Məhkəmə qərarları › İş №2-1(107)-215/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-215/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-215/2024 06.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X13 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, X17 və İddiaçı3, cavabdehin nümayəndəsi X18 və üçüncü şəxs X19 iştirakı ilə, İddiaçılar İddiaçı1, X17 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, 22 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 2911.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissələrdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1/2023 nömrəli qərarından iddiaçılar İddiaçı1, X17 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, X17 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "X7 adına tərtib olunmuş A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və X9 adına tərtib olunmuş A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən X10, X20 və X19 adlarına 22 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçıların mülkiyyətində olan 2911.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissələrdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin 2-1(116)-87/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X15” MMC-nin ekspertlərinə tapşırılmışdır.

3. Birinci instansiya məhkəməsinin 2-1(116)-87/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir.

4. 2-1(116)-87/2021 xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndistikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin) mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır (ekspert vəsatəti təmin edilmədiyindən iş üzrə rəy verilməmişdir).

5. İddia ərizəsi onunla əsaslandırılmışdırki, iddiaçılar İddiaçı1, X21, İddiaçı3 və onların ailə üzvü mərhum X22 ümumi birgə mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən Zaqatala rayonu, Bəhmətli kəndində 1,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Sonuncuların qeyd olunan torpaq sahəsi üzərində hüquqları JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə rəsmiləşdirilmişdir. İddiaçılar JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövləl aktı"nda 923 A planşet nömrəsi ilə qeyd olunan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində əvvəllər yaranmış hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Cavabdeh inzibati orqan 29 oktyabr 2018-ci il tarixli, **********40 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi **********0353 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,2153 ha torpaq sahəsi ilə, bir hissəsi **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, bir hissəsi isə bələdivvə mülkiyyətinə aid torpaq sahəsi ilə üst üstə düşür.

6. Bundan sonra iddiaçılar JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən həmin torpaq sahəsinin mülkiyyətlərində olmaları əsası ilə, 29 oktyabr 2018-ci il tarixli, **********40 nömrəli məktubda qeyd olunan **********0353 və **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin, mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməsi tələbi ilə yenidən iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, ancaq, sonuncu 16 noyabr 2018-ci il tarixli, **********29 nömrəli məktubu ilə həmin sənədləri ləğv etməkdən imtina etmişdir. Lakin, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatından imtina edərkən nəzərə almamışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər.

7. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə (daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməvincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni, JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" qüvvədə ola-ola Zaqatala rayon Aqrar islahat Komissiyasının eyni qərarı ilə, həmin torpaq sahəsinin başqa-başqa şəxslərin mülkiyyətinə verilməsi qanunsuz və əsassız olmuşdur. JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda 923 A planşet nömrəsi ilə qeyd olunan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar tərəfindən 1988-ci ildə fərdi yaşayış evi inşa olunmuş və onlar hal- hazırki dövrədək həmin fərdi yaşayış evində yaşamışlar. 2002-ci il tarixdə iş üzrə üçüncü şəxslərdən X10 iş üzrə iddiaçılardan İddiaçı1 və sonuncunun mərhum əri X26 qarşı Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsində mübahisə predmeti olan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarını tələb etmiş, İddiaçı1 və sonuncunun mərhum əri X32 isə X4 qarşı qarşılı iddia verərək həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 23 aprel 2002-ci il tarixli, 2- 32 nömrəli qətnaməsi ilə ilk iddia əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilərək İddiaçı1 və sonuncunun mərhum əri X22 hazırda mübahisə predmeti olan 2911,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. İşin vəkil tərəfindən öyrənilməsi mərhələsində məlum olmuşdur ki, iş üzrə üçüncü şəxslər X10, X20 və X33 adlarına qanunsuz olaraq tərtib olunmuş **********0353 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, JN seriyalı 923 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahəsi də daxil olmaqla 0,2153 ha torpaq sahəsi və orada yerləşən 1960-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişlər.

9. Həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı tərtib olunmuş texniki pasportdan da aydın görünür ki, iddiaçıların mülkiyyətində, o cümlədən faktiki olaraq sahiblik və istifadəsində olan torpaq sahəsi ilə iş üzrə üçüncü şəxslər X10, X20 və X19 istifadələrində olan torpaq sahəsi bir-birlərindən hasar vasitəsi ilə ayrıdırlar. Qeyd olunanlardan da göründüyü kimi, **********0353 və **********0860 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə qanunsuz olaraq iş üzrə üçüncü şəxslərin adlarına tərtib olunmuş və onlara verilmişdir.

10. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən qaldırılan məsələlər 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən müraciətinin icrası mümkün olmamış və bu barədə məktub ünvanlanmışdır. Daha sonra iddiaçılar hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(84)-216/2019 nömrəli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Bundan sonra iddiaçılar “JN-923 saylı Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə” dair iddia tələbi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(033)-227/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, JN-923 saylı “Dövlət Aktı” sənədinin 923A planşetində qeyd olunan 0,2911 ha torpaq sahəsinin bir hissəsi X7 adına tərtib edilmiş A№ 118499 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,2153 ha həyətyanı torpaq sahəsi ilə, digər hissəsi X9 adına tərtib edilmiş A№ 129071 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,99 ha k/t torpaq sahəsi ilə və qalan hissəsi isə Zaqatala rayon Bəhmətli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A№ 118499 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,2153 ha həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə X7, X3, X19 və X23 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X7 və digərlərinin adına 22 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəşimləşdirilmişdir.

11. Daha sonra, Zaqatala rayon 2 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş 25 dekabr 2017-cı il tarixli, 2V-635 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə və 25 dekabr 2017-cı il tarixli, 4Ə-412 reyestr nömrəli “Bağışlanma müqavilə"sinə əsasən 0,2153 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X19 adına 15 mart 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəşimləşdirilmişdir. Bundan başqa, qeyd olunan 0,99 ha k/t torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə X9, X2 və X5 mülkiyyətinə verilmiş və Ləğv edilmiş DTXK-si tərəfindən A№ 129071 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

15. İddiaçılar İddiaçı1, X17 və İddiaçı3 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. İddiaçılar İddiaçı1, X17 və İddiaçı3 apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, X17 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X34 və üçüncü şəxs X19 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər üçüncü şəxslər iştirak etməmi, səbəbləri barədə məlumat verməmişlər.

20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2018 və xx.xx.2018-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZ-İ 100598 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X32 xx.xx.2004-cü ildə vəfat etmişdir. - xx.xx.2019-cu il tarixli Zaqatala rayon Qeydiyyat şöbəsinin ölüm haqqında arayışından görünür ki, X6 xx.xx.2004-cü ildə vəfat etmişdir. - JN-923 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1.94 ha torpaq sahəsi X30 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. - JN-921 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2 ha torpaq sahəsi X11 4 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. - A118499 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Bəhmətli kəndində yerləşən 2153.83 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə X7 adına tərtib edilmişdir. - A129071 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Bəhmətli kəndində yerləşən 9905,71 kv.m torpaq sahəsinə münasibətdə X9 adına tərtib edilmişdir. - A129480, A129327 və A129470 nömrəli plan-ölçü sənədlərindən görünür ki, sözügedən sənədlər Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Bəhmətli kəndində yerləşən 12502.84 kv.m, 2912.56 kv.m və 4568.93 kv.m torpaq sahəsinə münasibətdə X22 adına tərtib edilmişdir. - Bəhmətli kənd İƏD-si üzrə nümayəndəliyin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Bəhmətli kənd inzibati ərazi dairəsinin 10№-li təsərrüfatbaşına kitabın 127-ci səhifəsində mərhum X7 adına 1960-cı ildə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı, 80 kv.m ümumi, 60 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0.21 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. - noyabr 2001-ci il tarixli, 701 inventar nömrəli texniki pasportdan görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X20, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.20 ha, faktiki 0.23 ha göstərilmiş, tikilinin inşa olunduğu il 1960-cı il qeyd edilmişdir. - xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli, 135 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.2153 ha, faktiki sahə 0.2153 ha, Liter A tikilisinin inşa olunduğu il 1960-cı il qeyd edilmişdir. - **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (Seriya RX №1202306) görünür ki, Zaqatala rayonu Bəhmədli kəndinə yerləşən 0.2153 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X20 (1/4), X10 (2/4) və X19 (1/4) paylı mülkiyyətindədir. Fərdi yaşayış evi isə X7 tam mülkiyyətindədir. - **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (Seriya RX №1255972) görünür ki, Zaqatala rayonu Bəhmədli kəndinə yerləşən 0.2153 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X19 tam xüsusi mülkiyyətindədir. - **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Bəhmədli kəndinə yerləşən 0.9905 ha torpaq sahəsi üzərində X27, X8 və X5 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır (A476023№-li plan-ölçü sənədi tərtib edilib). - **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (Seriya RX №1255973) görünür ki, Zaqatala rayonu Bəhmədli kəndinə yerləşən 1,1448 ha torpaq sahəsi X19 tam xüsusi mülkiyyətindədir (A№251599 plan-ölçü sənədi tərtib edilib) - ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş torpaq payı ayrılmış subyektlər siyahısından görünür ki, sənəd Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı aşkar edilməmiş, X14 (subyektlərin sayı – 3, Dövlət Aktının №si - 537, xəritədə № 452) cəmi 1.50 ha, X11 (subyektlərin sayı – 4, Dövlət Aktının №-si 921, xəritədə № 453) cəmi 2 ha, X26 (subyektlərin sayı – 4, Dövlət Aktının №-si 923, xəritədə № 978) 2 ha torpaq payının verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpaq sahələrinə gəldikdə isə X27 və X11 münasibətdə 0.20 ha qeydi icra edilmiş, X26 münasibətdə isə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə etdiyi mütəxəsis rəyində aşağıda qeyd edilmiş məlumatlar öz əksini tapmışdır:

1. A 118499 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 2153.83 kv.m torpaq sahəsi Seriya RX ******* nömrəli çıxarışda qeyd olunmuş daşınmaz əmlaka dair xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş 0.2153 ha torpaq sahələri qismən üstüstə düşür.

2. A 118499 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 2153.83 kv.m torpaq sahəsinin və Seriya RX ******* nömrəli çıxarışda qeyd olunmuş daşınmaz əmlaka dair xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş 0.2153 ha torpaq sahəsinin yerləşmə vəziyyəti noyabr 2001-ci ildə tərtib edilmiş 701 inventar nömrəli texniki pasporta uyğun olması ilə bağlı bildiririk ki, 2001-ci ildə tərtib edilmiş 701 inventar nömrəli texniki pasportda hər hansı bir koordinat qeyd edilmədiyinə görə 0.2153 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin 2001-ci ildə tərtib edilmiş 701 inventar nömrəli texniki pasporta uyğun olub-olmamasını müəyyən etmək olmamışdır.

3. A 118499 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 2153.83 kv.m torpaq sahəsinin 0.0586 ha hissəsi JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

4. Seriya RX ******* nömrəli çıxarışda qeyd olunmuş daşınmaz əmlaka dair xx.xx.2017- ci il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş 0.2153 ha torpaq sahəsinin isə JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsinin 0.0532 ha hissəsi üst-üstə düşür.

5. A 129071 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 9905.71 kv.m torpaq sahəsi A 476023 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0.9905 ha sahəsi ilə qismən üst-üstə düşür.

6. A 129071 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 9905.71 kv.m torpaq sahəsinin 0.0281 ha hisssəsi JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

7. A 476023 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0.9905 ha torpaq sahəsinin 0.0293 ha hissəsi JN 923 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.

8. X16 əsasən X7 adına kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi 0.1662 ha torpaq sahəsi, X1 adına kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi işlənilmiş 0.1390 ha torpaq sahəsi, X1 adına kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr kimi işlənilmiş 0.3733 ha torpaq sahəsi və X9 adına kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr kimi 1.2752 hektar torpaq sahələri işlənilmişdir.

9. X16 əsasən JN seriyalı 921 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahələri barədə X12 hər-hansı bir məlumat öz əksini tapmamışdır.

10. JN seriyalı 921 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsinin 0.1237 ha hissəsi X7 adına tərtib olunmuş A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür.

11. Qeyd edilən torpaq sahələri bir-birlərindən fiziki sərhədləri metal torla ayrılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinin 3 və 4-cü abzaslarına əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

26. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. .

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir.

34. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 923A planşetində qeyd edilmiş 2911.60 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirdiyi çıxarışların və plan-ölçü sənədlərinin ləğvinə nail olmaqdır.

35. Nəzərə alınmalıdır ki, xx.xx.2008-ci il tarixdə tərtib edilmiş A 118499 nömrəli planölçü sənədində torpaq sahəsinin təyinatı həyətyanı olaraq qeyd edilmişdir. Sözügedən plan-ölçü sənədində qeyd edilmiş 2153.83 kv.m torpaq sahəsi Seriya RX ******* nömrəli çıxarışda qeyd olunmuş daşınmaz əmlaka dair xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta qeyd edilmiş 0.2153 ha torpaq sahəsi ilə bəzi konfiqurasiya fərqləri olmaqla üstüstə düşür..

36. Mübahisələndirilən Seriya RX ******* nömrəli çıxarışda da, 0.2153 ha torpaq sahəsinin təyinatı - yaşayış məntəqələri torpaqları qeyd edilmişdir.

37. İddiaçı isə Dövlət Aktına istinad edərək sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı 2911.60 kv.m torpaq sahəsinin bir hissəsi olduğunu iddia edir.

38. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində X16 əsasən X7 adına kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi 0.1662 ha torpaq sahəsinin, X1 adına kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar kimi işlənilmiş 0.1390 ha torpaq sahəsinin işlənməsi qeyd edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, yeni elektron uçot məlumatları Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanın icrası ilə əlaqədar tərtib edilmişdir. xx.xx.2008-ci il tarixdə tərtib edilmiş A 118499 nömrəli plan-ölçü sənədi isə sözügedən Fərman qəbul edilənədək tərtib edilmiş və torpaq sahəsinin həyətyanı məqsədilə verilməsi qeyd edilmişdir. Yəni, sözügedən torpaq sahəsinin istinad olunan Fərman qəbul edilənədək kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaması bəlli idi. Həmin torpaq sahəsinin həyətyanı torpaq sahələrinə aid olması ilə bağlı elektron kadastr məlumatları mövcud olduğuna görə cavabdeh orqan Seriya RX ******* nömrəli çıxarışı və ona aid olan texniki pasportu tərtib edə bilmişdir.

40. Həmin çıxarış ləğv edilməmiş və hazırda da qüvvədədir. Belə olan halda cavabdeh orqanın hansı əsasla Seriya RX ******* nömrəli çıxarışın tərkib hissəsi olan torpaq sahəsinin bir hissəsini yaşayış məntəqələrinin torpaqları olaraq iddiaçıların adına X16 daxil etməsi aydın deyil.

41. Göründüyü kimi hazırda iddiaçılar Seriya RX ******* nömrəli çıxarışı və ondan əvvəl verilmiş plan-ölçü sənədlərini mübahisələndirmişlər. İstinad olunan Fərmanın 2.3.5-ci bəndinə əsasən ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh orqan məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı olmadan, sözügedən torpaq sahəsi ilə bağlı uzun illər davam edən məhkəmə mübahisəsinin mövcudluğunu aşkar bildiyi halda yeni X16 Seriya RX ******* nömrəli çıxarışın məzmununa uyğun olmayan düzəliş etmişdir.

42. Xüsusilə nəzərə alınmalıdır ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarı ilə torpaq payı ayrılmış subyektlər siyahısında X26 4 nəfər ailə üzvü ilə birlikdə 2 ha torpaq payının verilməsi nəzərdə tutulmuşdur.

43. İddiaçı, sözügedən torpaq sahəsinə dair JN 923 nömrəli Dövlət Aktına (1.94 ha) istinad etsə də, iş materialları ilə müəyyən olunur ki, faktiki olaraq X22 adına A129480 (12502.84 kv.m), A129327 (2912.56 kv.m) və A129470 (4568.93 kv.m) nömrəli plan-ölçü sənədləri tərtib edilərək kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilməli olan torpaq sahəsi tamamlanmışdır (12502.84+2912.56+4568.93=19984,33 kv.m = 1,998 ha). Tərtib edilmiş yeni plan-ölçü sənədlərinin heç biri iddia olunan torpaq sahəsinə aid deyil.

44. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin Dövlət Aktlarında və sonradan tərtib edilmiş plan-ölçü sənədlərində Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarına istinad olunsa da, Zaqatala rayon AİKnın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonu Bəhmətli kəndi üzrə (digər təsərrüfatlarla bərabər) aparılmış torpaq islahatında qismən dəyişiklik edilmişdir. Sözügedən qərarda vətəndaşlara ölçülüb verilən torpaq sahələri 1:2000 miqyasda tərtib edilərkən texniki səhvlərə yol verilməsi, mülkiyyət hüququna dair Dövlət Aktları paylanarkən faktiki verilən torpaq sahələri ilə üst-üstə düşməməsi qeyd edilmişdir.

45. Sonradan yeni plan-ölçü sənədlərinin tərtib edilməsində məqsəd də, məhz tərtib edilmiş Dövlət Aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması olmuşdur. Əks təqdirdə istinad olunan Dövlət Aktları mövcud olduğu halda yenidən plan-ölçü sənədlərinin tərtib edilməsinə lüzum da qalmazdı. Bununla belə yeni tərtib edilmiş plan-ölçü sənədlərində Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarına istinad edilməli olduğu halda, yanlışlıqla əvvəlki qərara istinad edilmişdir. Hər bir halda yeni tərtib edilmiş plan-ölçü sənədlərinin tərtib edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı qəbul edilməlidir.

46. İşdə olan, X7 adına tərtib edilmiş A434699 №-li plan ölçü sənədindən görünür ki, 1800 kv.m torpaq sahəsinə dair tərtib edilmiş həmin sənəddə məhz Zaqatala rayon AİKnın xx.xx.2003-cü il tarixli 110 saylı qərarına istinad edilmişdir.

47. Göründüyü kimi iddiaçıların istinad etdiyi JN 923 nömrəli Dövlət Aktının qüsurlu tərtib edilməsi Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə müəyyən edilmiş və həmin qərarla Dövlət Aktının verilməsinə əsas olmuş Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 38 nömrəli qərarına dəyişiklik edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur.

49. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

50. Odur ki, iddia olunan torpaq sahəsinə dair iddiaçıların istinad etdiyi JN 923 nömrəli Dövlət Aktı qüvvədə olmadığından, iddiaçı həmin sənədə istinad etməklə torpaq sahəsi ilə üst-üstə düşən hissədə A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, o cümlədən 22 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğvini tələb etməkdə haqlı olmamışdır.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

52. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1, X17 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "A seriyalı 118499 nömrəli (**********0353 kadastr nömrəli) və A seriyalı 129071 nömrəli (**********0353 kadastr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin, 22 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın, JN seriyalı 923 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 2911.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşdüyü hissələrdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçılar İddiaçı1, X17 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2-1(116)-1/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar