Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-208/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “JN-026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, Qax rayonu Xarabtala kəndində ona məxsus ərazidə yerləşən 0,29 ha torpaq sahəsinə X7 və X3 adına verilmiş JN-026F nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi və həmin torpağa dair mülkiyyət hüququ tanınmaqla torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçıların Qax rayonu Xarabtala kəndində 0,29 ha pay torpağı vardır. Həmin torpaq sahəsi iddiaçılara 1996-cı ildə bələdiyyə qərarı ilə verilmişdir. Torpaq sahəsinə dair iddiaçılarda yalnız bələdiyyə tərəfindən verilən sənədlər vardır və iddiaçılar həmin torpaq sahəsini uzun müddətdir ki, istifadə edirlər. İddiaçılar hesab etmişlər ki, onlara məxsus torpaq sahəsinə dair X7 və X5 adına tərtib olunmuş JN-026F nömrəli şəhadətnamə əsassızdır və ləğv edilməlidir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********25 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında X7 və X3 adları qeyd olunan JN-026F, KOD 40309088 (0.29ha) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Sözügedən şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlər mövcud deyildir.
4. İddiaçı1 JN-026F, KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin öz adına işlənməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.
5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.
6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından sözügedən torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınması mümkün olmamışdır.
7. X7 və X8 iddia tələbinə dair vəsatətində qeyd etmişlər ki, iddiaçılar sözügedən torpaq sahəsinin onlara Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verildiyini nəzərə almamışlar. Onlar hesab edirlər ki, AİK-in müvafiq qərarı ləğv edilmədiyi halda onların adına verilmiş hüquqmüəyyənedici sənəd ləvğ edilə bilməz. Onlar vəsatətdə iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
8. İddiaçılar məhkəməyə xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlayaraq “JN-026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
9. İddiaçılara xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərlərinə çatdırılmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ləğv olunmasını tələb etdikləri JN-026F kod 40309088 nömrəli şəhadətnamə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə verilmiş 0,29 hektar torpaq sahəsinə dair tərtib edilmişdir.
10. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X10 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
11. Eyni zamanda iddiaçıların nəzərinə çatdırılmışdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.
12. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
13. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
14. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır.
15. Göstərilənlərə əsasən iddiaçılara bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi Qax rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil.
16. Bundan başqa iddiaçıların nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Yuxarıda qeyd olunanlara münasibət bildirməsi üçün iddiaçılara 5 (beş) gün vaxt verilmiş və bildirilmişdir ki, yardım məktubuna münasibət bildirilmədiyi halda Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəkdir. Məcəllənin 16.3cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadlarının şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə billməsi imkanı iddiaçıya izah edilmişdir.
18. Yardım məktubu iddiaçılar tərəfindən qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdə yardım məktubunda qeyd olunanlara münasibət bildirilməsinə dair ərizəni məhkəməyə təqdim etmişlər. Ərizədə iddiaçılar qeyd etmişlər ki, onlar Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarını mübahisələndirmir və onların tələbi JN-026F KOD 40309088 saylı şəhadətnamənin onların sahibliyində və istifadəsində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsindən ibarətdir. İş üzrə üçüncü şəxslər şəhadətnaməni kökü olmayan saxta sənədlər əsasında almış bu səbəbdən də həmin şəhadətnamədə koordinatlar düzgün qeyd edilməmişdir. Belə ki, DƏDRX-in 12 saylı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********25 saylı məktubunda da İdarənin arxiv məlumatlarında onların adları qeyd olunan və 0,29 ha torpaq sahəsinə verilən JN-026F KOD 40309088 şəhadətnamənin mövcudluğu göstərilsə də, həmin şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlərin mövcud olmadığı bildirilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 iyun 2022-ci il tarixli 2- 1(116)-91/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
20. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
21. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qərardadı qanunvericiliyin tələbləri pozulmaqla və səhv şərh edilərək qəbul edildiyindən həmin qərardaddan narazıdırlar və buna görə də apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına qaytarılmasını xahiş etmişlər. Ona görə ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında iddianın mümkün sayılmamasının əsası olaraq qeyd etmişdir ki, X1 qərarından verilən şikayətlərdə iddia müddəti tətbiq olunur və bu səbəbdən iddia mümkün sayıla bilməz. Lakin qeyd etmişlər ki, daha əvvəl də məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubuna cavab verərkən qeyd etmişlər ki, onlar bu tələbdə Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarını mübahisələndirmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının 7-ci səhifəsinin birinci abzasında məhkəmə özü müəyyən edərək qeyd etmişdir ki, “iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli **********33 nömrəli məktubunda qeyd olunmuşdur ki, ərazi idarəsinin arxiv materiallarında Qax rayonu Xələftala kəndində əkin sahələrinə aid iddiaçıların, X7 və X3 (üçüncü şəxslər) adlarına subyektlər siyahısından çıxarış və Qax Rayon AİK-nın xx.xx.2000-ci il tarixli 07 saylı qərarı aşkar edilməmişdir”. Əgər belə bir qərar aşkar edilməmişdirsə onda onlar olmayan qərarı niyə mübahisələndirsinlər? Əgər X7 və X6 (üçüncü şəxslər) 0.12 ha və 0.30 ha torpaq sahəsi ayrılmışsa onda həmin torpaq sahələrinin yeri, ayrıc aktı hardadır ki, onların istifadəsində və sahibliyində olan fındıq bağına həyətyanı sahə kimi şəhadətnamə alıblar? Yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi işə baxmadan mümkünsüzlük barədə qərardad qəbul edən məhkəmə iddia tələblərini fərqli müstəviyə çəkərək mümkün saymaq istəməmiş, tələbin qərarın ləğvi ilə əlaqədar olduğunu bildirirərək müddət ötürülməsi barədə mümkünsüzlük qərardadında qanunvericiliyin tələblərini şəhadətnamənin koordinatlarının onların torpağa düşən hissədə ləğvi tələbini qərarın ləğvi kimi göstərmişdir. Halbuki, məhkəmənin iddia tələbinin dəqiqləşməsi barədə ərizəni icraata götürərkən qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadında da bildirdiyi kimi iddiaçıların tələbi “JN-026F KOD 40309088 saylı şəhədatnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşın hissədə ləğv edilməsi”ndən ibarətdir. İddia tələbinə dəqiqləşmə edilməsi barədə xx.xx.2022-ci il tarixdə məhkəməyə verdikləri dəqiqləşmə ərizəsinin ikinci abzasında şəhadətnamənin koordinatlarının səhv olduğunu və koordinatların onların istifadəsində olan fındıq bağlarının yerləşdiyi əraziyə vurulduğunu bildirərək şəhadətnamənin koordinatlarını mübahisələndirmişlər. Çünki pay torpaqlara həyətyanı sahə kimi şəhadətnamə işlənməsi qanunsuzudr, lakin birinci instansiya məhkəməsinin iddia tələbini Aqrar İslahat Komissiyası Qərarını mübahisələndirmələri kimi qiymətləndirərək üçüncü şəxslərin saxta sənədinin müdafiəsinə gətirib çıxarmışdır, iş üzrə üçüncü şəxslər şəhadətnaməni kökü olmayan saxta sənədlər əsasında almış bu səbəbdən də həmin şəhadətnamədə koordinatlar düzgün qeyd edilməmişdir. Bunun nəticəsində də həyətyanı torpaq sahəsi kimi onların istifadəsində olan pay torpağına vurulmuşdur. Bundan başqa DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********25 saylı məktubunda da idarəsinin arxiv məlumatlarında üçüncü şəxslərin adları qeyd olunan və 0,29 ha torpaq sahəsinə verilən JN-026F KOD 40309088 şəhadətnamənin mövcudluğu göstərilsə də, həmin şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlərin mövcud olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi isə bütün bunları araşdırmaq, şəhadətnamənin verilməsinə əsas olan sənədləri ortaya çıxarmaq əvəzinə şəhadətnamənin verilməsinə əsas kimi qəbul edilən lakin mövcud olmayan Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarını mübahisələndirdiklərini iddia edir. Bundan başqa ərizədə vəsatətlərinin diqqətə alınaraq Qaxbaş Bələdiyyəsi və Qaxbaş Kənd Ərazi üzrə icra Nümayəndəliyinə torpaq sahəsinin kimə məxsus olması, təyinatının nə olması, münahisəli torpaq sahəsinin yerləşdiyi pay torpaqların olduğu ərazidə torpaq sahiblərinin hansının istifadə etdikləri torpaqlara dair sənədinin olduğunun sorğu edilməsi əvəzinə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Onların istifadəsində olan torpaq sahəsinin 0,14 ha olması, koordinatlarının ləğvini tələb etdikləri şəhadətnamədə isə torpaq sahəsinin 0,29 ha olması işin mübahisələndirilməyən halıdır, iddia ərizəsinə əlavə etdikləri ekspertlərin Qax Rayon Məhkəməsinə göndərdiyi Ortofotoplandan çıxarışlarında onların istifadə etdikləri 0.14 ha torpaq sahəsi ilə JN-026F saylı şəhadətnamə verilmiş 0,29 ha torpaq sahəsinin fərqli-fərqli sahələr olduğu açıq şəkildə görünür. İşin hallarından da göründüyü kimi onlar Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmirlər, sadəcə olaraq bildirmişlər ki, JN-026F KOD 40309088 şəhadətnamə başqa əraziyə verildiyi halda koordinatları onların istifadəsində olan fındıq bağına vurulmuşdur, Ortofotoplandan çıxarışlar iddianın əsaslı olduğunun sübutudur və iddia tələbi AİK qərarının ləğvi yox, şəhadətnamənin koordinatlarının ləğvi ilə əlaqədardır və həmin koordinatlar qeyd edilən şəhadətnamənin yerləşdiyi mövcud vəziyyətə uyğun olaraq vurulmalıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarında bildirdilər ki, inzibati orqan JN-026F kod 40309088 nömrəli şəhadətnaməni düzgün tərtib etməmişdir. Bizə məxsus olan torpaq sahəsinin bir hissəsi səhvən üçüncü şəxslərin adına olan şəhadətnaməyə işlənmişdir. X12 Komissiyasının qərarını yox, JN- 026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişik. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdilər.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X7 və X8 məhkəmə iclasına gəlməmişlər
25. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
26. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdeh tərəfindən təsdiq olunmuş surəti birinci instansiya məhkəməsinə təqdim olunmuş JN-026F kod 40309088 nömrəli şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarı ilə 0,29 ha həyətyanı torpaq sahəsi X7 və X6 ayrılmışdır. - JN-016F kod 40309088 nömrəli şəhadətnamənin surtindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 ayrılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
31. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuş, hüquqi varisi müəyyən edilməmişdir.
32. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
33. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
34. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçıların tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
35. Belə ki, iş materiallarından görünür ki, JN-026F kod 40309088 nömrəli şəhadətnaməyə əsasən, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarı ilə 0,29 ha həyətyanı torpaq sahəsi X7 və X6 ayrılmışdır. JN-016F kod 40309088 nömrəli şəhadətnaməyə əsasən, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 ayrılmışdır. İddiaçılar isə JN-026F kod 40309088 nömrəli şəhadətnamənin tərtibatı zamanı onlara məxsus torpaq sahəsinin bir hissəsinin səhvən üçüncü şəxslərin adına işlənməsini mübahisləndirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar izahatlarında da bildirdilər ki, onlar Aqrar İslahat Komissiyasının qərarını yox, JN- 026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişlər. Yəni, iddiaçılar inzibati orqanın hərəkətindən şikayət edərək, JN-026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş etmişlər.
36. Hazırkı iddia tələbi ilə iddiaçılar tərəfindən Aqrar İslahat Komissiyasının qərarı mübahisləndirilməmiş, iddia tələbi cavabdeh inzibati orqanın hərəkəti ilə baglıdır yəni cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsinin bir hissəsinin üçüncü şəxslər X7 və X6 məxsus olan JN-026F kod 40309088 nömrəli şəhadətnaməyə işlənməsi və həmin şəhadətnamənin onlara məxsus olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsindən ibarət olmuşdur. Göründüyü kimi,
37. Halbuki, İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.
38. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan torpaq sahəsi ilə üçüncü şəxslər X7 və X6 məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini, əgər üst-üstə düşürsə hansı hissələrdə düşməsi, torpaq sahələrinin harada yerləşməsini araşdırmalı idi.
39. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.