Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-210/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X6 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2013-cü il tarixli qəbzə əsasən ödədiyi 11 manat 30 qəpik, xx.xx.2014-cü il tarixli qəbzə əsasən ödədiyi 5 manat dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2345/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2013-cü il tarixli qəbzə əsasən ödədiyi 11 manat 30 qəpik, xx.xx.2014-cü il tarixli qəbzə əsasən ödədiyi 5 manat dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 noyabr 2024-cü il tarixli e-2- 1(116)-2345/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2013-cü il tarixli qəbzə əsasən ödənilmiş 11 manat 30 qəpik, xx.xx.2024-cü il tarixli qəbzə əsasən ödənilmiş 5 manat məcburi dövlət sosial sığorta haqqının İddiaçı fərdi şəxsi hesabında qeydə alınması öhdəliyi qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(116)-2345/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. X10 Məhkəməsində mahiyyəti üzrə baxılan zaman cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına vəsatət daxil olmuş və vəsatətdə göstərilmişdir ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək onun qəbz əsasında ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubda Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2014-2016-cı illər üzrə sığortaedən, X2 (SUN: **********1) tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B2) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) təqdim edilmədiyindən iddiaçının müraciətinin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Hazırda İddiaçı mərhum həyat yoldaşı sığortaedən X1 (SUN: **********1) məxsus torpaqda pay torpaq mülkiyyətçisi kimi 2013-cü ilin yanvar və 2014-cü ilin oktyabr ayları üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks etdirilməsi təmin edilmişdir. Bu haldan da aşkardır ki, hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi “ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabda əks edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğundan və cavabdeh tərəfindən tələb təmin olunduğundan artıq həmin iddia tələbi mübahisə predmeti deyildir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələlərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş sığortaolunanın hesabı haqqında məlumatdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X1 (SUN: **********1) məxsus torpaqda pay torpaq mülkiyyətçisi kimi 2013-cü ilin yanvar və 2014-cü ilin oktyabr ayları üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının tələbi təmin olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin istinad olunan normasının məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göründüyü kimi, hazırkı iş üzrə xx.xx.2013-cü il tarixli qəbzə əsasən ödənilmiş 11 manat 30 qəpik, xx.xx.2024-cü il tarixli qəbzə əsasən ödənilmiş 5 manat məcburi dövlət sosial sığorta haqqının İddiaçı fərdi şəxsi hesabında qeydə alınması təmin edilmiş, iddiaçının tələbi təmin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilən iş üzrə icraata xitam verilməsinə dair ərizəni və işdə olan digər materialları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin tam təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı, yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2013-cü il tarixli qəbzə əsasən ödədiyi 11 manat 30 qəpik, xx.xx.2014-cü il tarixli qəbzə əsasən ödədiyi 5 manat dövlət sosial sığorta haqqının iddiaçının şəxsi fərdi hesabında qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-210/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-210/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver