Məhkəmə qərarları › İş №2-1(107)-21/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-21/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-21/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8rşı “ona 21 iyun 2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-1(116)-579/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yaralandığı tarixindən, yəni 08 noyabr 2020-ci il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12808/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixində anadan olmuşdur. xx.xx.2019-cu il tarixində hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci il tarixində ordudan tərxis olunmuşdur. Hərbi xidmətdə olduğu dövrlərdə İİ Qarabağ müharibəsində fəal iştirak etmişdir. N və N saylı hərbi hissələrin tərkibində Füzuli və Xocavənd rayonlarının azad olunmasında iştirak etmişdir. Xocavənd uğrunda gedən döyüşlərdə ağır kəllə-beyin travması və qəlpə yarası almışdır. Uzun müddət müalicə alsa da, sağlamlığını bərpa etmək mümkün olmamışdır. Həm sağ, həm də sol ayaqlarının yumşaq toxumalarında olan qəlpələr çıxarılsa da, sümükdə olan qəlpələri çıxarmaq mümkün olmamışdır. Cavabdehə əlilliyin təyin edilməsi ilə bağlı olaraq bir neçə dəfə müraicət etsə də, cavabdeh tərəfindən hər dəfə imtina edilmişdir.

4. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2697 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Sol bud sinirinin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ radial sinirinin posttravmatik neyropatiyası, ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Partlayış yaralanması (xx.xx.2020). Xarici burnun yumşaq toxumalarının yad cismi (metal qəlpəsi). Partlayış yaralanması (xx.xx.2020). Sağ mil-bilək, sol bazu sümüyünün orta və aşağı 1/3-nin, sol bud sümüyünün başının, sağ incik sümüyünün orta 1/3-nin, sol xaya ətrafının yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Üst və alt çənənin yumşaq toxumalarının yad cismi (metal qəlpə)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 1,75D və 1,0D, solda 2,0 və 0,75D nəticəsində görmə itiliyinin 0,1-ə, solda 0.4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 919 nömrəli Tibbi rəyində diaqnoz "Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12473/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 692/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 336 nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, sağ aşağı ətrafda, sol əldə hərəkət məhdudluğundan, keyimədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Kompensasiya vəziyyətində" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz - əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 5035 nömrəli rəyi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən tərtib edilən 14100 arayış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən tərtib edilən 111243 arayış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən tərtib edilən 15418 arayış; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3- 4017/2023 nömrəli Qərarı; - Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2882/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5888 nömrəli rəyi.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 01 may 2024-cü il tarixli 2- 1(116)-579/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8rşı “Yaralandığı tarixindən, yəni 08 noyabr 2020-ci il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)- 2882/2023 nömrəli qərardadı ilə iddiaçının sağlamlıq vəziyyətinin əyani müayinəsi və rəy verilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T902/2023 nömrəli rəyi təqdim edilmişdir. 2001-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: “İddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 2 nömrəli X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, E00098330MRG nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, “astiqmatizim” diaqnoz ona Respublika Psixiatriya Xəstəxanasıda xx.xx.2023-cü il tarixində həkim-psixiatr komissiyası tərəfindən SN-nin xx.xx.2023-cü il tarixli, 3-28\3-1 - 118X2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə əsasən müayinə edilərkən müəyyən edilmişdir. Həmin diaqnoz onun hazırkı sağlamlıq durumunun xəstəliyidir”. Yuxarıda qeyd edilən xəstəliklə əlaqədar o, dispanser qeydiyyata götürülür və mütəmadi müalicə olunmaqla nəzarətdə olurlar. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1-ci bəndində posttravmatik stres pozuntusu F43.1 qeyd edilmişdir. Həmin diaqnozun əlillik əlaməti təyin edən qiymətləndirmə meyarları aşağıdakı kimi təsbit edilmişdir: 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 orqanizmin funksiyalarının pozulması faizi 2 il müddətində. 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət 65-80 orqanizmin funksiyalarının pozulması faizi 2 il müddətində. - İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən iddiaçının orqanizminin funksiyalarının pozulması nəticə etibarı ilə yuxarıda qeyd olunan meyaralara uyğun olmadığından əlillik əlaməti təyin etmir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-1(116)-579/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsassız və qeyri-obyektivdir. Belə ki, məhkəmə qərarı qəbul edilərkən məhkəmə-tibbi ekspertizasının rəyini əsas götürmüşdür. Halbuki, rəyin nəticə hissəsində Bakı şəhər 2 saylı Psixiatriya Xəstəxanasının qoyduğu diaqnozun əlilliyin təyin edilməsi üçün kifayət etməməsi barədə heç nə qeyd edilməmişdir. Rəyin nəticə hissəsinin 3-cü cümləsində qeyd edilir ki, “yuxarıda qeyd edilən xəstəliklə əlaqədar o, dispanser qeydiyyatına götürülür və mütəmadi müalicə olunmaqla nəzarətdə olur”. Rəyin nəticə hissəsinin 4-cü cümləsində isə qeyd edilir ki, “əlillik dərəcəsinin təyin edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert” komissiyaları tərəfindən həyata keçirilir. Yəni ekspert dolayısı ilə rəy verməkdən imtina etmişdir. Məhkəmə təkrar və ya əlavə ekspertiza təyin etmək əvəzinə iddianı təmin etməmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra fasiləli olaraq müalicə alır. Heç bir faydası yoxdur. Atası vəfat edib. Anası onun himayəsindədir. Bədənində hələ də qəlpələr var. Baş ağrılarından əziyyət çəkir. Həkimlər bildirirlər ki, sağlamlığını tam bərpa etmək mümkün deyildir. Məhkəmə cavabdehin imtinasının əsaslı olması qənaətinə gəlsə də, cavabdehin bu mübahisədə maraqlı olduğunu, ekspertin isə rəy verməkdən imtina etdiyini nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, Vətəndaşın sağlamlıq vəziyyətindən və iş üzrə olan tibb müəssisələrinin sənədlərindən də məlum olduğu kimi hazırki hal vətəndaş üçün əlillik təyin edilməsinə imkan vermir. Bu səbəbdən də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə öz müvafiq qərarında qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin məktubundan müəyyən olunur ki, iddiaçının orqanizm funksiyalarının pozulması müvafiq meyarlara uyğun gəlmədiyindən iddia təmin edilməməlidir. Belə hesab edirlər ki, iş üzrə məhkəmə qərardadı əsasında aparılmış ekspertizanın nəticəsi də Agentliyin mövqeyi ilə eyni olduğu üçün bu səbəbdən tərəfimizdən verilmiş imtinanın qanunauyğun olması bir daha təsdiqlənmişdir. Vətəndaşın müraciətlərindən, məhkəmə sənədlərindən o cümlədən müvafiq tibb müəssisələrinin arayışlarından da açıq-aşkar şəkildə görünür ki, iddiaçı qüvvədə olan qanunvericiliyin müddəalarına məhəl qoymamışdır. İnzibati aktın rəsmiləşdirilməsi üçün yetərli hallar yoxdursa və yaxud vətəndaşın özü tərəfindən zəruri addımlar atılmamışdırsa bu zaman inzibati orqanın vətəndaşın hansısa bir hüququnu pozmasından söhbət gedə bilməz. Həmçinin işin tərkibindəki sənədlər inzibati orqanın haqlılığına dəlalət edən bariz sübutlardır, iddiaçı tərəf öz apellyasiya şikayətində həmçinin ona edilmiş əlavələrdə bu sübutların təkzib edilməsinə dair hər hansı bir arqument gətirməmişdir. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QAYDASİ” -nın 1.6-cı bəndinə görə Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. Qeyd edirik ki, hazırki iş Şəki İnzibati Məhkəməsinin icraatında olarkən hərtərəfli və obyektiv araşdırılaraq müvafiq qərar çıxarılmışdır.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “ona 21 iyun 2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin İ dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etdi. Əlavə olaraq Şəki İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-1(116)-579/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2-1(107)-21/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

13. Məhkəmə kollegiyası iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “X1 faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.

18. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

7. Psixi və davranış pozuntuları. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: psixopatoloji simptomların təzahür dərəcəsi; xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.7.1. spesifik şəxsiyyət pozuntuları, F60, baş beynin əzilməsi, kontuziyası, orqanizmin funksiyalarının pozulması faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 1 il kimi qeyd edilmişdir. 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski. Faizi – 35-60, orqanizmin funksiyalarının pozulması müddəti – 2 il kimi qeyd edilmişdir. 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. Faizi – 65-80, orqanizmin funksiyalarının pozulması müddəti – 2 il kimi qeyd edilmişdir.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Apellyasiya məhkəməsi araşdırması zamanı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “ona 21 iyun 2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”-nı xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2-1(107)-21/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

25. Cavabdeh orqanın etirazının dəlilləri ondan ibarətdir ki, cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli qərarında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir.

26. Bundan sonra iddiaçı həmin imtina cavabını aldıqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

27. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi”-nin həvalə edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli T902/2023 nömrəli rəyində qeyd edilmişdir ki, 2001-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: “İddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 2 nömrəli X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, E00098330MRG nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, “astiqmatizim” diaqnoz ona Respublika Psixiatriya Xəstəxanasıda xx.xx.2023-cü il tarixində həkim-psixiatr komissiyası tərəfindən SN-nin xx.xx.2023-cü il tarixli, 3-28\3-1 - 118X2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə əsasən müayinə edilərkən müəyyən edilmişdir. Həmin diaqnoz onun hazırkı sağlamlıq durumunun xəstəliyidir”. Yuxarıda qeyd edilən xəstəliklə əlaqədar o, dispanser qeydiyyata götürülür və mütəmadi müalicə olunmaqla nəzarətdə olurlar.

28. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, iddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmətibbi ekspertizasının rəyinə əsasən iddiaçının orqanizminin funksiyalarının pozulması nəticə etibarı ilə yuxarıda qeyd olunan meyarlara uyğun olmadığından əlillik əlaməti təyin etmir.

29. Apellyasiya araşdırması zamanı yenidən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 204 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş tibbi avandanlıqlarla təchiz olunmadığından iddiaçının hansı xəstəliklərdən əziyyət çəkməsini təyin etmək iqtidarında deyildir. Xəstəyə diaqnoz tibb müəssisəsində əyani, laborator-instrumental müayinələri əsasında müəyyən edilir. Belə ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: F62.0-Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Yanaşı xəstəliklər: H52.2-astiqmatizim” diaqnoz stasionarda müayinə, müalicəsi zamanı xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. Onun əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən tez-tez təzahür edən dekompensasiya halları, kobud davranış pozuntuları aşkar olunmamışdır. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndinə aid etmək olmadı.

30. Həmçinin məhkəmə kollegiyasının sorğusuna əsasən Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 18-1-71/2-602/2025 nömrəli məktubundan görünür ki, 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlar”ında İddiaçı qoyulmuş diaqnozlardan biri “H52.2-Astiqmatizm” diaqnozu əlillik təyin etsə də, ona aid yarımbəndin dəqiqləşdirilməsi üçün gözün ümumi müayinəsinin nəticələri tələb olunur. Belə bir məlumat xəstəxananın qeydiyyatında tapılmamışdır.

31. Məhkəmə kollegiyasının sorğusuna əsasən Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 370 nömrəli məktubundan görünür ki, İddiaçı qoyulmuş “F62.0 Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikri ilə” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əsasnamədə qeyd edilmiş həmin xəstəliklər 7.5.1. bəndinə uyğun gəlir və xəstədə əlillik dərəcəsinin təyininə “Əlilliyin müəyyən olunması meyarlar”ı əsasında X1 dərəcəsinə uyğun qiymətləndirilir. Əlillik əlamətinin təyin olunmasına gəlincə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarlar”ı nəzərdə tutulur.

32. Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21 avqust 2024-cü il tarixli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürürlür. - Məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı dövlət səhiyyə müəssisəsinin E00098330MRG nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentliyin hərbi xidmətlə əlaqədar fəaliyyət göstərən Mərkəzi Tibbi-sosial ekspert komissiyasında Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının, Bakı şəhəri 2 nömrəli X2 və Psixi Sağlamlıq Mərkəzinin həkim- psixiatrlarının iştirakı ilə ətraflı əyani müayinə olunmuşdur. Müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2697 nömrəli Şəhadətnamə verilmişdir (xəsarət aldığı tarixdən təxminən 2 il sonra). Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Sol bud sinirinin posttravmatik nevropativası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ radial sinirinin posttravmatik nevropativası, ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Partlayış yaralanması (xx.xx.2020). Xarici burnun yumşaq toxumalarının yad cismi (metal qəlpəsi). Partlayış yaralanması (xx.xx.2020). Sağ mil-bilək, sol bazu sümüyünün orta və aşağı 1/3-nin, sol bud sümüyünün başının, sağ incik sümüyünün orta 1/3-nin, sol xaya ətrafının yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Üst və alt çənənin yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Bildiririk ki, dövlət səhiyyə müəssisəsinin E00098330MRG nömrəli göndərişində qeyd edilən “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə.” diaqnozu müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Belə ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, sağ aşağı ətrafda, sol əldə hərəkət məhdudluğundan, keyimədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı səxsivvət dəvisiklivi. intihar fikirləri ilə. Kompensasiya vəziyyətində” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. - Bundan irəli gələrək, anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticəsində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar olunmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq xx.xx.2023-cü ildən düzgün və əsaslı olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

33. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə İddiaçı 21 iyun 2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən olunması öhdəliyi qoyulmalıdır.

34. Belə ki, ilk öncə qeyd edilməlidir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibbi göndəriş verilmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə həmin göndərişə münasibətdə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina cavabı vermişdir. Cavabdeh orqan daha sonra iddiaçının əyani müayinəsini həyata keçirərək xx.xx.2023-cü il tarixdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Bu tarixdən əvvəlki imtinalar isə, iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

35. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik imtina haqqında sonuncu qərarın qəbulu tarixindən təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.

36. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “X1 faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.

37. Həmçinin, “Respublika Psixiatriya Xəstəxanası”nda İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 336 saylı Həkim Psixiatr Komissiyasının rəyində qeyd edilmişdir: “SN-nin xx.xx.2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq o, “Psixi Sağlamlıq Mərkəzi”nin xx.xx.2023-cü il tarixli bildirişinə əsasən Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub və ona “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə-F62.0” diaqnozu qoyulmuşdur (xx.xx.2023-cü il tarixli, №-5035). “Bakı 2 nömrəli Klinik Psixiatriya xəstəxanası”nın tərtib etdiyi xx.xx.2023-cü il tarixli, E00098330MRG nömrəli Forma 088 göndərişindən görünür ki, İddiaçı xəstəliyi xx.xx.2020-ci il tarixdə başlamış, gedişi xronikidir. XBT 10 kodu ilə. Əsas diaqnoz: “F62.0-Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Yanaşı xəstəliklər: H52.2-astiqmatizim”. İddiaçı adına tərtib edilmiş qiymətləndirmə nəticəsində qeyd edilmişdir: Müayinə tarixi: xx.xx.2022-ci il. Akt №: xxxxxxx0001. Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. Diaqnozun mətni: “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, astiqmatizim”.

38. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin həm xx.xx.2023-cü il tarixli T902/2023 nömrəli rəyində, həm də xx.xx.2025-ci il tarixli, 204 nömrəli rəyində müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 2 nömrəli X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, E00098330MRG nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, “astiqmatizim” diaqnoz ona Respublika Psixiatriya Xəstəxanasıda xx.xx.2023-cü il tarixində həkim-psixiatr komissiyası tərəfindən SN-nin xx.xx.2023-cü il tarixli, 3-28\3-1 - 118X2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə əsasən müayinə edilərkən müəyyən edilmişdir. Həmin diaqnoz onun hazırkı sağlamlıq durumunun xəstəliyidir”. -Xəstəyə diaqnoz tibb müəssisəsində əyani, laborator-instrumental müayinələri əsasında müəyyən edilir. Belə ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: F62.0-Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Yanaşı xəstəliklər: H52.2astiqmatizim” diaqnoz stasionarda müayinə, müalicəsi zamanı xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur.

39. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 370 nömrəli məktubundan isə görünür ki, İddiaçı “F62.0 Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikri ilə” diaqnozu qoyulmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndi əsasında qiymətləndirilməlidir.

41. Həmin bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.7.1.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60% (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski), 7.7.1.2-ci bəndə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması) müəyyən edilmişdir.

42. Belə ki, iş materiallarında olan tibbi göndərişin məzmunundan da görünür ki, iddiaçının sağlamlıq vəziyyəti məhz Əlavənin 7.7.1.1-ci bəndində sadalanan hallara uyğundur. Qeyd edilən halların baş verməsi (anamnez məlumatlarında əhval ruhiyyəsinin dəyişkən olması, davranışının qeyri-adekvat olması, ünsiyyətə daxil olmaması, narahat və gərgin olması və s. ilə müşayiət olunması) onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - 2 il müddətinə X1 İ dərəcə məhdudlaşması halı müəyyən edilməlidir.

43. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2697 nömrəli Şəhadətnamədən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Sol bud sinirinin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ radial sinirinin posttravmatik neyropatiyası ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020). Xarici burunun yumşaq toxumalarının yad cismi (metal qəlpəsi). Partlayış travması (xx.xx.2020). Sağ milbilək, sol bazu sümüyünün orta və aşağı 1/3-nin, sol bud sümüyünün başının, sağ incik sümüyünün orta 1/3-nin, sol xaya ətrafının yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Üst və alt çənənin yumşaq toxumalarının yad cismi (metal qəlpə)”. "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qeydi icra edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən iddiaçıya qoyulmuş diaqnozla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş diaqnoz eyni olduğundan və həmin diaqnozla müəyyən edilmiş xəstəliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edilir.

44. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

45. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin etirazının dəlillərini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

46. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

48. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın İ dərəcə məhdudlaşması halının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

49. Göründüyü kimi, İddiaçı xəstə olması və onun əlilliyinin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olması iş materialları ilə öz təsdiqini tapdığından, ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

50. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin etiraz ərizəsində göstərdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas olmamış, həmçinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” hərəkətləri qanunauyğun olmamışdır.

52. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X8rşı “ona 21 iyun 2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin İ dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməlidir.

53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli 2-1(116)-579/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə İddiaçı 21 iyun 2023-cü il tarixdən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən olunması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar