Məhkəmə qərarları › İş №2-1(107)-212/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-212/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-212/2025 12.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli, 07 nömrəli protokolu üzrə qəbul edilmiş qərara əsasən ona satılmış, Qax rayonu, Qaxingiloy kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli, 07 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən ona satılmış, Qax rayonu Qaxingiloy kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarına əsasən iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu Qaxingiloy bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli, 07 nömrəli protokolu üzrə qəbul edilmiş qərara əsasən satılmış, Qax rayonu Qaxingiloy kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyi qoyulmuşdur.

3. Cavabdeh orqan Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 2043/2023 nömrəli qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-597/2023 nömrəli qərardadı ilə şikayət mümkün sayılmayaraq apellyasiya şikayətin qəbul olunmasından imtina edilmişdir.

4. Daha sonra cavabdeh orqan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-597/2023 nömrəli qərardadından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-439/2024 nömrəli qərarı ilə qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarı qanuni qüvvəsini almış və məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə həmin qərarın icrası ilə bağlı cavabdeh orqandan məlumat verilməsi tələb edilmişdir.

6. Cavabdeh orqan tərəfindən məhkəmə qərarı icra edilərək iddia olunan torpaq sahəsi üzərində iddiaçının tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reytestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən çıxarışda torpaq sahəsinin kateqoriyası – “kənd təsərrüfatı təyinatlı torpaqlar” göstərilmişdir.

7. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək cavabdeh orqanın məhkəmə qərarını tam və doğru icra etməməsi ilə bağlı məlumat vermiş və qərarın düzgün icra edilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, Qax rayonu Qaxingiloy bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli ümumi yığıncağının qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə torpaq sahəsi satılmış, həmin torpaq sahəsinin əkinə az yararlı olması göstərilmiş, məhz həmin sənədlər əsasında məhkəmə tərəfindən cavabdehin üzərinə 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi qoyulmuşdur. İnzibati iş üzrə qəbul edilən qərardan cavabdeh tərəfindən yuxarı instansiyalara şikayət olunsa da qərar dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə tərəfindən qəbul edilmiş 2-1(116)-2043/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı hüquqmüəyyənedici sənədlərə uyğun və düzgün icra etməmişdir.

9. Belə ki, xx.xx.2024-cü il tarixli “Çıxarış” əldə olunan zaman məlum olunmuşdur ki, ona məxsus olan torpaq sahəsinin kateqoriyası “sahibkarlıq təyinatlı torpaq sahəsi” olduğu halda, “kənd təsərrüfatı təyinatlı torpaq sahəsi” kimi qeyd edilmişdir.

10. Həmçinin xx.xx.2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) bəndində, torpaq sahəsinin kateqoriyası, üzərlərinə qoyulmuş vəzifə müvafiq qaydada göstərilməmişdir.

11. Hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin, eləcə də məhkəmə qərarının mövcud olmasına baxmayaraq, həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa, həm də digər hüquq normalarının tələblərinə zidd mövqe sərgiləmiş, bilavasitə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olan sənədlər təqdim etmişdir. Bu isə qəbul edilən və anlaşılan deyil. Ona görə də yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qəbul edilmiş qərarın düzgün icra olunmasına göstəriş verilməsi xahiş edilmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili ərizə ilə eyni məzmunlu izahat verərək məhkəmə qərarı düzgün icra edilmədiyi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyası - kənd təsərrüfatı təyinatlıdır. Odur ki, məhkəmə qərarı düzgün icra edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarı tam icra edildiyindən borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə cərimənin tətbiq edilməsindən imtina olunmuşdur.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2-ci inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə görə, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi əsassız olaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarı tam icra edildiyindən borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə cərimənin tətbiq edilməsindən imtina etmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənədlər məhkəmə aktının məzmununa uyğun olduğundan, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarı tam icra edilmiş hesab edilməli və cavabdeh orqana cərimənin tətbiq edilməsindən imtina edilməlidir.

24. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

25. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarından görünür ki, cavabdehin üzərinə Qax rayonu Qaxingiloy bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli, 07 nömrəli protokolu üzrə qəbul edilmiş qərara əsasən satılmış, Qax rayonu Qaxingiloy kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyi qoyulmuşdur. Qanuni qüvvəyə minmiş həmin qərar əsasında mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçının hazırkı tələbi isə qanuni qüvvəyə minmiş qərarın icrası ilə bağlı deyil, inzibati orqan tərəfindən qeydiyyata alınmış çıxarışda və torpaq sahəsinin plan-ölçü sənədində torpaq sahəsinin təyinatının düzgün qeyd edilməməsi ilə, yəni dürüstləşdirilməsi ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizə barədə cərimənin tətbiq edilməsi ilə bağlı deyil, mahiyyəti üzrə baxılıb qərar qəbul edilməlidir.

26. Bununla yanaşı, iş materiallarında olan DT və XK-nin Qax rayon şöbəsinin rəyindən görünür ki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması və sahibkarlıq məqsədilə satılmasının qanunamüvafiqliyi təsdiq edilmiş, bunun əsasında da Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsi satılmışdır.

27. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində torpaq sahəsinin satılan zaman DWG məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid sair sahələri kimi, TEKUİS məlumatlarında isə kənd təsərrüfatı təyinatlı çoxillik əkmə kimi göstərilməsi müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

29. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən qeyd edilən məlumatlara əsasən yəni, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı vəziyyətdə olan hüquqi statusunu, kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə almışdır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisə predmeti olan torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı olmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanununun 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il il tarixli 2-1(102)- 135/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

31. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədən də görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qəbul edilmiş qərarın düzgün icra olunmasına göstəriş verilməsini xahiş etmişdir. Bundan əlavə, həm birinci instansiya məhkəməsinin və həm də apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında məhkəmə qərarı düzgün icra edilmədiyi üçün müvafiq tədbirlərin görülməsini xahiş etdiyini bildirmişdir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qərardadında iddiaçının hüquqi marağının nədən ibarət olması barədə tam araşdırma aparmamış, yalnız formal mülahizələrə əsaslanaraq hazırkı qərardadı qəbul etmiş və bununla da İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozmuşdur.

33. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarının araşdırılması prinsipinin tələblərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar, həmçinin iddiaçının tələbinin nədən ibarət olması müəyyən olunmalıdır.

34. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək ərizənin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş ərizəyə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar