahə 0.42 ha, qanuni sahə 0.06 ha, zəbt 0.36 ha), cəmi pay torpaq norması 1.95 ha, çöldən düşən bağ sahəsi 1.45 ha, əkin sahəsindən verilən sahə 0.14 ha qeyd olunmuşdur. Həmçinin müvafiq torpaq norması barədə cədvəl və islahat zamanı ailə üzvləri barədə arayış əlavə edilmişdir. - Forma 3 nömrəli aktlarla həmin torpaq sahələri onun mülkiyyətinə verilmişdir. - Lakin, Məhkəmə onun heç bir sübutunu qərarından göstərməmiş, sadalamamış, təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar müəssisədə son 5 ilin əmək haqqı indeksləşməklə əmlak payı müəyyən olunur. O, islahatın subyekti olmuşdur. - Torpaq İslahatı haqqında qanuna əsasən 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpaq payı vətəndaşlara həmin ünvandan verilə bilərdi. - Əmlak İslahatı qanununa əsasən hər hansı bir subyektə islahatın aparıldığı həmin müəssisədə subyekdə işlədiyi illərdən asılı olaraq yekun əmlak payı hesablanar və subyekt əmlak payı almaq hüququna malik olur. - Odur ki, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)- 2633/2024 iş nömrəli qərarını ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2633/2024 iş nömrəli qərarını ləğv edilməsinivə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X13 və X9 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “ iddiaçıların naturada istifadə etdiyi ölçüdə, yəni, 0,22 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarış və plan ölşü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(116)-2633/2024 iş nömrəli qərarını ləğv edilməsinivə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
21. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina cavabı; - Zaqatala Rayon Aşağı Çardaxlar Bələdiyyəsi 19 fevral 2020-ci il tarixli, 30 mart 2022-ci il tarixli Arayışları; - A№ 208488-li Torpaq sahəsinin plan və ölçü sənədi; - Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 37 nömrəli arxiv çıxarışı; - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı; - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Mərkəzin arxivində aparılmış araşdırma zamanı iddiaçının adı “Zaqatala rayonu Yuxarı Tala kənd sakinlərinin sabiq 2 nömrəli Fındıqçılıq sovxozu ərazisindən torpaq payı alan zaman yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid yekun cədvəlində qeydiyyata alınmışdır. Həmin cədvəldə sıra sayı 432, Dövlət Aktının nömrəsi 432, təsərrüfat kitabında nömrə XXVİ-2135, subyektlərin sayı 5 nəfər, həyətyanı torpaq sahəsi (faktiki sahə 0.42 ha, qanuni sahə 0.06 ha, zəbt 0.36 ha), cəmi torpaq pay norması 1.95 ha, çöldən düşən bağ sahəsi 1.45 ha, əkin sahəsindən verilən sahə 0.14 ha qeyd olunmuşdur. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndəsi tərəfindən verilmiş 2 saylı fındıqçılıq sovxozu ərazisindən torpaq payı alacaq Yuxarı Tala kənd sakinlərinin ailə tərkibi barədə arayışa əsasən, ailə İddiaçı, X9, X13, X10 və X3 ibarətdir. Zaqatala rayonu 2 nömrəli fındıq sovxozunun xx.xx.1999-cu il tarixli aktına əsasən, İddiaçı sovxozun özəlləşən fındıq bağından 1.29 ha torpaq sahəsi 130 ədəd fındıq ağacı xüsusi mülkiyyətinə verilmişdir. Zaqatala rayonu 2 nömrəli fındıq sovxozunun xx.xx.1999-cu il tarixli aktına əsasən, İddiaçı sovxozun özəlləşən fındıq bağından 0.28 ha torpaq sahəsi 29 ədəd fındıq ağacı xüsusi mülkiyyətinə verilmişdir. DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan Zaqatala rayonu, Uzunqazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı (kənd təsərrüfatı təyinatlı) torpaq sahələri həmin kəndin ikinci islahat xəritəsinə əsasən Aşağı Çardaxlar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr əraziləri kimi işlənilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən həmin ərazidə yerləşən mülkiyyətçilərin torpaq sahələri öz pay normalarına uyğun torpaqların elektron kadastrı uçotu informasiya sistemləri məlumat bazasında (TEKUİS) öz əksini tapmışdır. Uzunqazmalar kəndində yerləşən iddiaçının iddia etdiyi 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin hüdudları daxilində İdarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən X1 və onun ailə üzvlərinə 433B cizgisi ilə işlənilmiş 1.51 ha torpaq sahəsinin 0.4476 ha hissəsi, X11 və onun ailə üzvlərinin 302K cizgisi ilə işlənilmiş 0.26 ha torpaq sahəsinin 0.2239 ha hissəsi və 432F cizgisində işlənilmiş 1.34 ha torpaq sahəsinin 0.5874 ha hissəsi (432F cizgisində işlənilmiş torpaq mülkiyyətçisinin DBF siyahsınada adı qeyd edilməmişdir), X5 və onun ailə üzvlərinə **********1605 nömrəli keçmiş DT və XK tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə işlənilmiş 0.8181 ha torpaq sahəsinin 0.0103 ha hissəsi və qalan 0.0208 ha hissəsi isə Zaqatala rayonu, Çardaxlar bələdiyyəsinin mülkiyyətində olan təsərrüfat daxili yollar ərazisi kimi işlənilmişdir. Uzunqazmalar kəndində yerləşən iddiaçının iddia etdiyi 0.28 ha həyətyanı (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin hüdudları daxilində idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən X14 və onun ailə üzvlərinə 299S cizgisi ilə işlənilmiş 0.16 ha torpaq sahəsinin 0.0151 ha hissəsi, X6 və onun ailə üzvlərinə 414F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsinin 0.2253 ha hissəsi, 432B cizgisində işlənilmiş 0.22 ha torpaq sahəsinin 0.0421 ha hissəsi (432F cizgisində işlənilmiş torpaq mülkiyyətçisinin DBF siyahsınada adı qeyd edilməmişdir), 0.0120 ha torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi və qalan 0.004 ha torpaq sahəsi isə Zaqatala rayonu, Çardaxlar bələdiyyəsinin mülkiyyətində olan təsərrüfat daxili yollar ərazisi kimi işlənilmişdir. X6 və onun ailə üzvlərinin TEKUİS məlumat bazasındakı 414F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsi reyestr nömrəsi **********80 olan çıxarışla qeydiyyata alınmışdır. DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən, Zaqatala rayonu Uzunqazmalar kəndi 2 nömrəli Fındıqçılıq təsərrüfatı ərazisində aparılan Torpaq islahatına dair kompleks yerquruluşu (DWG) layihəsində iddiaçının iddia etdiyi 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cizgiləri ilə 432F cizgisində işlənilmiş 1.34 ha torpaq sahəsinin müxtəlif konfiqurasiya fərqləri ilə 1.29 ha hissəsi (432F cizgisində işlənilmiş torpaq mülkiyyətçisinin DBF siyahısında adı qeyd edilməmişdir) üstüstə düşür. İddiaçının iddia etdiyi 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cizgiləri X19 və onun ailə üzvlərinin 414 F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsinin 0.28 ha hissəsi ilə üst-üstə düşür. X19 və onun ailə üzvlərinin (DWG) layihəsində 414 F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********80 olan ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri və üst-üstə düşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planlarında göstərilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
26. “Torpaq islahatı haqqında” Qanun Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
27. “Aqrar islahatın əsasları haqqında” Qanun Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur...
28. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə qərara alıram: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 1.1. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin (bundan sonra – hüquqmüəyyənedici sənədlər) təqdim olunmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə təmin etsin; 2.2. bu Fərmanın 1.1-ci bəndinin icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır.
29. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.
Apellyasiya şikayətinin mümkünlüyü
30. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.22 ha ölçüdə həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışların verilməsinə nail olmaqdır.
36. Cavabdeh orqanın imtinasının və etirazının dəlilləri ondan ibarətdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsində Zaqatala rayonu Uzunqazmalar kəndində aparılmış torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair siyahılarda (DBF siyahısında) Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən iddiaçının isdifadəsində olan pay torpaq sahəsinin (fındıq bağın) ona və ailə üzvlərinə verilməsi barədə hər-hansı bir məlumat aşkar edilməmiş və iddiaçının təqdim etdiyi “Təhkim aktı” hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli tərəflərindən mümkün olmamışdır.
37. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslanmışdır ki, iddiaçının faktiki istifadəsində olduğu bildirilən və mütəxəssis tərəfindən tədqiq edilmiş 1,29 ha torpaq sahəsi və 0,28 hektar həyatyanı sahələri yeni elektron uçot məlumatlarında kənd təsərrüfatı təyinatlı, Zaqatala rayonu Aşağı Çardaxlar bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı həmin torpaq sahəsinin verildiyi gündən bu günə kimi istifadəsində olmasını bildirsə də, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi iş üzrə hər hansı mötəbər sübutla təsdiqlənmir. Göründüyü kimi torpaq islahatı aparılan zaman iddiaçının faktiki istifadəsində olan, hazırkı mübahisənin predmeti kimi çıxış edən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır.
38. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
39. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırki mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçının apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilmiş DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan Zaqatala rayonu, Uzunqazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı (kənd təsərrüfatı təyinatlı) torpaq sahələri həmin kəndin ikinci islahat xəritəsinə əsasən Aşağı Çardaxlar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr əraziləri kimi işlənilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2016cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən həmin ərazidə yerləşən mülkiyyətçilərin torpaq sahələri öz pay normalarına uyğun torpaqların elektron kadastrı uçotu informasiya sistemləri məlumat bazasında (TEKUİS) öz əksini tapmışdır. Uzunqazmalar kəndində yerləşən iddiaçının iddia etdiyi 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin hüdudları daxilində İdarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən X1 və onun ailə üzvlərinə 433B cizgisi ilə işlənilmiş 1.51 ha torpaq sahəsinin 0.4476 ha hissəsi, X11 və onun ailə üzvlərinin 302K cizgisi ilə işlənilmiş 0.26 ha torpaq sahəsinin 0.2239 ha hissəsi və 432F cizgisində işlənilmiş 1.34 ha torpaq sahəsinin 0.5874 ha hissəsi (432F cizgisində işlənilmiş torpaq mülkiyyətçisinin DBF siyahsınada adı qeyd edilməmişdir), X5 və onun ailə üzvlərinə **********1605 nömrəli keçmiş DT və XK tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə işlənilmiş 0.8181 ha torpaq sahəsinin 0.0103 ha hissəsi və qalan 0.0208 ha hissəsi isə Zaqatala rayonu, Çardaxlar bələdiyyəsinin mülkiyyətində olan təsərrüfat daxili yollar ərazisi kimi işlənilmişdir. Uzunqazmalar kəndində yerləşən iddiaçının iddia etdiyi 0.28 ha həyətyanı (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin hüdudları daxilində idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən X14 və onun ailə üzvlərinə 299S cizgisi ilə işlənilmiş 0.16 ha torpaq sahəsinin 0.0151 ha hissəsi, X6 və onun ailə üzvlərinə 414F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsinin 0.2253 ha hissəsi, 432B cizgisində işlənilmiş 0.22 ha torpaq sahəsinin 0.0421 ha hissəsi (432F cizgisində işlənilmiş torpaq mülkiyyətçisinin DBF siyahsınada adı qeyd edilməmişdir), 0.0120 ha torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi və qalan 0.004 ha torpaq sahəsi isə Zaqatala rayonu, Çardaxlar bələdiyyəsinin mülkiyyətində olan təsərrüfat daxili yollar ərazisi kimi işlənilmişdir. X6 və onun ailə üzvlərinin TEKUİS məlumat bazasındakı 414F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsi reyestr nömrəsi **********80 olan çıxarışla qeydiyyata alınmışdır. DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən, Zaqatala rayonu Uzunqazmalar kəndi 2 nömrəli Fındıqçılıq təsərrüfatı ərazisində aparılan Torpaq islahatına dair kompleks yerquruluşu (DWG) layihəsində iddiaçının iddia etdiyi 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cizgiləri ilə 432F cizgisində işlənilmiş 1.34 ha torpaq sahəsinin müxtəlif konfiqurasiya fərqləri ilə 1.29 ha hissəsi (432F cizgisində işlənilmiş torpaq mülkiyyətçisinin DBF siyahısında adı qeyd edilməmişdir) üst-üstə düşür. İddiaçının iddia etdiyi 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cizgiləri X19 və onun ailə üzvlərinin 414 F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsinin 0.28 ha hissəsi ilə üst-üstə düşür. X19 və onun ailə üzvlərinin (DWG) layihəsində 414 F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********80 olan ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri və üst-üstə düşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planlarında göstərilmişdir.
42. Mübahisə predmeti olan 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı (kənd təsərrüfatı təyinatlı) torpaq sahələri həmin kəndin ikinci islahat xəritəsinə əsasən Aşağı Çardaxlar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-108/2023 nömrəli qərardadı ilə Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsi iş üzrə inzibati icraat qaydasında üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
43. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli iclasında iddiaçının hüquqi varisi X9 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.22 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli qərarı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
44. Bundan əlavə Zaqatala rayon Çardaxlar bələdiyyəsinin məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Uzunqazmalar kənd sakini İddiaçı 2 saylı fındıqçılıq sovxozunda aparılmış torpaq islahatı zamanı Uzunqazmalar kənd ərazisində olmaqla onun ailəsinə 1.24 ha fındıq bağı və 0.32 ha əkin sahəsi təhkim olunmuşdur. İddiaçı hal-hazıra qədər olan onun mülkiyyətinə verilmiş pay torpaq sahəsinin vergi borcunu ödəmiş, onun vergi borcu yoxdur.
45. Bununla yanaşı Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı Qərarında da torpaq payı almaq hüququ olmayıb torpaq payı verilən ailələrin torpaq sahələrinin onlar tərəfindən bir neçə il istifadə edib müəyyən işlər gördüklərinə görə nəzərə alınıb bələdiyyə mülkiyyətində saxlanılması və həmin ailələrin torpaqlarının birinci növbədə onların icarəsinə verilməsi və ya satılması bələdiyyələrə tövsiyə edilmişdir.
46. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı Qərarı, həmçinin, Zaqatala rayonu 2 nömrəli fındıq sovxozunun xx.xx.1999-cu il tarixli və xx.xx.1999-cu il tarixli aktı ilə iddiaçıya münasibətdə hüquq müəyyənedici sənədlərin olduğu öz təsdiqini tapır. Bundan əlavə DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktuba əsasən iddiaçının iddia etdiyi 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cizgiləri ilə 432F cizgisində işlənilmiş 1.34 ha torpaq sahəsinin müxtəlif konfiqurasiya fərqləri ilə 1.29 ha hissəsi (432F cizgisində işlənilmiş torpaq mülkiyyətçisinin DBF siyahısında adı qeyd edilməmişdir) üst-üstə düşdüyündən və ikddiaçının iddia etdiyi 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cizgiləri X19 və onun ailə üzvlərinin 414 F cizgisi ilə işlənilmiş 1.59 ha torpaq sahəsinin 0.28 ha hissəsi ilə üst-üstə düşdüyündən, həmçinin, iddiaçının hüquqi varisi 0.28 ha torpaq sahəsinin 0.22 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyindən, iddia tələbi 1.29 ha və 0.22 ha torpaq sahələrinə münasibətdə təmin edilməlidir.
47. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-196/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında hazırkı hüquqi mövqeyi ifadə etmişdir.
48. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
49. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.22 ha həyətyanı torpaq sahəsinə İddiaçı adına arayışın verilməsi və həmin torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli 2-1(116)-2633/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.22 ha həyətyanı torpaq sahəsinə İddiaçı adına arayışın verilməsi və həmin torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla çıxarışlarıın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.