Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-211/2025 30.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X8 (sədrlik edən, məruzəçi), X32 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının, onun vəkili Vəkil3 və üçüncü şəxsin vəkili Vəkil1 Novruz oğlunun iştirakları ilə, İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X25) “X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarından üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmiş, sözügedən torpaq sahəsinin hüdudları naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna da müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. İş üzrə üçüncü şəxs X25 iddiaçının qardaşı X36, X28 və X6 qarşı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması, torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Rəydən görünür ki, üçüncü şəxsin Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi onun göstərdiyi yerdə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, sənəddə göstərilən torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir.
3. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********43 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X12 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi nəzərə alınaraq, vətəndaşın ərizəsinin icrası mümkün olmamış və vətəndaşa bu barədə **********12 saylı məktub ünvanlanmışdır. X12 mülkiyyət hüququnun dövlət qeydiyyatı müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əsasında elektron məlumat bazasına uyğun olaraq aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
4. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1216/2020 nömrəli qərardadı ilə X25 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 260577 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamənin surəti; - X33 filialının xx.xx.2019-cu il tarixli, 125 nömrəli arxiv çıxarışı; Göyçay rayonu "Ə.Kərim" adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı; - xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi; - JN-574 nömrəli Dövlət Aktının təsdiq edilmiş surəti; - JN-572 nömrəli Dövlət Aktının təsdiq edilmiş surəti; - A seriyalı 370056 nömrəli xx.xx.2019-cu il tarixli plan və ölçü sənədinin təsdiq edilmiş surəti; - JN-573 nömrəli Dövlət Aktının təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilən 30439 nömrəli ekspert rəyi; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli, 33/3968 nömrəli məktubu; - Azərbaycan Respublikası “X17” MMC-nin xx.xx.2021-ci il tarixli, 179 nömrəli ekspert rəyi; - İddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planı.
6. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 03 iyun 2021-ci il tarixli 2- 1(116)-149/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs qeyd olunan torpaq sahələrini almamışdan əvvəl iddiaçının JN-572, JN-573 və JN574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan mülkiyyətçilər ilə mübahisəsi olmamışdır. Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üstüstə düşmür. Lakin 0,08 ha həyətyanı torpaq sahəsi ilə X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Bunun səbəbi isə X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməməsi olmuşdur. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Cavabdeh orqan özü də X12 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsini qeyd etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. - Məhkəmə gəldiyi nəticəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 8.0.1, 8.0.5, 13.11, 16.2, 23.1-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 10 və 21-ci maddələrinə və ekspert rəyinə istinad etməklə belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqan ləğvi tələb olunan torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib edərkən “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşmə halını araşdırmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxaran qanunsuz hərəkətlərə yol vermişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi cavabdeh inzibati orqanı reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsindən azad etməmişdir. Həmin sənəd tərtib olunarkən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər
8. Üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(107)-15/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Üçüncü şəxs X25 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(102)- 482/2023 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(107)- 15/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(107)-11/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarı ləğv edilərək inzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X25) “X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılmaq üçün Şəki Apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində ikinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1609/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-11/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Şəki inzibati Məhkəməsinin göstərilən iş üzrə qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İlk əvvəl qeyd edir ki, X 730512.294 - Y 4499854.4, X 730541.876 - Y 4499842.2, X 730532.976 - Y 4499818.9, X 730503.386 - Y 4499831.1 koordinatlar Göyçay rayonu, Ə.Kərim adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkillər yığıncağının qərarı ilə Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin koordinatları deyil, X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin X26 qanunsuz olaraq zəbt etdiyi 0.17 ha hissəsinin koordinatlarıdır. Göyçay rayon RİHB-nın Baş Memarı İ.Süleymanovun, Göyçay rayon Potu kənd bələdiyyəsinin sədri Z.İbrahimovun və Göyçay RİHB-nın Potu kənd İƏD üzrə nümayəndəsi N.Vəliyevin torpaq sahəsinin koordinatlarının müəyyən etmək səlahiyyəti yoxdur, nə də ki, texniki imkanları yoxdur. İddiaçı iddia ərizəsində bir neçə müxtəlif tələbləri birləşdirmiş, həmin tələblərdən biri ümumi məhkəməyə, digər isə inzibati məhkəməyə aid olmasına baxmayaraq, Şəki İnzibati Məhkəməsi iddia tələbinin "X16 məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ləğv edilməsi" ümumi məhkəməyə aid olan hissəsini qanunsuz olaraq araşdırmış və bununla da iddianın mümkünlüyünü müəyyən edən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin qeyd edir ki, inzibati məhkəməyə aid olmayan tələb barədə iddia ərizəsini mümkün saymamalı olduğu halda, Şəki İnzibati Məhkəməsi qanunsuz və əsassız olaraq iddianı mümkün sayaraq icraata qəbul edib mübahisəyə mahiyyəti üzrə baxmışdır. Məhkəmə iddia mümkün olmadığı halda, qanunsuz və əsassız olaraq üçüncü şəxs X16 məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin qanuniliyini lüzumsuz olaraq yoxlamışdır. "X17" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2021-ci il tarixli rəydə Göyçay rayonu, Ə.Kərim adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin naturada istifadə vəziyyəti ilə ilkin ayrıc aktında göstərilən sərhədlərlə üst-üstə düşməməsinin dəqiq müəyyən edilməməsi onunla sübut olunur ki, iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktında (həmin akt Fəxriyyə Əzizovanın imzası ilə təsdiq edilmişdir) torpaq sahəsinin Göyçay rayonu Potu kəndində həyətyanı massivində yerləşməsini təsdiq edən istinad nöqtəsi göstərilmişdir. Belə ki, ilkin ayrıc aktında X13 ayrılan torpaq sahəsi 20X30 olmaqla ölçülərək onun özünə təhvil verilmiş, bu barədə akt tərtib edilmiş, həmin akta əsasən X13 ayrılan torpaq sahəsi şimaldan yol yeri, şərqdən qonşu Əzizov Babək, cənubdan əkin sahəsi və qərbdən əkin sahəsi olmaqla Göyçay rayonu Potu kəndində həyətyanı massivində yerləşir. **********21 reyestr nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi isə Göyçay rayon Potu kəndində əkin massivində yerləşir. X12 mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi ilə Əli Kərim adına kolxozun 11 iyun 1996-cı il tarixli 11 saylı müvəkillər yığıncağının qərarına əsasən (X19 da olmaqla) 24 nəfər Potu kənd sakinlərinə ayrılan 1,48 ha torpaq sahəsinin arasından kənddaxili yol keçir. Göründüyü kimi, "X17" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2021-ci il tarixli rəy qanunsuzdur, həqiqəti əks etdirmir, həmin rəy işin faktiki hallarına uyğun deyil, həmin rəy mötəbər sübut kimi və ekspert rəyi kimi qiymətləndirilə bilməz, başqa sübutlarla ekspert rəyi təkzib edilir, ekspert qarşısında qoyulmuş suallar düzgün həll edilməmiş, müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən bilə-bilə yalan rəy verilmişdir. Hesab etmişdir ki, qeyd olunan boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak edərək müsahibədən keçən, özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunan ekspertə həvalə edilməlidir. Hesab etmişdir ki, hazırkı mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan plan-ölçü sənədi alqı-satqı müqavilələrinin nəticəsi olduğundan hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil1 Novruz oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)- 149/2021 nömrəli qərarının üçüncü şəxsə aid hissədə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı və onun vəkili Vəkil3 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
20. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X25 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şəki İnzibati Məhkəməsinin 3 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarının ona aid hissədə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək cavabdeh orqanın apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs və cavabdeh orqanın nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. ... 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
28. Üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-1609/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(107)-11/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
34. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
35. Ali Məhkəmə hazırki iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-1609/2024 nömrəli qərarda qeyd etmişdir ki, - Bundan başqa, apellyasiya baxışının hədlərini üçüncü şəxsin apellyasiya şikayəti təşkil etməsinə baxmayaraq, apellyasiya məhkəməsi cavabdeh inzibati orqanın şikayətinə də münasibət göstərərək şikayəti təmin etmişdir. Halbuki, cavabdeh birinci apellyasiya icraatı zamanı qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(107)-15/2022 nömrəli qərarını mübahisələndirməmiş və kassasiya instansiyası məhkəməsi tərəfindən məhz üçüncü şəxsin şikayəti əsasında iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
36. Məhkəmə kollegiyası da qeyd edilən hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(107)- 15/2022 nömrəli qərarını mübahisələndirmədiyindən Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarından cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayətinə münasibət göstərilməməlidir.
37. Odur ki, hazırda Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)- 149/2021 nömrəli qərarından üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə araşdırma aparılmışdır.
38. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı və məqsədi 2 hissədən ibarət olan iddia tələbində öz əksini tapmışdır:
1. Üçüncü şəxs X12 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi;
2. Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi.
39. Məhkəmə kollegiyası tərəfindən iddiaçının birinci tələbi ilə bağlı araşdırma aparılmış, cavabdeh orqana sorğular verilmişdir.
40. Cavabdeh orqanın 19 iyun tarixli, 3-21-3-36/2-1866/2025 nömrəli mütəxəssis rəyi və ona əlavə edilmiş naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxemlərdən müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X13 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsi X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.02 ha torpaq sahəsi üst-üstə düşür. - Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan ştrixlənmiş sxemdə göstərilən, “xx.xx.1996-cı il tarixli qərarla verilən torpaq sahəsi” olaraq qeyd edilən torpaq sahəsi Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X13 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə həmçinin X12 mülkiyyət hüququ **********21 dövlət reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.02 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən (DVJ) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” dövlət aktlarına uyğun tərtib edilmişdir. - Əlavə olaraq bildiririk ki, idarənin elektron baza məlumatlarında xidməti istifadə üçün təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS-AzCad) **********21 reyestr nömrəli çıxarışın tərtib edilməsinə əsas olan JN- 572, JN-573, JN-574 nömrəli X45 Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X13 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşmür və 0.08 ha yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olaraq göstərilmişdir.
41. Cavabdeh orqanın 01 avqust tarixli, 3-21-3-36/2-2394/2025 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsi tərəfindən imza və möhürlə təsdiq edilmiş “X13 xx.xx.1996-cı il tarixli qərarla verilən və valideynlərinin istifadəsində olan torpaq sahəsi” olaraq qeyd edilən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan, üzərində fərdi yaşayış evi mövcud olan torpaq sahəsi ilə, həmçinin X12 mülkiyyət hüququ **********21 dövlət reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.02 ha torpaq sahəsi ilə üstüstə düşmür. - Göyçay rayonu Potu bələdiyyəsi tərəfindən imza və möhürlə təsdiq edilmiş “X13 xx.xx.1996-cı il tarixli qərarla verilən və valideynlərinin istifadəsində olan torpaq sahəsi” olaraq qeyd edilən torpaq sahəsi idarənin elektron baza məlumatlarında (DVJ) JN-20F (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X15 və X10 mülkiyyətinə verilmiş 0.26 ha həyətyanı torpaq sahəsidir.
42. Göründüyü kimi, mübahisələndirilən X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən (DVJ) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” dövlət aktlarına uyğun tərtib edilmişdir. Həmin dövlət aktları da “X13 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Üçüncü şəxsə məxsus torpaq sahəsinə dair **********21 reyestr nömrəli çıxarışın ayrı-ayrılıqda DWJ və TEKUİS bazası eynilik təşkil edir və çıxarış TEKUİS əsasında verilmişdir. Həmin torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə də üst-üstə düşmür.
43. İddiaçının isə Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona verilən 0.08 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti elektron baza məlumatlarında (DVJ) JN-20F (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X15 və X10 mülkiyyətinə verilmiş 0.26 ha həyətyanı torpaq sahəsinin daxilində yerləşir.
44. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis Nazim İbrahimov izahatında bildirdi ki, onlara təqdim ştrixlənmiş sxem sözügedən torpaq sahəsinə aid deyil. Hazırda həmin sxemdə göstərilən ərazi yaşayış məntəqələri torpaqlarıdır və mübahisəli torpaq sahəsinin şimalında yerləşir. Üçüncü şəxsin çıxarışı ilkin dövlət aktlarına uyğun tərtib olunmuşdur. İddiaçının fərdi yaşayış evi üçüncü şəxsin çıxarışının daxilində yerləşir. Həmin fərdi yaşayış evi üçüncü şəxsə çıxarışın verilməsi əsas olan dövlət aktlarının daxilində yerləşir.
45. Bundan başqa, Ali Məhkəmə hazırki iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1609/2024 nömrəli qərarda qeyd etmişdir ki, - Qeyd olunan tələblər bir-biri ilə bağlıdır. Belə ki, inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsinə hüququn qeydiyyata alınmasından ona görə imtina etmişdir ki, onun istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmiş, lakin həmin torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyünə görə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir. Cavabdeh imtinanın başqa səbəbini göstərməyib (1-ci cild, səh 9-10). - İşin bu halı onu deməyə əsas verir ki, məhkəmə araşdırması zamanı cavabdehin imtinasının qanuni və əsaslılığını yoxlamaq üçün həmin torpaq sahələrinin üst-üstə düşüb düşmədiyi araşdırılmalı, üst-üstə düşürsə bunun səbəbləri müəyyən edilməli (daha əvvəl torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verildiyi və torpaq sahəsi təhvil verilib faktik istifadəsində olduğu halda üçüncü şəxsin adına işlənməsinin qanuni olubolmamasına qiymət verilməli), bundan asılı olaraq birinci tələb həll olunmalı, torpaq sahələri üst-üstə düşmədiyi halda isə ikinci iddia tələbi təmin olunmalıdır.
46. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan xüsusatlarla bağlı araşdrıma zamanı müəyyən edildi ki, iddiaçının istinad etdiyi Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin koordinatları üst-üstə düşmür. Buna görə də, üst-üstə düşmə ilə bağlı səbəblər araşdırılmamışdır.
47. Torpaq sahələri üst-üstə düşmədiyindən ikinci tələb, yəni “Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbi üzrə məhkəmə kollegiyası tərəfindən araşdırmanın davam etdirilməsi məhkəmə iclasında iddiaçıya və vəkilinə təklif olunsa da, iddiaçı tərəf bununla razılaşmamış, ona məxsus müvəkkillər yığıncağının qərarı əsas götürülməklə ancaq iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə, yəni üçüncü şəxsin çıxarışına dair plan-ölçünün sərhədləri daxilində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarış verilməsini tələb etdilər.
48. Məhkəmə kollegiyası isə qeyd edir ki, iddiaçı tərəfin ikinci tələbinin qeyd etdiyi qaydada təmin edilməsi, ancaq üçüncü şəxsin adına verilmiş çıxarışa dair plan-ölçü sənədinin ləğvindən asılıdır. Çıxarışa dair plan ölçü sənədi isə ləğv olunmadığından iddiaçının da istədiyi qaydada ikinci tələbi təmin oluna bilməz.
49. Bundan başqa, cavabdeh orqanın 19 mart tarixli, 3-21-3-36/2-813/2025 nömrəli sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan, 31 mart 2022-ci il tarixli 2-1(107)-15/2022 saylı iş üzrə mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilən iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının naturada göstərdiyi, istifadə etdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0.0943 ha torpaq sahəsi Göyçay rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(046)-1726/2019 saylı məktubuna, o cümlədən 18 noyabr 2019-cu il il tarixli (2(046-1726/2019 saylı qərardadına əsasən Ağsu LTİ-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli sxemdə göstərilən “**********21 nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 3.0282 ha torpaq sahəsinin cavabdeh X36 tərəfindən istifadə edilən hissəsi (0.17 ha-dək)” ilə üst-üstə düşməklə eyni ərazidir.
50. Göründüyü kimi, mülki iş üzrə zəbt edilmiş torpaq sahəsi hazırda mübahisə predmeti olan üçüncü şəxsin torpaq sahəsinin daxilindədir, iddiaçının dediyinə görə həmin fərdi yaşayış evi qardaşı X36 tərəfindən tikilib, mülki icraat çərçivəsində sökülməsi tələb olunan tikilmiş ev eynidir.
51. Məhkəmə kollegiyası “X13 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nın sübut kimi qəbul edilməməsi barədə qeyd edir ki, iş materiallarından görünür ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir.
52. X12 mülkiyyətində Göyçay rayonun Potu kəndində yerləşən 3,0269 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində Fərman Qurbanovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
53. Qeyd olunan torpaq sahəsi torpaq islahatı zamanı üç ailənin mülkiyyətinə verilən, "Torpağa mülkiyyət hüququna dair" JN-572 KOD 40812018 saylı, JN-573, KOD 40812018 saylı və JN-574, KOD 40812018 saylı dövlət aktlarında göstərilən torpaq sahəsi olub və sonradan alğı-satqı müqavilələri əsasında özgəninkiləşdirilməklə Fərman Qurbanovun mülkiyyətinə keçmişdir.
54. Belə ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - Göyçay rayon AİK) 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X3 və onun ailə üzvlərinin mülkiyyətinə 1.11 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-572, KOD 40812018 saylı, "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.
55. Göyçay rayon AİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X20 və onun ailə üzvlərinin mülkiyyətinə 1.00 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-573, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.
56. X20 xx.xx.2001-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş və şəhadətnaməyə əsasən X21 və X22 mərhumun vərəsələri müəyyən edilmişlər. Onların adına AA seriyalı 004102 xx.xx.2011-ci il tarixli plan və ölçü sənədi, həmçinin MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış tərtib edilmişdir.
57. Göyçay rayon AİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə 0.91 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-574, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.
58. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 12 aprel 2011-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, JN-572, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.11 hektar torpaq sahəsi X1, DƏDRX-in 16-saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA 004004 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Sonradan Ş.Həsənova həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə əsasında X2.
59. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 25 may 2011-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, JN-573, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı və MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən X21 və X11 mülkiyyətinə verilmiş 1.00 hektar torpaq sahəsi X1, DƏDRX-nin 16saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış və AA 004143 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Ş.Həsənova 1.0034 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə ilə X2.
60. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 07 iyun 2012-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, JN-574, KOD 40812018 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamə ilə Göyçay rayon Potu kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.91 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan Yaqubov (Həsənov) Zeynal Dadaş oğluna satılmış, DƏDRX-in 16-saylı Ərazi İdarəsi tərəfindən Yaqubov (Həsənov) Zeynal Dadaş oğlunun adına MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış və A seriyalı, 262097 nömrəli, xx.xx.2018-ci il tarixli planölçü sənədi tərtib edilmişdir. X5 xx.xx.2018-ci il tarixli ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, 0.91 ha torpaq sahəsini X2.
61. Məhkəmə kollegiyasının araşdırması zamanı da müəyyən edildi ki, Göyçay rayonu Potu bələdiyyəsi tərəfindən imza və möhürlə təsdiq edilmiş “X13 xx.xx.1996-cı il tarixli qərarla verilən və valideynlərinin istifadəsində olan torpaq sahəsi” olaraq qeyd edilən torpaq sahəsi idarənin elektron baza məlumatlarında (DVJ) JN-20F (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X15 və X10 mülkiyyətinə verilmiş 0.26 ha həyətyanı torpaq sahəsidir. Qeyd olunanlar mütəxəssis tərəfindən verilmiş yerquruluşu planında göstərilən sxemlərlə də öz təsdiqini tapır.
62. Belə ki, cavabdeh iddiaçıya torpağa mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina barədə məktubunda iddiaçı tərəfindən təqdim olunan sxematik planın düzgün tərtib olunmaması ilə bağlı hər hansı dəlil irəli sürməsə də, xx.xx.2020-ci il tarixli imtina məktubunda görünür ki, inzibati orqan zəruri inventarlaşma işləri aparmaqla iddiaçının istifadəsində olan, yəni iddiaçının cavabdeh inzibati orqana yerində tanıtdığı torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarını müəyyən etmişdir.
63. İş materiallarının 1-ci cildinin 12-ci vərəqində və 38-ci vərəqində olan plan-ölçü sənədindən görünür ki, yerquruluşçunun müəyyən etdiyi koordinatlarla, iddiaçının təqdim etdiyi sxematik planda olan koordinatlar eynidir.
64. Həmin 12-ci səhifədə olan sxematik plan Göyçay Rayon İcra Hakimiyyətinin başçısının baş memarı, Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Potu kənd bölgəsi üzrə nümayəndəsi və Göyçay Rayon Potu kənd bələdiyyəsinin sədri tərəfindən imzalanıb möhürlənsə də, tərtib olunma tarixi qeyd edilməmişdir. Qeyd olunan planda göstərilən koordinatların isə yerquruluşçunun müəyyən etdiyi koordinatlarla eynilik təşkil etməsini isə kollegiya onunla əsaslandırır ki, ilk öncə Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmış, daha sonra iddiaçının qardaşı, iddiaçıya ayrılmış torpaq sahəsinin hazırda mülki icraat qaydasında mübahisələndirilən fərdi yaşayış evini tikdiyi yer olması zənn etmiş, daha sonra cavabdeh orqana iddiaçı müraciət etmiş, cavabdeh orqan isə iddiaçının istifadəsində olan, yəni iddiaçının cavabdeh inzibati orqana yerində tanıtdığı torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarını müəyyən etmişdir. Ona görə də, həmin koordinatlar eynilik təşkil etmişdir.
65. Bundan sonra isə iş materiallarının 1-ci cildi 167-ci vərəqində olan mütəxəssis rəyinə əlavə edilən mübahisəli torpaq sahəsinin coğrafi yerləşmə ortofotoplanı da yuxarıda istinad olunan planlara uyğun olaraq iddiaçının marağına uyğun şəkildə tərtib edilmişdir.
66. Həmçinin, iş materiallarının 1-ci cildi 231 və 3-cü cildi 112-ci vərəqələrində olan islahat xəritəsindən çıxarışlar da tədqiq olunarkən müəyyən edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələri nəinki üst-üstə düşmür, hətta həmsərhəd belə deyillər.
67. Belə ki, 1-ci cildin 231-ci vərəqində olan sxemdən və 3-cü cildin 112-ci vərəqində olan islahat xəritəsindən görünür ki, X13 xx.xx.1996-cı il tarixli qərarla verilən və valideynlərinin istifadəsində olan torpaq sahəsi” olaraq qeyd edilən torpaq sahəsi idarənin elektron baza məlumatlarında (DVJ) JN-20F (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X15 və X10 mülkiyyətinə verilmiş 0.26 ha həyətyanı torpaq sahəsidir.
68. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən təqdim edilmiş Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş həmin sxemində ümumi iclas protokoluna uyğun olaraq vətəndaşlara ayrılmış 1.48 ha torpaq sahəsi göstərilmişdir. Lakin həmin yerquruluşu sxemində iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti, koordinatları və dəqiq ölçüləri olmadığından mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
69. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən “X17” MMC-nin xx.xx.2021-ci il tarixli 179 nömrəli ekspert rəyi ilə məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyləri və arayışlarda göstərilənlər arasında ziddiyyətlər mövcud olduğundan məhkəmə kollegiyası qeyd edir ki, “X17” MMCnin ekspert rəyində iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik Planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin üçüncü şəxsin mülkiyyətində olan 3.0224 ha torpaq sahəsi ilə üst-üstə düşməsi mötəbər sübutlarla müəyyən edilmir.
70. Eyni zamanda, əvvəlki apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X13 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs X12 mülkiyyətinə verilərək **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür.
71. Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X13 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs X12 mülkiyyətinə verilərək **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür.
72. Odur ki, əlavə olaraq sxematik planı təsdiqləmiş Göyçay RİHB-nin baş memarı, Potu kənd İƏD üzrə nümayəndəsi və Potu Bələdiyyəsinin sədrindən məlumat tələb edilməsinə zərurət qalmamışdır.
73. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçı tərəf nə qədər ki, iddia etdiyi və naturada göstərdiyi, üçüncü şəxsin çıxarışına dair plan-ölçünün sərhədləri daxilində yerləşən torpaq sahəsinə çıxarış verilməsini tələb edirsə, yəni, sxematik plan, islahat xəritəsi və mütəxəssis rəylərinə uyğun olaraq Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində (üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmirsə, iddiaçının istifadəsinə torpaq sahəsinin verilməsinə dair hüquqmüəyyənedici sənədlərdə olan torpaq sahəsinin ölçüsü barədə ziddiyyətlərlə bağlı məsələnin də əlavə olaraq araşdırılmasına zərurət qalmır.
74. Yuxarıda qeyd olunan işin halları ilə bir daha sübut olunur ki, üçüncü şəxs X16 ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması işin mübahisəsiz halıdır və iş materiallarında olan dövlət aktları, reyestrdən çıxarışlar və plan-ölçü sənədləri ilə də təsdiqlənir. İddiaçıya isə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi mümkün olmadığından belə olan halda müxtəlif kateqoriyalı iki torpaq sahəsinin naturada üst-üstə düşməsi məhkəmə kollegiyası tərəfindən inandırıcı hesab edilmir.
75. Beləliklə, üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədlərə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.
76. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırma aparılmamış, eləcə də üçüncü şəxsin apellyasiya şikayətindən irəli gələn və hazırda iddiaçının iddia ərizəsində qeyd edilən dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.
77. Belə olan halda məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
78. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
79. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(116)-149/2021 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X25) “X12 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.