Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-216/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-932/2022 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xx.xx.1968-ci ildə, üçüncü şəxs X7 isə xx.xx.1959-cu ildə Qəbələ rayonu Böyük Pirəlli kəndində anadan olmuş və hazırda hər ikisi həmin ünvanda yaşayır.
2. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi üçüncü şəxs X3 mülkiyyətinə verilmiş və onun adına JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir.
3. X1 Nurşad Kamal oğluna və X9 qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və ailə üzvləri tərəfindən zəbt edilmiş, JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin koordinatları daxilindəki 0,14 ha həyətyanı torpaq sahəsinin və üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. O, həmin tələbini belə əsaslandırmışdır ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə ona 0,14 ha həyətyanı torpaq sahəsi verilmiş və göstərilən torpaq sahəsi onun adına JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi yaşayış evi tikmək üçün onun qanuni istifadəsinə 1980-ci illərin əvvəllərində verilmişdir. O, 1984-1985-ci illərdə həmin torpaq sahəsinin üzərində yaşayış evinin divarlarını inşa etdirmiş, 1996-1997-ci illərdə pul qazanmaq məqsədilə Rusiya Federasiyasına getmiş, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onun mülkiyyətinə verilmiş, lakin özünün bundan xəbəri olmamışdır. O, islahat yekunlaşdıqdan sonra Rusiyadan qayıtmış, torpaq sahəsində İddiaçı məskunlaşdığını və onun inşa etdiyi divarların üzərində evin tamamlanma işlərini aparıb içərisində yaşadığını görmüşdür. İddiaçı torpaq sahəsinin islahat vaxtı ona verildiyini bildirmiş, o isə inanıb inşa etdiyi divarın pulunu istəmişdir. İddiaçı pulu verəcəyini deyərək evdə yaşamağa davam etmiş, lakin pulu verməmişdir. O, bu müddət ərzində Rusiya Federasiyasında yaşamış, hər il gəlib-getmiş, yaxın vaxtlarda isə həyətyanı torpaq sahəsi almaq üçün Bələdiyyəyə müraciət edərkən, yuxarıda göstərilən torpaq sahəsinin islahat zamanı onun öz mülkiyyətinə verildiyini öyrənmişdir. O, bu barədə İddiaçı bildirmiş, sonuncu isə bu dəfə fərqli cavab verərək torpaq sahəsinin onun mərhum atası tərəfindən satıldığını bildirmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsi ilə həmin iddia təmin edilərək, İddiaçı və X8 yetkinlik yaşına çatmayan uşaqları X15 və X12 ilə birlikdə JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən X3 mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
5. Bundan sonra İddiaçı X4 qarşı "tikintiyə xərclənmiş 45738 manat pulun geri qaytarılması" barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. O, həmin tələbini belə əsaslandırmışdır ki, Xaləddin Paşayevin mərhum atası Əlfəddin Paşayev 2005-ci ildə ona müraciət edərək həyat yoldaşının xəstə olması səbəbindən təcili pula ehtiyacı olduğunu və onlara məxsus olan 0,14 ha həyətyanı torpaq sahəsini satmaq istədiyini bildirmiş, xx.xx.2005-ci ildə Əlfəddin Paşayevlə birlikdə Xaləddin Paşayevə zəng etmiş və atasının torpağı ona satmaq istədiyi barədə ona məlumat vermişlər. Bu zaman Xaləddin Paşayev torpaq sahəsinin ona satılmasına razılıq verərək, torpağa görə veriləcək puldan 200-300 ABŞ dollarının özü üçün saxlanılmasını atasından xahiş etmiş, bundan sonra onunla Əlfəddin Paşayev arasında torpağın alqı-satqısına dair sadə müqavilə tərtib olunmuş və o, həmin torpaq sahəsinə görə sonuncuya 1200 ABŞ dolları məbləğində pul ödəmişdir. Torpaq sahəsini aldıqdan sonra Xaləddin Paşayev hər il Qəbələ rayonu Böyük Pirəlli kəndinə gəlmiş və onun mübahisəli torpaq sahəsində ev tikdiyini, daha sonra isə həmin evdə yaşadığını görmüş, lakin heç vaxt ona hər hansı bir narazılığını bildirməmişdir. Hal-hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır və yaşayış üçün başqa yerləri yoxdur.
6. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32000 manat məbləğində pulun X2 alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. X16 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2985/2019 nömrəli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin həmin xx.xx.2019-cu il tarixli 2(025)- 892/2019 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin göstərilən qətnaməsi qanuni qüvvəyə minmişdir.
8. Bundan sonra X1 Nurşad Kamal oğluna qarşı "mülkiyyətində olan torpaq sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evindən naturada ayrılması mümkün olmayan, ona məxsus əmlakın dəyəri" tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş, İddiaçı isə X4 qarşı "torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması" barədə qarşılıqlı iddia vermişdir.
9. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-49/2020 nömrəli qərardadı ilə ilk iddia baxılmamış saxlanılmış, eyni tarixli qətnaməsi ilə isə qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
10. Daha sonra xx.xx.2022-ci ildə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2005-ci il tarixli JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını, Qəbələ rayonu Pirəlli kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bundan imtina edərək bildirmişdir ki, X10 ilə iddiaçı arasında akt tərtib etməklə etdiyi alqısatqı qanunvericiliklə yolverilməz olduğuna və dövlət tərəfindən tanınmadığına görə ərizənin icrası mümkün deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə görə, yalnız notarial qaydada aparılmış əqdlər qanuni hesab edilir.
11. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
12. O, tələbini belə əsaslandırmışdır ki, xx.xx.2005-ci ildə X10 ilə aralarında torpaq alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə tərtib olunan zaman JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hələ hazır deyildi. Həmin vaxt X10 torpağın onun ailə üzvlərinin mülkiyyətində olduğunu və "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanan zaman ailə başçısı kimi onun adının şəhadətnamədə qeyd ediləcəyini bildirmişdir.
13. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı tərəfindən 0,14 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyildir.
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixli qərardadı ilə isə onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi adi cəlbetmədən zəruri cəlbetməyə keçirilmişdir.
15. Üçüncü şəxs X7 iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında bildirmişdir ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə mülkiyyətində olan 0,14 ha həyətyanı torpaq sahəsi ona verilmişdir. İddiaçı ilə onun atası X10 arasında imzalanmış sadə yazılı formada tərtib edilmiş əsassız akt olmuş olsa da, alqı-satqı predmeti olan torpaq sahəsi cavabdeh tərəfindən İddiaçı adına rəsmiləşdirilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 24 may 2022-ci il tarixli 2- 1(116)-932/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-932/2022 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-932/2022 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişdir.
22. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
23. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi ilə X3 mülkiyyətinə verilmişdir. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)108/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və X8 yetkinlik yaşına çatmayan uşaqları X15 və X12 ilə birlikdə JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən X3 mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2985/2019 nömrəli qətnaməsindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, İddiaçı X4 qarşı "tikintiyə xərclənmiş 45738 manat pulun geri qaytarılması" barədə iddiası təmin edilməmişdir - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)49/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X4 qarşı "torpaq sahəsinə çəkilmiş xərcin geri qaytarılması" barədə qarşılıqlı iddiası təmin edilməmişdir. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-108/2018 nömrəli və xx.xx.2020-ci il tarixli 2(025)-49/2020 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)2985/2019 nömrəli qətnamələri qanuni qüvvəyə minmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-932/2022 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.
28. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
30. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərə
31. Belə ki, kollegiyanın iclasında iş materiallarında olan sənədlərin tədqiqatından müəyyən olundu ki, JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi ilə X3 mülkiyyətinə verilmişdir.
32. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək göstərmişdir ki, işdən göründüyü kimi, 0,14 ha həyətyanı torpaq sahəsi üçüncü şəxs X3 mülkiyyətinə məhz torpaq islahatı zamanı verilmişdir. Həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə heç bir sənəd mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı üçüncü şəxs X3 adına verilmiş JN-201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi üçün əsas yoxdur. İddia tələbinin sözügedən şəhadətnamədə göstərilmiş 0,14 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Lakin iddiaçı həmin əsaslardan heç birini məhkəməyə təqdim etməmişdir. Onun həm cavabdehə müraciətində, həm də iddia ərizəsində istinad etdiyi, üçüncü şəxsin atası ilə bağladığını bildirdiyi müqavilə (məhkəməyə təqdim olunmamışdır) də həmin maddədə sadalanan əsasların heç birinə uyğun deyil. Belə ki, Qanunun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində müqavilənin qeydiyyat üçün əsas hesab edilməsindən ötrü həmin müqavilənin notariat qaydasında təsdiq edilmiş olması tələb olunur.
33. Göründüyü kimi, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X3 adına 0,14 ha həyətyanı torpaq sahəsi ilə bağlı JN- 201A kod 40602018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir.
34. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi mümkün deyildir.
35. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarının hazırda qüvvədə olmasını nəzərə almadan iddia tələbini mümkün saymış, eyni zamanda iddia tələbinin dəyişdirilməsinə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya bu barədə prosessual yardım göstərməmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
37. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
38. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
39. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.
40. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsini tələb etməklə ilk növbədə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarını mübahisələndirməsə də, bu tələb qeyd edilən qərarla razılaşmamanın ifadəsidir. Belə ki, JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" qeyd edilən qərar əsasında hazırlanmışdır.
41. Belə vəziyyətdə iddiaçının ləğv edilməsini tələb etdiyi şəhadətnamə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə verilmişdir. Ona görə də hazırkı cavabdeh iddiaçının tələbində cavabdehlik daşıyan orqan deyildir.
42. İddiaçının nəzərinə çatdırılır ki, mübahisələndirilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunması üçün ilk öncə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarını mübahisələndirməli və tələbinə müvafiq cavabdehi müəyyən etməlidir.
43. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-932/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamalıdır.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-932/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-201A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən evə və həmin evin yerləşdiyi 0,14 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.