Məhkəmə qərarları › İş №2-1(107)-211/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-211/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-211/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının müddətsiz 70-90% müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)-166/2024 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin verdiyi imtina qərarını ləğv edib, xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının müddətsiz 70- 90% müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir

4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxx 1987-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. 2006-cı ilin oktyabr ayında çağırış üzrə hərbi xidmətə yollanmış, N saylı hərbi hissədə əsgər hərbi rütbəsində hərbi xidmət keçmişdir. 2008-ci ilin aprel ayında hərbi xidmət müddəti başa çatdığından ordudan təxris olunmuşdur. 2014- cü ilin iyun ayında maxe kimi yenidən ordu sıralarına qayıtmış, N saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmət zamanı bir çox ağır fiziki işlərlə bağlı tapşırıqları icra etdiyindən səhhətində müəyyən problemlər yaranmış, 2015-ci ilin yanvar ayında belindəki ağrılar dözülməz həddə çatdığından hərbi hissənin nevroloğuna müraciət etmişdir. Onun göndərişi əsasında 2015-ci ilin fevral ayında əməliyyat olunmuşdur. 2016-cı ilin yanvar ayının 10-da baş əsgər vəzifəsində xidmət etmək üçün Yaşmada yerləşən N saylı hərbi hissəyə köçürülmüşdür. 2016-cı ildə aprel döyüşləri zamanı döyüşlərdə iştirak etmək uçün N saylı hərbi hissəyə ezam olunmuşdur. 2016-cı ildə olan “Aprel döyüşləri”ndə Füzuli rayonunun Alxanlı-Aşağı Seyidəhmədli kəndləri istiqamətində döyüş əməliyyatlarında iştirak etmiş, bir sıra döyüş tapşırığını icra etmişdir. 2016-cı ilin may ayının 22-də yenidən xidmət keçdiyi N saylı hərbi hissəyə qaytarılmışdır. Döyüşlərdən sonra 2016-cı ilin sonlarında səhhəti yenidən ağırlaşdığından həkimə müraciət etmişdir. Artıq sağlamlığı hərbi xidmət keçməyə imkan vermədiyindən 2017-ci ilin fevral ayında ordu sıralarında təxris olunmuşdur. 03 mart 2017-ci ildə bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə nəticələnən zədələnməsi, L5-S1 fəqərəarası diskin yırtığına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət, aşağı ətrafların monoplegiyası, sol aşağı monoparez, yerişin ciddi pozulması, essensial (birincili) hipertenziya, arterial hipertenziya 1 dərəcə diaqnozu ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2022-ci ilə kimi göstərilmişdir. xx.xx.2022-ci ildə əlillik müddətinin başa çatdığından komissiyaya göndərilmiş, 5 dəfə tibbi komissiyadan keçmişdir. Uzun keçən prosesdən sonra xx.xx.2023-cü ildə cavabdeh tərəfindən ona 3- 17-4/2-M-6715/2023 nömrəli məktub göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, ona təqdim edilən sənədlər və müayinənin nəticəsi olaraq onun barəsində diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh orqanın cavabı ilə razılaşmamış, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalər => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnməiər...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, nəticələnən zədələnməsi. L5-S1 fəqərəarası diskin yırtığına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət.Aşağı ətrafların monoplegiyası, Sol aşağı monoparez. 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9);.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnməiər...; Diaqnozun mətni Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu.; Meyar: İmtina edilir." Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir.

6. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar =>M50-M54- Digər Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəqərəarast disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, Davamlı kökcük ağrı sindromu.; Meyar: İmtina edilir.” Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Digər paralitik sindromlar, Sol aşağı ətrafın hərəki hissi .trofiki pozğunluqları ,distal parez.Sağ aşağı ətraf pəncəsinin hissi hərəki pozğunluqları.Yeriş funksiyasının pozulması, aktiv hərəkətlərin məhdudluğu..; Meyar: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır səbəbi İlə imtina verilmişdir. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci İl tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar =>M50-M54- Digər Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, Davamlı kökcük ağrı sindromu.; Meyar: İmtina edilir." Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir səbəbi ilə imtina verilmişdir.

7. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Digər paralitik sindromlar, Sol aşağı ətrafın hərəki hissi,trofiki pozğunluqları .distal parez.Sağ aşağı ətraf pəncəsinin hissi hərəki pozğunluqları.Yeriş funksiyasının pozulması, aktiv hərəkətlərin məhdudluğu..; Meyar: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır səbəbi ilə imtina verilmişdir. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası. Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu..; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəbi ilə imtina verilmişdir. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri(G99.2), Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi.Z98.8 L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2015). Radikulopatiya, Sol aşağı ətrafın parezi .ətrafda hissi ,hərəki .trofiki pozğunluq.Sağ aşağı ətrafda distal hissi .hərəki pozğunluq.R26 Yeriş funksiyasının pozğunluğu...; Meyar: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış bərpa müalicələri davam etdirilsin..səbəbi ilə imtina verilmişdir.

8. Şəki Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Radikulopatiya, Sol aşağı ətrafın parezi .ətrafda hissi .hərəki .trofiki pozğunluq.Sağ aşağı ətrafda distal hissi .hərəki pozğunluq. Yeriş funksiyasının pozğunluğu.; Meyar: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.səbəbi ilə imtina verilmişdir. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 06 iyun 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 yanvar 2024-cü il tarixli, 2-1(116)-166/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)- 166/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)- 166/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 60 nömrəli xx.xx.2016-cı il tarixli “X2”dən görünür ki, SHXÇDXnin Şəki rayon şöbəsi tərəfindən xx.xx.2014-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travmaya uyğun diaqnoz: «Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhknrn qərarı: L5-S/ fəqərəarası diskin sol Sı sinir kökünü kompressiya edən yırtığına görə aparılmış soltərəfli interlaminar L5 diskektomiya cərrahi (xx.xx.2015) əməlıyatından sonrakı L5-Sı diskində dural kisəyə sol tərəfdən kompressiya edən sol posterosentral protruziya, sol aşağı ətrafın hərəki, hissi və trofiki pozulmaların artması ilə təzahür edən tez-tez residiv gedişli xroniki soltərəfli diskogen mənşəli S1 radikulopatiyası, kəskinləşmə mərhələsində» qeyd edilmiş, xəstəlikdir, hərbi xidmət dövründə almış, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 692 nömrəli arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə SQ BKH cərrahiyyə profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-nın qərarı: “L5- S1 fəqərələrarası diskin yırtığı, hər iki S1 sinir kökünün kompressiyasına görə aparılmış soltərəfli L5 diskektomiya cərrahiyyə əməliyyatı (xx.xx.2015) nəticəsində onurğa sütunu funksiyasının cüzi dərəcədə pozulması. Nadir hallarda kəskinləşən xroniki residiv verən diskogen mənşəli soltərəfli Sı radikulit, natamam remissiya mərhələsində” qeyd edilmiş, xəstəlikdir, hərbi xidmət dövründə almışdır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə müayinə olunmuş, “2.2 İkinci dərəcə əlillik => 2.2.8. ekologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9);” diaqnozu ilə beş il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel oma faqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi.Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, Davamlı kökcük ağrı sindromu. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsində qeyd edilmişdir: iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Digər paralitik sindromlar. Sol aşağı ətrafın hərəki hissi .trofiki pozğunluqları.distal parez.Sağ aşağı atraf pəncəsinin hissi hərəki pozğunluqları.Yeriş funksiyasının pozulması, aktiv hərəkətlərin məhdudluğu. İmtina səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsində qeyd edilmişdir: iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyast. Bel oma fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin davamlı kökcük ağrı sindromu. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsində qeyd edilmişdir: iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), Bel və digər fəqərəarəsı disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. 298.8 L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2015). Radikulopatiya, Sol aşağı ətrafın parezi, ətrafda hissi, həraki, trofikı pozğunluq. Sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq. R26 Yeriş funksiyasının pozğunluğu.. Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; ixtisaslaşmış bərpa müalicələri dəvam etdirilsin. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsində qeyd edilmişdir: iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. LS-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət. Radikulopatiya, Sol aşağı ətrafın parezi, ətrafda hissi, hərəki, trofiki pozğunluq. Sağ aşağı ətrafda distai hissi, hərəki pozğunluq. Yeriş funksiyasının pozğunluğu.. Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilmişdir ki, İddiaçı ümumi xəstəlik səbəbindən əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının B00054553ZEİ göndərişi əsasında (Diaqnoz: Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsİ, L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət (2015). Radikulopatiya, sol aşağı ətrafın parezi, ətrafda hissi, hərəki, trofiki pozuntu. Sağ aşağı ətrafda distal hissi-hərəki pozuntular) xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və son illərdə stasionar müalicə müddəti yetərsiz olduğundan, müalicə potensialı tükənmədiyindən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Müraciəti əsasında vətəndaş 27.01,2023-cü ildə ərazi üzrə xidmət göstərən 10 nömrəli Tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, müayinə zamanı aşağı ətraflarda əzələ gücü normal, reflekslər canlı alınmış, parofunksional pozuntular (aşağı ətraflarda parez, atrofiya, hissi-hərəki dəyişikliklər) aşkar olunmamışdır. - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə.Ağırlaşma G83.Digər paralitik sindromlar.(Xəstəlik səbəbi Hərbi Xidmət dövrü ilə əlaqədar) Diaqnozun mətni: Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi.Sol aşağı ətrafın hərəki ,hissi trofiki pozğunluqları,distal parez.Sağ aşağı ətraf pəncəsinin hissi hərəki pozğunluqları,distal parez. Yeriş funksiyasının pozulması,aktiv hərətlərin pozulması; Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır səbəbi ilə imtina verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: M51.0 Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri. Ağırlaşma M54.1 Radikulopatiya. Yanaşı.M 42 Onurğanın osteoxondrozu, M48 Digər spondilopatiyalar. (Xəstəlik səbəbi Ümumi xəstəlik) Diaqnozun mətni: Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Z98.8. L5-S1 İnterlaminar diskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət (2015). Sol aşağı ətrafın parezi, hissi, hərəki, trofiki pozğunluqları, distal parez, Sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, Yeriş funksiyasının pozulması. Osteoxondroz. TH11-TH12 səviyyədə stenoz. Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: imtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı Diaqnoz əlillik əlaməti təyin etmir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1657/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3950 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərişdə qeyd edilən “Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri, bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi, L5-S1 interlaminar diskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət, radikulopatiya, sol aşağı ətrafın parezi, ətrafda hissi, hərəki, trofiki pozğunluq, sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, yeriş funksiyasının pozğunluğu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı diaqnozları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamədə qeyd olunmuş 13.5.1 xəstəliyi ilə eyniyyət təşkil edir. - “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sağlamlıq vəziyyətində istinad olunan “Meyarların” 13.5.1-ci bənddə qeyd edilmiş aşağıda göstərilən əlamətlərdən XBT kodu M 42 “Onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu və XBT kodu M 51.0 XBT kodu M 54.1 aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal” diaqnozları qeyd edilərək TSEK-nın göndərişləri reyestrinə daxil edilmişdir. - “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 5115 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı adına tərtib edilmiş T597/2023 saylı rəyin nəticə hissəsində qeyd edilənlər onun adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlar arasında hər-hansı ziddiyyət yoxdur. Belə ki, tibbi sənədlərdə qeyd edilən “Bel və fəqərə sütununun fəqərəarası disklərinin radikulopatiyası, intralaminar diskektomiya Ls-Sı səviyyədə cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol aşağı ətrafın parezi, ətrafda hissi, hərəki, trofiki pozğunluq, sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, yeriş funksiyasının pozulması" diaqnozu müəyyən edilmiş və onun hal-hazırkı sağlamlıq durumu əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.5. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)-166/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi)

31. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

32. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

33. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

34. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

36. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir.

37. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Z98.8. L5-S1 İnterlaminar diskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət (2015). Sol aşağı ətrafın parezi, hissi, hərəki, trofiki pozğunluqları, distal parez, Sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, Yeriş funksiyasının pozulması. Osteoxondroz. TH11-TH12 səviyyədə stenoz” olmuşdur.

38. Məhkəmə orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır.

39. Belə ki, iddiaçı barəsində müvafiq göndərişi tərtib edən səhiyyə müəssisəsi M42, M51.0 və M54.1 XBT kodları ilə “Onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu və aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal” diaqnozlarının mövcudluğunu bildirir.

40. Sözügedən diaqnozlar M42, M51.0 və M54.1 XBT kodları ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (13)” olaraq 13.5.1-ci bənddə (Dorsopatiyalar М40-М54) nəzərdə tutulmuşdur.

41. 13.5.1.3-cü bənddə isə konkret olaraq onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal diaqnozu ilə müşaiyət olunduğu halda 70-90 faiz, müddətsiz olmaqla orqanizmin funksiyalarının pozulmasının İİİ dərəcə məhdudlaşması halı müəyyən edilmişdir.

42. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 3950 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilmişdir.

43. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 60 nömrəli xx.xx.2016-cı il tarixli “X2”dən görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travmaya uyğun diaqnozun və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhk-nın qərarında ona “L5-S/ fəqərəarası diskin sol Sı sinir kökünü kompressiya edən yırtığına görə aparılmış soltərəfli interlaminar L5 diskektomiya cərrahi (xx.xx.2015) əməlıyatından sonrakı L5-Sı diskində dural kisəyə sol tərəfdən kompressiya edən sol posterosentral protruziya, sol aşağı ətrafın hərəki, hissi və trofiki pozulmaların artması ilə təzahür edən tez-tez residiv gedişli xroniki soltərəfli diskogen mənşəli S1 radikulopatiyası, kəskinləşmə mərhələsində” diaqnozu qoyulmuş və xəstəliyin hərbi xidmət dövründə alınması qeyd edilmişdir.

44. Göründüyü kimi, iddiaçının tibbi-sosial müayinəsinin əsası kimi çıxış edən “göndəriş”in məzmunda qeyd edilmiş diaqnozla (Bel və digər fəqərəarası disklərin radikulopatiya ilə nəticələnən zədələnməsi. Z98.8. L5-S1 İnterlaminar diskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət (2015). Sol aşağı ətrafın parezi, hissi, hərəki, trofiki pozğunluqları, distal parez, Sağ aşağı ətrafda distal hissi, hərəki pozğunluq, Yeriş funksiyasının pozulması. Osteoxondroz. TH11-TH12 səviyyədə stenoz”) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 60 nömrəli xx.xx.2016-cı il tarixli “X2”də qeyd edilmiş diaqnoz (“L5-S/ fəqərəarası diskin sol Sı sinir kökünü kompressiya edən yırtığına görə aparılmış soltərəfli interlaminar L5 diskektomiya cərrahi (xx.xx.2015) əməlıyatından sonrakı L5-Sı diskində dural kisəyə sol tərəfdən kompressiya edən sol posterosentral protruziya, sol aşağı ətrafın hərəki, hissi və trofiki pozulmaların artması ilə təzahür edən tez-tez residiv gedişli xroniki soltərəfli diskogen mənşəli S1 radikulopatiyası, kəskinləşmə mərhələsində) bir-birinə uyğundur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sağlamlığının hazırkı vəziyyətinin hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəstəliklə bilavasitə əlaqəli olması iş materiallarında olan sənədlərlə (anamnez məlumatları və diaqnozun məzmunu ilə) aşkar müəyyən edilmişdir.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2-1(116)-166/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar