Məhkəmə qərarları › İş №2-1(107)-210/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-210/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-210/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən iddiaçıya Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2-1(116)-184/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən iddiaçıya Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyriyaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı ərizə ilə Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək, qeyri-yaşayış sahəsi tikmək üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən onun ərizəsi nəzərə alınaraq, Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin, ona satılmalı olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. İddiaçıya ayrılan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktları tərtib edilmiş və aidiyyəti orqanlar (idarələr) həmin aktın doğruluğunu təsdiq etmişlər. Bu əsaslarla iddiaçı özünə ayrılmış 200 kv.m torpaq sahəsində qeyri-yaşayış binası tikmişdir. Həmin qeyri-yaşayış binasının rekonstruksiya olunması üçün eskiz layihəsi və smetası işlənilərək hazirlanmışdır. İddiaçı həmin qeyri-yaşayış binasını hazırlanmış eskiz layihəsinə və işlənilmiş smetasına uyğun inşa etdirmişdir. Hal-hazırda həmin qeyri-yaşayış binasının tikintisi başa çatmışdır. Lakin bunlara baxmayaraq o, mülkiyyətçisi olduğu və uzun müddətdir ki, istifadəsində olan həmin qeyri-yaşayış binasına (mağaza binasına) öz mülkiyyət hüququnu tanıda, yəni adına rəsmiləşdirə bilmir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********17 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizəyə Şəki şəhəri, S.Mümtaz küçəsində mağaza tikintisi üçün 200 kv.m torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının, 01 mart 2006-cı il tarixli, 1/47 saylı Sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi (ləğv edilmiş DTXK-nın Şəki şəhər şöbəsi tərəfindən təsdiqlənməyib), eskiz layihə (1-ci səhifə baş memar tərəfindən təsdiqlənib, digər səhifələr təsdiqlənməyib) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 rəyi əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minnənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikinti obyektinin istismara qəbul aktı təqdim edilmədiyindən, təqdim edilmiş sənədlərdə çatışmazlıq olduğundan, həmçinin inşa edilmiş qeyri-yaşayış binasının 11 metr məsafəsindən 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyindən ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu ödənilərək müraciət edilərsə və qeydiyyata alınmalı qeyri-yaşayış binası yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşməzsə hüquqların dövlət qeydiyyatının aparılmasına qanunvericiliyin tələblərinə uyğun baxılacaqdır.

5. İddiaçıya və onun vəkilinə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddia tələbinə məhkəmə tərəfindən artıq hüquqi qiymət verildiyindən eyni tələbə yenidən baxıla bilməz. Belə ki, iddiaçının analoji iddia tələbinə xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-47/2020 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş, iddia təmin edilməmişdir. Sözügedən qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

6. Məktub iddiaçının vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Yardım məktubunda iddiaçıya və onun vəkilinə məktubda qeyd olunanlarla bağlı yazılı münasibət bildirmələri təklif olunsa da, iddia tərəfi yardım məktubunda qeyd olunanlarla bağlı münasibət bildirməmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılaraq, təmin olunmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 8 fevral 2023-cü il tarixli 2- 1(116)-184/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ildə məhkəməyə müraciət edərkən hazırda məhkəməyə təqdim etdiyi sənədlər tam şəkildə əldə olunmamış, bundan sonra sxem tərtib edilərək təsdiq edilmişdir. Müvafiq rəy alınaraq məhkəməyə birlikdə verilmişdir. Belə olduğu halda isə məhkəmənin əvvəlki qərara əsaslanaraq iddianın mümkün sayılmamasına dair gəldiyi nəticə əsassızdır. Artıq tələbinin mümkün sayılmaması üçün əsaslar aradan qaldırılmış, yəni tələb olunan digər sənədlər təqdim edildiyindən məhkəmə tərəfindən mübahisəyə baxaraq müvafiq qərar çıxarılmalı olduğu halda iddia tələbi mümkün sayılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2-1(116)-184/2023 nömrəli qərardadının ləğv edilməsini və işin məhkəmə baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasının iclasında iştirak edən İddiaçı, vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2-1(116)-184/2023 nömrəli qərardadının ləğv edilməsini və işin məhkəmə baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2-1(116)- 184/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasnın xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Təhlil qrupunun xx.xx.2020-ci il tarixli 1089 nömrəli rəyinə əsasən, fiziki şəxs İddiaçı məxsus Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən zirzəmili, 2+ mansarda mərtəbəli sahibkarlıq obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2020-ci il tarixli, 1095 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 1/47 saylı sərəncamından çıxarışdan görünür ki, Şəki şəhəri, Calğalı bulaq küçəsi, 5 saylı evdə yaşayan İddiaçı istifadəsində S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Şəki şəhəri, S.Mümtaz küçəsində sahibkarlıqla məşğul olmaq üçün Calğalı bulaq küçəsi 5 saylı mənzildə yaşayan İddiaçı 200 kv.m torpaq sahəsinin ayrılmasına dair aktdan görünür ki, İddiaçı şəhərin S.Mümtaz küçəsində “Sim-sim” əşya bazaraının qarşısında 200 kv.m torpaq sahəsi seçilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2020-ci il tarixli müayinə aktının surətindən görünür ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində fiziki şəxs İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli+ mansar qeyri-yaşayış binasına aparılan vizual texniki müayinə zamanı konstruktiv elementlərdə çat və zədələrə rast gəlinməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən verilmiş müayinə protokolunun surətindən görünür ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən, qeyri-yaşayış binasında müayinə işləri təqdim edilmiş layihəyə və binanın mövcud vəziyyətinə əsasən aparılmış instrumental müayinə zamanı yükdaşıyan dəmir-beton konstruksiyaların texniki vəziyyəti müəyyən edilmişdir. İnstrumental müayinə “Shmidt-Hammer” sklerometri və “Profometer 5 model S” cihazı vasitəsilə aparılmışdır. “Schmidt-Hammer” sklerometri ilə yoxlanılan dəmirbeton konstruksiyalarında betonunun naturada möhkəmlik göstəriciləri təyin edilmişdir. “Profometer 5 model S” cihazının köməyi ilə yoxlanılan sahələrdə polad millərin sayı və diametri təyin edilmişdir. Müayinə aparılan zaman vizual baxışla yükdaşıyan konstruksiyalarda istifadə olunan polad millərin A500C sinfinə uyğun olduğu müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

16. Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1.6-cı maddəsinə əsasən, yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri ekspertizadan keçirilmir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

20. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçının analoji iddia tələbinə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 47/2020 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş, iddia təmin edilməmişdir. Sözügedən qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir.

21. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

22. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə prossesual normaların tətbiqində səhvə yol verildiyinə görə məhkəmə qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

24. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının analoji iddia tələbinə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-47/2020 nömrəli qərarı ilə hüquqi qiymət verilmişdir.

25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə ikinci dəfə baxılması qanunvericiliyin tələblərinə ziddir.

26. X6 Məhkəməsinin icraatında olmuş 2-1(116)-47/2020 nömrəli iş üzrə iddia tələbi Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/47 saylı sərəncamı ilə Şəki şəhəri, Salman Mümtaz küçəsinin qərb hissəsində yerləşən 200 kv.m torpaq sahəsində inşa olunmuş mağaza üzərində mülkiyyət hüquqlarının reyestrdə qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olsa da hazırkı iş üzrə iddia tələbi Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən iddiaçıya Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Belə ki, əvvəlki işdə iddiaçı qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsini xahiş etsə də, hazırkı işdə torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iş üzrə eyni predmet barəsində tələb irəli sürməmişdir.

27. Bundan başqa, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 47/2020 nömrəli qərarı ilə iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən işə əlavə edilmiş və təqdim edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Təhlil qrupunun xx.xx.2020-ci il tarixli 1089 nömrəli rəyinə əsasən, fiziki şəxs İddiaçı məxsus Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən zirzəmili, 2+ mansarda mərtəbəli sahibkarlıq obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Şəhərsalma və Tikinti Məcəlləsinin 89.1.6-cı maddəsinə əsasən, yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri ekspertizadan keçirilmir.

29. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2020-ci il tarixli, 1095 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 1/47 saylı sərəncamından çıxarışdan görünür ki, Şəki şəhəri, Calğalı bulaq küçəsi, 5 saylı evdə yaşayan İddiaçı istifadəsində S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Şəki şəhəri, S.Mümtaz küçəsində sahibkarlıqla məşğul olmaq üçün Calğalı bulaq küçəsi 5 saylı mənzildə yaşayan İddiaçı 200 kv.m torpaq sahəsinin ayrılmasına dair aktdan görünür ki, İddiaçı şəhərin S.Mümtaz küçəsində “Sim-sim” əşya bazarının qarşısında 200 kv.m torpaq sahəsi seçilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ-nin xx.xx.2020-ci il tarixli müayinə aktının surətindən görünür ki, Şəki şəhəri, Salman Mümtaz küçəsində fiziki şəxs İddiaçı məxsus zirzəmili, 2 mərtəbəli+ mansar qeyri-yaşayış binasına aparılan vizual texniki müayinə zamanı konstruktiv elementlərdə çat və zədələrə rast gəlinməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutu tərəfindən verilmiş müayinə protokolunun surətindən görünür ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən, qeyri-yaşayış binasında müayinə işləri təqdim edilmiş layihəyə və binanın mövcud vəziyyətinə əsasən aparılmış instrumental müayinə zamanı yükdaşıyan dəmirbeton konstruksiyaların texniki vəziyyəti müəyyən edilmişdir. İnstrumental müayinə “Shmidt-Hammer” sklerometri və “Profometer 5 model S” cihazı vasitəsilə aparılmışdır. “Schmidt-Hammer” sklerometri ilə yoxlanılan dəmir-beton konstruksiyalarında betonunun naturada möhkəmlik göstəriciləri təyin edilmişdir. “Profometer 5 model S” cihazının köməyi ilə yoxlanılan sahələrdə polad millərin sayı və diametri təyin edilmişdir. Müayinə aparılan zaman vizual baxışla yükdaşıyan konstruksiyalarda istifadə olunan polad millərin A500C sinfinə uyğun olduğu müəyyən edilmişdir.

30. Göründüyü kimi, hazırkı iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Təhlil qrupu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1089 nömrəli rəyinə və verilmiş digər sənədlərə Şəki İnzibati Məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

31. Belə olan halda, hazırkı iş üzrə iddiaçı tərəfindən yeni sübutlar təqdim edilmiş və iddiaçı tərəfindən yenidən iddia qaldırılması üçün yeni əsaslar mövcud olmuşdur.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 78-ci maddəsində göstərilən normanın tələbini düzgün təfsir etmədən iddia tələbini mümkünsüz saymışdır.

33. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn prosessual normaların tələblərinə və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2-1(116)-184/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar