Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-21/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçının nümayəndəsi, həmçinin və vəkili X5 iştirakı ilə, İddiaçı Markozoviçin cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) “Oğuz rayonu Oğuz bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-241/2020 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Markozoviç cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz bələdiyyəsinin xx xxxx 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Markozoviç iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Markozoviçə məxsusdur. Həmin fərdi yaşayış evinin altında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı Markozoviçin istifadəsindədir. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış və reyestr nömrəsi **********45-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapır. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini X9, X7, X8, X11 həmin fərdi yaşayış evini zəbt edərək orada yaşayırlar. Oğuz rayon Məhkəməsinə müraciət edərək yuxarıda adları qeyd edilən şəxslərin fərdi yaşayış evindən çıxarılmaları xahiş edilmişdir. Oğuz rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Oğuz rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin hazırkı iş üzrə cavabdeh X8 iddiaçıya məxsus torpaq sahəsinin 0.03 ha hissəsini qanunsuz olaraq bələdiyyədən almış və hal-hazırda orada tikinti işləri aparır. X8 iddiaçının ölkədə olmamasından istifadə edərək qanunsuz yolla həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bələdiyyə qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçının vəkili və nümayəndəsi X16 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Oğuz rayonu Oğuz bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiklərini bildirmiç və məhkəmə iclasında ərizə protokol qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, bələdiyyə mülkiyyətində olan torpaqlar bələdiyyə qərarları ilə deyil, Azərbaycan Respublikasında aparılan aqrar islahatların həyata keçirilməsini təmin edən Aqrar İslahatın əsasları haqqında Azərbaycan Respublikası Qanunu, Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikasının Qanunu, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu, Torpaq Məcəlləsi, eləcə də yerli rayon və respublika Aqrar islahatı komissiyalarının qərarları və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərabaycan Respublikasında torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları mövcuddur. Azərbaycan Respublikasında aparılan aqrar islahatlar zamanı Azərbaycan Respublikasının vahid torpaq fondu bu 3 mülkiyyət formasına - dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmişdir. Həmin qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bu qanun qüvvəyə mindiyi gündən (1996-cı ildən) dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlardan qeyri bütün torpaqlar üzərində bələdiyyənin mülkiyyət hüququ (əvvəl yaranmış hüquq) vardır. Bələdiyyə torpaqlarının alqı-satqısı zamanı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməyə əsasən (maddə 16) satılması nəzərdə tutulan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun (Azərbaycan Respublikası Qanunları ilə yaranmış hüququn) qeydiyyata alınma proseduruna başlanması nəzərdə tutulur ki, Oğuz bələdiyyəsi də həmin torpaq sahəsinin alqı-satqısı zamanı bu prosedur qaydalarına əməl etmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa (maddə 6.5) əsasən torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyənin qərarı, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alındıqdan sonra qəbul edilir. Müvafiq İcra hakimiyyəti orqanlarının rəyləri və Oğuz bələdiyyəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alındıqdan sonra alıq-satqı barədə qərar qəbul edilmişdir. Bununla yanaşı faktiki halların araşdırılmasına yardım edilməsi məqsədi ilə əlavə olaraq aşağıdakıları bildiririk: İddiaçı 30-32 il bundan öncə Oğuz (Vartaşen) rayonunu, eləcə də Azərbaycan Respublikasını tərk etmiş və həmin vaxtdan qeyri ölkənin vətəndaşıdır. Ərizədə göstərilir ki, həmin torpaq sahəsi ona məxsusdur. Bildirmək istəyirik ki, həmin torpaq sahəsi İddiaçı deyil, ona məxsus tikilinin qanuni sənəd üzrə olan torpaq sahəsindən əlavə olan, yəni vaxtı ilə İddiaçı tərəfindən zəbt edilmiş və hal-hazırda Oğuz bələdiyyəsinin dövlət qeydiyyatına alınmış mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 111-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq islahatı zamanı həmin torpaq sahəsi dövlət mülkiyyətinə saxlanılmamış, xüsusi mülkiyyətə də verilməmişdir. Aidiyyəti üzrə geri qaytarılaraq bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığı səbəbdən ona məxsus tikiliyə aid sənəd üzrə torpaq sahəsi də istifadə formasındadır və özgəninkiləşdirilməmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar da bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir. Oğuz bələdiyyəsi tərəfindən satılan 0.03 ha həyətyanı torpaq sahəsi və eləcə də İddiaçı tikilisinə məxsus torpaq sahəsi də 30 ilə yaxındır ki, faktiki olaraq İsmayıl İsmayılovun ailəsinin istifadəsindədir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı Markozoviçin mülkiyyəti hüququ qeydə alınmış, evin yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyəti olmaqla istifadəsində olmağı qeyd olunmuşdur. İş materiallarında olan reyestr nömrəsi **********45-10301, inventar nömrəsi 405- 1/237 olan “Daşınmaz əmlakın texniki pasportu”ndan görünür ki, evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi qrafası boş olmaqla, faktiki sahəsi 0.098449 ha qeyd olunmuşdur. İş materialalrında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2826/2019 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı Markozoviç Oğuz rayon Məhkəməsində X8 və onun ailə üzvlərinə qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbi ilə ilə iddia qaldırmış və iddiası Oğuz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-341/2019 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Həmin iş üzrə cavabdeh X9 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Oğuz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-341/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Oğuz bələdiyyəsinin AR ƏMDK DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə ünvanladığı məktubun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz bələdiyyəsinin satışa çıxarmaq istədiyi 300 kv.m və ya 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, “Dövlət reyestrindən Çıxarış” eləcə də, qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayış verilməsi üçün müraciət edilmiş və bunun əsasında həmin torpaq sahəsinə dair Çıxarış alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz şəhəri, S.Qazıyev küçəsi, dalan-2, nömrə 6A ünvanında yerləşən 0.03 ha torpaq sahəsi Oğuz bələdiyyəsinin tam mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh xx.xx.2015-ci il tarixli 09 saylı iclas protokolunun qərarından çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun (xx.xx.2008-ci il tarixli 709-İİİ QD saylı Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliklə) 9-cu maddəsinin 9-1-ci bəndinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında Əsasnamənin 10-cu maddəsinə uyğun olaraq ünvan 7 ünvanında yaşayan X6 – Reyestr nömrəsi **********47 Dövlət Reyestrindən Çıxarışa və xx.xx.2015-ci il tarixli A seriyalı 001454 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən S.Qazıyev küçəsi dalan 2, ev 6A ünvanında yerləşən 300 (üç yüz) kv.m ölçüdə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan yaşayış məntəqələri torpaqlarından fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi hər 0.01 hektarın qiyməti 266.50 manat olmaqla satılmışdır. İş materiallarında olan DTXK Oğuz rayon şöbəsinin rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid olan 300 kv.m torpaq sahəsinin X2 məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan **********85 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surətindən müəyyən edilir ki, Oğuz şəhəri, S.Qazıyev küçəsi, dalan-2, nömrə 6A ünvanında yerləşən 0.03 ha torpaq sahəsi X4 mülkiyyətindədir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz şəhəri, S.Qazıyev küçəsi, dalan 2, N-6A ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Oğuz rayon bələdiyyəsi tərəfindən X1. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara MA seriyalı ******* nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarışın surəti, reyestr nömrəsi **********45-10301 olan “Daşınmaz əmlakın texniki pasportu”nun surəti, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 2826/2019 nömrəli Qətnaməsinin surəti, RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq edilmiş surəti, Oğuz Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 09 saylı iclas protokolunun qərarından çıxarışın təsdiq edilmiş surəti, DTXK Oğuz rayon şöbəsinin rəyinin təsdiq edilmiş surəti, **********85 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surəti, olan ******* nömrəli, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-241/2020 nömrəli qərardadı ilə İddiaçı Markozoviçin cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) “Oğuz rayonu Oğuz bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-241/2020 nömrəli qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı Markozoviçin cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) “Oğuz rayonu Oğuz bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə xx xxxxxxxx 2020-ci il tarixdə baxaraq İddiaçı Markozoviçin cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X8) “Oğuz rayonu Oğuz bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-241/2020 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Markozoviçə məxsusdur. Həmin fərdi yaşayış evinin altında yeriəşən 0.07 ha torpaq sahəsi İddiaçı Markozoviçin istifadəsindədir. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış və reyestr nömrəsi **********54-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapır. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini X9, X7, X8, X11 həmin fərdi yaşayış evini zəbt edərək orada yaşamışlar. Həmin şəxslər İddiaçı Markozoviçə məxsus fərdi yaşayış evini və onun istifadəsində olan torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə onların çıxarılması barədə iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edilmiş və Oğuz Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə həmin iddia tələbi təmin edilmişdir. Lakin hazırkı iş üzrə cavabdeh X8 iddiaçıya məxsus, uzun illər onun istifadəsində olan, ətrafı onun tərəfindən daş hasarla hasarlanmış 0.07 ha torpaq sahəsindən 0.03 ha hissəsini qanunsuz olaraq bələdiyyədən almış hal-hazıradək orada tikinti işləri aparır. X8 iddiaçının ölkədə olmamasından istifadə edərək qanunsuz yolla həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bələdiyyə qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə elftaz göndərən Oğuz rayon bələdiyyəsi öz etirazında qeyd etmişdir ki, İddiaçı 30-32 il bundan öncə Oğuz rayonunu, eləcə də Azərbaycan Respublikasını tərk etmiş və həmin vaxtdan qeyri ölkənin vətəndaşıdır. Ərizədə göstərilir ki, həmin torpaq sahəsi ona məxsusdur. Bildirmək istəyirik ki, həmin torpaq sahəsi İddiaçı deyil, ona məxsus tikilinin qanuni sənəd üzrə olan torpaq sahəsindən əlavə olan, yəni vaxtı ilə İddiaçı tərəfindən zəbt edilmiş və hal- hazırda Oğuz bələdiyyəsinin dövlət qeydiyyatına alınmış mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 111 -ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq islahatı zamanı həmin torpaq sahəsi dövlət mülkiyyətinə saxlanılmamış, xüsusi mülkiyyətə də verilməmişdir. Aidiyyəti üzrə geri qaytarılaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Lakin işin faktiki halları ilə də öz təsdiqini tapır ki, mübahisəli torpaq sahəsi hələ Azərbaycan SSR-in dövründən İddiaçı Markozoviçin istifadəsində olmuş və həmin dövrdən iddiaçı istifadəsində olan 0.07 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və həmin 0.07 torpaq sahəsinin ətrafı İddiaçı Markozoviç tərəfindən hələ Azərbaycan SSR-in dövründən çay daşından inşa edilmiş hasarla hasara alınmışdır. Belə olan halda İddiaçı Markozoviç tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbtindən söhbət gedə bilməz. Belə ki, qeyd etdiyim kimi həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilərkən və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydiyyata alınarkən həmin torpaq sahəsi İddiaçı Markozoviçin istifadəsində olmuşdur. Bundan əlavə cavabdeh Oğuz rayon bələdiyyəsi həmin torpaq sahəsinin geri qaytarılaraq bələdiyyə mülkiyyətinə verildiyini qeyd etsə də heç bir geri qaytarılma proseduru olmamışdır. İddiaçı Markozoviç bu müddət ərzində Rusiya federasiyasında yaşamış və yay aylarında Azərbaycan Respublikasına gələrək həmin evdə yaşamışdır. Əgər bələdiyyənin etirazda qeyd etdiyi kimi həmin torpaq sahəsinin geri qaytarılma proseduru olsaydı bələbiyyə bu barədə müvafiq qurumlara və ya məhkəməyə müraciət edərdi. Lakin iş materiallarında Oğur rayon bələdiyyəsi tərəfindən müvafiq qurumlara və ya məhkəməyə İddiaçı Markozoviçin zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin ətrafında mövcud hasarın sökülməsi barədə heç bir müraciəti yoxdur. Həmçinin cavabdeh Oğuz rayon bələdiyyəsinin etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığı səbəbdən ona məxsus tikiliyə aid sənəd üzrə torpaq sahəsi də istifadə formasındadır və özgəninkiləşdirilməmişdir. Lakin hazırkı iddia tələbində mübahisələndirilən Oğuz rayonu Oğuz bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 3 saylı qərarının verilməsinə əsas olmuş sənədləşmədə İddiaçı Markozoviçin xarici ölkənin vətəndaşı olması barədə heç bir sənəd mövcud deyil. İddiaçı Markozoviç də bələdiyyəni bu barədə məlumatlandırmamışdır. Həmçinin iş materiallarında həmin torpaq sahəsinin ilk öncə iddiaçıya təklif edilməsi və iddiaçının xarici ölkənin vətəndaşı olması səbəbli həmin torpaq sahəsini ala bilməməsi barədə heç bir material mövcud deyil. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin 15-ci bəndində göstərilmişdir ki, bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Göründyü kimi Əsasnamənin 16-cı bəndinə əsasən digər şəxsin istifadəsində olan torpaq sahəsinin bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etməsi yolverilməzdir. Lakin Oğuz rayon bələdiyyəsi Əsasnamənin 16-cı bəndini kobud şəkildə pozaraq İddiaçı Markozoviçin istifadəsində və həmin istifadə Çıxarışla təsdiq edilməsinə baxmayaraq həmin torpaq sahəsini X3. Həmçinin cavabdeh inzibati orqan Oğuz rayon bələdiyyəsi iddiaçının xarici dövlətin vətəndaşı olması səbəbindən onun istifadəsində olan torpaq sahəsinin ona satılmasının qeyri mümkün olmasını göstərməsinə baxmayaraq qanunvericiliyin tələblərinə əsasən xarici ölkənin vətəndaşına torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tuutlmuşdur. Ona görə də Oğuz rayon məhkəməsi həmin torpaq sahəsini İddiaçı Markozoviçə sata bilməsə də icarəsinə verə bilərdi. Ona görə də cavabdehin iddiaçının xarici vətəndaş olması səbəbindən qərarının qanuni olması barədə qeyd etdiyi sübutlar tamamilə əsassızdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-241/2020 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, həmçinin və vəkili X10 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2-1(116)-241/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarı haqqında mülki məhkəmədə mübahisə qaldırılan zaman məlumatlı olmuşdur. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. İddian mümkün olsa da, əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. İş materiallına əlavə edilmiş, notariat orqanı tərəfindən təsdiq edilmiş ** AQ ***6300 saylı, xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı Markozoviç 2003-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarda göstərilən normalarına istinad edərək qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası ərazisində torpaqlar əcnəbi vətəndaşa satıla bilməz. Torpaqların əcnəbi vətəndaşlara icarəyə verilməsi isə tərəflərin iradə ifadəsi olaraq müqavilə əsasında həyata keçirilir. İddiaçı isə Cavabdehnə torpaq sahəsinin icarəyə götürülməsi barədə müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-241/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-241/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-21/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-21/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver